Məhkəmə qərarları › İş №2(107)-2491/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2491/2020

15.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2491/2020 15.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli qərardadından iş üzrə İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qızma qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11269,26 USD məbləğində kredit borcu, 12703,34 USD məbləğində faiz borcu və 17776,22 USD məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 41748,82 USD məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında vəsatət verib Cavabdeh4 xx xxxxxx 2015-ci il tarixdə vəfat etdiyini, bu səbəbdən də Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 onun prosessual hüquq varisi kimi tanınaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iş üzrə Cavabdeh4 xx xxxxxx 2015-ci il tarixdə vəfat etdiyini, iddiaçının isə xx xxxx 2020-ci ildə məhkəməyə müraciət etdiyini bildirib qanunvericiliyin tələbinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli (hakim H.Xəlilov) qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin vəsatətinin təmin edilməməsi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 Şamil oğluna, Cavabdeh2, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata Cavabdeh4 aid hissədə xitam verilməsi, və iddiaçıya mərhum Cavabdeh4 vərəsələrini müəyyən etməklə onlara qarşı iddia irəli sürmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli, 2(063)-427/2020 nömrəli qərardadından İddiaçı QSC-nin nümayəndəsi tərəfindən şikayət verilmiş və şikayətdə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli’'qərardadını ləğv edərək mülki işin icraatının davam etdirilməsi və mərhum Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 prosessual hüquq varisi kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli qərardadı əsassızdır, qərardad ləğv olunmalı iddiaçının nümayəndəsinin mülki iş üzrə Cavabdeh3 mərhum Cavabdeh4 hüquq varisi kimi cəlb edilməsi barədə vəsatəti təmin edilməli, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı davam etdirilməlidir. Belə ki, qərardadda göstərmişdir ki, əldə edilmiş ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi vaxtdan və müavifiq icraat başlanmamışdan əvvəl, yəni xx xxxxxx 2015-ci ildə ölmüşdür, ölmüş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanmadığından prosesual hüquq varisi ilə əvəz olunması mümkün deyildir, ölmüş şəxsə qarşı isə iddia tələbi irəli sürülə bilməz. Həmçinin, qeyd etmişdir ki, prosessual hüquq varisliyinə o halda yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. Məhkəmənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən mülki iş üzrə Cavabdeh3 mərhum Cavabdeh4 hüquq varisi kimi cəlb edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli, 051R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 USD məbləğində kredit verilmişdir. Kredit üzrə zamin kimi öhdəlik götürmüş şəxslərdən biri Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 olmuşdur ki, götürülmüş kreditdən birgə istifadə edilmişdir. Cavabdeh4 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmiş, bu hal onlara məhkəmə prosesinin gedişində məlum olmuş, həmçinin, iş üzrə Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı QSC-dən kredit götürmüşlər və kreditdən ailə ehtiyacları üçün istifadə etmişlər, həyat yoldaşı vəfat etdikdən sonra maddi vəziyyətləri pisləşmiş, hazırda borc məbləğini ödəməkdən imtina etmir, hissə-hissə borcu ödəmək fikri var, həmçinin, Cavabdeh4 prosesual hüquq varisi olaraq ailə üzvü kimi özünün tanınmasını istədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən isə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi hüquqi varis üçün də məcburidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 58- ci maddəsini tövsif edərək qeyd etmişdir ki, prosessual hüquq varisliyinə o halda yol verilir ki, tərəf işə baxılarkən sıradan çıxmış (hazırkı halda vəfat etmiş olsun). Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, Mülki Prossesual Məcəlləsinin 58-ci maddəsi mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən birinin sıradan çıxmasını (hazırkı işdə şəxsin ölməsini) məhz işə baxılarkən sıradan çıxmalı olması ilə şərtləşdirməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi qanunvericilikdə icraata xitam verilməsinin əsası kimi iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verilməməsinin qeyd edildiyi, lakin hazırkı mülki iş üzrə Cavabdeh3 ailə üzvü olması müəyyən edildiyi üçün Cavabdeh4 aid hissədə mülki iş üzrə icraata xitam verilməməli, mərhum Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 prosessual hüquq varisi kimi işə cəlb edilməli və mülki işin icraatı davam etdirilməlidir. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli, 2(063)-427/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şəki Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli qərardadı qismən ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə hazırki mübahisələndirilən qərardadı qəbul edərkən onunla əsaslandırmışdır ki, Cavabdeh4 iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi vaxtdan və müvafiq icraat başlamamışdan əvvəl, yəni xx xxxxxx 2015-ci ildə ölmüşdür, ölmüş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanmadığından prosessual hüquq varisi ilə əvəz olunması mümkün deyildir, ölmüş şəxsə qarşı isə iddia tələbi irəli sürülə bilməz. Odur ki, iddiaçının nümayəndəsinin vəsatəti təmin edilməməli, mülki iş üzrə icraata cavabdeh X7 aid hissədə xitam verilməli və iddiaçıya mərhumun vərəsələrini müəyyən etməklə onlara qarşı iddia irəli sürmək hüququnun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərərkən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. MPM-in 39.2-ci maddəsinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Belə bir sənəd isə təqdim edilmiş ərizəyə əlavə edilməmişdir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu iki üsulla həyata keçirilir: miras əmlaka faktiki sahiblik etməklə və miras əmlakı faktiki idarə etməklə. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Şərh edilən qanun normalarından göründüyü kimi, kredit müqaviləsi üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməyən münasibət deyildir və müqavilə tərəfi öldükdə onun öhdəlikləri hüquq varisinə keçir. Ona görə də hazırkı iddia tələbi üzrə işin icraatına MPM-in 261.0.7-ci maddəsi ilə xitam verilməsinə əsas yoxdur. Digər tərəfdən, hazırkı iş üzrə iddia tələbi iki cavabdehə qarşı irəli sürülmüş, cavabdehlərdən biri ölmüş, digər cavabdeh (zamin) X1. Onlar kredit müqaviləsi üzrə müştərək (birgə) cavabdehlər olmuşdur. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar... Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh4 münasibətdə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, iddianın predmeti bölünməz olduğundan, yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi iddia tələbini bütün cavabdehlərə qarşı eyni vaxtda (bir məhkəmə aktı ilə) həll etməlidir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin işin icraatına xitam verilməsi barədə qərardadından İddiaçı” QSC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-ci il tarixli, 2(063)- 427/2020 nömrəli qərardadı qismən-“şikayətin təmin olunmaması hissəsində” ləğv edilməli və mahiyyəti üzrə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı” QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-ci il tarixli, 2(063)-427/2020 nömrəli qərardadı qismən-“şikayətin təmin olunmaması hissəsində” ləğv edilsin. İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qızma qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş Ucar Rayon Məhkəməyə göndərilsin. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar