Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-252/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçınun iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı (hakim Məhburə Kərimova) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11663 manat pulun alınıb İddiaçı verilməsi, iddianın 18 adda qızıl-zinət əşyaları və mənəvi zərərin əvəzi olaraq 50000 manat tələbinə dair hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı 76430 manat pul tələbinə və 18 adda qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinnin həcminin artırılması barədə ərizə verərək maddi zərərin əvəzi olaraq 76430 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat, 18 adda qızıl-zinət əşyalarını cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iclаsındа İddiaçı iddia tələblərini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 2015-ci ilin yay aylarında Mingəçevir şəhəri, Az.Dres qəsəbəsidə tərəvəz və paltar mağazası işlədən zaman tanış olmuş və ticarət əlaqələri yaranmışdır. Cavabdeh ondan paltar götürüb satmaq üçün aparırdı. Beləliklə, cavabdehlə yaxın münasibətləri yaranmışdır. Söhbət əsnasında cavabdeh ona sosial müdafiə şöbəsində tanışlarının olduğunu, özünün də sosial yardım düzəltməklə məşğul olduğunu, indiyə qədər çoxlarına sosial yardım düzəltdiyini, ona və ailə üzvlərinə də sosial yardım düzəldə biləcəyini bildirmişdir. 2015-ci ilin sentyabr ayından etibarən cavabdeh ondan xeyli miqdarda pul alaraq mənimsəmişdir. Belə ki, 2015-ci ilin sentyabr ayının ortalarında nəvələrinə sosial yardım düzəltmək adı ilə 360 manat məbləğində pul almışdır. Bundan başqa, cavabdeh onu və ailə üzvlərini məşğulluq xidmətində yeni açılmış iş yerlərinə işə düzəltmək adl ilə 5640 manat məbləğində pul almışdır. Bundan başqa, cavabdeh ona işıq sayğacından güzəştil şərtlərlə istifadə edə bilmək üçün sayğac qoyduracağı vədi ilə 1350 manat məbləğində pul almışdır. Bundan əlavə cavabdeh məşğulluq mərkəzində dondurulmuş pulun alınması üçün ondan 795 manat məbləğində pul almışdır. Cavabdeh onun və ərinin pensiya kartını götürərək kartda olan 573 manat məbləğində pulu çıxarmışdır. Cavabdehə qızı Ləmanın yanında 1400 manat məbləğində pul vermişdir. Bundan başqa Cavabdeh onu aldadaraq ondan mağazada satıcı kimi işləyən Sevda Həsənovanın yanında ondan 50000-60000 manat, ümumilikdə 76430 manat məbləğində pulunu alaraq mənimsəmişdir. Bundan başqa cavabdeh onun 18 adda, 6116 manat məbləğində qızıl-zinət əşyalarını mənimsəyərək ələ keçirmişdir. Cavabdeh pulu ələ keçirib qaytarmadığı üçün hüquqmühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 1(051)-16/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddianın təmin olunmasını, Cavabdeh qzından vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat, maddi zərərin əvəzi olaraq 76430 manat məbləğində pulun və 18 adda qızıl-zinət əşyalarını alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iclаsındа iddiaçının vəkili Vəkil2 iddia tələbi qanuni qüvvəyə minmiş hökmlə, şahid ifadələri və digər sübutlarla sübut olunduğuna görə təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iclаsındа Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onun əvvəllər iddiaçı ilə münasibətləri yaxşı olmuşdu. Ehtiyacı olduğuna görə İddiaçı cəmi 4500 manat pul almışdır. Niyyəti də iddiaçını aldatmaq olmamşdır. Həmin pulu qaytarmalı idi. Lakin maddi imkanı olmadığına görə pulu geri qaytara bilməmiş, iddiaçı da onun barəsində hüquq mühafizə orqanlarına şikayət verərək guya aldadaraq ondan 80000 manat pul aldığını bildirmişdir. İddiaçı şikayəti əsasında onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi qaldırılmış və o, məhkəmənin hökmü ilə azadlığın məhdudlaşıdırlması cəzasına məhkum eidlmişdir. Məhkəmənin hökmünə görə o, İddiaçı 11663 manat pul almışdır. Ancaq o, bu məbləğlə də razılaşmamışdır. Ancaq lazımi sübutu olmadığına görə öz etirazını əsaslandıra bilməmişdir. Qeyd etdiyi kimi o, iddiaçıdan cəmi 4500 manat pul almışdır, həmin pulu da ödəyəcəkdir. O, iddiaçıdan hər hansı bir qızıl-zinət əşyası almamışdır. İddiaçının vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələri də həqiqətə uyğun deyil. Bundan əlavə İddiaçı həddən artıq şişirdilmiş məbləğlə aldadaraq ondan pul alması ilə bağlı onun barəsində hüquq mühafizə orqanlarına şikayət vermiş, o da şikayətlərlə bağlı dəvət olunduqda əsəb və sarıntı keçirmişdir. Qeyd etdiyi kimi o, iddiaçıdan cəmi 4500 manat pul almışdır. İddia tələbini yalnız həmin məbləğdə təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iclаsındа cavabdehin vəkili Vəkil1 Yolçü qızı da iddianın çox hissəsinin əsassız olduğunu bildirərək, yalnız 4500 manat məbləğdə təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmır. Birinci instansiya məhkəməsi pulu cavabdehin deyil iddiaçının aldığını qeyd etsə də, nəzərə almamışdır ki, Cavabdeh və qızı X10 X1ra vermək üçün aldığı 500 manat pulu Ceyrana verdiyinə görə və onlar da pulu aldığı üçün Comərd Xalıqovdan xahiş edərək pulu ödəmək üçün ona vaxt verməsini və pulu qaytaracağına dair vəd vermişdir. Bundan başqa, məhkəmə baxışında İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək iddia tələbini təsdiq edən sübutların bir hissəsini Cavabdeh törətdiyi dələduzluq cinayəti ilə bağlı Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X3 İdarəsində aparılan araşdırma zamanı müstəntiq Asif Behbudova təqdim etdiyini, araşdırma zamanı onun və Cavabdeh izahatının alındığını, üzləşdirmə istintaq hərəkəti aparılarkən Cavabdehnm onun göstərdikləri ilə razılaşdığını, aldığı qızıl-zinət əşyalarını və pulları qaytarmağ üçün vaxt verilməsini xahiş etmişdir. Lakin sonradan müstəntiq bildirmiş ki, Mingəçevir Şəhər PŞ-nin müstəntiqi Tahir Şirinovun icraatında Cavabdeh ilə bağlı cinayət işinin istintaqı aparıldığı üçün, materiallar baxılıb həll olunması üçün Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilmişdir. Dəfələrlə Mingəçevir şəhər Polis şöbəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etsə də, heç bir əsaslı cavab ala bilməmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçı şikayətinə əsasən bir neçə dəfə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X3 İdarəsinə gedərək izahat vermişdir. İddiaçı məhkəmədən xahiş etmişdir ki, məhkəmə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Mingəçevir Şəhər PŞ-yə müraciət edərək qeyd olunan materialların əldə edilərək tədqiq olunmasını xahiş etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı qətnaməsinin hissəvi ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında istirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökümündən görünür ki, X6 CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşıdırlması cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.1, 181.1.1, 181.1.2- ci maddələrinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. İddiaçı iddia tələbində Cavabdeh 2015-2017-ci illərdə ayrı-ayrı vaxtlarda aldadaraq ondan cəmi 76430 manat (yetmiş altı min dörd yüz otuz) manat pul aldığını, lakin həmin pulu qaytarmadığını, nəticədə ona maddi və mənəvi ziyan dəydiyini və 76430 manat məbləğində maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı öz tələbini tam təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə ifadə vermiş şahidlər X7 xalası qızı olan İddiaçı ondan 500 manat borc pul aldığını, iddiaçının həmin pulu Cavabdeh vermək üçün aldığını dediyini bildirsə də, cavabdeh həmin ifadəyə öz etirazını bildirmişdir. Digər şahid X4 da iddiaçının oğlunun ondan 400 manat borc pul aldığını, dostu pulu qaytarmadıqda Cavabdeh ona zəng edərək pulu o, qaytaracağı barədə ifadəsinə də cavabdeh etiraz edərək əsassız olduğunu bildirmişdir. Bundan əlavə şahidlərin ifadələrindən görünür ki, onlar pulu Cavabdeh deyil, iddiaçıya vermişlər. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan İddiaçı ibdidai araşdırma zamanı Cavabdeh aldadaraq 2015-2017-ci illərdə ondan cəmi 80 000 (səksən min) manat pul aldığını bildirmişdir. Həmin hökümdən isə görünür ki, Cavabdeh İddiaçı etibarından süi-istifadə edib aldadaraq ondan 2015-2017-ci illərdə ümumilikdə 11663 (on bir min altı yüz altmış üç) manat pul almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdehdən 11663 manat pulun alınıb iddiaçıya verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İddiaçı tələbində cavabdehin ondan cəmi dəyəri 6116 (altı min bir yüz on altı) manat dəyərində olan 18 adda qızıl-zinət əşyalarının aldığını, lakin qaytarmadığını bildirərək həmin qızıl-zinət əşyaların cavabdehədn alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı həmin tələbi ilə də bağlı məhkəmələrə mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin cəmi dəyəri 6116 manat olan 18 adda qızıl-zinət əşyaları tələbinə dair hissəsinin də təmin olunmaması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. İddiaçı tələbində cavabdeh öz hərəkətləri nəticəsində ona mənəvi zərər vurduğunu bildirərək mənəvi zərərin əvəzi olaraq cavabdehdən 50000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığını, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı hallar nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına uyğun baxaraq qanuni və əsaslı qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İeddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-252/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-252/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver