Məhkəmə qərarları › İş №2(107)-255/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-255/2021

03.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-255/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və onun vəkili X15 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “yola qoyulmuş darvazanın götürülməsi və yolun açılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “yola qoyulmuş darvazanın götürülməsi və yolun açılması tələbinə dair” iddiasının rədd edilməsi, İddiaçı1 ödədiyi 10 (on) manat dövlət rüsumunun özünə aid edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada 186,66 manat (bir yüz səksən altı manat altmış altı qəpik) mütəxəssis xərcinin alınaraq Kadastr və X9 Mərkəzinin hesabına ödənilməsi və 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətlərində olan ev və torpaq sahəsinə gediş-gəliş yolunun üzərinə cavabdeh tərəfindən qoyulmuş darvazanın götürülməsi və yolun açılmasına, habelə çəkilmiş xərclər olaraq 65 manat pulun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə göndərərək, iddia tələblərindən çəkilmiş xərclər olaraq 65 manat pulun cavabdehdən alınıb onlara verilməsinə dair hissənin çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onların Zaqatala rayonu Əliabad qəsəbəsində evləri və həyətyanı torpaq sahələri vardır. Həmin torpaq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilmişdir. Onlar həmin evdə yaşayırlar. Həmin evə və torpaq sahəsinə gedən giriş-çıxış yolu cavabdeh tərəfindən zəbt edilərək yola darvaza qoyulmuşdur. Bununla mülkiyyətlərində olan torpaq sahəsindən istifadə və mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əlavə olaraq təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tanış olduğunu qeyd etmişdir. İddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 vəkili Vəkil və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıların iddia ərizəsində göstərdikləri və gediş-gəliş yolu kimi qeyd etdikləri torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və o hissədə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçının götürülməsini tələb etdiyi darvaza onun mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Darvazanın iddiaçıların torpaq sahəsinə hər hansı maneçiliyi yoxdur. Onun tərəfindən iddiaçıların torpaq sahəsi zəbt edilməmişdir. Ekspert rəyi ilə tanış olmuş və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı1 apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, onların xüsusi mülkiyyətlərində olan və yaşadıqları evin həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş əsas yolun üzərinə cavabdeh tərəfindən darvaza qoyularaq evə gedişgəliş məhdudlaşdırılmışdır. Mübahisəni aydınlaşdırmaq üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Məhkəmə ekspert qarşısında sualları məhdud şəkildə qoymuş və məhkəmənin qoyduğu suallar işin bütün hallarını tam aydınlaşdırmamışdır. Məhkəmə onların mülkiyyətlərində olan evin və həyətin hüquqmüəyyənedici sənədlərində göstərilən və onlar üçün gediş-gəliş üçün nəzərdə tutulmuş yolun üzərində darvazanın olubolmaması barədə ekspert qarşısında sual qoymalı idi. Lakin məhkəmə onların evlərinə başqa gediş-gəliş yolunun olub-olmaması barədə sualı ekspert qarşısında qoymuşdur. Ekspert həmin suala cavab verərək yazmışdır ki, onların evlərinə başqa bir pay torpağı və başqa bir həyətyanı torpaq sahəsindən yol vardır. Mövcud qanunvericiliyə əsasən hər bir torpaq sahəsinə birbaşa ictimai yola çıxmaq üçün yol nəzərdə tutulmalıdır. Hesab edir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X17 apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 45 nömrəli reyestr kitabının 45-ci səhifəsində xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyatı aparılmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi və fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 46 nömrəli reyestr kitabının 16-cı səhifəsində ********** nömrəsi ilə qeydiyyatı aparılmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X2, X3, X4 və X5 adına, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-106/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X1 qarşı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolunun üzərinə qoyulmuş darvazanın götürülməsi və yolun açılması tələbinə dair iddiaları təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə yerində baxış (müayinə) keçirilmişdir. Həmin torpaq sahəsində ölçmə işləri aparılmışdır. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, 45 nömrəli reyestr kitabının 45-ci səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyata əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. 46 nömrəli reyestr kitabının 16-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyata əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında Cavabdeh, X2, X3, X4 və X7 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçıların iddia etdiyi gediş-gəliş yolunun üzərinə qoyulmuş darvaza DƏDRX-nin tərtib etdiyi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus 0.1116 ha həyətyanı torpaq sahəsində yerləşir. “xxxx” MMC-nin Elektron Baza məlumatlarına əsasən iddiaçıların pay alacaq subyektlər siyahısında 535 nömrə ilə ümumi birgə mülkiyyətlərinə - X6, X8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı5 həmin ərazidən 535 H/0.10 ha, 535 A/0.16 ha pay və həyətyanı torpaq sahəsi işlənilmiş, həmin ərazilərə Kompleks yerquruluşu layihələrində nəzərdə tutulan yol sxemdə göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 45 nömrəli reyestr kitabının 45-ci səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyata əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 46 nömrəli reyestr kitabının 16-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyata əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında Cavabdeh, X2, X3, X4 və X7 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıların iddia etdiyi gediş-gəliş yolunun üzərinə qoyulmuş darvaza DƏDRX-nin tərtib etdiyi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus 0.1116 ha həyətyanı torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, xxxx MMC-nin elektron baza məlumatlarına əsasən iddiaçıların pay alacaq subyektlər siyahısında 535 nömrə ilə ümumi birgə mülkiyyətlərinə - X6, X8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı5 həmin ərazidən 535 H/0.10 ha, 535 A/0.16 ha pay və həyətyanı torpaq sahəsi işlənilmiş, həmin ərazilərə Kompleks yerquruluşu layihələrində nəzərdə tutulan yol mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsusdur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən adlarına qeydiyyata alınmışdır. Eyni zamanda, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X2, X3, X4 və X5 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıların yola qoyulmuş darvazanın götürülməsi və yolun açılması tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ******* saylı xx.xx.2018-ci il tarixli Çıxarışda qeyd olunmuş xüsusi mülkiyyətlərində olan ev və torpaq sahəsinə gediş-gəliş yolunun üzərinə qoyulmuş darvazanın götürülməsi və həmin yolun açılmasını tələb edirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçıların iddia etdiyi gediş-gəliş yolunun üzərinə qoyulmuş darvaza DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh (və ailə üzvlərinə) məxsus 0.1116 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşir və Elektron Baza məlumatlarına əsasən iddiaçıların pay alacaq subyektlər siyahısında 535 nömrə ilə ümumi birgə mülkiyyətlərinə həmin ərazidən 535 H/0.10 ha və 535 A/0.16 ha pay və həyətyanı torpaq sahəsi işlənilmiş, Kompleks yerquruluşu layihələrində iddiaçılar üçün həmin ərazilərə başqa gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Bundan başqa, iş materiallarında olan sənədlərdən, habelə mütəxəssis və ekspert rəylərindən də görünür ki, iddiaçıların mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuş və həmin yol mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İddiaçıların iddia ərizəsində gediş-gəliş yolu kimi qeyd etdikləri ərazi və həmin yol üzərinə qoyulmuş darvaza Cavabdeh məxsus 0.1116 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşir. Yəni əvvəllər iddiaçılar Elektron Baza məlumatlarına əsasən Kompleks yerquruluşu layihələrində onlar üçün nəzərdə tutulmuş gediş-gəliş yolundan deyil, cavabdehin həyətyanı torpaq sahəsindən keçməklə olan gedişgəliş yolundan istifadə etmişlər. Hazırda cavabdeh öz həyətindən iddiaçıların gediş-gəliş üçün istifadə etmələrinə icazə vermir. Qeyd edildiyi kimi, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdehin torpaq sahəsindən deyil, başqa tərəfdən (özlərinə aid torpaq sahələrindən) gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Bu da mütəxəssis və ekspert rəyləri ilə təsdiqini tapır. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, lakin məhkəmə kollegiyasının qənaətincə, hazırkı işin (mübahisənin) xarakteri baxımından ekspert rəyi əsas sübut vasitəsi kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola keçidi olmazsa, o, qonşulardan ona tam əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb edə bilər. Lakin hazırkı iş üzrə iddiaçıların onlara cavabdehin torpaq sahəsindən zəruri keçid verilməsinə ehtiyacları yoxdur, ona görə ki, onlar üçün Kompleks yerquruluşu layihələrində ictimai yola çıxmaq üçün ayrıca gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İddiaçılar istifadə etməyə vərdiş etdikləri gediş-gəliş yolunun cavabdeh tərəfindən bağlanmasına narazılıq etsələr də, lakin onlar həmin yolun cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçdiyini nəzərə almalıdırlar. Cavabdehin razılığı olmadan və ya iradəsi ziddinə ona məxsus torpaq sahəsindən gediş-gəliş üçün istifadə edilməsi isə cavabdehin mülkiyyət hüququnu pozan hərəkətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən, cavabdeh tərəfindən darvaza qoyulmaqla bağlanmış yol onun mülkiyyətində olan torpaq sahəsindən keçdiyi üçün cavabdehin hərəkəti qanunsuz sayıla bilməz. Cavabdehin ona məxsus olan torpaq sahəsindən iddiaçıların gediş-gəliş üçün yol kimi istifadə etmələrinə icazə verməmək və bunu öz mülkiyyət hüququnun pozulması hesab edərək qarşısını almaq hüququ vardır. İddiaçıların yola qoyulmuş darvazanın götürülməsi və yolun açılması barədə tələbləri isə qanuni sayıla bilməz. Belə tələb həm də əsassızdır, ona görə ki, mübahisələndirilən gedişgəliş yolu nə ərazinin yerquruluşu sənədlərində ictimai (ümumi istifadə üçün olan) yol kimi nəzərdə tutulmamış, nə də həmin yol iddiaçılara cavabdehin torpaq sahəsindən zəruri keçid kimi qanuni şəkildə verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar