Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-255/2024 07.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(051)-1854/2023 saylı qərardadından İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1854/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işin icraatı dayandırılmışdır. İddiaçı vəkili Vəkil1 məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1854/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 71170(yetmiş bir min yüz yetmiş) manat pulun və ödədiyi 401 manat rüsunun alınıb ona qaytarılması barədə iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(051)-1854/2023 saylı qərardadı ilə onun Cavabdeh qarşı «pul» tələbinə dair mülki işin icraatı dayandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, «Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq Və X3 cinayətlərin iistintaq şöbəsinin icraatında Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü msaddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 3000 manat məbləğində ziyan vurulmuş o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin müəyyən edilmişdir ki, iddia ərizəsində tələb olunan məbləğ ilə ibtidai istintaqdaki məbləğ uyğunluq təşkil etmir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, o, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cinayət işi yekunlaşana və yekun məhkəmə qərarı çıxarılanadək iş üzrə icraat dayandırılmalıdır». Məhkəmə Prosesual Hüquq normasını səhv tövsif etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə görə Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 mart 2004-cü il tarixli qərarı mövcuddur və məhkəmənin qərardadı tam əsassızdır. Məhz həmin qərarda göstərilmişdir ki, «Göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir». Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1854/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(051)-1854/2023 sаylı qərаrdаdı ilə Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(051)-1854/2023 sаylı qərаrdаdından iş üzrə İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(051)- 1854/2023 saylı qərardadı ləğv edilməli, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq Və X3 cinayətlərin iistintaq şöbəsinin icraatında Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü msaddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 3000 manat məbləğində ziyan vurulmuş İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Həiçinin müəyyən edilir ki, iddia ərizəsində tələb olunan məbləğ ilə ibtidai istintaqdaki məbləğ uyğunluq təşkil etmir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmışdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cinayət işi yekunlaşana və yekun məhkəmə qərarı çıxarılanadək iş üzrə icraat dayandırılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Şikayətin dəlilləri ilə razılaşan kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun adı keçən 25 mart 2004-cü il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir». Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2023- cü il tarixli, 2(051)-1854/2023 sаylı qərardadı ləğv olunmalı, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 2(051)1854/2023 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(051)-1854/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 2(051)1854/2023 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-255/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-255/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver