Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-257/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-778/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-778/2019 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh 1321 manat əsas, 50 manat cərimə və 30 manat 40 qəpik dövlət rüsumu - cəmi 1401 (bir min dörd yüz bir) manat 40 (qırx) qəpik məbləğinin tutularaq iddiaçı "İddiaçı" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı MMC (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 1321 manat əsas, 1382 manat cərimə - cəmi 2703 manat borc məbləğinin və 30,4 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin 28 May filialı ilə cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə BMYK01480 nömrəli nisyə satış müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə 2410,65 manat məbləğində Samsung G955 64GB OrchidGrey modelli mobil telefon satılmışdır. Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək aylıq 188 manat ödənişi təmin etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Cavabdehə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu da ödənilmişdir. Cavabdehin iddiaçıya 1321 manat əsas və 1382 manat cərimə borcu yaranmışdır. İddiaçı cəmi 2703 manat borc və 30,40 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, işlədiyi obyektdə tanış olduğu X1 müraciət edərək kreditlə telefon almaq istədiyini bildirmişdir. O, da xx xxxxxx 2017-ci il tarixdə nisyə satış müqaviləsi bağlayaraq 2410,64 manat dəyərində Samsung markalı mobil telefon alaraq Esmiraya vermişdir. Esmira müqavilə üzrə aylıq ödənişləri ödəyəcəyini öhdəsinə götürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Esmiranın niyyəti onu aldatmaq olmuşdur. Esmiranın hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Göstərilən məbləğ Esmira tərəfindən iddiaçıya ödənilməlidir. Onun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, yaxın dostunun vasitəsi ilə işlədiyi obyektdə tanış olduğu X2 müraciət edərək, kreditlə telefon almaq istədiyini, lakin, müəyyən səbəblərdən ona kredit verilmədiyini bildirərək, rəsmiləşdirilmənin onun adına aprılmasını xahiş etmişdir. O, onun Bakı şəhəri 216 saylı məktəbdə ibtidai sinif müəlliməsi işləməsini, pedaqoji fəaliyyətlə məşğul olmasını və yaxın dostunun vasitəçi olmasını nəzərə alaraq razılaşmışdır. xx.xx.2017-ci il tarixdə onunla "İddiaçı" MMC arasında bağlanmış nisyə satış müqaviləsinə əsasən SAMSUNG G955 64 GB ORCHİD GREY markalı, dəyəri 2410.64 (iki min dörd yüz on manat 64 qəpik) manat olan telefonu alıb X4 vermişdir. O hər ay ödənişləri vaxtında edəcəyini bildirsə də o vaxtdan yoxa çıxıb. Bu səbəbdən hesab edir ki, qətnamə həm maddi həm prosessual hüquq pozuntu ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Burada ona məxsus olan SAMSUNG G955 64 GB ORCHİD GREY markalı mobil telefonun X4 tərəfindən etibardan sui-istifadə edilməklə ələ keçrilməsi ilə bağlı məhkəmədə bildirsə də, məhkəmə bu işi üzrə xüsusi qərardad qəbul etməmişdir. Belə ki, mübahisəli telefon ona məxsus olsa da, onun tərəfindən heç vaxt istifadə olunmamışdır. Əgər məhkəmə xüsusi qərardad qəbul edərək, işin prokurorluq tərəfindən araşdırılmasını təmin etmiş olsaydı məlum olardı ki, sözügedən telefon onun istifadəsində deyil. Digər məqam ondan ibarətdir ki, telefonun dəyəri 2410.64 manat dəyərləndirilmişdir. Qətnamədə isə qeyd olunur ki, cavabdeh tərəfindən ilkin olaraq 150 manat ödəniş olmuşdur. Buradan aydın görünür ki, onun tərəfindən yalnız ilkin olan hissə ödənilmişdir. Ümumi telefon dəyərinin 2410.64 manat olan məbləğin 1089 manat hissəsi X4 tərəfindən ödənilmişdir. Bu da göstərir ki, telefon onun istifadəsində olmamışdır. Lakin, bu hissəni dəqiqləşdirmədən qərar qəbul etməklə, onun hüquqları pozulmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(.37)-778/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, mahiyyəti üzrə işə yenidən baxaraq qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı MMC-nin direktoru Ə.Əsgərov məhkəmə kollegiyasına müraciət edərək hazırki məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-778/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-778/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli BMYK01480 saylı nisyə satış müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2410,64 manat dəyərində avadanlıq satılmış, cavabdeh ilkin olaraq 150 manat ödəniş etmiş, 12 ay müddətinə hər ay 188 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 1 ədəd 2410,64 manat dəyərində Samsung G955 64GB ORCHİD GREY modelli mobil telefon cavabdehə təhvil verilmişdir. İşdə olan 12 iyun 2019-cu il tarixli 4625 nömrəli bildirişdən görünür ki, müqavilə üzrə yaranmış 2703 manat borcun ödənilməsi cavabdehdən tələb edilmiş, borc məbləği ödənilməyəcəyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixli BMYK01480 saylı nisyə satış müqaviləsi üzrə 1321 manat ödənilməmiş əsas borcu, 1382 manat hesablanmış cərimə - 2703 manat borcu yaranmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 385.1, 448.1, 465.2 və 467-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli BMYK01480 saylı nisyə satış müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 1 ədəd 2410,64 manat dəyərində Samsung G955 64GB ORCHİD GREY modelli mobil telefon satılmışdır. Cavabdeh ilkin olaraq 150 manat ödəniş etmiş, 12 ay müddətində hər ay 188 manat ödəməyi öhdəsinə götürmüşdür. Sonradan cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Xəbərdarlıqlar edilməsinə baxmayaraq yaranmış borc məbləğinin ödənilməsi təmin olunmamışdır. İddiaçı tərəfindən borc tələbi ilə məhkəməyə müraciət olunmuş, bunun üçün 30,4 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehdən 1321 manat əsas və 1382 manat cərimə - cəmi 2703 (iki min yeddi yüz üç) manat borc, həmçinin 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və təmin olunmamasını xahiş edir. Qeyd olunan əsaslara görə, habelə müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin 1321 manat əsas borcun tutulmasına dair hissəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması ilə həmçinin müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixli BMYK01480 saylı nisyə satış müqaviləsi üzrə 1382 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da tələb olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksəkdir. Müqavilə üzrə əsas borcun miqdarının 1321 manat təşkil etdiyi halda, cərimənin miqdarının 1382 manat məbləğində olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən birinci instansiya məhkəməsi qərara gəlmişir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1382 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 50 (əlli) manat həddində təmin edilməlidir. Cavabdehdən 30,40 manat ödənilmiş dövlət rüsumu məbləği tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-778/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-778/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavadbeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-257/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-257/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver