Məhkəmə qərarları › İş №2(107)-259/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-259/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-259/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi bаrədə mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli 2(075)-2290/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli 2(075)-2290/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin olunmuş, 08 iyul 2019-ci il tarixli SKM- 0070/2_KMP saylı kredit müqaviləsi üzrə 3922,50 manat əsas borc və 10,67 manat faiz borci olmaqla, cəmi 3933,17 manat borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08 iyul 2019-ci il tarixli SKM-0070/2_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3922,50 manat, faiz borcina görə 10,67 manat olmaqla, cəmi 3933,17 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsinin xahiş etmişdir.Məhkəmə İddiaçı ASC –nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2019-ci il tarixli SKM-0070/2_KMP saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə qaytarılması şərti ilə 4809,84 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə digər Cavabdeh2 arasında 08 iyul 2019-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcinu hər ay hissə-hissə ödəməli idi. 08 iyul 2019-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş, kredit məbləğinin bir hissəsini banka geri qaytarmasına baxmayaraq həmin müqavilə üzrə əsas kreditə görə 3922,50 manat, faiz borcina görə 10,67 manat olmaqla, cəmi 3933,17 manat məbləğində pulu ödəməmişdir. Bu səbəbdən də bank ödənilməmiş məbləği əsas borcludan və onun zaminindən tələb etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır. Onların iddiaçı banka tələb edilən məbləğdə əsas borcu yoxdur. Hesab edir ki, borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. İddiaçı ASC-nin Şəki filialı ilə onun arasında kredit müqaviləsi bağlanmış və müqavilə həmin tarixdən qüvvəyə minmişdir. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq iş üzrə hesablanmış borc tamamilə azaldıla bilər. Bundan başqa əsas borc məbləğləri də dəqiq hesablanmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü ilin dekabr ayında qəbul edilmiş müvafiq qərarı vardır. Ona görə də həmin qətnamədən narazıdır. İş üzrə hər hansı bir ekspertiza təyin edilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 02 noyabr 2021 -ci il tarixli, 2 (075)- 2290/2021 saylı qətnaməsini əsas və faiz ilə bağlı hissədə ləğv edərək yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli 2(075)-2290/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdə olan 08 iyul 2019-ci il tarixli istehlak krediti müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətində hissə-hissə qaytarılması şərti ilə 4809,84 manat kredit verilmişdir. Cavabdeh1 da həmin kredit borcinu 60 ay müddətində hər ay hissə-hissə ödəməli olmuşdur. Mülki işdə olan 08 iyul 2019-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.2, 465.2, 472.1, 739 və 741-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məjəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyənhərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqavilələrində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcin faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcin qaytarılması ilə bir vaxtda ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2019-ci il tarixli, SKM-0070/2_KMP saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 4809,84 manat məbləğində kredit verilmişdir. Bununla da iddiaçı tərəfindən üzərinə düşən öhdəlik icra olunmuşdur. Müqavilə üzrə borc məbləği illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətində borclu tərəfindən ödənilməli idi. Cavabdeh1 həmin borc məbləğindən bir hissəsini ödəmiş, lakin 3922,50 manat, faiz borcina görə 10,67 manat, cəmi 3933,17 manat məbləğində borcunu bankın hesabına ödəməmişdir. Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə ъавабдещ Cavabdeh2 arasında 08 iyul 2019-ci il tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC ilə 08 iyul 2019-ci il tarixdə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün onunla eyni həcmdə və birgə məsuliyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunu kredit müqaviləsində nəzərdə tutulmuş qaydada bankın hesabına ödəməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zaminlə İddiaçı ASC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin Cavabdeh1 ödənilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kredit və zaminlik müqavilələrinin şərtlərinə tam şəkildə əməl edilməmişdir. Bu səbəbdən də İddiaçı ASC ödənilməmiş kredit borcinun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, 08 iyul 2019-ci il tarixli SKM-0070/2_KMP saylı kredit müqaviləsi üzrə 3922,50 manat, faiz borcina görə 10,67 manat olmaqla, cəmi 3933,17 manat məbləğində kredit borci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. İddia təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli 2(075)-2290/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şəki Rayon Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli 2(075)-2290/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar