Məhkəmə qərarları › İş №2(107)-2604/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2604/2020

25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2604/2020 25.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-436/2011 saylı qərardadından Cavabdeh Fərhad qızı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı məhkəməyə müraciət edərək kredit məbləğinin geri qaytarılması və ipoteka predmentinə tutmanın yöndəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(039)-436/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2012-ci il tarixli, 2(107)- 23/2012 saylı qətnaməsi ilə Cavabdeh Fərhad qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(039)-436/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, 2(102)-2543/2012 saylı qərarı ilə Cavabdeh Fərhad qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2012-ci il tarixli, 2(107)-23/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh Əlibabayeva X1 Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(039)- 436/2011 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-436/2011 saylı qərardadı ilə (hakim Günay Cavadova) Cavabdeh Fərhad qızının Yevlax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(039)-436/2011 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cаvаbdeh Əlibabayeva X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)- 436/2011 saylı qərardadından şikayət vermişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-436/2011 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-436/2011 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı mülkin iş üzrə cavabdehin apellyasiya və kassasiya şikayətlərinə yuxarı instansiya məhkəmələrində baxılaraq müvafiq məhkəmə aktları qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh Fərhad qızının Yevlax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(039)-436/2011 saylı qətnaməsindən apellyasiya şikayəti verməsini, həmin işə Cavabdeh Fərhad qızı tərəfindən verilmiş şikayətə əvvəllər apellyasiya və kassasiya qaydasında baxılmasını və mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq Cavabdeh Fərhad qızının Yevlax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(039)-436/2011 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki iş materiallarından görünür ki, bütün instansiya məhkəmələrində işə baxılarkən Cavabdeh Fərhad qızı işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, iş materiallarından o da bəlli olur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2012-ci il tarixli, 2(107)-23/2012 saylı qətnaməsi iş üzrə tərəflərə, o cümlədən Cavabdeh Fərhad qızının ünvanına da sifarişli-xəbərnaməli məktubla göndərilmiş və həmin qətnamə xəbərnaməyə imza edilməklə ünvançı, yəni Cavabdeh Fərhad qızı tərəfindən qəbul edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cаvаbdeh Cavabdeh Fərhad qızı tərəfindən verilmiş şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-436/2011 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Cаvаbdeh Cavabdeh Fərhad qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-436/2011 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar