Məhkəmə qərarları › İş №2(107)-261/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-261/2020

30.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-261/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnaməsindən cavabdehlər X24 və X8 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: X2 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və X16 mülkiyyətlərində olan Şəki Rayonu Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etmələrinə etdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə, 2(075)1713/2019 nömrəsi ilə qeydiyyata alınmışdır. X1, X24 ƏMDK yanında DƏDRX-nin X31, İddiaçı1, İddiaçı2, X12 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, X12 və X10 adına verilmiş torpaq sahəsinə dair, reyestr nömrəsi **********77 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxxx 2019-cu il tarixdə, 2(075)1947/2019 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1947/2019 saylı qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1713/2019 nömrə ilə qeydiyyata alınmış iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və X17 qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası və Şəki Rayon Məhkəməsində 2(075)-1947/2019 nömrə ilə qeydiyyata alınmış iddiаçılar X8 və X16 cavabdehlər İddiaçı1, İddiaçı2, X12, X18 və ƏMDK yanında DƏDRX-nin X27rşı “torpaq sahəsinə dair verilmiş **********77 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dаir mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylıqətnaməsi ilə X8 və X4 Fazil Əli oğluna və İddiaçı2 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, İddiaçı1 və İddiaçı2 həmin torpaq sahələrindən istifadələrinə X8 və X24 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, X26 və İddiaçı2 iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumunun özlərinə aid edilməsi, X3, X16 cavabdehlər İddiaçı1, İddiaçı2, X12 və X13 və ƏMDK yanında DƏDRX-nin X27rşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi və X24 və X3 iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumunun özlərinə aid edilməsi qət edilmişdir. Cavabdehlər X24 və X8 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra hallar nəzərə alınmamışdır: 1) İddiaçı1 Cumakənd kəndində olan pay torpağı nəzərə alınmamışdır. 2) Şəki rayon X6 ikinci dəfə 1.48 ha - pay torpağı Baş Göynük kəndində verməsi X23 xx xxxx 1996 cı - il № 155- İQ 14 -cü maddənin 2 bəndini kobud şəkildə pozub və ƏMDK - i yanında DƏDRX -nin X31 katastr sənədini qanunsuz olaraq Fazilin adına qeydə alıb və çıxarış verib. 3) Vəkil Səbuhi Rəcəbovun Məhkəmə iclasında çıxışına məhəl qoymamışdır. 4) İddiaçı: Cavabdeh2 və X3 Məhkəməyə verdiyi məlumatı, İddiaçı1 Cumakənd kəndindəki pay torpağı olması və satması faktını nəzərə almamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi İddiaçı2 məhkəmə iclasında verdiyi yalan izahatı da araşdırmamışdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)- 1713/2019 saylı qətnаməsi ləğv edilməldir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin X31 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, baş Göynük kəndində yerləşən 1,48 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətində olmaqla, İddiaçı1, İddiaçı2, X7 və X10 ümumi birgə mülkiyyətindədir. İşdə olan Baş Göynük kənd bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 108 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini X5 torpaq islahatı aparılarkən onun ailəsinin mülkiyyətində sulaq sahədən 2,22 ha dəmyədən 0,61 ha olmaqla, ümumilikdə 2,83 ha pay torpağı normal qaydada verilmişdir. Eyni ildə Baş Göynük kənd sakini İddiaçı1 da islahat zamanı ailəsinin mülkiyyətinə sulaqdan 1,48 ha, dəmyədən 0,41 ha olmaqla, 1,89 ha normal qaydada pay torpağı verilmişdir. Hazırda hər iki ailə arasında “Biləcik kəndi” adlanan ərazidə İddiaçı1 ailəsinə məxsus olan 1,48 ha pay torpağını Fazil və Qəndəvət öz aralarında bu günə kimi hansısa razılaşma əsasında istifadə etmişlər. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, qeyd edilən mübahisəli torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. Yəni mülkiyyətçi olan İddiaçı1 qeyd olunan mübahisəli torpaq sahəsinin qanuni sahibidir. X24 və X8 halhazırda qeyd edilən torpaq sahəsindən qeyri-qanuni olaraq istifadə edirlər və onların həmin torpaq sahəsindən istifadə etmələri iddiaçının mülkiyyət hüququnu pozur, onun toxunulmazlığına xələl gətirir. Bundan əlavə qeyd edilən mübahisəli torpaq sahəsi Şəki rayon X9 xx xxxx 2002-ci il tarixli qərarı ilə X21 və onun ailəsi üçün ayrılmış və xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-dən **********77 reyestr nömrəsi olan çıxarış da almışdır. X11 və X8 DƏDRXdən alınmış **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsinin əsası kimi çıxış edən hər hansı sübutunu məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər X24 və X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar