Məhkəmə qərarları › İş №2(107)-261/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-261/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-261/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsindən iddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi ilə ASC İddiaçı Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması”, Cavabdeh1 ASC İddiaçı Bankına, Cavabdeh2, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC İddiaçı Bankına, Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, xx xxxx 2014-cü il tarixli **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan və Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m. ümumi, 50,6 kv.m. yaşayış, 99,9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilərək ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılması, əmlakların satışından əldə olunmuş vəsait hesabına xx xxxx 2014-cü il tarixli **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 14000.17 (on dörd min ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10442.6 (on min dörd yüz qırx iki ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 100 (bir yüz) ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542.17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları on yeddi sent) ABŞ dolları borcun (qətnamə icra olunan günə manata məzənnəsi üzrə), habelə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən ASC İddiaçı Bankının xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. Cavabdeh1 ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh5 və X1 ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)4/2020 nömrəli qərardadı nəzərə alınmışdır. İşin halları X15 Cəmiyyəti İddiaçı Bankı (bundan sonra iddiaçı və ya ASC İddiaçı Bank) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2014-cü il tarixli, **********9914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus olann və Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0,05 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 150,5 kvadrat metr ümumi, 50,6 kvadrat metr yaşayış, 99,9 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli mənzilə tutmanın yönəldilməsi, xx xxxx 2014-cü il tarixli, **********55914 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21060,17 ABŞ dolları məbləğində əsas, 3082,58 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxxxx 2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 439,48 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 24582,43 ABŞ dolları və xx xxxxxx 2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulması, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin xx xxxx 2014-cü il tarixli, **********9914/1 nömrəli ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi, məhkəmə qətnaməsinin Cavabdeh2 hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq onun Cavabdeh1 tərəfindən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib xx xxxx 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 5557,54 (beş min beş yüz əlli yeddi ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi), xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 8336,22 (səkkiz min üç yüz otuz altı ABŞ dolları 22 sent) cərimə faizləri olmaqla, cəmi 45705,93 (qırx beş min yeddi yüz beş ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı ASC İddiaçı Bankının «iddia tələbinin artırılması və dəqiqləşdirilməsi» barədə ərizəsi icraata qəbul edilmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib xx xxxx 2014-cü il tarixli **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 6622.25 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi), xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 9134.75 cərimə faizləri olmaqla, cəmi 47569.17 ABŞ dolları və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı ASC İddiaçı Bankının «iddia tələbinin artırılması və dəqiqləşdirilməsi» barədə ərizəsi icraata qəbul edilmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib xx xxxx 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan və Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx xxxx 2014-cü il tarixli, **********99914 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 2009.49 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 9670.03 cərimə faizləri olmaqla, cəmi 43491.68 ABŞ dolları və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı ASC İddiaçı Bankının «iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi» barədə ərizəsi icraata qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 4-ci bəndinin aşağıdakı redaksiyada verilərək fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X5, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 01 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yetkinlik yaşlarına çatmayaq ailə üzvləri X3, X8, X9, X4 və X6 ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X5 cavabdeh qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ödəniş edildiyindən iddia ərizəsində göstərilən tələblərin birinci bəndində aşağıdakı dəyişiklikləri edərək iddia ərizəsində göstərilən tələblərin birinci bəndində əsas borc məbləğinin 14000.17 ABŞ dolları, adi faizlər üzrə borc məbləğinin 10752.02 ABŞ dolları, əldən çıxmış fayda üzrə 2158.72 ABŞ dolları və penya borcu üzrə 9670.94 ABŞ dolları olmaqla, cəmi 36580.94 ABŞ dolları kimi oxunmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2016-cı il tarixdə 2(075)4/2020 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiаçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tаixdə Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmа və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürmələri bаrədə ərizələrini məhkəməyə göndərərək, cavabdehlər “İddiaçı Bank” ASC, Cavabdeh2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı Şəki şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2014cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizələri Azərbaycan Respublikası MPM-nin 55-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X10 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində işə cəlb оlunmuşdur. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxx 2020-ci il tarixdə, 2(075)860/2020 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-4/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-4/2020 saylı və 2(075)860/2020 saylı mülki işlər birləşdirilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə Cavabdeh2 arasında **********99914 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bundan sonra ipoteka predmetinin qeydiyyata alınmasına dair ASC İddiaçı Bankının adına xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Odur ki, ASC İddiaçı Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən ASC İddiaçı Bankının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini və ipoteka predmeti olan Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrinə mahiyyəti üzrə baxılmasını tələb etmir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 izahatında bildirmişdir ki, xx xxxx 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə onun arasında **********99914 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən cavabdeh ona illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün o və Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuş, ASC İddiaçı Bankının adına xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Əvvəllər ödənişləri vaxtı-vaxtında həyata keçirsə də, sonradan maddi imkanı yaxşı olmadığından ödəniş edə bilməmişdir. İşin məhkəmədə baxıldığı dövrdə 7000 ABŞ dolları ödəniş etmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Məhkəmədən cərimə borcunun azaldılmasını xahiş edir. Bundan başqa ipoteka predmeti olan Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsinə razıdır. Əlavə olaraq bildirmişdir ki, iddiаçı Cavabdeh1 ona və digər cavabdehlər ASC «İddiaçı Bankı» və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, habelə müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC «İddiaçı Bankı» və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrinin mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh olmaqla digər cavabdehlər Cavabdeh1 və Cavabdeh5 etibarnamə üzrə nümayəndələri Cavabdeh3 Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək qanuni qərar edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hazırda nümayəndəsi olduğu iddiаçı Cavabdeh1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, həmçinin onun və digər müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh5 və X1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələrini müdafiə etmirlər. Məhkəmədən həmin iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qərardadı ilə iddiаçı Cavabdeh1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC «İddiaçı Bankı», Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələri baxılmamış saxlanılmışdır. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsindən ASC İddiaçı Bank apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ASC İddiaçı Bank tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur, buna görə də həmin qətnamənin qismən ləğv edilməsinə və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İlk növbədə qeyd etmək istəyirlər ki, bankın iddiası kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə (Qətnamədə səhvən “xx.xx.2020-ci il” tarixi göstərilib. Həmin tarixdə əldən çıxmış fayda üzrə borc məbləği 2009,49 ABŞ dolları təşkil etmişdir) qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 9570 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən tutulması hissəsində təmin edilməmiş və əsas kimi iddiaçının tələblərinin faktiki təmin edilmə tarixinin qabaqcadan bəlli olmadığı, həmin tarixin qabaqcadan bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və penya məbləğinin də hazırda müəyyən edilməsinin qeyri- mümkün olduğu göstərilmişdir. Halbuki, həmin məbləğ İddiaçının tələblərinin faktiki təmin edilmə tarixinə, başqa sözlə, qətnamədə ifadə edildiyi kimi qabaqcadan bəlli olmayan tarixə deyil, qətnamənin qəbul edildiyi xx.xx.2020-ci il tarixə hesablanmışdır. İkincisi, Cavabdeh2 ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borclu əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 34% faiz dərəcəsi ilə (burada illik 34% faiz dərəcəsinin 19%-ni adi faizlər, 15%-ni isə dəbbə pulu təşkil edir) hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd edildiyi kimi, Bank tərəfindən penya Kredit müqaviləsində nəzərdə tutulduğu kimi illik 34% dərəcəsi ilə deyil, illik 15% faiz dərəcəsi ilə hesablanmışdır ki, bu da hesablanmış penyanın Kredit müqaviləsində razılaşdırılmış dərəcədən də az faiz dərəcəsi ilə hesablandığını sübut edir. Başqa sözlə müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2020-ci il tarixinə bu məbləğin məhz 9670,03 ABŞ dolları olması barədə İddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər hansı əsas göstərmədən həmin məbləği azaltmışdır. Məhkəmənin müəyyən etdiyi 100 ABŞ dolları məbləğində penya Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının birinci instansiya məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. Qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə almır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Üçüncüsü, qətnamə ilə Bankın iddiası «xx.xx.2020-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən Bankın xeyrinə tutulması» hissəsində təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla cavabdeh arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi faizlərin və dəbbə pulunun hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ASC İddiaçı Bankın nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və X5 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxx 2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı Bankına Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar qiyməti 55000 manat, likvid dəyəri 50000 manat müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı Bankının xeyrinə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx xxxxx 2016-cı il tarixli, 268 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. ASC İddiaçı Bankı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2016-cı il tarixli, 268 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair ASC İddiaçı Bankının ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində xx xxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. «xxxx» MMC tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş 17-45 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 məxsus olan və Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 70000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 29986 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, **********99914 saylı müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh2 (bankın faizlərin hesablanmasını dayandırması nəzərə alınmaqla) xx.xx.2016-cı il tarixə, xx.xx.2018-ci il tarixə və xx.xx.2018-ci il tarixə (sualda göstərilən tarixlərə) banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 2680.23 ABŞ dolları. İş materiallarında olan Cavabdeh2 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 31236 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı Bank ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin iş materiallarında olan bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında (səh 201) bank cərimə hesablamamış və ödənişlərdən cəriməyə silinmə aparmamışdır. Bundan başqa hazırkı rəyin təsviri hissəsində qeyd olunduğu kimi iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə vəsatət göndərilmiş, həmin vəsatətə əsasən hesabdan çıxarışlar təqdim olunmuşdur. Bununla bağlı qeyd edilir ki, həmin çıxarışlarda da cərimə hesablanmamışdır. Belə ki, həmin çıxarışlarda öz əksini tapmış hesablar cərimə hesabı ilə bağlı deyildir. Bu səbəbdən də hazırkı tədqiqatla hesablamaq mümkün olmadı. Göstərilənlərdən əlavə qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi ekspertiza qarşısında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarda göstərilmiş hallar da nəzərə alınmaqla iddiaçı ASC İddiaçı Bankı ilə üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ASC İddiaçı Bankına hansı məbləğdə ödəməli olan əsas, faiz və cərimə borcu vardır sualı qoyulmuşdur ki, həmin xx xxxxxx 2014-cü il tarixli qərarda cərimə hesablanması nəzərdə tutulmamışdır. Təqdim edilmiş iş materiallarında səhifə 137-də olan hesabdan çıxarışın əvvəlində 21224 saylı faiz hesabı, təyinatı vaxtı keçmiş faiz borcu göstərilsə də, səhifə 210-da olan və sonradan təqdim edilən hesabdan çıxarışların əvvəlində 21224 saylı faiz hesabı göstərilmiş və təyinatında cərimə faizi göstərilmişdir. Yəni eyni faiz hesabından çıxarışlarda təyinatlar fərqlidir. Bundan başqa həmin hesabdan çıxarışların üçündə də hesablanma hissəsində 64720 saylı hesab üzrə hesablanma aparılmışdır ki, bu hesab fiziki şəxslər və fərdi sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə xarici valyutada faiz gəlirləri hesabıdır. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda (səh-137, səh-210) 64720 saylı hesabın qarşısında təyinat göstərilməsə də sonradan təqdim edilmiş hesabdan çıxarışda təyinat cərimə faizlərinin hesablanması kimi göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 30555 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, **********99914 saylı müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh2 (bankın faizlərin hesablanmasını dayandırması nəzərə alınmaqla) xx.xx.2016-cı il tarixə, xx.xx.2018-ci il tarixə və rəyin tərtib edildiyi xx.xx.2020-ci il tarixə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 2680.23 ABŞ dolları. İş materiallarında olan Cavabdeh2 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 9/68 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, **********99914 saylı müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh2 müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə banka olan borcu 31727.2 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 10442.6 ABŞ dolları. Cavabdeh2 xx.xx.2020-ci il tarixə banka olan borcu 43459.85 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 10442.6 ABŞ dolları, əldən çıxmış fayda - 6704.65 ABŞ dolları, penya borcu - 5028.0 ABŞ dolları. Cavabdeh2 xx.xx.2020-ci il tarixə banka olan borcu 44722.63 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 21284.60 ABŞ dolları, faiz borcu üzrə - 10442.6 ABŞ dolları, əldən çıxmış fayda – 7425.96 ABŞ dolları, penya borcu – 5569.47 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin həqiqi halları ilə müəyyən edilir ki, “xx xxxx 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə Cavabdeh2 arasında **********99914 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, **********99914/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bundan sonra ipoteka predmetinin qeydiyyata alınmasına dair ASC İddiaçı Bankının adına xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. ASC İddiaçı Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçı ASC İddiaçı Bankından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh2 ASC İddiaçı Bankından kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. İddiаçı tərəfindən bоrcаlаnа öhdəliyini ləngitdiyi üçün 9670.94 ABŞ dolları məbləğdə dəbbə pulu (cərimə, penyа) hesаblаnmışdır. Аzərbаycаn Respublikаsı MM-in 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, ASC İddiaçı Bankı tərəfindən hesablanmış 9670.94 ABŞ dolları məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (hesablanmış cərimə borcunun) azaldılaraq 100 (bir yüz) ABŞ dolları məbləğində saxlanılması daha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa ipoteka predmeti olan Cavabdeh1 məxsus Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetinin qiymət ilə tərəflər razıdır. Həmin qiyməti tərəflərdən heç biri mübahisələndirilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 məxsus olan və Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini 70000 (yetmiş min) manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. ASC İddiaçı Bankı Cavabdeh2 ASC İddiaçı Bankının xeyrinə 14000.17 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % dərəcəsi ilə hesablanmış 10752.02 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 9670.03 cərimə faizləri olmaqla pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış əsas borc, faiz borcu və cərimənin məbləğinin müəyyən edilməsi üçün Məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. İşdə olan məhkəmə-mühasibalıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 9/68 saylı rəyi ilə Cavabdeh2 ASC İddiaçı Bankına olan əsas borcunun 21284.60 ABŞ dolları məbləğində əsas borc, 10442.6 ABŞ dolları məbləğində faiz borcu olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş borc məbləğinin iddia tələbində göstərilən məbləğdən əsas borc üzrə 7284.43 ABŞ dolları çox, faiz borcu üzrə isə 309.42 ABŞ dolları az olması müəyyən edilmişdir. İddiaçı tərəfindən ərizədə faiz borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilən məbləği daha əsaslı və cavabdehin banka olan borcun müəyyənləşdirilməsində məhz həmin rəyə istinad edilməsini doğru hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2018ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 2158.72 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində məhkəmə hesab edir ki, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və cərimənin məbləğini də hazırda müəyyən etmək qeyrimümkündür. Habelə, iddiaçı tərəfindən 2158.72 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayətləri əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X11 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar