Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-262/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X23, X4 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X6, vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə X4 Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair ilk iddiası və Cavabdeh X5na qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 nömrəli qətnaməsindən X4 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin Müki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-48/2016 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 60 manat miqdarında aliment məbləğini artıraraq 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim olunaraq, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı xx.xx.2002-ci il təvəllüdlü X1 üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)-48/2016 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X3 üçün təyin edilmiş 60 manat aliment məbləği artıraraq hər ay 100 (yüz) manat müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan X4 nümayəndəsi-vəkili Nümayəndə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: X5 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2003-cü il tarixdə Şəki şəhər İHB-nın Böyük Dəhnə kəndi üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. xx xxxxxxx 2015-ci il tarixdə Şəki rayon məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları-xx.xx.2002-ci il təvəllüdlü X8 atası Cavabdeh, xx.xx.2005-ci il təvəllüdlü X10 isə anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh hər ay 80 manat aliment alınaraq xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, eyni zamanda İddiaçı hər ay 60 manat alınaraq xx.xx.2002-ci il təvəllüdlüX8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, Cavabdeh tutulacaq alimentin əvvəli xx.xx.2015-ci il tarixdən, İddiaçı tutulacaq alimentin əvvəli isə xx.xx.2015-ci il tarixdən hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(075)-443/2015 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-48/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(075)- 443/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, tərəflər arasında Şəki şəhəri İHB-nın Böyük Dəhnə kəndi üzrə nümayəndəliyində bağlanmış xx xxxx 2003-cü il tarixli 09 nömrəli nikahın polzulması, tərəflərin birgə nikahdan olan uşaqları-xx.xx.2002-ci il təvəllüdlü X8 atası Cavabdeh, xx.xx.2005-ci il təvəllüdlü X10 isə anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh hər ay 60 manat aliment alınaraq xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2015 ci il tarixdən hesablanması, ilk iddia və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-48/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-48/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirdi ki, İddiaçı heç bir yerdə işləmir və heç bir yerdən yardım və müavinət almır. xx.xx.2005-ci il təvəllüdlü X2 yükü onun üzərindədir. Təkbaşına uşağın pal-paltarının, sağlamlığının və maddi təminatının qeydinə qalmaq mümkün deyildir. İddiaçının övladı böyüdükcə tələbatı günü-gündən artır. Lakin buna baxmayaraq Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmir. Təyin olunmuş 60 manat məbləğində aliment hazırkı şəraitdə uşağın həyat şəraitinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına azlıq edir və uşağın normal yaşayış təminatını ödəmir. Buna görə də aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddianın əsassız olduğunu və buna görə də təmin edilməməsini, ilkin iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, Məmmədəliyev X14 Validə İlyas qızı ilə xx xxxx 2003-cü il tarixində nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2002-ci il təvəllüdlü X16 və xx.xx.2005-ci il təvəllüdlü X17 adlarında övladları dünyaya gəlmişdir. Onların ailə münasibətlərində olan ciddi və kəskin ixtilaflar səbəbindən Şəki rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılması, xx.xx.2005-ci il təvəllüdlü X13 isə hazırkı İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Bundan sonra Cavabdeh hər ay 60 manat alientin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə alimentin bu həddini təyin edərkən Cavabdeh da yanında digər övladının olmasını nəzərə almışdır. Bu gün isə iddiaçı ondan 180 manat məbləğində aliment tələb edir. Cavabdeh, qeyd olunan 60 manatla razılaşaraq çox çətinliklə olsa da, aliment məbləğini ödəməyə çalışmışdır. Digər uşağını Cavabdeh himayəsində olmaqla, onun hazırlıqları, təhsili, sağlamlıq vəziyyəti, müvafiq tələbatları da xeyli miqdarda sərfiyyat tələb edir. Cavabdeh heç bir yerdə işləmir. Heç bir işi və qazancı yoxdur. İlk iddiaçı isə hazırda işləyir. Aylıq əmək haqqısı 640 manatdır. İlk iddiaçının aliment ödəmək gücü daha çoxdur, nəinki Cavabdeh. Bu səbəbdən də Cavabdeh da öz hüquqlarından istifadə edərək hazırkı qarşılıqlı iddia ilə iddiaçıdan 180 manat məbləğində aliment tələb edir. İlk iddiaçının işi və qazancı imkan verir ki, əmək haqqının ən pis halda 1/4 həddində, ən yaxşı halda sabit pul məbləğində aliment ödəsin. İlk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: X4 nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 nömrəli qətnaməsi ədalətsiz olduğuna görə dəyişdirilməlidir. Belə ki, qətnamə tam araşdırılmadan və əsassız çıxarılmışdır. İddiaçı heç bir yerdə işləmir və heç bir yerdən yardım və müavinət almır. Onun əvvəllər işlədiyi müəssisədən işdən azad edilməsi barədə əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X2 yükü onun üzərindədir. Təkbaşına uşağın sağlamlığının və maddi təminatının qeydinə qalmaq mümkün deyildir. Bundan əlavə himayəsində olan oğlu X17 bronxial asma xəstəliyindən əziyyət çəkir və hər ay onun müalicəsi ilə bağlı 35 manat miqdarında pul vəsaiti müalicə aldığı xəstəxanaya köçürülür və bundan əlavə müalicəsi ilə bağlı aptekdən həkim resepti əsasında dərmanlar alınır. Onun xəstəliyi ilə bağlı müvafiq sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Ancaq məhkəmə işin bu halların nəzərə almamışdır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 100 manat məbləğində aliment hazırkı şəraitdə uşağın həyat şəraitinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və tibbi müayinə və müalicə ilə təmin olunmasına azlıq edir və uşağın normal yaşayış təminatını ödəmir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 nömrəli qətnaməsi ləğv edilərək, ilk iddanın tam təmin edilməsi, qarşlıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən X4 nümayəndəsi-vəkili Nümayəndə özləri tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən olunmuş 100 manat məbləğində aliment uşağın normal saxlanılması üçün yetərli deyil. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, alimentin 180 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını, cavabdeh təırəfindən verilmiş apelyasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 öz apelyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apelyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, Sahib onun oğludur. Oğlu işləmək üçün bir müddət Rusiyaya getsə də, səhhətində olan problemlə bağlı geri qayıtmış və hazırda heç bir yerdə işləmir. Tərəflərin birgə nikahından uşaqlardan biri hazırda onların yanındadır. Oğlunun alimentini də öz pensiyasından ödəyir. Ona görə də onlar tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Məmmədov Fərhad Möhübbət oğlu ilk iddia üzrə cavabdehin apelyasiya şikayətini müdafiə edərək, sonda Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 nömrəli qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(075)-/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Şəki şəhər İHB-nın Böyük Dəhnə kəndi üzrə nümayəndəliyində bağlanmış xx xxxx 2003-cü il tarix nömrəli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqlar - xx xxxxxx 2002-ci il təvəllüdlü X8 atası Cavabdeh, xx xxxxxx 2005-ci il təvəllüdlü X17 anası İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh hər ay 80 manat alimentin alınaraq xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, eyni zamanda İddiaçı 60 manat aliment alınaraq, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi, Cavabdeh tutulacaq alimentin əvvəlinin xx xxxxxxxx 2015-ci il tarixdən, İddiaçı tutulacaq alimentint əvvəlinin isə xx xxxxxx 2015-ci il tarixdən hesablanması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)48/2016 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı AbdulhəlimovaValidə İlyas qızı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(075)-4443/2015 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Şəki şəhər İHB-nın Böyük Dəhnə kəndi üzrə nümayəndəliyində bağlanmış xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş uşaqları X8 atası Cavabdeh və xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X10 isə anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh hər ay 60 manat aliment alınaraq xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşma çatana kimi saxlanılması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxxx 2015-ci il tarixdən hesablanması, ilk iddia və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhəməsinin xx xxxx 2016-cı il tarixli, 2(102)-2401/2016 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. ƏƏSMN Şəki şəhər (rayon) məşğulluq mərkəzi tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən Şəki şəhər Məşğulluq Mərkəzində işaxtaran kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “X26” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. X12 Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X18 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. X27 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X26 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü hər bir iddia tələbi üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz tərəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını və ya aliment ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə alınmasını sübut etməlidirlər. Tərəflər isə tələbini, həmçinin apelyasiya şikayətinin dəlillərini təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Beləliklə işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasındakı münasibətlər pozulduğundan onlar ayrılmış, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(075)-4443/2015 nömrəli qətnaməsinə əsasən həmin tarixdə Cavabdeh xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 60 manat sabit pul məbləğində aliment tutularaq X5na verilməsi qət edilmişdir. Lakin alimentin məbləğinin azlığından narazı qalan iddiaçı hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etməklə alimentin məbləğini 100 manat müəyyən etmişdir. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və qətnamənin dəyişdirilməsi və ya ləğv üçün əsas ola bilməz. Əvvəla, tərəflərin göstərdiyi dəlillər formal mülahizələrə əsaslanmaqla, heç bir mötəbər sübuta əsaslanmır. Cavabdehin, apelyasiya şikayətinə etdiyi etiraz, o cümlədən onun heç bir yerdə işləməməsi və aylıq sabit gəlirinin olmaması ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası irəli sürülən iddia məbləğinin, alimentin miqdarının hər ay 180 manat məbləğində müəyyən edilməsinə əsas verən halların, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilmədiyini, cavabdehin aylıq qazancının kifayət qədər çox olmamasını, eləcə də cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin heç bir hüquqi əsasının olmamasını nəzərə alaraq apelyasiya şikayətlərinin təmin olunmamasını məqsədəmüvafiq hesab edir. Apelyasiya instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı tələbini qismən təmin etməkdə, qarşılqılı iddianın isə təmin olunmamasında düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1946/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-262/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-262/2020
07.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver