Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-266/2025 08.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: Avtomobilin əzilməsi ilə bağlı dəymiş maddi ziyan-pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(051)-976/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh hüquqa zidd əməli ilə müvəkkili İddiaçı birbaşa burulmuş 9318 manat miqdarında ziyanın və vəkil xidmətindən istifadə edildiyinə görə 250 manat xidmət haqqı və 113 manat dövlət rüsumu cəmi 9681 manat cavabdehdən alınıb müvəkkilinə verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Nürəddin qızına xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mersedes E40 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili həyat yoldaşı X4 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Təbriz küçəsi ilə Az.DRES qəsəbəsi istiqamətində idarə edərkən əks istiqamətdə hərəkətdə olan QAZ 31105 markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh dönmə əməliyyatı edərkən diqqətinin yayınması nəticəsində vaxtından əvvəl Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq onun sol arxa qənədinə vurmuş, daha sonra Mersedes E240 markalı avtomobil idarəetməni itirib qarşı zolaqda dayanıqlı vəziyyətdə olan Mersedes BENZ 190 markalı, 32-BH-№№ ( d.q.n.-lıavtomobilin arxa hissəsinə dəymiş və həmin istiqamətdə hərəkətdə olan VAZ 2107 markalı, 10 KZ-867 d.q.n-li avtomobil Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və avtoqəza nəticəsində avtomobil yararsız vəziyyətə düşməklə maddi ziyan dəymişdir. Bununla yanaşı Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlıavtomobildə sərnişin olan müvəkkilim İddiaçı Nürəddin qızıavtoqəza nəticəsində döş qəfəsinin və başın qapalı travması almışdır. Yol nəqliyyat hadisəsi ilə bağlı Mingəşevir ŞPş-nin yol polis bölməsində araşdırma aparılmış, nəqliyyat vasitəsini idarə edərək təhlükəsizlik qaydalarına əməletməyib yol hərəkəti qaydalarını pozmaqla Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirlərin görülməsi haqda protokol tərtib edilmişdir. Müvəkkilim İddiaçı Nürəddin qızına xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı tərtib edilmiş smetaya əsasən ziyanın miqdarı 7818 manat miqdarında müəyyən edilmişdir. Avtomobillər sığorta olunduğundan avtomobilə dəymiş ziyanın bir qismi 3500 manat məbləğində “Atəşgah” Sığorta şirkəti tərəfindən ödənilmişdir. Dəymiş ziyanın qalan hissəsinin 4318 manatın cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Müvəkkilim İddiaçı Nürəddin qızına döş qəfəsinin və başın qapalı travması ilə bağlı TəciliYardım Stansiyasına müraciət edildikdən sonra ambulator müalicə təyin edilmişdir. Müvəkkilim aldığı xəsarətlərdən iztirab çəkmiş, psixoloji durumuna xələl gəlmiş və nəticədə ona mənəvi ziyan dəymişdir. Mənəvi ziyan 5000 manatla dəyərləndirirlir və cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən Cavabdeh hüquqa zidd əməli ilə müvəkkili İddiaçı birbaşa burulmuş 9318 manat miqdarında ziyanın və vəkil xidmətindən istifadə edildiyinə görə 250 manat xidmət haqqı və 113 manat dövlət rüsumu cəmi 9681 manat cavabdehdən alınıb müvəkkilinə verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 9318 manat onlara dəymiş ziyanın tələbidiri. Həmin ziyandan 3500 manat sığorta tərəfindən ödənilmişdir. Sığorta məbləğinin çıxılması ilə razılaşır. Lakin ən azından 3000 manat ziyana qarşı cavabdehdən pul tələb edir. Cavabdeh onun müvəkkilinin avtomobilini tam yararsız vəziyyətə salmışdır. Ona görə də ən azında 6000 manat pulun tutulmasını istəyir. Özü də bir sürücü kimi deyir ki, bir sürücü ən azından zərərin yarısını da almaq yaxşıdır. Sığorta ödənişinin bu işə aidiyyəti yoxdur. Vurmayaydı avtomobili. Qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır.
4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırlıq mərhələsində deyildi ki, 6133 manatdır. Öz avtomobilini təmir etdirmək üçün kredit götürmüşdür. 364 manat pensiya alır. Maddi cəhətdən vəziyyəti pisdir. Əşrəf müəllim ona demiş ki, 2000 manat pul versin, o da özünə yeni avtomobil alsın. O isə bildirmiş ki, imkanı yoxdur. Onun ziyan ödəməyə imkanı yoxdur. Əşrəf müəllimə isə 250 manat pul vermişdir. 2633 manat puldan 250 manatın çıxarılmasını istəyir.
5. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 11 oktyabr 2024-cü il tarixli, e-2(051)-976/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 2633 (iki min altı yüz otuz üç) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 46,33 (qırx altı manat, otuz üç) manat məbləğində hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi, iş üzrə 250 (iki yüz əlli) manat məbləğdə vəkilin göstərdiyi yardıma görə xərcin Cavabdeh alınıb İddiaçı verilməsi, iş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsi və ekspert tərəfindən verilmiş ekspert rəyini müqayisəli şəkildə təhlil edərək ekspert rəyinin real olması müşahidə olunmuşdur. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya, nəqliyyat vasitəsi sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi qismən əsaslıdır. Ona görə də məhkəmə iddia tələbini ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya ziyan dəyməsi iş materiallarında olan qərar, Smeta və ekspert rəyi ilə sübut təqdim etmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Lakin ekspert rəyindən də göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 6133 manat ziyan dəymişdir. Bundan başqa məhkəmə həmin dəyən ziyanın 3500 manat hissəsinin isə sığorta tərəfindən ödənildiyi iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən etiraf edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddiaçıya dəymiş ziyan 6133 manat olaraq müəyyən edilməli və ondan 3500 manat sığorta tərəfinən ödənilmiş hissə silinərək cavabdehdən tutulub iddiaçıya verilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən maddi ziyan kimi 2633 manat pul alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir.
9. Məhkəmə qeyd etmişdir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 46,33 manat məbləğində hissəsi alınıb İddiaçı verilməli, iş üzrə 250 (iki yüz əlli) manat məbləğdə vəkilin göstərdiyi yardıma görə xərci Cavabdeh alınıb İddiaçı verilməli, iş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1 88, 121.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun verdiyi izahatı, onun pensiyaçı olduğunu və 364 manat pensiya aldığını iddiaçının 3500 manat sığorta məbləği aldığını, ona əlavə olaraq 250 manat pul verdiyini, öz avtomobilini kredit götürüb təmir etdirdiyini, onun isə avtomobili sığorta hesabına təmir edildikdən sonra başqa şəxsə 6500 manat satdığını, nəticədə iddiaçıya heç bir ziyan dəymədiyini məhkəmə nəzərə almamışdır.
13. İddiaçıya dəymiş ziyanın tam ödənilməsini müəyyən edən halları məhkəmə sübut etməmişdir. Hesab edir ki, iddiaçıya son nəticədə dəymiş ziyan tam ödənilmişdir.
14. Məhkəmə iddianı qismən təmin etdiyi halda ondan dövlət rüsumunun tutulması barədə vəkilin xidmət haqqının ödənilməsi və 50 manat ekspertiza xərcinin ondan tutulması barədə qətnamə çxaılmalı deyildir. Belə ki, məhkəmə iddiaçıya dəymiş ziyanı qismən deyil tam ödənilməsini və ona ziyan dəymədiyini nəzərə alaraq qeyd edilən əlavə məhkəmə xərclərinin ondan tutulmasını və ümumiyyətlə iddianın rədd edilməsi barədə qətnamə çıxarmalıdır.
15. Məhkəmə onun pensiyaçı olmağı barədə iddiaçıya 250 manat pul ödəməyi barədə qəbzi və onun kredit götürərək öz avtomobilini təmir etdirməyi barədə kredit müqaviləsinin surətini işə əlavə etməmişdir.
16. Odur ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-976/2024 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(051)-976/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının 08 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(051)- 976/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiyanın iclasında müəyyən edildi ki, İddiaçı Nürəddin qızına məxsus olan Mersedes E40 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun əri X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Təbriz küçəsi ilə Az.DRES qəsəbəsi istiqamətində idarə edilərkən əks istiqamətdə hərəkətdə olan QAZ 31105 markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh dönmə əməliyyatı edərkən vaxtından əvvəl Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq onun sol arxa qanadınə vurmuş, daha sonra Mersedes E240 markalı avtomobil idarəetməni itirib qarşı zolaqda dayanıqlı vəziyyətdə olan Mersedes BENZ 190 markalı avtomobilin arxa hissəsinə dəymiş və həmin istiqamətdə hərəkətdə olan VAZ 2107 markalı, 10 KZ-867 dövlət qeydiyyat nişanlı avtomobil Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və avtoqəza nəticəsində avtomobil yararsız vəziyyətə düşməklə maddi ziyan dəymişdir. Cavabdeh həmin hadisədə təqsirli bilinmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Həmin cərimə məbləği Cavabdeh tərəfindən ödənilmişdir. Avtomobillər sığorta olunduğundan avtomobilə dəymiş ziyanın bir qismi, yəni 3516 manat “Atəşgah” Sığorta şirkəti tərəfindən İddiaçı Nürəddin qızına ödənilmişdir. Ekspertiza tədqiqatı ilə İddiaçı Nürəddin qızına məxsus avtomaşının əzilməsi nəticəsində sonuncuya dəymiş ziyanın məbləğinin 6133 manat təşkil etməsi müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya dəymiş ziyanın tam ödənilməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan məhkəməəmətəəşünaslıq ekspertizasının 9/4440 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur altındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mercedes E240” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 6133,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4433,00 manat, təmir-bərpa işlərinin qiyməti-1700,00 manat hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manatdır.
31. İşdə olan 23 fevral 2024-cü il tarixli, 348568224(2356) nömrəli ödəniş tapşırığından görünür ki, “Atəşgah” Sığorta şirkəti tərəfindən İddiaçı Nürəddin qızına cəmi 3516 manat sığorta ödənişi verilmişdir.
32. Ekspertiza tədqiqatı ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinin əzilməsi nəticəsində dəymiş ziyan məbləği olaraq müəyyən edilmiş 6133,00 manatdan sığorta şirkəti tərəfindən cəmi 3516 manatının ödənilməsi müəyyən edilsə də, qalan 2617 manatının ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddianı qismən təmin etdiyi halda ondan dövlət rüsumunun tutulması barədə vəkilin xidmət haqqının ödənilməsi və 50 manat ekspertiza xərcinin tutulması barədə qətnamə çxarmalı olmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması halı öz təsdiqini tapdığı halda, 6133,00 manat ziyandan sığorta şirkətinin ödədiyi məbləğ çıxıldıqdan sonra birinci instansiya məhkəməsinin cavabdehdən tutulmasını qət etdiyi 250 manat vəkil haqqının və 50 manat ekspertiza xərcinin yerdə qalan 2617 manat ziyan məbləği ilə mütənasiblik təşkil etməməsi halı müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun iddiaçıya 250 manat pul ödəməyi barədə qəbzi və onun kredit götürərək öz avtomobilini təmir etdirməyi barədə kredit müqaviləsinin surətini işə əlavə etməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı arasında 22 yanvar 2024-cü il tarixdə bağlanmış istehlak krediti müqaviləsi iş materiallarına əlavə edilmişdir. Lakin Cavabdeh tərəfindən İddiaçı 250 manat pul vəsaitinin ödənilməsi ilə bağlı Cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
35. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına istinad edərək, sığorta şirkəti tərəfindən iddiaçıya 3500 manatın ödənilməsi, həmin 3500 manat pul vəsaitinin ekspertiza tədqiqatı ilə iddiaçıya məxsus avtomaşının əzilməsi nəticəsində dəymiş ziyan kimi müəyyən edilmiş 6133 manat məbləğdən çıxılmalı olması nəticəsinə gəlsə də, məhkəmə kollegiyası tərəfindən “Atəşgah” Sığorta şirkətindən əldə edilmiş ödəniş sənədindən sığorta şirkəti tərəfindən iddiaçıya 3500 manat deyil, 3516 manat sığorta ödənişinin edildiyi müəyyən edilmişdir.
36. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddianın rədd edilməsi barədə qətnamə çıxarmalı olmasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı 2617 manat deyil, 2633 manat məbləğində təmin etmiş, bununla da səhvə yol vermişdir.
37. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(051)-976/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 16 manat məbləğində pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməli, həmin hisssədə yeni qətnamə qəbul edilməli, iddia tələbi “Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 16 manat məbləğində pulun alınıb İddiaçı verilməsi” hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(051)-976/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 16 manat məbləğində pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilsin. Həmin hisssədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 16 manat məbləğində pulun alınıb İddiaçı verilməsi” hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.