Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-267/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-1043/2020 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-1043/2020 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə aylıq qazancının dörddə bir hissəsi miqdarında, lakin ayda 170 manatdan aşağı olmayaraq alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşıalimentin qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından xx xxxxxx 2015-ci ildə anadan olmuş X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay cavabdehin aylıq qazancının və başqa gəlirinin dörddə bir hissəsinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə Səma adlı uşağın saxlanılması üçün hər ay 130 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh hərbiçidir və ayda 1100 manatdan yuxarı əmək haqqı alır. Uşaq böyüdükcə tələbatı artır. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği uşağın normal inkişafına, sağlam şəraitdə böyüdülməsinə vaxtı-vaxtında müayinə və müalicə olunmasına yetmir. Buna görə də alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh hərbiçidir ayda məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti uşağın saxlanılması üçün ödəyir. Hesab edir ki, iddiaçının hazırki tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan Ağdaş Rayon Məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən, işin həqiqi hallarını hərtərəfli və obyektiv araşdırmamış, işin həqiqi hallarını düzgün qiymətləndirməmiş və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək yalnış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, uşağın saxlanılmasında çətinlik çəkir. Cavabdehin daimi iş yeri var və maddi imkanı yaxşıdır. Cavabdehin uşağın saxlanılmasına kömək etmək borcu olduğu halda bunu etmir. Lakin iddiaçı iddia ərizəsində göstərdiyi halları, yəni nümayəndəsi olduğu Cavabdeh maddi vəziyyətinin yaxşı olmasını, özünün maddi vəziyyətinin ağır olmasını, uşağın saxlanılması üçün çətinliklərin nədən ibarət olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yəni özünün maddi və ailə vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nümayəndəsi olduğu cavabdeh bu yaxınlarda xidmətdən artıq hərbi xidmət keçməyə başlamışdır və xidmət etdiyi ərazi döyüş zonasıdır. Himayəsində o və xəstə anası var. Ailənin yeganə qazanc gətirən üzvüdür. O, özü keçirdiyi müəyyən xəstəliklərdən sonra ağır işlərlə məşğul ola bilmir. Aliment tələb olunan nəvəsinin müayinə müalicəsi üçün külli miqdarda vəsait tələb olunduğundan ailəsi qohumlardan borc, bankdan isə kredit götürmüşdülər. Cavabdehin aylıq qazancının xeyli hissəsi həmin borc və kreditlərin ödənilməsinə xərclənir. Bütün bunların əksi olaraq iddiaçı ilə cavabdehin ailə münasibətləri pozulduqdan sonra hazırki qətnaməni qəbul etmiş Ağdaş Rayon Məhkəməsinin x xxx 2020-ci il tarixİi qətnaməsi ilə onların birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment müəyyən edilmişdir. İki ay müddətində iddiaçının ailə və maddi vəziyyətində hansı dəyişikliklər olmuşdur ki, birdən-birə işə baxan məhkəmə nümayəndəsi olduğu cavabdehin aylıq bütöv növ qazancının ¼ hissəsi miqdarında, lakin 170 manatdan az olmamaqla qətnamə qəbul etməli olmuşdur. Bəlkə sabah nümayəndəsi olduğu cavabdehin əmək haqqında dəyişiklik olarsa və onun aylıq gəlirinin ¼ hissəsi 170 manatdan az olarsa, onda necə olacaq. Ona görə də hesab edir ki, işə baxan məhkəmə birinci qətnaməsində iş üzrə düzgün nəticəyə gəlsə də, hazırki cəmi iki aydan sonra qətnamə qəbul edərkən düzgün olmayan nəticəyə gəlmiş və bununla da ailə qanunvericiliyinin tələblərini pozmuşdur. Göründüyü kimi keçən müddətdə iddiaçının maddi və ailə vəziyyətə ağırlaşmamış, əksinə kifayət qədər yaxşılaşmış, nümayəndəsi olduğu cavabdehin isə maddi vəziyyətində heç bir dəyişikliklər olmamışdır. Göründüyü kimi, işə baxan məhkəmə iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, tələbin əsaslığını və digər hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı halda, yalnız cavabdehin daimi işi olmasına əsaslanmış, həmin ailə və maddi vəziyyətində dəyişiklikləri təsdiq edən sübutları iddiaçıdan tələb etməmiş, bununla da iddia tələbinin qismən təmin olunmasını ətraflı əsaslandırmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnaməsini qəbul etmişdir. Ağdaş Rayon Məhkəməsinin həmin qətnaməsi işin həqiqi halları hərtərəfli araşdırılmadığından, onun ailə və əmlak vəziyyətini, iddia tələbinin əsasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alınmadan qəbul edildiyindən və yalnız iddiaçının mənafeyi nəzərə alınaraq, eləcə də yuxarıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-1043/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-1043/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan doğum haqqında şəhadətnaməsindən görünür ki, xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 valideynləri Cavabdeh ilə İddiaçıdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2015-ci ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay uşaq üçün 130 manat alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi hissəsinin arayışından görünür ki, hərbi qulluqçu Cavabdeh aylıq pul təminatı vergilər çıxıldıqdan sonra 1052,10 manat,əlavə olaraq il ərzində maddi yardım 562 manat,məzuniyyət pulu 455,90 manat, birdəfəlik pul mükafatı 1124 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi hissəsinin əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Cavabdehmaşın heyətinin mexanik sürücü vəzifəsinə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78 və 112.1-ci maddələrinə, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə, Uşaq hüquqları haqqında Konvensiyanın 27ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1 və 9.4cü maddələrinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli plenum qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən 1 uşağa görə qazancın və ya valideynin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Məmmədhənifə qızı ilə Cavabdeh xx xxxxxxxx 2013-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2015-ci ildə X4 adlı uşaqları anadan olmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçi İddiaçı ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş rayon Qəsil kənd İƏD üzrə nümayəndəliyində xx xxxxxxxx 2013-cü il tarixdə 04 nömrə ilə qeydə alınmış nikah pozulması, xx xxxxxx 2015-ci ildə anadan olmuş X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2015-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat aliment tutulması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı alimentin qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından xx xxxxxx 2015-ci ildə anadan olmuş X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay cavabdehin aylıq qazancının və başqa gəlirinin dörddə bir hissəsinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və 2020-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu, cavabdehin əmək haqqısı nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə Səma adlı uşaq 18 yaşına çatana qədər onun saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının dörddə bir hissəsi miqdarında,lakin 170 manatdan aşağı olmayaraq aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-1043/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-1043/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-267/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-267/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver