Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-269/2023 10.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-645/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 1000 manat məbləğində pulun tutulması və dövlət rüsumunun cavabdehin hesabına aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə ona və ailə üzvlərinə Zərdab rayonu Qoşaoba kəndi ərazisində 3.29 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 2019-cu ildə yonca əkmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə özünə məxsus təxminən 150 ədəd qoyun-keçisini həmin torpaq sahəsinə salaraq 3-cü çalım otunu otarmışdır. Düzdür, cavabdehin həmin torpaq sahəsində heyvan salıb otarmasını bilavasitə görməmişdir. Lakin qonşusu Azər Məmmədov həmin torpaq sahəsində qoyunların olduğunu ona demişdir. Bu yaxınlarda həmin torpaq sahəsindən 360 ədəd ot kipi götürmüşdür. Cavabdeh ona 1000 manat dəyərində maddi ziyan vurmuşdur. Həmin ziyanın dəyərini cavabdehdən tələb etsə də, cavabdeh ziyanın dəyərini ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim: T.Qubadov) 25 oktyabr 2022-ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyana görə pul tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və onun digər ailə üzvlərinə Zərdab rayonu Qoşaoba kəndi ərazisində 3.29 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsində ona məxsus yonca sahəsinin cavabdeh tərəfindən otarıldığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslışübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslışübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı Əlsaab Mikayılov ona məxsus əkin sahəsinin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə xırda buynuzlu heyvanlara otazdırılaraq ona maddi ziyan vurulduğunu iddia etsədə, iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçı iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı iddia etdiyi əkin sahəsində cavabdeh tərəfindən heyvan otarılması nəticəsində ziyan dəyməsi barədə izahat verməkdən savayı iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu, yəni əkin (yonca) sahəsinin məhz hazırkı cavabdeh tərəfindən otarılmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən X4 İnkişaf Mərkəzi tərəfindən Zərdab Rayon Polis şöbəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Vasif Seyidova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba gəlincə, məhkəmə hesab edir ki, həmin məktub sözügedən əkin sahəsinin məhz hazırkı cavabdeh tərəfindən otarılmasına dəlalət etmir. Ona görə də məhkəmə həmin məktubu iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Məhkəmə həmçinin iddiaçı tərəfdən məhkəməyə təqdim edilən DİSK-də ki səs yazıları və video görüntülərə tənqidi yanaşaraq qeyd etməyi lazım bilir ki, həmin səs yazıları və görüntülərdə məhz hazırkı cavabdehin iddiaçıya məxsus sözügedən torpağında xırda buynuzlu heyvan otarması öz əksini tapmamışdır. Həmin səs yazıları və videogörüntülərdə iddiaçıya məxsus əkin sahəsinin məhz cavabdeh tərəfindən otarıldığı əks olunmadığı üçün məhkəmə həmin DİSK-dəki səs yazıları və videogörüntülər iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Məhkəmə həmçinin şahid Azər Məmmədovun ifadəsinə tənqidi yanaşaraq qeyd etməyi lazım bilir ki, şahid iddiaçının yerində qoyun heyvanlarının olmasını təsdiq etsə də, həmin qoyunların məhz hazırkı cavabdehə məxsus olmasını təsdiq etməmiş və həmin qoyunların tanınmamışdır. Ona görə də məhkəmə şahid ifadəsini də iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, iddiaçının və cavabdehin məhkəmə iclasında verdikləri izahatlara, şahid ifadəsinə və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı iddia olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni ona məxsus olan iddia etdiyi əkin sahəsinin məhz cavabdeh tərəfindən otarılmasını məhkəmə iclasında sübüta yetirə bilməmişdir. İddiaçıya məxsus olan, iddia etdiyi əkin sahəsinin otarılmasının hazırkı cavabdehə aidiyyəti sübut olunmadığından məhkəmə hesab edir ki, iddianın nə faktiki, nə də ki, hüquqi əsası yoxdur. Tələb olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni iddiaçıya məxsus olan iddia etdiyi əkin sahəsinin otarılmasınınhazırkı cavabdehə aidiyyəti sübut olunmadığından vurulduğu iddia olunan maddi zərərin miqdarı barədə məhkəmə araşdırma aparmadı. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarınaəsaslanaraq, yuxarıda istinad olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki,iddianın nə faktiki, nə də ki, hüquqi əsasıolmadığıüçüniddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2,76.1, 76.2, 77.1, 106.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi kimi Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci tarixli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 3,29 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. 2019-cu ildə həmin torpaq sahəsində yonca əkmiş və torpaq sahəsi yonca otu ilə örtülüdür. Cavabdeh xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan 150 baş qoyunlar həmin yonca sahəsini tam otararaq ona 1000 manat ziyan vurmuş, tələb etməyinə baxmayaraq vurduğu ziyanı ödəməmişdir. Cavabdeh iddianı qəbul etməyərək ondan həmin yeri 150 manat müqabilində 2022-ilin fevral ayına qədər mal qarasını otarmaq üçün aldığını, onun və ailə üzvlərinin mülkiyyətinində olan torpaq sahəsinin kimin tərəfindən otarıldığını bilmədiyini, ona şər atdığını göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid X2 iddianı dolayısı ilə təsdiq edərək onunla qonşu torpaq sahəsinin mülkiyyətçisi olduğunu, torpaq sahənin otarıldığını gördüyünü, lakin həmin sahəsində otlayan mal qaranın konkret cavabdehə məxsus olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə hesab etmişdir ki, şahid iddiaçıya məxsus torpaq sahəsinin otarıldığını təsdiq etsə də həmin sahədə otlayan mal qaranın cavabdehə məxsus olduğunu göstərməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə sübutları tənqi qiymətləndirməmişdir. Belə ki, mülkiyyətində olan torpaq sahəsi cavabdehin və iş üzrə şahid torpaq sahələrinin arasında yerləşir. O torpaq sahəsinin cavabdeh tərəfindən otarıldığını dəqiq bildiyimdən iş üzrə şahı qarşı deyil, qonşu torpaq sahəsinin faktiki istifadəçisi olaraq cavabdehə qarşı iddia qaldırmışdır. Təssüf ki, məhkəmə bu xüsusata diqqət yetirmədən iddianın rədd edilməsinə dair qanunsuz və əsass qətnamə qəbul etmişdir. Məhkəməyə yazılı müraciətində göstərmişdir ki, cavabdehin torpaq sahəsini mal qarasına qəsdən otarmasına dair Zərdab rayon Polis Şöbəsinə vaxtında şikayət vermiş. Məhkəmə Zərdab rayon Polis Şöbəsi tərəfindən göndərilmiş məktubu da nəzərə almamaqda, iddianı təmin etməməkdə haqlı olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsinin ləğv olunmasını və idda tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(035)- 645/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və onun digər ailə üzvlərinə Zərdab rayonu Qoşaoba kəndi ərazisində 3.29 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsində ona məxsus yonca sahəsinin cavabdeh tərəfindən otarıldığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əlsaab Mikayılov ona məxsus əkin sahəsinin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə xırda buynuzlu heyvanlara otardırılaraq ona maddi ziyan vurulduğunu iddia etsədə, iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfindən ona ziyan vurulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya şikayətin dəlillərini əsassızı sayır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Əlsaab Mikayılov ona məxsus əkin sahəsinin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə xırda buynuzlu heyvanlara otazdırılaraq ona maddi ziyan vurulduğunu iddia etsədə, iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçı iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı iddia etdiyi əkin sahəsində cavabdeh tərəfindən heyvan otarılması nəticəsində ziyan dəyməsi barədə izahat verməkdən savayı iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu, yəni əkin (yonca) sahəsinin məhz hazırkı cavabdeh tərəfindən otarılmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən X4 İnkişaf Mərkəzi tərəfindən Zərdab Rayon Polis şöbəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Vasif Seyidova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba gəlincə, məhkəmə hesab etmişdir ki, həmin məktub sözügedən əkin sahəsinin məhz hazırkı cavabdeh tərəfindən otarılmasına dəlalət etmir. Ona görə də məhkəmə həmin məktubu iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, həmçinin iddiaçı tərəfdən məhkəməyə təqdim edilən DİSK-də ki səs yazıları və video görüntülərə tənqidi yanaşaraq qeyd etməyi lazım bilir ki, həmin səs yazıları və görüntülərdə məhz hazırkı cavabdehin iddiaçıya məxsus sözügedən torpağında xırda buynuzlu heyvan otarması öz əksini tapmamışdır. Həmin səs yazıları və videogörüntülərdə iddiaçıya məxsus əkin sahəsinin məhz cavabdeh tərəfindən otarıldığı əks olunmadığı üçün məhkəmə həmin DİSK-dəki səs yazıları və videogörüntülər iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Məhkəmə həmçinin şahid Azər Məmmədovun ifadəsinə tənqidi yanaşaraq qeyd etməyi lazım bilir ki, şahid iddiaçının yerində qoyun heyvanlarının olmasını təsdiq etsə də, həmin qoyunların məhz hazırkı cavabdehə məxsus olmasını təsdiq etməmiş və həmin qoyunların tanınmamışdır. Ona görə də məhkəmə şahid ifadəsini də iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.