Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-269/2025 22.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələblərinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələblərinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı2 və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23.000 manat, 5 il müddətində əldən çıxmış fayda olaraq 17.500 manat və banka ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə mahiyyəti üzrə baxılarkən Cavabdeh2, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı hüquqi şəxsinin Zaqatala ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən onlara məxsus olan 0.9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23 000 manat 5 il müddətində əldən çıxmış fayda olaraq 17500 manat və banka ödənilmiş dövlət rüsumunun rədd edilməsi ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərdən 13 il ərzində onlara məxsus həmin ünvanda yerləşən 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşən fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum etməklə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Rəfail oğlundan 3500 x 13 = 45500 manat maddi ziyanı, əldən çıxmış faydanı ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 3485 (üç min dörd yüz səksən beş) manat alınaraq qarşılılqı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 verilməsi, ilk iddia üzrə İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 211 (iki yüz on bir) manatın 54,85 (əlli dörd manat səksən beş qəpik) manatının ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı2 verilməsi, qalıq 156,15 (bir yüz əlli altı manat on beş qəpik) manatın isə ilk iddia üzrə İddiaçı2 özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılılqı iddia üzrə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil aid edilməsi, ekspertiza xərclərinə görə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada 60 manat, ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 bərabər qaydada 50 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1-kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********) qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı2 və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətləri verilərkən dövlət rüsumu lazımi miqdarda ödənilməmişdir. Belə ki, işdən görünür ki, ilk iddia tələbinin məbləği 40500 manat, qarşılıqlı iddia tələbinin isə məbləği 45500 manat olmaqla, hər iki iddianın qiyməti ümumilikdə 86000 manat həddindədir. Mülki Prosessual Məcəllənin 108.1.7-ci maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə görə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda-alınan məbləğlə müəyyən edilir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VİQD nömrəli Qanunu ilə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Qanuna dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid Müddəlarının 2.2-ci maddəsinə görə bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.1.3-cü maddəsində dövlət rüsumunun məbləği belə müəyyən edilib: iddia qiyməti 10.000 manatdan 1.00.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rusmu ödənilir. Həm ilkin, həm də qarşılıqlı iddia da məhkəməyə “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliyin qüvvəyə minməsindən sonra verilmişdir. Nəzərə alınsa ki, ilkin iddia üzrə iddiaçıların iddiası 40500 manat, qarşılıqlı iddia üzrə iddiaçıların tələbinin isə məbləği 45500 manat həddində olub və ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilib, ilk iddia üzrə İddiaçı2 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə apellyasiya şikayətlərində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər, belə olan halda hər iki iddianın ümumi qiyməti 86000 manat təşkil edir. Bu səbəbdən də ilk iddia üzrə iddiaçı ayrılıqda və qarşılıqlı iddia üzrə iddiaçılar birlikdə “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.1.3 və 8.6-cı maddələrinin tələbi baxımından 174 manat dövlət rusumu ödəməli idilər. Hazırkı mülki iş üzrə iş materiallarında olan ilk iddia üzrə İddiaçı2 tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, onun tərəfindən 106 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı mülki iş üzrə iş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, onlar tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hər iki iddianın ümumi qiyməti 86000 manat olduğundan hər iki iddia tələbi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği hər iki iddia tələbi üzrə ümumi iddia qiyməti ilə əlaqədar birinci instansiya məhkəməsinə ödənilməli dövlət rüsumu məbləğinin 50 faizidir. Lakin iş materiallarından da göründüyü kimi, ilk iddia üzrə İddiaçı2 və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermiş olsalar da, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun tam ödənilməsini təsdiq edən sənədi apellyasiya şikayətlərinə əlavə etməmişlər. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilən halları nəzərə almamış və verilmiş apellyasiya şikayətlərini geri qаytаrmаlı оlduğu hаldа səhvə yоl verərək оnları bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kоllegiyаsı hesаb edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı2 və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən, məhkəmə kоllegiyаsı Qərаrааldı: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-11/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı2 və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-269/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-269/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver