Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-27/2022 25.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X12 iclas katibliyi, Cavabdeh Kəmaləddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Kəmaləddin oğluna qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(014)-502/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Kəmaləddin oğluna qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki nəfər uşaqları 10 iyul 2004-cü il təvəllüdlü X14 və 25 dekabr 2005-ci il təvəllüdlü X18 ilə birlikdə mərhum X4 məxsus olub Ağdaş rayonu Tofiqi kəndində yerləşən, hazırda cavabdehin də yaşadığı iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evindən istifadə qaydalarının ikinci mərtəbədə hazırda iki nəfər uşaqları ilə yaşadığı və əşyaları yerləşən zala girişdən soldakı otağın uşaqları ilə onun istifadəsində, zalın, mətbəxin və digər yardımçı sahələrin isə birgə istifadədə saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iş üzrə X1, X5 və X6 cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək bildirmişdir ki, mübahisəli yaşayış evi 2020-ci ildən xüsusi mülkiyyətindədir. Ona görə də, cavabdehin digər ailə üzvləri də üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Hesab edir ki, mübahisəli mənzildən konkret otaq göstərməklə istifadə qaydasının müəyyən edilməsi mülkiyyətçinin hüquqlarını poza bilər. Ona görə də iddianı dəqiqləşdirərək mübahisəli yaşayış evindən ümumi qaydada birgə istifadə qaydalarının müəyyən edilməsini istəyir. Odur ki, onun iki nəfər uşaqları-10 iyul 2004-cü il təvəllüdü X14 və 25 dekabr 2005-ci il təvəllüdlü X18 ilə birlikdə mərhum X4 məxsus olub Ağdaş rayonu Tofiqi kəndində yerləşən, hazırda cavabdehin də yaşadığı iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evindən istifadə qaydalarının otaqların, zalın, mətbəxin və digər yardımçı sahələrin ümumi qaydada birgə istifadə edilməklə müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(014)-502/2020 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə İddiaçı Cavabdeh Kəmaləddin oğluna qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbinin rədd edilməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(014)-502/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Kəmaləddin oğlu ilə 2003cü ildə rəsmi nikah qeyd etdirməklə ailə quraraq evlənmişdir. Onun valideynlərinə məxsus yaşayış evinə gəlin köçmüş və orada 3 il birgə yaşamışlar. Cavabdeh Kəmaləddin oğlu toyları ərəfəsində ona bildirmişdir ki, atasına məxsus başqa həyətyanı torpaq sahəsində iki mərtəbəli 6 otaqdan ibarət fərdi ev tikdirir. Həqiqətəndə o, evlənəndən sonra deyilən həyətyanı torpaq sahəsində yalnız üstü örtülmüş iki mərtəbəli evin olduğunu görmüşdür. O, cavabdehlə yaşadıqları 3 il müddətində aralarında mübahisə yarandığından uşaqlarını da götürüb öz atası evinə getmiş və bir ay orada yaşamışdır. Bir ay ərzində Cavabdeh Kəmaləddin oğlu ailə üzvlərinin və qohumlarının dəstəyi ilə iki mərtəbəli evin bir otağını tam təmir etdirəndən sonra gəlib onu uşaqları ilə birlikdə həmin evə aparmışdır. Bundan sonra o, özlərinə məxsus olub cavabdehin atasına məxsus yaşayış evində olan cehiz əşyalarını və digər əmlaklarını həmin evə yerləşdirmişdir. İki mərtəbəli həmin evin ikinci mərtəbəsində iki otaq bir zal və mətbəx yaşayış üçün tam hazırdır. İkinci mərtəbədə bir otaq və ikinci mərtəbə tam təmirsizdir. Həmin evdə cavabdehlə birlikdə yaşamışlar. Onun digər ailə üzvləri orada yox, özlərinə məxsus, yəni toyları zamanı onun gəlin köçdüyü evdə yaşayırlar. Yaşadığı yaşayış sahəsinin sahibi qayınatası X9 2014-cü ildə vəfat etmişdir. Cavabdeh Kəmaləddin oğlu ilə ailə münasibətləri pisləşdiyindən onlar 15 noyabr 2019-cu ildən faktiki ayrılmışlar və aralarında qeyd olunmuş nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından anadan olmuş iki nəfər uşaqları onun himayəsində saxlanılmışdır.Onlar Cavabdeh Kəmaləddin oğlu ilə ayrılsalar da, o iki nəfər uşaqları ilə birlikdə evin ikinci mərtəbəsində olan zala girişdən solda olan otaqdan, cavabdeh isə sağdakı otaqdan istifadə edir.Cavabdeh Kəmaləddin oğlu ilə ayrıldıqlarına görə cavabdh iki nəfər uşaqları ilə birlikdə onu həmin evdən çıxarmaq istəyir.Ona görə də demək olar ki, hər gün evdə heç bir səbəb olmadan aralarında mübahisə yaranır.Onu Cavabdeh Kəmaləddin oğlu şəxsən mərhum atasının razılığı ilə heç bir qeyd-şərt olmadan mübahisəli yaşayış evinə özü köçürmüşdür və onunla faktiki ayrılan vaxta kimi həmin təsərrüfatı birgə idarə etmişlər.Bununla da o, və uşaqları həmin yaşayış evindən istifadə hüququ qazanmışdır.O uşaqları ilə birlikdə hazırda həmin evdə yaşayır. Mübahisəli fərdi yaşayış evi DƏDRX-də mülkiyyət hüququ üzrə heç kimin adına qeydə alınmamışdır, təsərrüfat yalnız kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydə alınmışdır. Göründüyü kimi onun iki uşağı ilə birlikdə cavabdehlə yanaşı həmin evdən istifadə hüququ yaranmışdır. Cavabdehlə həmin evdə yaşayış sahəsindən istifadə qaydalarını necə müəyyən etməklə əlaqədar aralarında mübahisə yarandığından ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(014)-502/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Kəmaləddin oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayətin heç bir əsası yoxdur. Belə ki, iddiaçının onun yaşadığı evə köçürülməsi barədə verdiyi iddia təmin edilməmişdir. İndi hansı maneədən söhbət gedə bilər. Ona görə də birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 437 93 83 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(014)-502/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; 09 mart 2016-cı il tarixli AZ-İİİ 723952 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 25 dekabr 2005-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X13r. 07 mart 2016-cı il tarixli AZ-İİİ 723908 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X23oğlu10 iyul 2004-cü il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X13r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 fevral 2020-ci il tarixli 331 saylı nikah haqqında arayışdan məlum olur ki, Cavabdeh Kəmaləddin oğlu ilə İddiaçı arasında bağlanmış nikaha 21.02.2007-ci il tarixdə 03 saylı akt tərtib olunmuşdur. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli AZ-İ 341540 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh Kəmaləddin oğlu ilə X17 arasında nikah 21 yanvar 2020-ci il tarixli 09 saylı qeyd ilə pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışının surətindən məlum olur ki, Ağdaş rayonu Tofiqi kəndində0.7248 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyəti hüququ əsasında 14.02.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi X7, X10, X11 və Cavabdeh Kəmaləddin oğlunun birgə mülkiyyətindədir. Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli 2(014)- 1951/2019 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, JN-027B saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Ağdaş rayonu, Tofiqi kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müəyyən inventarlaşdırma işlərinin aparılması üçün X17 tərəfindən törədilən süni maneələrə son qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin JN- 027B (kod ********) saylı surətindən məlum olur ki, 0.72 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X9, X11, X8 və X3 birgə mülkiyyətinə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh Kəmaləddin oğlu və qeyrilərinə qarşı evə köçürülmə barədə tələbi təmin edilməmişdir. Həmi qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(102)-163/2022 nömrəli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apellyasiya şikayətinə nəzər saldıqda iddiaçı öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişlər. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Beləliklə kollegiya yuxarıda qeyd olunan hallarla yanaşı hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması təqdim olunmuş sübutların əlaqəli tədqiqindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah münasibəti məhkəmə qaydasında pozulmuş, nikah pozulduqdan sonra iddiaçı mübahisələndirilən evdən çıxıb getmişdir. İddiaçı bundan sonra məhkəməyə müraciət edərək həmin evə köçməsini tələb etsə də, sonda məhkəmə qərarı ilə tələbi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. MPM-in 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə müəyyən olunur ki, iddiaçının mübahisələndirilən yaşayış evinə köçməsi barədə iddia tələbi təmin edilmədiyindən və hazırda iddiaçı həmin evlə bağlı hansı bir subyektiv hüququn daşıyıcısı olmadığından hazırki iddia tələbinin və bununla bağlı verilmiş apellyasiya şikayətinin dəlillərinin araşdırılmasından söhbət gedə bilməz. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(014)-502/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-27/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-27/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver