Məhkəmə qərarları › İş №2(107)-272/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-272/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-272/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-86/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Samirə Məmmədovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 18,024.67 ABŞ Dolları məbləğində kredit borcu, 6,386.01 ABŞ Dolları məbləğində faiz borcu və 11,014.85 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 35,425 ABŞ Dolları 58 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində Yevlax şəhəri, Yeni Yevlax küçəsindəki 0.03 ha torpaq sahəsi və üzərindəki 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, torpaqsahəsi və üzərindəki fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Samirə Məmmədovanın istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını qətnamə xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-86/2019 saylıqətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 18,024.67 ABŞ dolları əsas, 6,028,55 ABŞ dolları faiz borcu, 1,000 ABŞ dolları cərimə, cəmi 25,053 (iyirmi beş min əlli üç) ABŞ dolları 22 (iyirmi iki) sent, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişlərin qeydə alınması üçün dövlət rüsumunun əvəzi və 21 manat xidmət haqqı əvəzi, cəmi 61 (altmış bir) manat İddiaçı QSC-nin xeyrinə tutulması, tələb ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətindəki Yevlax şəhəri, Yeni Yevlax küçəsindəki 0.03 ha torpaq sahəsi və üzərindəki 42 saylı fərdi yaşayış evinə yönəldilərək həmin torpaq sahəsi və yaşayış evi açıq hərracdan satılsın və satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı QSC-yə ödənilməsi, Yevlax şəhəri, Yeni Yevlax küçəsindəki 0.03 ha torpaq sahəsi və üzərindəki 42 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 20,000 (iyirmi min) manatın müəyyən edilməsi, Yevlax şəhəri, Yeni Yevlax küçəsindəki 0.03 ha torpaq sahəsi və üzərindəki 42 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə cavabdeh X2 həmin evdən və torpaq sahəsindən çıxarılsın və yaşayış evi onun və Cavabdeh1 tərəfindən boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o tutmanın ipoteka predmetinə yönəldilməsinin 1 illik müddətə təxirə salınmasını xahiş etsə də, birinci instansiya məhkəməsi onun vəsatətini təmin etməmişdir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-86/2019 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-86/2019 saylı qətnаməsi Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 18,024.67 ABŞ dolları əsas, 6,028,55 ABŞ dolları faiz borcu, 1,000 ABŞ dolları cərimə, cəmi 25,053 ABŞ dolları 22 sent (ödəniş gününə məzənnə üzrə mаnаtlа) tutulsun olaraq dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx xxxxxx 2013-cü il tarixdə bağladığı 015L000002483 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Samirə Məmmədova ilə Bank arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və sonuncular kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. Həmin kredit xətti üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 015R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20,000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 015R**********S saylı, xx.xx.2106-cı il tarixli 015R**********SA saylı sazişlərlə ödəniş planına dəyişikliklər edilmiş, ödəniş müddəti uzadılmışdır. Bundan başqa Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında, sonuncu, özünə mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi, 42 saylı fərdi yaşayış evini 0.03 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında yüklü etdirmiş və bu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh Samirə Məmmədova ərizə təqdim edərək evin ipotekaya verilməsinə razılığını bildirmiş, ipoteka predmetinə tutma yönəldikdə evi dərhal tərk edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1-ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 36.1, 36.2, 36.3, 36.4, 39.3.3, 59.3, 59.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator tutumanın ipoteka predmetinə yönəldilməsinin bir illik müddətə təxirə salınmalı olduğunu bildirsə də, öz mövqeyini əsaslandıra bilməmişdir. Eyni zamanda həmin hüquq iddiaçıya məxsusdur. Məhkəmənin səlahiyyətinə aid məsələ deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-86/2019 saylı qətnaməsi Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 18,024.67 ABŞ dolları əsas, 6,028,55 ABŞ dolları faiz borcu, 1,000 ABŞ dolları cərimə, cəmi 25,053 ABŞ dolları 22 sent (ödəniş gününə məzənnə üzrə mаnаtlа) tutulsun olaraq dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə edilməlidir. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə manata məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-86/2019 saylı qətnаməsi Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 18,024.67 ABŞ dolları əsas, 6,028,55 ABŞ dolları faiz borcu, 1,000 ABŞ dolları cərimə, cəmi 25,053 ABŞ dolları 22 sent (ödəniş gününə məzənnə üzrə mаnаtlа) tutulsun olaraq dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-86/2019 saylı qətnaməsi Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 18,024.67 ABŞ dolları əsas, 6,028,55 ABŞ dolları faiz borcu, 1,000 ABŞ dolları cərimə, cəmi 25,053 ABŞ dolları 22 sent (ödəniş gününə məzənnə üzrə mаnаtlа) tutulsun olaraq dəyişdirilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar