Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-273/2024 07.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(051)-3233/2017 nömrəli qərardadından Maraqlı şəxs MMC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddiа ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə mürаciət edərək, cаvаbdeh Cavabdeh ASC-dən 47100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2017-ci il tаrixli, 2(051)-3233/2017 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh ASC-dən 47100 manat pul аlınıb İddiaçı verilməsi qət edilmişdir. Maraqlı şəxs MMC-nin direktoru Adil Piriyev tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Maraqlı şəxs MMC Cavabdeh ASC-nin təsisçisidir və 87,5862 % paya sahibdir. Təsisçi olaraq Maraqlı şəxs MMC-nin maraqlarına toxunduğundan, məhkəmənin həmin qətnaməsinin surətinin Maraqlı şəxs MMC-yə göndərilməsini xahiş etmişdir. Maraqlı şəxs MMC tərəfindən məhkəmənin həmin qətnaməsindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərardadla geri qaytarılmışdır. Bundan sonra Maraqlı şəxs MMC tərəfindən məhkəmənin həmin qətnaməsindən yenidən apellyasiya şikayəti verilmiş, elektron qaydada verilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadla geri qaytarılmışdır. Bundan sonra Maraqlı şəxs MMC xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin 7 avqust 2017-ci il tarixli 2(051)-3233/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə birlikdə yenidən apellyasiya şikayəti vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-3233/2017 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-3233/2017 nömrəli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Maraqlı şəxs MMC Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 3233/2017 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-3233/2017 saylı qərardadının ləğv edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-3233/2017 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin Maraqlı şəxsnə münasibətdə buraxılmamış hesab edilməsi barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)-3233/2017 saylı qərardadı ilə, Maraqlı şəxs MMC-nin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-3233/2017 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(051)- 3233/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM–in 134.1.5–ci maddəsinə əsasən məhkəmə rəsmi məhkəmə sənədi sayılan məhkəmə qətnaməsini rəsmi qaydada verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 7 avqust 2017-ci il tarixli, 2(051)-3233/2017 saylı qətnaməsi Maraqlı şəxs MMC-nə sorğu əsasında göndərilmiş və xx.xx.2023-cü il tarixdə qətnamədə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Maraqlı şəxs MMC tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilsə də, elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra isə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti verilsə də, artıq qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Hansı ki, tərəflərə qətnamənin nəticə hissəsində qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti vermək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 363.4-cü maddəsin əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi istinad olunan prosessual hüquq normasında apelyasiya şikayəti məhkəmə tərəfindən qaytarıldıqdan sonra şikayət vermiş şəxsin yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etməsi, yalnız apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadan verildikdə mümkündür. Qalan hallarda müddətin ötürülməsinin səbəblərinin üzürlü sayılması üçün təkzibolunmaz əsaslar təqdim edilməlidir. Bundan başqa Maraqlı şəxs MMC öz apellyasiya şikayətində Cavabdeh ASC-nin təsisçisi olmağını və Cavabdeh ASC-nin səhmlərinin 87,5862 % paya sahib olmasını qeyd edlr və Mingəçevir şəhər Məhkəməsinin 7 avqust 2017-ci il tarixli, 2(051)-3233/2017 saylı qətnaməsi onların maraqlarına toxunduğunu bildirir. Kollegiya qeyd edir ki, belə olan halda Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi Mingəçevir Şəhər Məhkəməsinin 7 avqust 2017-ci il tarixli, 2(051)-3233/2017 saylı qətnaməsi barədə Cavabdeh ASC-nin təsisçisi olan Maraqlı şəxs MMC-nə və səhimlərin sahibinə məlumat verməli idi. Maraqlı şəxs MMC-ninmülki iş üzrə tərəf olmadığı halda, qətnamənin Maraqlı şəxs MMC-nə çatdırılmasın bir başa məhkəmənin vəzifəsinə aid deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi qətnaməni vaxtında almış və qətnamədən şikayət vermə imkanını müddəti ötürülməklə itirmişdir. Qətnamə icraya yönəldlmiş və icra posessindən Cavabdeh ASC-nin nümayəndəsi məlumatlı olmuş və icra məmuru ilə bilavasitə yazışmalar aparmışdır. Məhkəmənin gətirdiyi bu dəlillər iş materiallarına məhkəmə sorğusu ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən alınmış və iş materiallarına əlavə edilmiş Cavabdeh ASCnin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cxu il tarixli məktublarla öz təsdiqini tapır. Həmçinin bu səbəblərə görə də, həm də qətnamənin qanuni qüvvəsinə aldığı gündən artıq uzun müddət, 6 ildən çox müddət keçdiyinə görə məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə,şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-3233/2017 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-3233/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə mülki bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-3233/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-273/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-273/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver