Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-274/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızının iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1181/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızının verdiyi apellyasiya şikayətinə Şəki Аpellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mərhum atası X2 adına olan yaşayış evinin bir otağında iki uşağı ilə birlikdə özünün, digər otağında isə 85 yaşlı anası İddiaçı2 yaşamaq hüququnun tanınması, həmçinin mərhum atası X2 adına verilmiş pay torpaqlarından və fındıq bağından onların istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mərhum X1 qalmış miras evdə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1181/2020 saylı qətnаməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mərhum X1 miras qalmış fərdi yaşayış evindən istifadə hüququnun tanınması, İddiaçı1 və İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mərhum X1 miras qalmış fərdi yaşayış evinə köçürülmələri, iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızı həmin qətnamədən apellyasiya şikayət vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki halları barədə qeyd edilmişdir ki, cavabdeh İddiaçı1 Orud qızı 2000-ci il tarixində nikaha daxi olmuş və mübahisə predmeti olan və Şəki rayonu. 2-ci Biləcik kəndində y e r l ə ş ə n f ə r d i y a ş a y ı ş evindən getmişdir. Yəni iddiaçı artıq 20 ( iyirmi) ildir ki, mübahisə predmeti olan mənzildə yaşamır. İddiaçı1 2000-ci il tarixində ailə quraraq Şəki rayonu, 2-ci Biləcik kəndində yerləşən fərdi yaşayış evindən getməsi işin mübahisələndirilməyən hallarındandır. İşin faktiki halları barədə ə l a v ə o l a r a q qeyd edilmişdir ki, mübahisə predmeti olan, vaxtilə bir mərtəbədən ibarət olan fərdi yaşayış yeri yaşayış yeri üçün tam yararsız olduğundan və İddiaçı2 mənzildə yaşamaq istəmədiyindən yanında qalıb ona dəstək olması üçün İddiaçı1 anası İddiaçı2 yaşadığı evə özü ilə aparmışdır. Dəfələrlə xahiş-minnət etmişdir ki, istəyir ki, anası onunla qalsın, boşandıqdan sonra tək qaldığından ona dəstək və təsəlli olsun. Anası da bununla razılaşmış və İddiaçı1 yanına köçmüşdür. Mənzilə köçürülmə barədə iddiaya baxan zaman formalaşmış məhkəmə təcrübəsinə əsasən ilk növbədə aşağıdakı halları aydınlaşdırmalı idi : 1) Şəxs köçmək istədiyi mənzildə yaşamışdırmı; 2) Şəxs yaşadığı yerdən məhrum edilmişdirmi; 3) Məhrumedilmə qanunidirmi. 1-ci hal üzrə : İddiaçı1 2000-ci ilədək, yəni X5 ilə nikaha daxil olanadək köhnə tikilidə yaşamışdır. Hal -hazırda 20 ildir ki, o mübahisəli mənzildə yaşamır. İddiaçıları heç kim yaşayış yerindən məhrum etməmişdir. İddia tələbindən də görünür ki, iddiaçı iddia tələbini əsaslandıran zaman əsas meyar kimi, cavabdehlərin qanunsuz hərəkətlərindən dolayı yaşayış sahəsindən məhrum edilməsini deyil, nikahı pozulandan sonra keçmiş həyat yoldaşının adına heç bir əmlakın olmamasını götürür. Şəxsin öz istəyi ilə, heç bir zorakılıq olmadan, heç bir güc tətbiq edilmədən mübahisəli mənzildən getməsi birbaşa onun sübutudur ki, şəxsin mənzildə yaşamaq niyyəti olmamasının açıq nümayiş edilməsidir. Şəxs mənzildən öz iradəsi əsasında çıxıb getməklə, hərəkəti ilə bildirir ki, o mənzildə yaşamağa niyyətli deyil. Məhkəmə tərəfindən yol verilmiş 2-ci pozuntu bundan ibarətdir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübut olaraq 2-ci Biləcik İƏD üzrə nümayəndəliyindən verilmiş vərəsəlik haqqında arayışı qəbul etmişdir. Görünür, mülki qanunvericiliyə yeni anlayış - “vərəsəlik haqqında arayış” anlayışı gəlmişdir və məhkəmənin gəldiyi nəticəyə əsasən, bu cür arayışlar hüquqi qüvvəsinə görə “qanun üzrə vərəsəlik şəhadətnamə” və “vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi”-nə bərabərdir ?! Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras əmlaka dair hüquqların əldə edilməsi qanun üzrə vərəsəlik şəhadətnamə” və “vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi’-nə əsasən əldə edilir. Yəni şəxsin varis olaraq miras əmlak üzrəində hüquqları notarius tərəfindən verilmiş yuxarıda qeyd edilən şəhadətnamələr əsasında təsdiq olunur. Məhkəmə tərəfindən yol verilmiş 3-cü pozuntu bundan ibarətdir ki, məhkəmə qətnaməni “qət etdi” hissəsində qeyd edir ki, İddiaçı2 mərhum X1 miras qalmış fərdi yaşayış evindən istifadə hüququ tanınsın. Lakin məhkəmə İddiaçı2 mərhum X2 vərəsəsi olmasına əsas olan nikahın mövcud olub-olmamsını araşdırmamışdır. Belə ki. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələrdir. Lakin nəzərə alınmalıdır ki, İddiaçı2 ilə mərhum X3 arasında rəsmi nikah olmamışdır, dövlət qeydiyyatına alınmamışdır və bu səbəbdən İddiaçı2 mərhum X2 vərəsəsi sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Məhkəmə tərəfindən yol verilmiş 4-cü pozuntu bundan ibarətdir ki, məhkəmə dəfələrlə, 2-ci Biləcik kəndində yerləşən mübahisə predmeti olan evi mərhum X2 xüsusi mülkiyyəti kimi qeyd edərək, bu hüquqların evə dair” texniki pasport”-a əsasən yarandığı qənaətinə gəlir. Lakin unudulmalı deyil ki, evə dair texniki pasport mülkiyyət üzərində hüquq müəyyənedici sənəd deyil. Adından da g'öründüyü kimi, texniki pasport evin texniki göstəricilərin əks olunduğu sənəddir və şəxsin əmlka üzərində müstəsna hüüuqların mövcudluğunu təsdiqləyən mülkiyyət hüququ haqqında sənəd deyil. Yekin olaraq bildirilir ki, məhkəmə etiraza əlavə edilmiş "iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1181/2020 saylı qətnаməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1181/2020 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsindən istifadə ilə bağlı mübahisəli hüquq münasibəti 1961-ci il tarixdə yaranmışdır. İddiaçı2 evin mülkiyyətçisi X3 ilə birlikdə həmin evdə 40 ilə yaxın bir müddət yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmişdir. Buna görə də İddiaçı2 evin ailə üzvü hesab edilməlidir. Bu əsasla məhkəmə hesab etmişdir ki, İddiaçı2 evdən istifadə hüququnun tanınması, onun həmin evə köçürülməsi tələbləri əsaslıdır və təmin edilməlidir. Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mübahisəli fərdi yaşayış evi hazırda tam mülkiyyət hüququ üzrə mərhum X2 adına olsa da İddiaçı1 vərəsə kimi həmin fərdi yaşayış evindən gələcəkdə “gözlənilən” mülkiyyət hüququ vardır. Beləliklə, İddiaçı1 “mülkiyyət hüququ gözlənilən” şəxs olmaqla o, həmin fərdi yaşayış evindən qanunsuz olaraq çıxarıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması kimi 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Həmin Məcəllənin 152-ci maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razlşamır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən ediliş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı2 iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; İddiaçının iddia tələbindən görünür ki, iddiaçı Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mərhum X1 qalmış miras evdə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 iddia ərizəsi qismən, yəni evə köçürülmə hissəsində təmin edilməli, istifadə hüququnun tanınması hissəsində isə təmin edilməməlidir. Eyni zamanda cavabdehlərin apelyasiya şikayətləri İddiaçı2 iddia ərizəsinin mübahisəli evdən istifadə hüququnun tanınması hissəsində əsaslı, iddiaçının mübahisəli evə köçürülməsi hissəsində isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibulluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materialları ilə həmçinin müəyyən edilir ki, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən evə mərhum X2 adına texniki pasport işlənilmişdir, lakin həmin fərdi yaşayış evə xüsusi mülkiyyət hüququnu qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması çıxarışla rəsmiləşdirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddianın bu hissəsi ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Qnunvericilik fiziki şəxslərin yaşayış sahəsindən istifadəsini o şərtlə mümkün hesab etmişdir ki, istifadə hüququ tələb olunan yaşayış sahəsi mülkiyyətdə (dövlət, bələdiyyə və fiziki şəxslər), yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun məzmununu təşkil edir. İş materialları ilə müəyyən edilir ki, mübahisə edilən yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Ona görə də kollegiya hesab edir ki, iddianın mübahisəli evə dair istifadə hüququnun tanınması hissəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin evə köçürülmə hissəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin evə köçürülmə hissəsi ilə bağlı isə apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində göstərilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mübahisə yaranan zaman qüvvədə olan Аzərbаycаn Respublikаsı mənzil Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İddiaçı2 evin mülkiyyətçisi X3 ilə birlikdə həmin evdə 40 ilə yaxın bir müddət yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmişdir. İşin bu halını tərəflər mübahisələndirmir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan evə köçən zaman başqa qeyd-şərt göstərilməmiş, mərhum əri ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmişdir. Bu əsasla məhkəmə hesab edir ki, İddiaçı2 mübahisəli evə köçürülməsi tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası İddiaçı1 iddia ərizəsinə münasibət bildirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Eyni zamanda cavabdehlərin apellyasiya şikayəti İddiaçı1 iddia ərizəsinə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırır ki, cavabdeh İddiaçı1 Orud qızı 2000-ci il tarixində ailə qurmuş və mübahisə predmeti olan və Şəki rayonu 2-ci Biləcik kəndində yerləşən fərdi yaşayış evindən getmişdir. İşin bu halı tərəflərin və iddiaçın vermiş olduğu izahatla öz təstiqini tapır. İddiaçı işin bu halını mübahisələndirmir. Yəni iddiaçı artıq 20 ( iyirmi) ildir ki, mübahisə predmeti olan mənzildə yaşamır. İddiaçı1 heç kim məcburi evdən çıxarmamış, onun evdən köçüb getməsinin səbəbi nikaha daxil olmasıdır. İddiaçı1 2000-ci il tarixində ailə quraraq Şəki rayonu, 2-ci Biləcik kəndində yerləşən fərdi yaşayış evindən getməsi işin mübahisələndirilməyən hallarındandır. Göründüyü kimi, İddiaçı1 20 il ərzində hesab etdiyi kimi mənzildə yaşayış hüququnun bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş və bununla da mənzilə heç bir hüququnun olmadığını hərəkətləri ilə (ailə qurduqdan sonra ər evinə daimi köçməklə) nümayiş etdirmişdir. «Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 60-cı mаddəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin xx.xx.1999-cu il tаrixli qərаrındа göstərilmişdir ki, Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 60-cı mаddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə аlınmаlıdır ki, Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 87-ci mаddəsində və Аzərbаycаn Respublikаsının digər qаnunvericilik аktlаrındа göstərilən əsаslаr müəyyən edilmədikdə, icаrədаr və yа оnun аilə üzvlərinin müvəqqəti, о cümlədən аltı аy və dаhа uzun müddətə bаşqа yerə getməsi həmin şəxsləri yаşаyış sаhəsinə оlаn hüquqlаrındаn məhrum etmir. «Respublikа məhkəmələri tərəfindən mənzil qаnunvericiliyinin tətbiqi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tаrixli 2 nömrəli Qərаrının 9cu bəndinə müvafiq olaraq kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar, kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə getməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxarılmağa, iş yerindən çıxıb, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər ola bilər. Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı1 daimi olaraq mübahisəli evi tərk etdiyindən onun iddia ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızının apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1181/2020 saylı qətnаməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən, yəni İddiaçı2 münasibətdə qismən təmin edilməli, İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızının apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1181/2020 saylı qətnаməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən, yəni İddiaçı2 münasibətdə qismən təmin edilməli, İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət eti: Cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızının apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1181/2020 saylı qətnаməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən, yəni İddiaçı2 münasibətdə qismən təmin edilsin. İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədənşikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-274/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-274/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver