Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-274/2024 07.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Ucar Rayon Məhəkəmənin 5 dekabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadından İddiaçı Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 12 aprel 2023-cü il tarixli, 2023/00001EG-4401 nömrəli istehlak krediti müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsinə əsasən 1968,39 manat məbləğində qalıq, ona hesablanmış 305,11 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 254 manat məbləğində dəbbə pulu, cəmi 2527,50 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadına əsasən İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar qəbul olunmasından imtina edilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə Ucar Rayon Məhəkəmənin 14 noyabr 2023-cü il tarixli, 2(063)- 1164/2023 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(063)-1164/2023 saylı qərardadına əsasən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə Ucar Rayon Məhəkəmənin 14 noyabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadından şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə Ucar Rayon Məhəkəmənin 05 dekabr 2023-cü il tarixli, e-2(063)-1164/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki prosessual qanunvricilikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar qəbul olunmasından imtina edilməsi haqqında qərardad işin sonrakı hərəkətinə mane olmadığına görə, şikayətin icraata qəbul edilərək baxılması mümkün deyildir. Hesab edir ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(063)-1164/2023 saylı qərardad əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Ucar Rayon Məhkəməsinin kiçik iddiasının icraata qəbuldan imtinası əsassız olduğuna görə həmin qərardaddan şikayətə baxılmalı, qərardad ləğv edilməli və iddianın təmin edilməsi barədə müvafiq qətnamə çıxarılmalıdır. Ona görə də şikayətin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin e-2(063)-1164/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ucar Rayon Məhəkəmənin 15 dekabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Ucar Rayon Məhəkəmənin 5 dekabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-cü maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 395.1.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 395.1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi mülki prosessual qanunvricilikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar qəbul olunmasından imtina edilməsi haqqında qərardaddan şikayətin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki Ucar Rayon Məhəkəmənin 5 dekabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Ucar Rayon Məhəkəmənin 5 dekabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhəkəmənin 5 dekabr 2023-cü il tarixli, 2(063)-1164/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-274/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-274/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver