Məhkəmə qərarları › İş №2(107)-275/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-275/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-275/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Şəki şəhər bələdiyyəsinə qarşı “maddi ziyan və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-584/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh ona vurduğu 700 manat maddi ziyan və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, ümumi istifadədə olan qəbiristanlıqda bacısının qəbrinə gedən yolda qanunsuz çəkdiyi dəmir “reşotka”-nın (məhəccər) sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-584/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı Cavabdeh və Şəki şəhər bələdiyyəsinə qarşı “ünvan 1 ünvanında yaşayan Cavabdeh ona vurduğu 700 manat maddi ziyan və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, ümumi istifadədə olan qəbiristanlıqda bacısının qəbrinə gedən yolda qanunsuz çəkdiyi dəmir “reşotka” (məhəccər)in sökülməsi” tələbinə dair iddiasını təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki Şəki şəhəri “Kərpic zavodu ərazisi qəbiristanlığı” adlanan qəbiristanlıqda mərhum bacısını dəfn etmişlər. Hər il dini bayramlarda və arabir digər vaxtlarda onun qəbrini ziyarət etməyə gedir. Bir müddət əvvəl onun qəbrini ziyarət etməyə gedəndə Cavabdeh qanunsuz ağac kəsməsinin və qəsdən qəbrin üstünə uçurması nəticəsində bacısının qəbir daşı və qəbirüstü tikililərin dağıldığını görmüşdür. Cavabdehdən həmin qəbrin əvvəlki vəziyyətini bərpa etməyi tələb etsə də sonuncu bundan imtina etmiş, 700 manat pul müqabilində bərpa etdirəcəyini bildirmişdir. O, el qınağından utandığına görə həmin pulu cavabdehə vermiş və qəbri bərpa etdirməyə məcbur olmuşdur. Ancaq ona həmin pulu geri alacağını bldirmişdir. Cavabdeh qanunsuz olaraq həmin qəbiristanlıqda torpaq satışını da həyata keçirir. Belə ki, Cavabdeh bacısının qəbrinin qarşısındakı torpaq sahəsini başqa şəxsə satmış, həmin şəxs də qəbirin kənarına dəmir “reşotka” (məhəccər) çəkmişdir. Bacısının qəbrinin qarşısında yerləşən qəbrin kənarına dəmir “reşotka” (məhəccər) çəkilməsi nəticəsində bacısının qəbir daşının olduğu yerə daxil olmaq üçün düzəldilmiş dəmir “reşotka”-nın (məhəccər) darvaza hissəsi bağlanmışdır. Onun tələbindən sonra Cavabdeh bacısının qəbrinin qarşısında yerləşən qəbrin kənarına çəkilmiş dəmir “reşotka”-nın (məhəccər) bir hissəsini daraltsa da, bu kifayət etməmişdir. Hazırda o, çox çətinliklə bacısının qəbrinin olduğu əraziyə daxil ola bilir. Yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində bacısının qəbrinin olduğu əraziyə gedən yol daraldmışdır. O, bununla əlaqədar Şəki Şəhər İcra hakimiyyəti başçısına, Şəki Şəhər Bələdiyyəsinə və Şəki Şəhər-rayon Polis Şöbəsinə müraciət etmiş, məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-584/2020 nömrəli qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh həmin qəbirstanlıqda işləyir. Əsas işi də qəbirstanlığa nəzarət etmək, qəbir üstü götürməkdən ibarətdir. Cavabdeh qanunsuz olaraq həmin qəbiristanlıqda torpaq satışını da həyata keçirir. Belə ki, cavabdeh onun bacısının qəbrinin qarşısındakı torpaq sahəsini başqa şəxsə satmış, həmin şəxs də qəbirin kənarına dəmir “reşotka” (məhəccər) çəkmişdir. Bacısının qəbrinin qarşısında yerləşən qəbrin kənarına dəmir “reşotka” (məhəccər) çəkilməsi nəticəsində bacısının qəbrinə daxil ola bilmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində bacısının qəbrinin olduğu əraziyə gedən yol daraldmışdır. O, bununla əlaqədar müvafiq orqanlara şikayət etsə də sonda məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və Şəki şəhər bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)- 584/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; X1 Şəki-Oğuz bölgəsi üzrə qazısı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 132 nömrəli məktubdan görünür ki, X1 yerlərdəki nümayəndəliyi QMİ-nin “Qazılar Şurası haqqında əsasnamə”yə əsasən təhkim olunduğu bölgədə dindarların ancaq şəri məsələlərini həll edir, öz dini mərkəzindən aldığı fətva və tövsiyələri həyata keçirir. Şəki şəhəri “Kərpic zavodu” adlanan ərazidə yerləşən qəbiristanlığın müdriyyəti, həmin qəbiristanlığa kimin nəzarət etməsi onlara məlum deyil, kimin nəzarət etməsini müəyyən etmək də onların səlahiyyətləri xaricindədir. Şəki bələdiyyə sədri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 513 nömrəli məktubdan görünür ki, Şəki şəhərində yerləşən qəbiristanlıqlar Şəki bələdiyyəsinə təhvil verilmişdir. Qəbiristanlıqların çoxu və eyni zamanda “Kərpic zavodu” adlanan ərazidəki qəbiristanlığın yerləşdiyi torpaq sahəsi meşə fonduna aid olduğundan həmin torpaq sahələrinin idarə olunması bələdiyyənin səlahiyyətlərinə aid deyil. ƏMDK yanında DƏDRX-nin 12 saylı X4 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 513 nömrəli məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən Xidmətin 12 saylı X4 daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan qeydiyyat orqanıdır və ərazi idarəsində yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar barədə məlumatlar mövcuddur. Bu səbəbdən, sorğularda qeyd edilən məsələnin həlli ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2/773 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması”nın təsdiq edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 522 nömrəli Qərarına əsasən qəbiristanlıqlar bələdiyyələrə verilmişdir və məktubda qeyd edilən qəbiristanlığın yerləşdiyi torpaq sahəsi Şəki Şəhər İcra Hakimiyyətinin balansında deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyasi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh tərəfindən ona 700 manat maddi ziyan vurulduğunu, bacısının qəbrinin bərpası üçün sonuncuya həmin miqdarda pul verdiyini bildirsə də, həmin pul məbləğinin cavabdehə verilməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazı əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş ziyanın dəyməsini, zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və iddiaçı tərəf öz iddiasının əsaslarını yalnız özünun formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar yenə də yalnız iddiaçının özünün izahatına söykənir. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının bacısının qəbrinin yanında olan digər qəbrin ümumiyyətlə cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, işin faktiki hallarından müəyyən edildiyi kimi Cavabdeh həmi qəbirstanlıqda nəzarətçi işləməklə, qəbir sahiblərinin sifarişini yerinə yetirir. Belə olan halda iddianın ikinci hissəsinin Cavabdeh qaldırılması istisna olunur. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-584/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar