Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-278/2024 15.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qətnaməsindən Cavabdeh ərizəsi əsasında “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” həmin məhkəmənin 06 oktyabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4558 (dörd min beş yüz əlli səkkiz) manat pulun və ödədiyi dövlət rüsumunun alınab ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 4800 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4178 (dörd min yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq ilkin İddiaçı ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 612 (altı yüz on iki) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(107)-1080/2023 saylı qərardadına əsasən Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(025)- 577/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə geri qaytarılmışdır. Cavabdeh Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin bərpasına dair ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 06 oktyabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı İddiaçı Qəbələ Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadından şikayət verdiyindən Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2(107)-1279/2023 saylı qərardadına əsasən, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-1279/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilmiş, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılmış, Qəbələ Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadından İddiaçı şikayətinin MPM-in tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayəti onunla əsaslandırılmışdır ki, ... məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hal yoxdur. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qətnaməsindən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermiş olduğundan, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2023-cü il tarixli, 2(107)-1080/2023 saylı qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunu 1 (bir) manat, yəni 34 deyil 33 manat ödəməsi və apellyasiya şikayəti düzgün tərtib edilməməsi geri qaytarılmışdır. Hal-hazırda isə 34 manat dövlət rüsumunu yenidən ödəmişdir. Apellyasiya şikayətini verən ilkin iddia üzrə cavabdeh müddəti buraxmışdır. Hesab edir ki, müddətin bərpa edilməsi barədə ərizə əsassızdır. Məhkəmə öz qərardadında isə bildirir ki, tərəf yalnız dövlət rüsumunu tam ödəməmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadının ləğv edilməsini və müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 oktyabr 2023cü il tarixli, 2(025)-577/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(025)-577/2023 saylı qətnaməsindən vaxtında verilməməsi apellyasiya şikayətinin geri qaytarılmasında səbəb dövlət rüsumunun az ödənilməsi olmuş, hazırda həmin nöqsan cavabdeh tərəfindən aradan qaldırılaraq qanunda nəzərdə tutulmuş qaydada dövlət rüsumu yenidən ödənilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti bərpa edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü ... maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Qəbələ Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(025)-577/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-278/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-278/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver