Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-278/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, apellyasiya şikayəti vermiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” tələbi barədə iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 27 mart 2024-cü ildə Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2055 (iki min əlli beş) manat məbləğində maddi zərər, dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5126 (beş min yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində idarə etdiyi “VAZ-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətindən Zaqatala rayon istiqamətində qanunvericilikdə nəzərdə tutulan həddə hərəkətdə olarkən idarə etdiyi avtomobilin qarşısına anidən 6-7 baş iribuynuzlu heyvan çıxmış, bir baş inək digərlərindən daha sürətlə nəzarətsiz olaraq qaçaraq yola çıxmış, idarə etdiyi avtomobilin sürətinin 60 km olmasına baxmayaraq, avtomobil ilk öncə nəzarətsiz qalan bir baş inəyə dəymiş, sonradan isə nəzarətsiz qalan avtomobil yolu sürətlə keçən digər inəyə dəymişdir. Hadisə baş verən zaman hava qaranlıq olmuş və həmin iri buynuzlu heyvanların sahibi avtomobilinin içərisinə fanarla işıq salmışdır. Həmçinin bildirmək istərdi ki, avotomobillə hərəkət etdiyi yolda heyvanların keçirilməsi ilə bağlı heç bir dövlət yol işarəsi olmamışdır. Bundan başqa, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-40/2024 saylı qərarından da görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda da Cavabdeh təqsirli olaraq ona 2055 (iki min əlli beş) manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edir ki, özünə məxsus avtomobillə şəxsi işinə gedib gəlirdi və gündəlik 45-50 manat civarında qazanc əldə edirdi. Yalnız Qax rayonu ərazisində deyil, Balakən- Şəki, Mingəçevir və digər rayonlara gedərək işi ilə əlaqədar olaraq verilən tapşırıqları yerinə yetirirdi. Qeyd olunan həmin hadisədən sonra iddiaçı həm işini, həm də avtomobilini itirmişdir. Hadisənin törədildiyi vaxtdan isə 4 aya yaxın vaxt keçmişdir və heç bir qazanc əldə edə bilməmiş, əksinə maddi durumu daha da pisləşmişdir. Hal-hazırda gündəlik qazancının ən azından yarısını əldən çıxmış fayda olaraq cavabdehdən tələb etmək qərarına gəlmişdir. Gündəlik 25 (iyirmi beş) manat olmaqla, bu günə 3000 (üç min) manatdan çox gəlir əldə edəcəyi təqdirdə, həmin gəliri əldə edə bilməmişdir. Cavabdeh isə öz təqsirini bildiyi halda, könüllü olaraq ona dəymiş maddi ziyanı və əldən çıxmış faydanı ödəmir. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı Cavabdeh də 06 may 2024-cü ildə İddiaçı qarşı “maddi ziyan” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş 8000 (səkkiz min) manat maddi ziyandan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş 2055 (iki min əlli beş) manat maddi ziyanın çıxılması və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5945 manat maddi ziyanın və ödənilmiş 81 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ö, xx.xx.2023cü il tarixdə saat 18:30 radələrində özünə məxsus olan mal-qaranı nəvəsi Mustafa ilə birlikdə otlaq sahəsindən evə aparan zaman Qapıçay çayının üstündə olarkən Qax şəhəri istiqamətində bir ədəd “VAZ-2107” markalı avtomobil yüksək sürətlə hərəkət edərək onun bir baş malını vurmuş, bundan sonra maşın fırlanaraq yolun digər tərəfindəki inəyi də vuraraq öldürmüşdür. Cavabdeh İddiaçı idarə etdiyi avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. İşə Qax rayon Polis Şöbəsində baxılmış və iş üzrə avtotexniki ekspertizası təyin edilmişdir. Qax rayon X4 Qrupunun müstəntiqi Zöhrab Abdullazadənin xx.xx.2024-cü il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin hadisə nəticəsində İddiaçı iki baş inəyini maşınla vurub öldürmüş və ona 8000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh bu hərəkəti ilə İXM-nin 327.1 və 328.1-ci maddələrinin tələbini pozmuşdur. Cavabdeh İddiaçı ondan hazırda hadisə ilə bağlı avtomobilə dəymiş ziyana görə 2055 manat, əldən çıxmış faydaya görə 3000 manat və 17 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5116 manat pul tələb edir. Hesab edir ki, cavabdeh İddiaçı belə iddia tələbi ilə məhkəməyə müraciət etməldə haqlı deyil, İddiaçı əldən çıxmış faydanı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh İddiaçı hazırda onun inəklərinə dəymiş ziyanı ödəməkdən imtina edir. Qarşılıqlı iddia üzrə iddiaçı olaraq o, bu tələblə məhkəməyə müraciət edərək 81 manat dövlət rüsumunu da cavabdehdən tələb edir (qarşılıqlı iddia ərizəsində cavabdehin qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandırılmışdır).
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Qax Rayon Məhkəməsinin (hakim Taleh Kərimov) 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsi ilə qət edilmişdir ki, “İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 1770 (bir min yeddi yüz yetmiş) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 71 (yetmiş bir) manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 37,7 (otuz yeddi manat 70 qəpik) manatının əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 50 (əlli) manat məbləğdə pul Cavabdeh tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdehin qarşılıqlı iddianın verilməsi üçün ödədiyi 81 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin ilkin iddia və qarşılıqlı iddia tələbəri ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən əsaslı oldğundan qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “deliktmüqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023cü il tarixdə saat 1830 radələrində Qax rayonu Güllük kəndi ərazisində özünə məxsus iribuynuzlu mal-qaranı yolda nəzarətsiz qoymuş, bundan sonra qəflətən İddiaçı idarə etdiyi “VAZ-2107” minik marklı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə iribuynuzlu mallar avtomobillə toqquşaraq həmin avtomobilin sahibi İddiaçı maddi ziyan vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobilə 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğdə ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cavabdeh İXMnin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş maddi ziyanın hansı məbləğdə olmasının müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan “VAZ-2107” minik markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1770 manatdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki, ekspert nəticəyə gələrkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur. Göründüyü kimi, ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir. Ona görə də ekspert rəyi mötəbər sayılmalı və sübut kimi qəbul edilməlidir. Məhkəmə qətnamədə sadalanan maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından hüquqi qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbinin qismən təmin edilməsi qanunamüvafiq olar. Çünki, iş materialları ilə Cavabdeh ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Belə ki, o, günün qaranlıq saatlarında görüntünün tam məhdud olduğu şəraitdə, avtomobil yolundan mal-qaranın ötürülməsi nəzərdə tutulmayan yerdən irubuynuzlu malqaranı ötürməklə yol-nəqliyyat hadisəsini baş verməsinə, həm də özünə məxsus heyvanların tələf olmasına səbəb olmuşdur. Həmçinin onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan ekspert rəyi ilə 1770 manat müəyyən edilmişdir. Belə olan halda iddiaçıya verilməli olan maddi ziyanın məbləği onun özünün tələb etdiyi həddə deyil, rəyə uyğun olmalıdır. Məhkəmə ilkin iddia tələbinin dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat məbləğdə tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbinin maddi ziyanla bağlı hissəsinin qanuni əsasını təşkil edən normalardır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. Hazırda isə iddiaçı iddia edir ki, “avtomibilinə maddi ziyan dəydiyi üçün gəlirdən məhrum olmuşdur. Belə ki, hər gün Azərbaycanınn mütxəlif bölgələrinə gedərək gündəlik 45 manat gəlir əldə etmişdir. Lakin, Cavabdeh təqsiri ucbatından yol-nəqliyyat hadisəsi baş verdiyi üçün avtomobilsiz qalmış və həmin gəlirdən məhrum olmuşdur. Ona görə də, cavabdeh ona əldən çıxmış faydaya görə 3000 manat ödəməlidir”. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqət deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. “Həqiqət” anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı “dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat pulun tutulması” barədə iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçı tərəfindən hansı işlə məşğul olması, gündəlik hansı məbləğdə gəlir əldə etməsi, işinin avtomobillə bağlı olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, həmin tələb əsassızdır. Cavabdeh məxsus iki baş iribuynuzlu heyvanların tələf olması nəticəsində ona 8000 (səkkiz min) manat məbləğində maddi ziyan dəyməsi İddiaçı təqsiri ucbatından deyil, Cavabdeh mal-qaranı nəzarətsiz qoyması nəticəsində özünün təqsiri ucbatından baş vermişdir. Ona görə də, Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Hazırki işdə isə Cavabdeh mal-qaranı sutkanın qaranlıq vaxtı qaytararkən, heyvanları asfalt yola çıxarmaqla və mal-qaranın keçirilməsi üçün nəzərdə tutulmayan yoldan keçirməklə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş, nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Beləliklə, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının əmlakına zərər yetirilmişdir. Halbuki, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mal-qaranı qaranlıq vaxtı keçid üçün nəzərdə tutulmayan asfalt yola çıxarmaqla mal-qaranın tələf olması ilə nəticələnən hadisədən əlavə, öz həyatı və sağlamlığı üçün təhlükə yaradacaq hərəkət törətmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında həmçinin qeyd olunur ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O, da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğdə pul alınaraq İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 71 manat pulun 37,70 (otuz yeddi manat yetmiş qəpik) manatı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi və 33,30 (otuz üç manat otuz qəpik) manat hissəsi isə İddiaçı aid edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat pul cavabdehdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cavabdehin qarşılıqlı iddianın verilməsi üçün ödədiyi 81 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1110 və 1115-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.1, 217.4 və 218.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1. İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın qismən, qarşılıqlı iddianın təmin edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İlk öncə qeyd edir ki, maddi ziyan inzibati xəta hadisəsi zamanı yaranmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus olan mal-qaranı nəvəsi Mustafa ilə birlikdə otlaq sahəsindən evə apararkən Qapıçay çayının üstündə Qax şəhəri istiqamətində bir ədəd “VAZ-2107” markalı avtomobil yüksək sürətlə hərəkət edərək, onun bir baş malını vurmuş və bundan sonra maşın fırlanaraq o biri yoldakı inəyi də vuraraq öldürmüşdür. Cavabdeh idarə etdiyi avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Qax RPŞ-nin istintaq qrupunun müstəntiqi X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsinin tərkibi yaranmadığından, onun barəsində material üzrə cinayət işinin başlanması rədd olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr qaydalarının pozulmasına görə) və Azərbaycan Respublikası İXM-nin 328.1-ci (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) maddələri üzrə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qax RPŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2023cü il tarixli 8/3700 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin, ekspert rəyi məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Qax rayon prokuroru Rəşad Bəşirovun 16 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Qax RPŞ-nin istintaq qrupunda toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməsi və həmin materialın Qax rayon Polis Şöbəsinə göndərilməklə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq qanuni və əsaslı qərar qəbul edilməsinin təmin edilməsi və material üzrə əlavə araşdırmanın aparılmasının Qax RPŞ-nin istintaq qrupuna həvalə edilməsi qərara alınmışdır. Qax RPŞ-nin istintaq qrupunun müstəntiqi X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Qax RPŞ-nin İstintaq Qrupunun müstəntiqi, polis kapitanı Zöhrab Abdullazadə tərəfindən 13 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin 13 yanvar 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan Qax rayon prokuroru Rəşad Bəşirov tərəfindən 16 fevral 2024-cü il tarixli qərarla ləğv olunmuş, material üzrə əlavə araşdırma aparılıb qanuni və əsaslı qərar qəbul edilməsi üçün Qax RPŞ-yə geri qaytarılmış və icrası Laçın Ədilova həvalə edilmişdir. Sürücü İddiaçı izahatında avtomobili 50-60 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Sürücü İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi yaranmadığından, onun barəsində material üzrə cinayət işinin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr qaydalarının pozulmasına görə) maddəsi üzrə inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Qax RPŞ-nin DYPB-nə göndərilməsi iş üzrə nəzərə alınmış, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Qax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Buradan aydın olur ki, İddiaçı inzibati xəta törətmiş və onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş və hər iki tərəfə maddi ziyan dəymişdir. Yuxarıda qeyd olunan ekspert rəyi ilə müəyyən edilir ki, İddiaçı yol-nəqliyyat hadisəsi torədərkən hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə Ekspert rəyinin nəzərə almamasını aşağıdakı kimi qeyd etmişdir ki, “Qax RPŞ-nin İstintaq Qrupunun müstəntiqi Zöhrab Abdullazadə tərəfindən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərkən İddiaçı sürət məhdudiyyəti düzgün müəyyən edilməmiş və ekspertiza qərarında sürət məhdudiyyəti 70 km/saat kimi göstərilmişdir. Ona görə də, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyində sürücü İddiaçı “VAZ-2107” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İddiaçı avtomobili 50-60 km/saat sürətlə idarə etdiyindən məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyində qeyd olunan həmin xüsusat nəzərə alınmamalıdır”. Lakin, məhkəmə sürücünün izahatının özünü müdafiə xarakteri daşımasını nəzərə almamışdır. Məhkəmə yalnız iddiaçının yalan mülahizələri və onu müdafiə edən sənədlərə əsasən qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Sübutlar düzgün təhlil və nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi isə İddiaçı inzibati məsuliyyətə cəlb edilməsini və yol-nəqliuyyat hadisəsi törətməsi ilə bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir. İşin faktiki hallarına düzgün hüquqi qiymətverilməmişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 06 mart 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, iş üzrə qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, ondan ilkin iddia üzrə İddiaçı hadisə zamanı zədələnmiş avtomobilinə ekspert rəyi ilə müəyyən edilmiş 1770 manat məbləğində dəymiş zərər tutulduğu kimi, sonuncudan da onun xeyrinə iki baş inəyinin həmin hadisədə ölməsi nəticəsində dəymiş zərər kimi müəyyən edilən 8000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iş üzrə iddia ərizəsində yazılanlara uyğun izahat verərək, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində ““Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın qismən, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının ilkin iddia və cavabdehin qarşılıqlı iddia tələblərinin dəlillərinə və tərəflərin iddia və qarşılıqlı iddia tələbləri üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, 01 dekabr 2023-cü il tarixdə saat 1830 radələrində asfalt örtüklü “Qax-Zaqatala” avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində İddiaçı idarə etdiyi “VAZ-2107” minik marklı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi və Cavabdeh məxsus iki baş inəyin ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin bilavasitə səbəbi sonuncunun özünə məxsus iribuynuzlu mal-qaranı müvafiq təhlükəsizlik tədbirləri görmədən yolun hərəkət hissəsi ilə aparması olmuşdur (həmin yol-nəqliyyat hadisəsi üzrə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır). Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin tələblərinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur və bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Eyni zamanda, həmin hadisə zamanı Cavabdeh məxsus iki baş iribuynuzlu heyvanların ölməsinin səbəbi də - İddiaçı təqsirli hərəkəti deyil, Cavabdeh təqsirli hərəkətləri, yəni sonuncunun mal-qaranı nəzarətsiz qoyması nəticəsində baş vermiş məlum hadisə olmuşdur. Çünki, Cavabdeh mal-qaranı sutkanın qaranlıq vaxtı apararkən heyvanları asfalt yola çıxarmaqla və mal-qaranın keçirilməsi üçün nəzərdə tutulmayan yoldan keçirməklə, məlum yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş və nəticədə həm iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymiş, həm də onun özünə məxsus iki baş heyvan ölmüşdür. Yəni, Cavabdeh təqsirli hərəkətləri nəticəsində onun öz əmlakına da zərər yetirilmiş və həmin zərərlə əlaqədar məhkəmə araşdırması zamanı Cavabdeh qarşılıqlı iddia tələbinin əsaslılığı müəyyən olunmamış və sübuta yetirilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(024)-333/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.