Məhkəmə qərarları › İş №2(107)-28/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-28/2020

28.01.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-28/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirak ilə İddiaçı cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılmasına dair” ilk iddiası, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX №0318144 saylı reyestrdən çıxarışın etibarsız hesab edilməsi və onun maneələrin aradan qaldırılmasına” dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)-656/2018 nömrəli qətnaməsindəncavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* saylı çıxarışa əsasən özünə məxsus 0.07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə” qətnamə çıxarılmasını, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş seriya RX №0318144 saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması və onun maneələrin aradan qaldırılmasına dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini” xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)-656/2018 nömrəli (hаkim M. Qarayev) qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus 0.07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “gedişgəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX № ******* saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması və onun maneələrin aradan qaldırılmasına dair iddiasının rədd edilməsi haqqında qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələbinə görə cavabdehlər tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-Dövlət Xəzinədarlıq Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi- VÖEN **********, Hesab-AZ34CTRE********************-hesaba və 60(altmış) manat ekspertiza xərci alınıb Kapitalbankın 1 saylı Xətai filialı, KOD 200071, VOEN (bank) **********, Müxbir Hesab: AZ 37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihe-Tedqiqat Mərkəzi MMC VOEN: **********, Hesab N: AZ23AİİB********************saylı hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qax rayonu, İlisu kəndində 0.07 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. O, həmin torpaq sahəsinin kənarını hasarlamaq üçün xx.xx.2018-ci il tarixdə usta tutmuş, həmçinin əraziyə tikinti üçün lazimi ləvazimatlar alıb gətirmişdir. Torpaq sahəsinin kənarına hasar tikmək üçün gələn ustaları Qax rayonu, İlisu kənd sakinləri X7, Cavabdeh4, Cavabdeh2 və X11 əngəlliyərək onları işləməyə qoymamışlar. Həmin vaxt polis şöbəsinə zəng vuraraq onların qanunsuz hərəkətlərindən şikayət etmişdir. Əraziyə gələn polis əməkdaşları onları ərazidən uzaqlaşdırmış onlar gedəndən sonra yenidən həmin şəxslər hasar tikmək istədiyi əraziyə gələrək onların işinə mane olmuşlar. O, həmin vaxtı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdehlərin iddiasına görə həmin ərazidən onların mal-qaraları otlaq üçün gedib-gələn yol olmuşdur və hazırda da əvvəlki dövrlərdə olduğu kimi qalmalıdır. Lakin həmin torpaq sahəsi onun tam olaraq mülkiyyətindədir. Onların mal-qarasının otlaması üçün əraziyə getməyə ətraf ərazidən yol vardır. O, cavabdehlərə bütün bünları nə qədər izah etsə də, onlar bunu başa düşmək istəmir və onun qanuni mülkiyyətində olan torpaq sahəsinin kənarını hasarlamağa imkan vermir. O, belə olan halda məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı “maneələrin aradan qaldırılmasına dair” iddia ərizəsində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir və onların böyük əksəriyyəti təhrif olunmuş yalan məlumatlardır. O, özünə məxsus ərazinin yanındakı dədə-baba yoluna da gözünü salmışdır. Hələ lap qədim dövrlərdən, həmin yol təkcə mal-qaranın otlaq üçün gediş-gəliş yox, orada məskunlaşan əhalinin gedib-gələn işlək yolu olmuşdur. İddiaçı əhəmiyyətsiz bir məsələ kimi, ərizəsində iddia etdiyi yolu ancaq mal-qara üçün otlaq yolu kimi göstərmişdir. İddiaçı atasına sonradan bələdiyyə tərəfindən 0,03 ha torpaq sahəsi əlavə veriləndə, həmin dədə-baba yolu da nəzərə alınmış, yol saxlanılmış, şərt o olmayıb ki, hökmən onun torpaq sahəsi 0,07 ha olmalıdır. Nəzirməhəmməd Hacıyevə, sadəcə olaraq, onun 4 sotluq torpaq sahəsinə bitişik ərazidəki boş sahə verilmişdir. Heç bir dövlət orqanı və ya bələdiyyə heç bir qanuni əsasla qanunvericiliyin ziddinə olaraq lap 1 (bir) metr enində olmuş olsa belə qədimdən bugünədək işlək vəziyyətdə olan kənd yolunu ayrıca vətəndaşın xüsusi mülkiyyətinə verə bilməz. Bu və ya digər orqanın qərarı ilə vətəndaşa torpaq sahəsi ayrılanda, eləcə də bu əsasla həmin torpaq sahəsini qeydiyyata aldıranda 1-ci məcburi şərt kimi həmin əraziyə gedilir, orada baxış aparılır, ölçmə-biçmə işləri aparılır, ərazi öyrənilir və bütün bu işlərin qanunauyğunluğu yoxlanılır. Yalnız bütün bunlardan sonra müvafiq sənədlər hazırlanır və verilir. İddiaçı təqdim etdiyi çıxarışın tarixi göstərilməmişdir. Bunu da o, məqsədyönlü şəkildə etmişdir. Belə ki, bildikləri qədər çıxarış 2006-cı ildə verilmişdir. Əgər çıxarış 2006-cı ildə alınıbsa və həmin çıxarışa əsasən bu yol onun xüsusi mülkiyyətində olan ərazi hesab olunubsa, onda 2009-cu ildə o, özünün torpaq sahəsinin kənarına hasar çəkərkən nəyə görə hasarı qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş şəkildə göstərilən yerdən götürmüşdür? Deməli, yol heç cürə onun torpaq sahəsinə daxil edilə bilməz, bu yol kəndin təməli qoyulandan mövcud olan kənd-arası yoludur. Digər tərəfdən, bu yol bağlandığı təqdirdə ərazidə yaşayan qonşular öz mal-qarasını 500-600 metr artıq məsafə qət edərək əsas İlisu şossesi ilə aparmalı olacaqlar ki, bu da həm insanlar üçün, həm də mal-qara üçün təhlükə, eləcə də sürücülər üçün böyük narahatçılıqdır. Kənd bələdiyyəsinin sədri iddiaçı-cavabdehə onun torpaq sahəsinin 0,07 ha bitməsi üçün torpaq sahəsinin uzunu istiqamətində artırılmasını təklif etsə də, İddiaçı heç cür razılaşmır, əskik sahənin ancaq yoldan verilməsini, dədə-baba yolunun kəsilməsini tələb edir. Odur ki. göstərdiklərini nəzərə alaraq məhkəmədən gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX №0318144 saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması və iddiaçının maneələrin aradan qaldırılmasına dair iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, ilkin iddianı tamamilə qanunsuz hesab edirlər. Çünki həmin torpaq sahəsi qədimdən qalma ümumi istifadədə olan yoldur. Keçmişdən həmin yoldan gediş-gəliş üçün istifadə edilmiş, mal-qara örüşə getmiş, texnika işləmişdir. İddiaçı isə əsassız olaraq gediş-gəliş yolunu öz torpaq sahəsinə qatmaq istəyir. Ona görə də məhkəmədən gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX №0318144 saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını və maneələrin aradan qaldırılmasına dair ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edirlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ərazi uzun illərdir ki, ümumi istifadədə olan yoldur. Həmin yoldan bütün kənd sakinləri istifadə edir. İddiaçı isə əsassız olaraq gediş-gəliş yolunu öz torpaq sahəsinə qatmaq istəyir. Hansıki, lap keçmişdən həmin yoldan gediş-gəliş üçün istifadə edilmiş, mal-qara örüşə getmiş, texnika işləmişdir. Lakin sonradan bələdiyyə tərəfindən heç bir əsas olmadan qeyd olunan mübahisəli yolun bir hissəsi iddiaçıya satılmış, alqısatqı zamanı onların bu məsələdən xəbəri olmamışdır. İddiaçının həmin yolun bir hissəsindən hasar çəkməsinə etiraz etmirlər, lakin yolun tamamilə bağlanmasından narazıdırlar. Çünki həmin yol onların ata-baba yolu olmuşdur. İndi kiminsə, daha doğrusu yoldan aşağıda fəaliyyət göstərən restoran sahibinin mənafeyi baxımından kənd camaatının yolunun bağlanması qanunsuzdur. Həmin yolun bir az da daralmasına, onlara təxminən iki metr enində yolun saxlanılmasına razıdırlar. İddiaçı tərəfin əsas məqsədi heç də torpağı genişləndirmək olmayıb, yolu bağlamaqdır. Çünki həmin yolun sağ tərəfindəki həyət və aşağıda olan restoranın sahibi eyni admlardır. Cavabdeh sonda Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsinin ilk iddianın təmin olunmuş hissəsinin ləğv olunmasını və yolun tamamilə bağlanmamaq şərtilə ilk iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ərazi əvvəllər ictimai yol kimi istifadə olunsa da, sonradan tam qanuni əsaslarla iddiaçıya satılmış və hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı da bir mülkiyyətçi kimi öz hüquqlarından istifadə edərək özünə məxsus olan torpaq sahəsinin hüdudlarından hasar çəkmək istəyir. Lakin cavabdeh tərəf buna maneçilik törətməklə iddiaçının mülkiyyət hüququnu pozur. Odur ki, apelyasiya şikayətinə etiraz edir və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər X7, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüququ qiymət verməmişdir. Bu baxımdan tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 24704 saylı rəyindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi 50 kv.m olub, 48 kv.m hissəsi İddiaçı məxsus RX seriyalı ******* saylı Çıxarışda göstərilən ərazi ilə eynilik təşkil edir. İddiaçı məxsus RX seriyalı 0318144 saylı Çıxarışda göstərilən torpaq sahəsinin koordinatları, həndəsi ölçüləri və coğrafi yerləşmə konfiqurasiyası eynilik təşkil etmir. İddiaçının sənəd üzrə mülkiyyətində 0.07 ha torpaq sahəsi göstərilsə də, fatiki istifadəsində 0.065 ha torpaq sahəsi vardır. Sənəd üzrə və faktiki istifadə arasında fərq tərtib edilmiş sxemdə göstərilmişdir. Mübahisəli ərazi sxemdə ştrixlənmiş, iddiaçının faktiki istifadə vəziyyəti qırıq-qırıq xətlərlə göstərilmişdir. Seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Apelyasiya icraatı zamanı məhkəmə ekspertizası təyin edilmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 19048 nömrəli ekspertizanın rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı X1 Qax rayonu İlisu kəndində RX № ******* saylı reyestrindən çıxarışa əsasən ona məxsus, 0,07 ha torpaq sahəsi kənd bələdiyyəsi tərəfindən ona satılarkən torpaq sahəsi ilə bitişik kənd sakinlərinin hazırda istifadə etdikləri yol mövcud olması barədə məlumatımız yoxdur. Satılan torpaq sahəsinin cizgiləri hazırlanarkən ilkin torpaqayırma sxemlərindən göründüyü kimi həmin ərazidə yol nəzərdə tutulmamışdır. Mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazi DƏDRX-nin tərtib etdiyi RX Na ******* saylı Çıxarışa əsasən 0,07 ha torpaq sahəsi göstərilsədə, naturada iddiaçının faktiki istifadəsində 0,0612 ha torpaq sahəsi mövcuddur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Mülki Məcəllənin 152, 157-ci maddələrinə istinad edərək hesab etmişdir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, yerli baxış keçirməklə və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə kollegiyası nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, maneənin aradan qaldırılması tələb edilən əmlak iddiaçı tərəfin mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çaışmışdır. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxışda iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, DƏDRX-nin nümayəndəsi X4, Qax rayon İlisu kənd Bələdiyyəsinin sədri X5 və həmin kəndin icra nümayəndəsi X2, həmçinin digər kənd sakinləri iştirak etməklə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin dörd bir ətrafı təxminən 40-50 sm hündürlüyündə çay daşı ilə hörülmüş, hasarın üstünə kol-kos yığılmışdır. Mübahisəli ərazi torpağın sağ hissəsində yerləşir və sonu çöçəkliyə, oradan əsas magistral yola bitişir. Yerli baxışda iştirak edən İlisu kənd bələdiyyəsinin sədri E.Xəlilov məlumat verərək bildirmişdir ki, qeyd olunan mübahisəli ərazi ondan əvvəlki bələdiyyə sədri tərəfindən satılmışdır. Lakin mübahisəli ərazi uzun illərdir ki, ictimai yol kimi kənd camaatı tərəfindən istifadə olunmuş, ərazidə yaşayan camaat öz mal-heyvanını bu yol vasitəsilə örüşə aparmışdır. İddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi atasından qalmış, qalan hissəsi isə bələdiyyə tərəfindən satılmışdır. Satılmış torpaq sahəsindən o məlumatsız olmuşdur. Yerli baxışda iştirak edən icra nümayəndəsi H.Həsənov bildirmişdir ki, 53 yaşı var və yaşadığı bu illər ərzində bu ərazidən yol keçdiyini, ərazidə yaşayan kənd camaatının öz mal-heyvanını bu yol vasitəsilə örüşə aparmasının şahidi olmuşdur. Sonradan yolun bu hissəsi bələdiyyə tərəfindən iddiaçıya satılmışdır. Yerli baxışda iştirak edən cavabdehlər (həmçinin digər kənd camaatı) bildirmişlər ki, mübahisəli yoldan nəinki onlar, hətta onların ata-babaları da istifadə etmişdir. Bu yol daim kənd camaatının istifadəsində olmuş, öz mal-qaralarını da bu yoldan örüşə aparmışlar. Yol bağlandığı təqdirdə onların digər alternativ yolu qalmır. Əgər iddiaçı hazırki daş hasarın və ya həmin hasarı təxminən 1-2 metr sağa (yəni yol tərəfə) çəkməklə oradan düzxətt boyunca hasar çəkmək istəsə onlar mane olmayacaq, əks halda yolları bağlandığından tikilinin inşasına mane olacaqlar. Çünki hasar düzxətt boyunca deyil, nisbətən sağa doğru meyillənmiş formada inşa edilərsə, aşağı hissədən onların yolu bağlanacaqdır. İddiaçı tərəfin əsas məqsədi heç də torpağı genişləndirmək deyil, yolu bağlamaqdır. Çünki həmin yolun sağ tərəfindəki həyətin və aşağıda olan restoranın sahibi demək olar ki, eyni adamlardır. Yerli baxışda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə mübahisəli yolun sənəd əsasında iddiaçıya məxsus olduğu bildirmişdir. Yerli baxışda iştirak edən DƏDRX-nin nümayəndəsi X4 müvafiq ölçü işləri apardıqdan sonra bildirmişdir ki, tərəflərin mübahisələndirdiyi torpaq sahəsinin bir hissəsi iddiaçının sənədinin hüdudlarına düşür. Belə ki, həmin ərazinin bir hüdudu (aşağı hissəsi) qonşu torpaq sahəsinin arakəsmə divarına birləşir ki, bu da ümumistifadədə olan yolun aşağı hissəsinin bağlanmasına səbəb olacaq. Məhkəmə kollegiyası ekspert tərəfindən verilmiş rəyə tənqidi yanaşaraq qeyd edir ki,ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Düzdür, ekspert rəyi xüsusi bilik əsasında verildiyindən həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi ekspert rəyini əsas sübut kimi qəbul etsə də, həmin rəyi digər sübutlarla birgə qiymətləndirməmiş, bu rəy ilə razılaşmasını qətnaməsində əsaslandırmamış, mübahisəli sahənin ictimai ərazi olmasına xüsusi diqqət yetirməmişdir. Belə ki, apelyasiya məhkəməsinin araşdırması zamanı ekspert rəyi tədqiq olunarkən müəyyən edilmişdir ki, ekspert rəyində kənd camaatı tərəfindən istifadə olunan yolun mövcud olmaması barədə məlumatın yoxluğu və həmin ərazidə yol nəzərdə tutulmadığı qeyd edilmişdir. Buradan da göründüyü kimi ekspert tərəfindən verilmiş rəy DƏDRX-nin Şəki LTİ-nin mütəxəssis rəyinə istinad edilməklə tərtib olunmuş və ekspert özü tərəfindən həmin əraziyə viziual baxış keçirilməmişdir. Ekspert və mütəxəssis rəyində həmin ərazidə yolun olmadığını göstərsə də, işə baxan birinci instansiya məhkəməsi bu dəlillər üzrə araşdırma aparmamışdır. Kollegiya qeyd edir ki, rəyin bu hissəsi natamam olmaqla işin faktiki halı ilə ziddiyyət təşkil edir. Əvvəla ona görə ki, həm cavabdehlərin izahatından, həmçinin yerli baxış zamanı bir daha müəyyən edilmişdir ki, qeyd olunan mübahisəli ərazi uzun illərdir ki, kənd camaatının ümumi istifadəsində olan yoldur və neçə illərdir ki, ərazidə yaşayan sakinlər bu yoldan istifadə edir. Bundan əlavə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin yola düşən hissəsində 40-50 sm hündürlüyündə çay daşından hörülmə hasar var və həmin hasarın üstünü kol-kos örtmüşdür. Bu da məhkəmə kollegiyasında bir əminlik yaradır ki, həmin yarımçıq daş hasar heç də yaxın vaxtlarda deyil, əvvəldən mövcud olmuşdur. Deməli, iddiaçının torpaq sahəsinin hüdudu həmin daş hasardan içəri olmuş, mübahisəli ərazi isə sonradan bələdiyyə tərəfindən satılmışdır. Bələdiyyə tərəfindən həmin hissə satılarkən ümumistifadədə olan ictimai yol olmasının fərqinə varılmamışdır ki, bu da hazırki mübahisənin əsasını yaratmışdır. Məhkəmə kollegiyası bələdiyyə tərəfindən satılmış yolun aşağı hissəsinin düzünə deyil, çəpəki halda satılmasına da şübhə ilə yanaşır. Ona görə ki, əgər həmin torpaq sahəsinin yola olan sərhədi düzxətt boyunca hasarlandığı təqdirdə yol baş hissədə (2 və 3 döngə nöqtələrində) bağlanmır (səhifə 34, 50 və 51) lakin azacıq sağa doğru meyllənmiş şəkildə inşa edildiyi təqdirdə qonşu torpaq sahəsinin kənarında olan daş hasara (künbbəzə səh. 51) bitişməklə ictimai yolun bağlanmasına gətirib çıxarır. Eyni zamanda “1” döngə nöqtəsi ilə qonşu hasar arasında 3 metrdən çox boş ərazi yaranır. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, burada əsas məqsəd hec də torpaq sahəsinin genişləndirilməsi ilə bağlı olmayıb, yolu bağlamaqla oradan istifadə edən sakinlərin, həmçinin mal-qaranın gedib-gəlməsinin qarşısını almaqdır. Çünki, istər yerli baxış, istərsə də məhkəmə iclas zalında iddiaçı tərəfə hasarın düzxətt boyunca çəkliməsi təklifi olunsa da, qarşı tərəf buna razılaşmış, iddiaçı tərəf isə öz etirazını bildirmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, xx xxxxxx 2018-ci il tarixli, 24704 saylı rəyindən göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi 50 kv.m olub, 48 kv.m hissəsi İddiaçı məxsus RX seriyalı ******* saylı Çıxarışda göstərilən ərazi ilə eynilik təşkil edir. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, əgər iddiaçı torpağın yuxarı (1 döngə nöqtəsindən) və aşağı hissəsindən “ və 3 döngə nöqtələri tərəfindən) bir-iki metr sağa (yola) doğru çıxmaqla düzxətt boyunca hasar inşa etdirmiş olsa, bu halda onun ərazisi heç də azlamayacaq, əksinə yuxarı hissədən (1 döngə nöqtəsi tərəfdən) sağa doğru çıxılmış hissə ilə həmin mübahisəli hissə kompensasiya olunacaq, eyni zamanda cavabdeh tərəf bununla razılaşaraq maneə yaratmayacaq. Azrbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinə əsasən ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə həmin Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apelyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin qismən ləğv edilməsi üçün əsas olsa da, iddianın tamamilə rədd olunması üçün əsas deyildir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, hazırki ilk iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün yerli baxış zamanı müəyyən edilmiş hallara daha üstün qiymət verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı ilk iddiа tələbinin qismən təmin edilməsini nəzərə аlаrаq, bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3nа аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat оnlardаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944 İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)-656/2018 nömrəliqətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İlk iddia tələbi üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* olan çıxarışa əsasən İddiaçı məxsus 0.07 ha torpaq sahəsinin kənarı mövcud yarımtikili daş hasardan (1 döngə nöqtəsindən) 2 metr sağ tərəfə genişləndirilərək 3-cü döngə nöqtəsində yolun bağlanmamaq şərtilə düzxətt boyunca hasar çəkilməsinə cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat məhkəmə ekspertizası xərci cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944 İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar