Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2823/2019 19.11.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X4 iştirakı ilə; İddiaçı - İddiaçı MMC-nin nümayəndələri X1 və X5 iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-24/2018 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-24/2018 saylı (hаkim Tahir İsmayılov) qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh1 qarşı borc məbləğinin tutulmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Mövcud borcun etirafı haqqında” müqaviləyə əsasən Cavabdeh1 İddiaçı MMC-yə ümumilikdə 31230.00 manat borcun olmasını etiraf etmiş və həmin borcun 2016-cı il dekabr ayının 31-dək ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Borclu ümumilikdə müqavilə üzrə cəmi 1000 manat ödəniş etmişdir. Müqavilənin 5-ci bəndinə əsasən iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin bir dəfə gecikdirilməsinə görə borc məbləğinin tam ödənilməsini tələb edə bilər. İddiaçı iddia tələbinin əsası kimi AR MM-in 385.1, 442, 443.1 və 445.1-ci maddələrinə istinad edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 30230.00 manat və 30 manat dövlət rüsumunun, cəmi 30260.00 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc məbləğinin tutulması tələbinə dair hazırda məhkəmənin icraatında iddia tələbləri vardır. “Mövcud borcun etirafı haqqında” müqavilənin Cavabdeh1 ilə imzalandığına görə hazırki iş üzrə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə ehtiyac yoxdur. Bu səbəbdən də 30.260.00 manat məbləğinin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı MMC-in nümayəndəsi X6 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, əmlakın, mebelin verilməsi və kirayə ilə bağlı müqavilələri olmamışdır. Lakin onlar sahibkar Cavabdeh1la münasibətlər qursalar da, onun sahibkar olmasını təsdiq edən sənədi olmamışdır. xx xxxxxx 2014-cü ildə 54724.00 manat dəyərində cavabdehə mal verilmişdir. Həmin əmlaklar Zaura təhvil verilmiş və aralarında təhvil-təslim aktı olmuşdur. Həmin akta da Zaur imza etmişdir. Obyektin sahibi Cavabdeh1 olsa da, onunla müqaviləsiz işləmişdilər. Malların satılması ilə bağlı müqavilə onun atası Cavabdeh2la bağlanmışdır. Kağız üzərində atasının adı olsa da, bütün əməliyyatları Zaurla etmişdilər. Biznesi də Zaur idarə etmişdir. Borc ilkin mal verəndə ümumi hesablanmışdır. Hər həftə mal verilmiş, satılan əmlakın pulu verilmişdir. Bu barədə təhvil-təslim aktı tərtib etməmişdilər. Cavabdeh daim onlarla əlaqədə olmuşdur. İlkin olaraq malı verdikdə 30 faiz ilkin ödəniş etməli idi. 1 il ərzində qalan malın dəyəri ödənməli idi. Həmin malları da vitrin yaratmaq üçün vermişdilər. 20 faiz də güzəşt edilmişdir. Aralarında françayzinq müqaviləsi bağlanıb, müqavilədə Zaurun atası qeyd edilsədə müqaviləni Zaur imzalamışdır. Mövcud borcun etirafı barədə də müqavilə bağlanmış, Zaur imza etməklə borcunu etiraf etmişdir. Ekspertiza tədqiqatı da onun imzasının həqiqiliyini təsdiq etmişdir. Müqaviləyə Zaur özü imza etmişdir. Müqavilə Mülki Məcəllənin tələblərinə riayət edilməklə bağlanmış, notariat qaydasında təsdiq olunmamışdır. Hazırda cavabdehdən 30230.00 manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 idda tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Ağsu şəhərində “Dəniz Mobilya” mağazasını işlətmişdir. İddiaçı MMC-in əməkdaşlarından Pənah adlı şəxs ona yaxınlaşaraq onların şirkəti ilə işləyərək yaxşı qazanc əldə edəcəkləri barədə onu inandırmışdır. Onlara inandığından razılaşmış və mağazanı təmir etdirməyə başlamış, “DəmirBank”dan 87.000 manat kredit götürmüş, mağazanın içərisini, fonlarını onların dediyi rəngə boyatdırmış, istədikləri formaya salmışdır. Ümumilikdə 1400 kv metr sahəni təmir etdirmişdir. Nəticədə ona 35000.00 manat ziyan vurmuşdular. Şirkət tərəfindən 12000.00 manat faiz hədiyyə edilmişdir ki, həmin məbləği də borc kimi “ayağına” vurmuş, əlavə 5000 manat da borc yazmışdılar. Şirkətə 14.000 manat borcu olmuş, həmin borcdan 5000 manat ödəmiş, may ayındada borcundan 1200 manat dəyərində divan vermişdir. Mağazada olan malları, yəni mebelləri özbaşına, onun iştirakı olmadan yığışdırıb aparmışdılar. Aralarında təhvil-təslim olmamışdır. Şirkətlə aralarında müqavilə bağlanmamışdır. Sahibkar deyildir. Atası Cavabdeh2 sahibkar olmuşdur. Onlardan mal təhvil almamış, malların qaiməsi də olmamışdır. Heç bir müqaviləyə də onun tərəfindən imza edilməmişdir. İddiaçıla işləmiş, mal təhvil vermiş, lakin həmin əməliyyatları sənədsiz etmişdilər. Şirkətlə iki il müddətində işləmiş, əməkdaşlığa 2013-cü ilin noyabr ayında başlamış, 2015-ci ilin fevral ayında isə əməkdaşlıqları bitmişdir. Hər ay 1500 manat icarə haqqı ödəmişdir. Həmin vaxt köhnə malları 40000 manat hesablamaqla onu aldatmışdılar. Mağazada olan malları kreditə satmışdır. Nağd qaydada heç bir mal satılmamışdır. Alıcı İddiaçı MMC-in əməkdaşı ilə kredit müqaviləsi bağlayırdı. Müştəri də hər ay kredit ödənişini bankın hesabına ödəmişdir. Qeyd etdiyi kimi o nağd qaydada kimsəyə mal satmamış, şirkətin nümayəndəsi gəlib müştəri ilə müqavilə bağlayıb, mebeli satırdılar. O yalnız icarə haqqı və işçilərin əmək haqqını ödəmişdir. Həmin müqavilənin bağlanmasının əsasını isə tamamilə başqa münasibətlər təşkil etmişdir. Müəyyən edilən digər bir maraqlı nüans ondan ibarətdir ki, hətta hansısa ziyanın vurulmasından söhbət getsə belə, bu ziyanın ödənilməsini ondan tələb etmək hüququna malik deyildir. Çünki, MMC ilə onun arasında heç bir müqavilə bağlanmamış və onlar qarşısında heç bir öhdəlik götürməmişdir. Onlar arasında müqavilə olmadığından həmin müqavilənin icrasını tələb edə bilməz. İddiaçı heç bir zaman ona borc pul verməmişdir və ondan borc almamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsini əsassız və qeyri-obyektiv hesab edir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, nəticədə onun hüquqları pozulmuşdur. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-24/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri X2 və X11 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-24/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəəəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumatb verməmişdir. Məhkəmə kollegiyas Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 HaqqındaKonvensiyanın 6-cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-24/2018 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2013-cü ildən 4 saylı X8 ********** VÖEN-lə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli Subfrançayzinq müqaviləsinə əsasən həmin müqavilə İddiaçı MMC-nin bölgə direktoru X9 ilə Cavabdeh2 arasında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş İddiaçı MMC ilə Cavabdeh1 adından bağlanmış olan xx xxxxxx 2016-cı il tarixli “Mövcud borcun etirafı haqqında” müqavilənin aşağı hissəsindəki “Cavabdeh1” yazılarından aşağıda yerləşən imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə edir və həyаtа keçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. Mülki Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Mülki Məcəllənin 442-ci mаddəsinə görə, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Mülki Məcəllənin 445-ci mаddəsinə görə, icrаnı gecikdirmiş bоrclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditоr qаrşısındа məsuliyyət dаşıyır. Mülki Məcəllənin 448.1-ci mаddəsinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qətnaməsində göstərmişdir ki, borcun etirafı barədə müqavilənin mövcudluğu həqiqətən də mübahisəli münasibətlərin borc öhdəliklərindən irəli gəlməsini sübut etmir. Yəni, mübahisəli müqavilə iddia tələbinin birbaşa sübutu kimi çıxış edə bilməz. ...Müəyyən olundu ki, İddiaçı MMC ilə iddiaçının atası Cavabdeh2la xx.xx.2013-cü ildə SubFrançayzi müqaviləsi bağlanmışdır. Lakin iddiaçı müqavilənin şərtlərini pozaraq İddiaçı əmtəə nişanlı malları müqavilə tərəfi olan Cavabdeh2 müqavilədə nəzərdə tutulan qaydada təhvil verməmiş, malları müqavilə tərəfi olmayan Cavabdeh1 təhvil-təslim aktı olmadan ona təhvil vermiş və bütün əməliyyatlar onun vasitəsi ilə icra olunurdu. ....Müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqaviləsi üzrə cavabdehə borc pul verilməmiş, o da həmin borcun qaytarılması üçün öhdəlik götürməmişdir. Məhkəmə kollegiyası birinci instansiyada tədqiq edilmiş sübutları və müəyyən edilmiş halları araşdıraraq müəyyən edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, tərəflər arasında yaranmış hüquq münasibətinə düzgün qiymət verməmiş, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfin sübutlarını hansı əsaslara görə mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Nəticədə maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbə əsasən aşağıdakı qaydada araşdırılaraq hüquqi qiymətləndirilməsi məqsədəmüvafiqdir.
1. Tərəflər arasında etibarlı subfrançayzinq müqaviləsi bağlanmışdırmı?;
2. Subfrançayzinq müqaviləsi üzrə borcun yaranması baş vermişdirmi?
3. Borcun etirafı barədə mücərrəd müqavilə üzrə borcun qaytarılması vaxtı çatmışdırmı? Birinci və ikinci halla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci və ikinci hal birbiri ilə sıx bağlı və əlaqədə olduğundan həmin hallar birgə araşdırılmalı və birgə hüquqi qiymət verilməlidir. İddiaçı ilə Cavabdeh1la aralarında xx xxxxxx 2013-cü il tarixdə sadə yazılı formada Subfrançayzinq müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə tərəf hissəsində Cavabdeh1 atası Cavabdeh2 adı qeyd edilsə də tərəflərin imza hissəsində imzanı Cavabdeh1 atmışdır. Cavabdeh1 İddiaçı MMC ilə etdiyi əməkdaşlıqla (malları qəbul etmək, satışını həyata keçirmək və s) bağlanılmış subfrançayzinq müqaviləsinin məzmunu və şərtləri üstüstə düşür, yəni həmin müqavilənin məzmunu birbaşa onun sonradan etdiyi davranışları və rəftarı ilə təsdiq edilmişdir.Çünki Cavabdeh1 İddiaçı MMC ilə əməkadşlıq etməkdə maraqlı olmuş, subfrançayzinq müqaviləsi üzrə üzərinə götürdüyü qarşılıqlı öhdəliklərdən məlumatlı olmuş, subfrançayzinq müqaviləsinə özü imza atmış, bütün əməliyyatları faktiki olaraq özü həyata keçirmiş və malları özü qəbul etmişdir. Bu o, anlama gəlir ki, subfrançayzinq müqaviləsi onun atası ilə deyil, məhz Cavabdeh1 özü ilə bağlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməsi qənaətinə gələrkən yalnız İddiaçı MMC ilə cavabdehin atası Cavabdeh2 ilə xx.xx.2013-cü ildə Subfrançayzinq müqaviləsi bağlanmasını, lakin iddiaçı müqavilənin şərtlərini pozaraq İddiaçı əmtəə nişanlı malları müqavilə tərəfi olan Cavabdeh2 müqavilədə nəzərdə tutulan qaydada təhvil verməməsini, malları müqavilə tərəfi olmayan Cavabdeh1 təhvil-təslim aktı olmadan təhvil verməsini və bütün əməliyyatlar onun vasitəsi ilə icra olunmasını əsas götürmüşdür. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, iddiaçı və cavabdehin məhkəməyə təqdim etdikləri sübutlara əsasən ayrı-ayrılıqda aşağıdakı suallar əsasında hüquqi dəyərləndirmə aparılmalı olduğu halda aparılmamışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 2014-cü ildə 54724.00 manat dəyərində cavabdehə mal verilmişdir. Həmin əmlaklar cavabdeh Zaura təhvil verilmiş və aralarında təhvil-təslim aktı olmuşdur. Həmin akta da Zaur imza etmişdir.İddiaçı bütün əməliyyatları Zaurla etmişdilər. Biznesi də Zaur idarə etmişdir. Borc ilkin mal verəndə ümumi hesablanmışdır. Hər həftə mal verilmiş, satılan əmlakın pulu verilmişdir. Bu barədə təhvil-təslim aktı tərtib etməmişdilər. Cavabdeh daim iddiaçının əməkdaşları ilə əlaqədə olmuşdur. İlkin olaraq malı verdikdə 30 faiz ilkin ödəniş etməli idi. 1 il ərzində qalan malın dəyəri ödənməli idi.Birinci instansiya məhkəmsinin iclasındaCavabdeh1İddiaçıla 2013-cü ilin noyabr ayından başlayaraq 2015-ci ilin fevral ayındək əməkdaşlıq etdiyini, həmin vaxtı iddiaçının ona mal təhvil verdiyini, lakin həmin əməliyyatların sənədsiz etdiklərini, köhnə malları 40000 manat hesablamaqla onu aldatdıqlarını bildirmişdir. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, hansısa ziyanın vurulmasından söhbət getsə belə, iddiaçı bu ziyanın ödənilməsini ondan tələb etmək hüququna malik deyildir. Çünki, MMC ilə onun arasında heç bir müqavilə bağlanmamış və onlar qarşısında heç bir öhdəlik götürməmişdir. Onlar arasında müqavilə olmadığından həmin müqavilənin icrasını tələb edə bilməz.“Borcun etirafı” haqqında müqavilənin bağlanmasının əsasını isə tamamilə başqa münasibətlər təşkil etmişdir. İş materilllarına əlavə olunmuş tərəflər arasında sadə yazılı formada bağlanmış xx.xx.2016-cı il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMCyə 31230 manat məbləğində (müqavilənin 1-ci bəndi) borcu olmasını etiraf etmiş və xx.xx.2016-cı ilə kimi qaytarmasını öhdəsinə gotürmüşdür. Birinci instansiya məhkəməsində cavabdeh həmin müqaviləyə imza atmadığını bildirsə də, iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 adından bağlanmış olan xx xxxxxx 2016-cı il tarixli “Mövcud borcun etirafı haqqında” müqavilənin aşağı hissəsindəki “Cavabdeh1” yazılarından aşağıda yerləşən imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən edilir ki, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ sırf borc müqaviləsindən yaranmasa da, başqa öhdəlik münasibətlərinin (subfrançayzinq müqavilə) tam icra edilməməsindən yaranmışdır. İş materialları ilə o da müəyyən olunur ki, cavabdeh etiraf etdiyi borcdan 3 dəfə müvafiq olaraq 200 manat, 200 manat və 600 manat olmaqla cəmi 1000 manat iddiaçıya ödəmiş və 1200 manat dəyərində mebeli də naturada iddiaçıya qaytarmışdır. Bu faktin özü də cavabdehin iddiaçıya borcunun olduğuğunu təsdiq edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçündə belə forma tələb edilir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etmiş olduğu həmin müqavilədən ibarət sübuta ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4№-li qərarınn 6.3-cü bəndinə əsasən məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Eyni tələblər Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində də öz əksini tapmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutların nəzərə almaması və həmin sübuta hüquqi qiymət verməməsi Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən Qərarının 6.3-cü bəndinin və MPM-in 220-ci maddəsinin pozuntusudur. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh1 İddiaçıla 2013-cü ilin noyabr ayından başlayaraq 2015-ci ilin fevral ayındək əməkdaşlıq etdiyini, iddiaçı tərəfindən satış üçün ona müxtəlif çeşidli mallar verildiyini etiraf etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddianı əsaslı sayır və cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 2200 manatı (1000 manat + 1200 manat dəyərində mebel) nəzərə alaraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-24/2018 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, 29030 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 оğlundan alınaraq İddiaçı MMC-yə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-24/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 оğlundan 29030 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov
Hakimlər: Ayaz Mahmudov
Vəzirxan Məlikov