Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-283/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, iddiаçı ASC “xxxx” Bankının nümayəndəsi X3, cаvаbdeh Cavabdeh iştirakı ilə, iddiaçı ASC “xxxx” Bankının Cavabdeh qarşı “xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-59/2019 nömrəli qətnaməsindən iddiaçı ASC “xxxx” Bankının səlahiyyətli nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 24% dərəcəsi ilə hesablanmış 169.38 manat məbləğində əsas borc, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 533.48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 595.22 manat məbləğində penya olmaqla, cəmi 1298.08 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulması barədə iddiasının təmin edilməməsi, 145 manat ekspertiza xərcinin ASC «xxxx» Bankından alınıb dövlət büdcəsinə ödənilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(075)3040/2018 saylı qərardadı ilə tətbiq edilmiş iddianı təmin tədbirinin ləğv edilməsi və Cavabdeh mülkiyyətində olan «Mercedes Benz C 180» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. İşin halları İddiaçı ASC «xxxx» Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 24% dərəcəsi ilə hesablanmış 168.68 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 533.48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 595.22 manat məbləğində penya olmaqla, cəmi 1297.38 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC “xxxx” Bankı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli **********55915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 24% dərəcəsi ilə hesablanmış 169.38 manat məbləğində əsas borc, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 533.48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 595.22 manat məbləğində penya olmaqla, cəmi 1298.08 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-in 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ASC «xxxx» Bankı iddianın təmini tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda mülkiyyətində olan «Mercedes Benz C 180» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə cərimə meydançasında saxlanılmaqla həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(075)-3040/2018 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırkı iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək Cavabdeh mülkiyyətində olan «Mercedes Benz C 180» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı ASC «xxxx» Bankı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «xxxx» Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X5 arasında xx xxxxxx 2015-ci il tarixli **********5915/1 nömrəli və digər zamin X2 arasında xx xxxxxx 2015-ci il tarixli **********55915/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşlər. Borc alan tərəfindən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı ASC «xxxx» Bankı tərəfindən «kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zaminlərdən tutulması haqqında» iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmiş, həmin Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 3244.16 manat məbləğində əsas borc, xx xxxxxxx 2016-cı il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 24% (iyirmi dörd faiz) dərəcəsi ilə hesablanmış 695.01 manat məbləğində adi faiz borcu və 50 manat penya olmaqla, cəmi 3989.17 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh, zaminlər X5 və X1 müştərək qaydada iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 360/2017 nömrəli qətnaməsi qəbul edildikdən sonra borc alan tərəfindən müxtəlif tarixlərdə kredit müqaviləsi üzrə ümumilikdə 4020 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər hesabına vaxtı keçmiş əsas borc məbləği xx xxxxxx 2018-ci il tarixdə tam şəkildə qaytarılmış, xx xxxxxxx 2016-cı il tarixədək hesablanmış adi faizlər üzrə borc və penyanın bir hissəsi ödənilmişdir (qətnamə üzrə müəyyənləşdirilmiş borc tam şəkildə icra edilmişdir). Buna baxmayaraq, cavabdehin xx xxxxxxx 2016-cı il tarixdən kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixədək hesablanmış və ödənilməmiş 169.38 manat məbləğində əsas borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, kredit üzrə əsas borcun tam şəkildə qaytarıldığı xx xxxxxx 2018-ci tarixədək hesablanmış bu məbləğ 595.22 manat təşkil edir. Kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu səbəbdən də ASC «xxxx» Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ASC «xxxx» Bankının etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, həqiqətən də ASC «xxxx» Bankı ilə arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən ona 24 ay müddətinə, illik 24% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X5 arasında xx xxxxxx 2015-ci il tarixli **********5915/1 nömrəli və digər zamin X2 arasında xx xxxxxx 2015-ci il tarixli **********55915/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın (yəni onun) kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşlər. Tərəfindən kredit müqaviləsinə əsasən ödənişlər gecikdirildiyindən ASC «xxxx» Bankı tərəfindən məhkəməyə müraciət edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 3244.16 manat məbləğində əsas borc, xx xxxxxxx 2016-cı il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 24% dərəcəsi ilə hesablanmış 695.01 manat məbləğində adi faiz borcu və 50 manat penya olmaqla, cəmi 3989.17 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan, zaminlər X5 və X1 müştərək qaydada iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 nömrəli qətnaməsi qəbul edildikdən sonra ümumilikdə 4020 manat məbləğində ödəniş həyata keçirmiş və qətnamə üzrə müəyyənləşdirilmiş borc tam şəkildə icra edilmişdir. ASC «xxxx» Bankı xx xxxxxx 2018-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 saylı icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödənildiyini bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırda onun ASC «xxxx» Bankına heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-59/2019 nömrəli qətnaməsindən iddiaçı ASC “xxxx” Bankının səlahiyyətli nümayəndəsi X4 apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunmasını və apelyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, məhkəmə qətnaməsini ədalətsiz hesab etdiyindən və onun apelyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsaslar olduğundan qətnamənin ləğv edilməsini xahiş edir. Belə ki, Bank tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müvafiq arayışın təqdim edilməsinə səbəb Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-360/2017 nömrəli qətnaməsində göstərilən kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək hesablanmış borc məbləğlərinin ödənilməsi olmuşdur. Hazırkı iddia tələbləri isə, göstərdikləri kimi, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən sonrakı müvafiq tarixlərə hesablanmış borc məbləğləri ilə bağlıdır və həmin məbləğlərin ödənilməsinin təmin edilməsi üçün Bank tərəfindən yenidən məhkəməyə müraciət edilməsi tamamilə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən istinad etdiyi normanı (AR MPM-in 233.3-cü maddəsini) hazırkı işə münasibətdə düzgün tətbiq etməmişdir. Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiаçı ASC “xxxx” Bankının nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cаvаbdeh Cavabdeh izahatında apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli 2(075)-59/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, **********5915 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ASC «xxxx» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək xx xxxxxx 2015-ci il tarixli, **********5915 saylı kredit müqaviləsi üzrə 3244.16 manat məbləğində əsas borc, 695.01 manat məbləğində faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 3989.17 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh, X5 və X1 müştərək qaydada tutularaq ASC «xxxx» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ASC «xxxx» Bankı tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 12 saylı arayışdan görünür ki, xx xxxxxx 2015-ci il tarixli, **********5915 saylı kredit müqaviləsi üzrə yaranmış və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 saylı icra sənədi ilə ödənilməli olan borc məbləği Cavabdeh və X5 tərəfindən tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 26388 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Borcalan” Cavabdeh tərəfindən “xxxx Bank” ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017ci il tarixə əsas kredit borcu üzrə - 3.240,66 manat; faiz borcu üzrə - 791,64 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, yəni xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh xx xxxxxx 2015ci il tarixli **********55915 saylı kredit müqaviləsi üzrə “xxxx Bank” ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas kredit borcu üzrə - 169.38 manat, faiz borcu üzrə 0 manat. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx xxx 2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarının araşdırması zamanı müəyyən olunmuşdur ki, ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, **********5915 saylı kredit müqaviləsinə əsasən ASC «xxxx» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 saylı qətnaməsi ilə xx xxxxxx 2015-ci il tarixli, **********5915 saylı kredit müqaviləsi üzrə 3244.16 manat məbləğində əsas borc, 695.01 manat məbləğində faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 3989.17 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh, X5 və X1 müştərək qaydada tutularaq ASC «xxxx» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə xx xxxxxx 2015-ci il tarixli, **********5915 saylı kredit müqaviləsi üzrə öhdəlikləri tam şəkildə icra etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. ASC «xxxx» Bankı xx xxx 2018-ci il tarixdə məhkəməyə yenidən müraciət edərək xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 24% dərəcəsi ilə hesablanmış 169.38 manat məbləğində əsas borc, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 533.48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 595.22 manat məbləğində penya olmaqla, cəmi 1298.08 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı ASC “xxxx” Bankının Cavabdeh qarşı xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması barədə tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, iddiaçı ASC «xxxx» Bankı Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 24% dərəcəsi ilə hesablanmış 169.38 manat məbləğində əsas borc, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 533.48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 595.22 manat məbləğində penya olmaqla, cəmi 1298.08 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etsə də, lakin ASC «xxxx» Bankın elə özü tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 12 saylı arayışdan görünür ki, xx xxxxxx 2015-ci il tarixli, **********5915 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği tam olaraq ödənilmişdir. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 26388 saylı rəyində xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh xx xxxxxx 2015-ci il tarixli **********55915 saylı kredit müqaviləsi üzrə “xxxx Bank” ASC-yə olan borcunun əsas borc üzrə 169.38 manat, faiz borcu üzrə 0 manat təşkil etdiyi göstərilsə də, iddiaçı xx xxx 2018ci il tarixli, 08/010/01/Şxx-xx/2018/87-266 nömrəli iddia ərizəsində (4-cü abzas) «qeyd edilən ödənişlər hesabına vaxtı keçmiş əsas borc məbləğinin xx xxxxxx 2018-ci il tarixdə tam şəkildə qaytarıldığını» bildirmişdir. Bu səbəbdən də ASC «xxxx» Bankı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün cavabdehin 169.38 manat məbləğində əsas borcunun qaldığını iddia etməkdə və bundan çıxış edərək xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş həmin əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 533.48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, habelə illik 15% faiz dərəcəsi ilə hesablanmış 595.22 manat məbləğində penya olmaqla, cəmi 1298.08 manat məbləğində pul vəsaitini Cavabdeh tələb etməkdə haqlı deyildir. Digər tərəfdən, xx xxxxxxxx 2019-cu il tarixli, 26388 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, "Borcalan” Cavabdeh tərəfindən “xxxx Bank” ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcun həcmi xx.xx.2017-ci il tarixə əsas kredit borcu üzrə - 3.240,66 manat məbləğində müəyyən olunmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 saylı qətnaməsinə görə isə xx xxxxxx 2015-ci il tarixli, **********5915 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3244.16 manat məbləğində əsas borcun tutulması qət edilmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-360/2017 saylı qətnaməsində cavabdehdən xx.xx.2016-cı il tarixədək yaranmış əsas borcun deyil, kredit müqaviləsinin icra müddətinin sonunadək, yəni xx.xx.2017-ci il tarixədək olan bütün əsas borcun tutulması qət edilmişdir. Belə olduğu halda xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdehin üzərinə yenidən 169.38 manat məbləğində əsas borcun hesablanması qanuni sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, problemli kreditlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-ci il tarixli Fərmanına əsasən dövlət vətəndaşların kredit öhdəliklərinin yumşaldılması məqsədilə həmin kreditlər üzrə gecikmə nəticəsində yaranmış faiz və cərimə borclarının silinməsindən ötrü Mərkəzi Bank vasitəsilə müvafiq banklara ödənilməsi üçün vəsait ayırmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ASC «xxxx» Bankının hazırkı iddia tələbi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı təmin edilmədiyindən iddianın təmini tədbirinin tətbiqinə zərurət aradan qalxmışdır və bu səbəbdən də qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(075)-3040/2018 saylı qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilməli və Cavabdeh mülkiyyətində olan «Mercedes Benz C 180» markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC “xxxx” Bankının Cavabdeh qarşı xx xxxxxx 2015-ci il tarixli, **********55915 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC “xxxx” Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-59/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC “xxxx” Bankın səlahiyyətli nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-59/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.
Məhkəmə qərarları › İş №2(107)-283/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-283/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver