Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-287/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(039)-1924/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1678 manat məbləğində pulun və 37.18 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus olan bank kartını qanunzsuz yolla ələ keçirərək həmin kartdan 7 ay müddətində cəmi 1678 manat pul çıxararaq mənimsəmişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin ona məxsus kardan pul çıxararaq mənimsəməsi öz əksini tapmışdır. Lakin cavabdeh pulunu qaytarmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, İddiaçı əvvələr onunla yaxın münasibətləri olaraq rəfiqə olmuş, dəfələrlə pul ehtiyacı olduğu üçün iddiaçıya müxtəlif vaxtlarda qaytarmaq şərti ilə borc pul vermiş, bu səbəbdən də iddiaçı özü könülü olaraq öz əmək haqqı kartını ona verərək borcunun həmin kartdan hissə-hissə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı sözügedən bank kartını bağladığından, məhkəmədə sonuncuya qarşı iddia qaldırdığından hazırda iddiaçı da bu formada iddia qaldırmışdır. İddiaçı kartını ona olan borcunun qaytarılması üçün könüllü verdiyindən və iddia tələbi əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı əvvələr bacısı Nümayəndə2 ilə yaxın münasibətləri olmuş və onunla rəfiqə olmuş, dəfələrlə pul ehtiyacı olduğu üçün bacısı Ləmandan müxtəlif vaxtlarda qaytarmaq şərti ilə borc pul almış, borcun yalnız birinə dair (1000 manat borca görə) iddiaçıdan qəbz alınmış (hazırda həmin borcun ümumi məbləği təxminən 6500 manat təşkil edir), sonradan iddiaçı özü könülü olaraq öz əmək haqqı kartını bacısı Nümayəndə2 verərək ona olan borcunu həmin kartdan hissə-hissə çıxarılmasını xahiş etmişdir. İddiaçının bacısına olan borcunu qaytarmamaqdan ötəri bu yola əl atdığını və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim K.Əliyev) 20 sentyabr 2022-ci il tarixli, 2(039)- 1924/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilərək Cavabdeh 1678 (bir min altı yüz yetmiş səkkiz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat 18 (on səkkiz) qəpik məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan bank kartından cavabdeh ümumilikdə 1678 manat məbləğində pul çıxarmış və nəticədə əsassız olaraq varlanmışdır. İddiaçı sözügedən pulu tələb etdiyi halda, Cavabdeh həmin pul məbləğini iddiaçıya qaytarmalı olsa da, üzərinə qoyulan öhdəliyi yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 386.1, 1091.1 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82, 106.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində, əsassız varlanan şəxs digər şəxsin hesabına zənginləşən şəxsdir. O, isə iddiaçının hesabına heç bir məbləğdə zənginləşməmişdir. Məhkəmə düzgün olmayan maddi hüquq normasına istinad etmişdir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə (Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-63/2022 saylı qətnaməsi) müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı bank kartından çıxarılmış pul məbləğləri, İddiaçı onun bacısı Nümayəndə2 olan borcu hesabına silinmişdir. Həmin mülki iş üzrə, İddiaçı özü mövqeyini bildirmişdir ki, onun bank kartında o və bacısı Nümayəndə2 pul məbləğləri çıxarmışlar və çıxarılmış pul məbləğləri Nümayəndə2 olan borcun əvəzinə silinmişdir. Artıq həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-63/2022 saylı qətnaməsinin qanuni qüvvəsini almasını nəzərə alaraq, artıq hazırkı iş üzrə iddiaçının tələb etdiyi pul məbləğinin, onun bacısı Nümayəndə2 olan borc məbləğindən silinməsini nəzərə almalı idi. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)- 1924/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 82-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(039)-1924/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələb Cavabdeh İddiaçı məxsus olan bank kartını qanuzsuz yolla ələ keçirərək həmin kartdan 7 ay müddətində cəmi 1678 manat məbləğində pulun və məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 37.18 manat dövlət rüsumunun qaytarılması barədədir. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, Cavabdeh ona məxsus olan bank kartını qanuzsuz yolla ələ keçirərək həmin kartdan 7 ay müddətində cəmi 1678 manat pul çıxararaq mənimsəmişdir. İddiaçı bu barədə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş və bununla bağlı araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin ona məxsus kardan pul çıxararaq mənimsəməsi öz əksini tapmışdır. Lakin cavabdeh pulu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı əvvələr bacısı Nümayəndə2 ilə yaxın münasibətləri olmuş və onunla rəfiqə olmuş, dəfələrlə pul ehtiyacı olduğu üçün bacısı Ləmandan müxtəlif vaxtlarda qaytarmaq şərti ilə borc pul almış, borcun yalnız birinə dair (1000 manat borca görə) iddiaçıdan qəbz alınmış (hazırda həmin borcun ümumi məbləği təxminən 6500 manat təşkil edir), sonradan iddiaçı özü könülü olaraq öz əmək haqqı kartını bacısı Nümayəndə2 verərək ona olan borcunun həmin kartdan hissə-hissə çıxarılmasını xahiş etmişdir. İddiaçının bacısına olan borcunu qaytarmamaqdan ötəri bu yola əl atdığını və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Yevlax rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərardan görünür ki, təqdim olunmuş kompakt diskdəki foto şəkillərlə və ödəniş kartı üzrə çıxarış aparılmış üzləşdirmə zamanı müəyyən olunmuşdur ki, görüntülərdə foto şəkilləri əks olunmuş Cavabdeh İddiaçı məxsus olan 416974******1942 nömrəli hesabından bankomat vasitəsi ilə 7 dəfə olmaqla, plastik kartdan cəmi 1678 manat məbləğində pul çıxarmışdır. Sözügedən məbləğlər xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 242 manat, xx.xx.2021-ci il tarixdə 236 manat, xx.xx.2021-ci il tarixdə 236 manat olmaqla cəmi 1678 manat təşkil edir. Lakin həmin məbləğlərin iddiaçıya məxsus bank hesabından çıxarılmasına hər hansı bir müqavilə əsasının səbəb olmasına dair cavabdeh tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi İddiaçı bank kartından çıxarılmış pul məbləğlərinın iddiaçının bacısı Nümayəndə2 olan borcu hesabına silinməsinə, çıxarılmış pul məbləğlərinin Nümayəndə2 olan borcun əvəzinə silinməsinə, həmin məsələ üzrə qanuni qüvvəsini almış qətnamənin olmasına dair dəlillə bağlı qeyd edir ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-63/2022 saylı qətnaməsindən də göründüyü kimi həmin qətnamə ilə hazırkı iş üzrə cavabdehin deyil, Nümayəndə2 İddiaçı qarşı olan cəmi 1000 manat pul tələbinə dair mübahisəsinə hüquqi qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(039)-1924/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-287/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-287/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver