Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-288/2022 28.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 16 mart 2021-ci il tarixli 2(046)- 62/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı (bundan sonra iddiaçlı və ya İddiaçı) mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 manat məhkəmə xərcinin Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Qarabaqqal kəndində yerləşən mülkiyyətində olan 1.34 ha torpaq sahəsindən 0.41 hektarından Cavabdeh çıxarılması, 38880 (otuz səkkiz min səkkiz yüz səksən) manat əldən çıxmış gəlirin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin artırılması haqqında 16 mart 2021-ci il tarixli ərizə verərək göstərmişdir ki, Cavabdeh qarşı 0.41 hektar torpaq sahəsindən çıxarılma tələbinə dair iddia tələbinin həcmini artıraraq cavabdehin 0.44 ha torpaq sahəsindən çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən Göyçay rayon Qarabaqqal kəndində 1.34 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hazırda məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdeh aralarında heç bir razılıq olmadığı halda 2004-cü ildən onun 0.44 ha torpaq sahəsini qanunsuz istifadə edərək orada bağ salıb bu günə qədər qazanc əldə etmişdir. Həmin torpaq sahəsini cavabdeh vaxtında ona təhvil versəydi, həmin torpaq sahəsindən özü istifadə edərək indiyə kimi cəmi 38880 (otuz səkkiz min səkkiz yüz səksən) manat gəlir əldə edə bilərdi. Buna görə də iddia tələbinin təmin olunması, cavabdehin həmin 0.44 ha torpaq sahəsindən çıxarılması və 38880 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 cavabdehin göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X4 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyində və əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir. İş üzrə Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 16 mart 2021ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli və Ayaz Mahmudov) 05 iyun 2021-ci il tarixli 2(107)-1292/2021 nömrəli qətnaməsi ilə cavabdehin аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2021-ci il tarixli 2(107)- 1292/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2(102)-6478/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2021-ci il tarixli 2(107)-1292/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsinə əsas kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə istinad etmişdir. Belə ki, həmin rəydə mütəxəssis RX ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı planölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyini göstərmişdir. Bu səbəbdən məhkəmə DƏDRX-nin Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul etmişdir. Onun müraciəti əsasında “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 13 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş RX-0176438 dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsinin Cavabdeh tərəfindən naturada istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmənin sübut kimi istinad etdiyi mütəxəssis rəyi ilə müəyyən edilmiş hallardan fərqli olaraq, “X8 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi tərəfindən müəyyən edilmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş RX-0176438 nömrəli dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Hesab edir ki, iddianın əsassız olması “X8 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylə yanaşı, işin faktiki halları ilə də sübut olunur. Bütün bunlara baxmayaraq məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, həqiqətə nail olmaq üçün mütəxəssislərin iştirakı ilə yerli baxış keçirməmiş, ekspert qarşısında qoyulmuş suallara dolğun cavab verilmədiyi halda, təkrar ekspertiza təyin etməklə, ekspertizanın aparılmasını başqa ekspertə və yaxud başqa X1 həvalə etməmiş, nəticədə Konstitusiya ilə təminat verilmiş məhkəmədə müdafiə olunmaq hüququ pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)- 62/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu işinin təşkili şöbəsinin müdiri X5 bildirdi ki, ilkin mütəxəssis rəyi vətəndaşda olan plan-ölçü sənədində göstərilən koordinatlara uyğun verilib. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli 818 sayı Fərmanına əsasən respublika ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Həmin informasiya sistemində hazırkı vaxtadək vətəndaşlara verilmiş torpaq sahələrinə mülkiyyət hüququ tanınsa da, onların yeni parsellərdə yerləşdirilmiş şəkildə xəritələri tərtib olunub. İdarəyə verilmiş göstərişdən görünür ki, məhkəmələrin sorğusu əsasında verilən mütəxəssis rəylərində elektron məlumat sistemində torpaqların elektron kadastr uçotu informasiya sistemindən istifadə edilməlidir. Mütəxəssis rəyinə əlavəni tərtib etməkdə məqsədləri bu olmuşdur ki, iddiaçı və cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələrinin həmin elektron kadastr uçotu informasiya sistemində öz əksini tapdığını göstərsinlər. Bununla bağlı çıxarış təqdim olunmuşdur ki, cavabdehin və iddiaçının mülkiyyətində olan torpaq sahələri bir-biri ilə qonşu deyil, arada zəbt kimi qeyd olunmuş torpaq sahəsi var. Zəbt kimi qeyd olunmuş torpaq sahəsi elektron bazada dövlət mülkiyyəti olaraq qeyd olunmuşdur. Bundan sonra 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsini icra edən X5 ona ünvanlanmış suallara cavab verərək bildirdi ki, əvvəlki mütəxəssis rəyi, indiyə kimi bütün respublika ərazisində pay torpaqlarına islahat xəritəsi üzərində olan və vətəndaşa verilən plan-ölçü sənədlərinə uyğun tərtib olunub. Hazırkı elektron-uçot məlumatları real istifadəyə, yəni faktiki istifadə vəziyyətinə əsaslanır. Faktiki istifadə vəziyyəti deyəndə bu vəziyyəti misal göstərmək mümkündür:-məsələn, vətəndaşın istifadəsində 2 ha torpaq sahəsi var, lakin həmin torpaq sahəsinin 1,5 ha sahəsindən isitifadə edir. Həmin 1,5 ha torpaq sahəsi vətəndaşın mülkiyyəti kimi, qalan 0,5 ha torpaq sahəsi isə zəbt torpaq sahəsi kimi qeyd olunur. “Hektarlarına uyğun olaraq göstərilmişdir” deyəndə bu başa düşülür ki, yəni yeni xəritədə iddiaçının sənədinə uyğun 1,34 ha kimi 0,5 ha olmaqla üç dənə dövlət aktı göstərilib və onlarında heç birində azalma yoxdur. Respublika ərazisində elektron uçot sistemi hələ də davam edir. Son vaxtlar vətəndaşlar müraciət edəndə onlar dövlət aktındakı konfiqurasiyaya uyğun yox, elektron uçot məlumatlarında göstərilən konfiqurasiyaya uyğun plan-ölçü sənədləri tərtib edilir və çıxarış verilir. Vətəndaşlar bununla razılaşmayanda islahat xətitələri sürüşmə ilə olduğundan Texniki şöbə onlara Dövlət Aktında qeyd olunan koordinatlarda torpaq sahələrinin verilməsindən imtina edir. Çünki, indiyə kimi vətəndaşların pay torpaqlarına verilmiş çıxarışların hamısında uyğunsuzluqlar var. Koordinatları naturaya köçürdükdə vətəndaşın adına verilmiş çıxarışda qeyd olunan torpaq sahəsini düz göstərmir, həmin ərazini başqa ərazi kimi göstərir. Mütəxəssis rəyinin, yoxsa mütəxəssis rəyinə əlavənin mötəbər olubolmamasına gəlincə isə, hər iki xəritədə olan vəziyyəti təhlil edilib məhkəməyə təqdim etmişlər. Torpaqların faktiki istifadə vəziyyəti elektron bazada xidməti istifadə üçün təqdim olunub, lakin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. Gələcəkdə veriləcək plan-ölçü sənədləri elektron uçota uyğun olaraq vətəndaşların müraciətləri əsasında dəyişdiriləcəkdir. Belə ki, qəbul edilmiş prosedur qaydalara uyğun olaraq, vətəndaş plan-ölçü sənədini reyestr orqanına təqdim edir, plan-ölçü sənədindəki nömrə olduğu kimi qalır, sadəcə torpaq sahəsinin koordinatları dəyişdirilir. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin texniki X3 İbrahimovun izahatında qeyd olunanları təsdiq edərək əlavəsinin olmadığını bildirdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: DƏDRX-nin Ucar Ərazı İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində reyestr nömrəsi **********54 olan 1.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC-nin Ağsu Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 07/111 saylı rəydən və sxemdən görünür ki, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada olan istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX seriyalı ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan-ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 109.80 manat təşkil edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1275 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi müılkiyyətində olan 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX seriyalı ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan-ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli **********12 saylı müşayiət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyindən və ona əlavə edilmiş yerququluşu planından görünür ki, “İddiaçı məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Cavabdeh məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. İddiaçı məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlarla müəyyənləşən 1.34 ha torpaq sahəsi ilə Cavabdeh məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə müəyyənləşən 1.0347 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 1.34 ha torpaq sahəsinin 0.3960 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Əlavə olaraq bildirilir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilən Əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4741 saylı Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı mülki iş materialları və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi əsasında aparılmış və Ekspert rəyinin tərtib olunmasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən istifadə edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, qərardadın birinci və ikinci sualları üzrə- İddiaçı məxsus RX-0176438 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Cavabdeh qarşı məxsus RX-0433861 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Qərardadın üçüncü və dördüncü sualları üzrə- İddiaçı məxsus RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlarla müəyyənləşən 1.34 ha torpaq sahəsi ilə Cavabdeh qarşı məxsus RX-0433861 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə müəyyənləşən 1.0347 ha torpaq sahəsi üst-üstə düşmür. Qərardadın beşinci və altıncı sualları üzrə- İddiaçı Ağarəhlm oğluna məxsus RX-0176438 nömreli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 1.34 ha torpaq sahəsinin 0.3960 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Əlavə olaraq bildirilir ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fermanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqtann elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömreli Sərəncamı ile "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqlann elektron uçotunun apanlması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə olçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4741 saylı Ekspert rəyi 25 avqust 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş və apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnərək məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna Mütəxəssis rəyinə Əlavə adlı sənəd ünvanlanmış, həmin Mütəxəssis rəyinə Əlavədə Mütəxəssis rəyində təsbit edlənlər təkrar olaraq göstərilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, idarənin elektron məlumat bazasında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0.3960 ha torpaq sahəsinin 0.15 ha hissəsi Cavabdeh məxsus **********37 (RX-0433861) reyestr nömrəli çıxarışla üst-üstə düşür. Cavabdeh tərəfindən istifadə olunan 3960 kv.m. torpaq sahəsinin 0,2460 ha hissəsi isə elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi qeyd edilmiş parsellə üst-üstə düşür. İddiaçı məxsus **********54 (RX- 0176438) reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-541Z ( 0.31 ha), JN-542Z (0.41 ha), JN-543Z (0.62 ha) Torpağa mülkiyyət hüququna dair dövlət aktları itə verilmiş torpaq sahələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmişdir və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0.3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(102)- 6478/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli 2(107)-1292/2021 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, lakin zəbt edilmiş torpaq sahəsinin ölçülərini düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsindən iddiaçı şikayət verməmiş, Cavabdeh apellyasiya şikayəti vermiş və qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etmişdir. Lakin apellyatorun şikayətinin məzmunundan onun qeyd edilən qətnaməni iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyi açıq-aydın görünür. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə, yəni torpaq sahəsindən çıxarılma hissədə araşdırır, qətnamənin cavabdehin mənafeyinə uyğun olduğundan mübahisələndirilməyən 38880 (otuz səkkiz min səkkiz yüz səksən) manat əldən çıxmış gəlirin təmin edilməməsi hissədə araşdırılmasına zərurət görmür. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində “X8 və Ekspertiza Mərkəzi” MMC-nin 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Lakin “X8 və Ekspertiza Mərkəzi” MMC-nin rəyləri sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, “X8 və Ekspertiza Mərkəzi” MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertlərin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir. Qeyd olunduğu kimi MPMnin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bu baxımdan, ekspert rəyinin qiymətləndirilməsi zamanı ilk addım həmin rəyin məzmunu deyil, ekspertiza rəyini vermiş subyektin etkspertiza aparmaq səlahiyyəti araşdırılmalıdır. Əgər bu sualın cavabı mənfi olarsa, o halda ekspert rəyi sübut kimi hər hansı gücə malik olmayacaqdır və onun məzmununun araşdırılması əhəmiyyətsizdir. Ədliyyə Nazirliyindən məhkəməyə daxil olmuş 04 iyun 2021-ci il tarixli məktubda da yuxarıda qeyd olunanalarla bağlı göstərilmişdir ki, ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertizası fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna əsaslı dəyişikliklər edilmiş, “Məhkəmə ekspertinin etik davranış kodeksi”, “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları", o cümlədən “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli qərarları ilə təsdiq olunmuş, digər normativ sənədlərin layihələrinə isə baxılmaqdadır. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olunmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimlənmə məsələləri tam həllini tapdıqdan sonra ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır Lakin bu iş başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanunaziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Bu səbəbdən iş üzrə həqiqətin müəyyən olunmasını təmin edərək mötəbər rəy almaq üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixil qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekpertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixil qərardadı əsasında xx.xx.2022-ci il tarixli **********12 saylı müşayiət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyi və həmin Mütəxəssis rəyi əsasında tərtib edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4741 sayl Əlavə məhkəmə tikinti-texniki ekspertizası rəyi alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən iddiaçının qanuni sahibliyində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh X6 qanunsuz istifadəsindədir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, məhkəmə kollegiyasına təqdim edilən Əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4741 saylı rəyindən görünür ki, İddiaçı məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Cavabdeh məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. İddiaçı məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlarla müəyyənləşən 1.34 ha torpaq sahəsi ilə Cavabdeh qarşı məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə müəyyənləşən 1.0347 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 1.34 ha torpaq sahəsinin 0.3960 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən sərbəst (maneəsiz) istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1, 238.3-cü maddələrinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə görə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyətı üzrə geri qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış mövqeyinə görə, Avropa İnsan Hüquqları Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntiləri”nin olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? İddiaçıya məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1,34 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyi və həmin Mütəxəssis rəyi əsasında tərtib edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4741 sayl Əlavə məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən edilir ki, həmin torpaq sahəsinin 0,3960 ha hissəsindən cavabdeh hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması (mövcudluğu) və həmin torpaq sahəsinin 0,3960 ha hissəsindən cavabdehin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixil qərardadı əsasında xx.xx.2022-ci il tarixli **********12 saylı müşayiət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyi və xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən Mütəxəssis rəyinə Əlavə adlı sənədin arasında ziddiyyət olmasına gəlincə kollegiya Mütəxəssis rəyinə Əlavəni deyil, Mütəxəssis rəyinin özünü mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin Mütəxəssis rəyinə Əlavədən görünür ki, idarənin elektron məlumat bazasında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0.3960 ha torpaq sahəsinin 0.15 ha hissəsi Cavabdeh məxsus **********37 (RX-0433861) reyestr nömrəli çıxarışla üst-üstə düşür. Cavabdeh tərəfindən istifadə olunan 3960 kv.m torpaq sahəsinin 0,2460 ha hissəsi isə elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi qeyd edilmiş parsellə üst-üstə düşür. İddiaçı məxsus **********54 (RX-0176438) reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-541Z ( 0.31 ha), JN-542Z (0.41 ha), JN-543Z (0.62 ha) Torpağa mülkiyyət hüququna dair dövlət aktları itə verilmiş torpaq sahələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmişdir və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0.3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 23-cü maddəsinin məzmununa görə, daşınmaz əmlakın dövlət reyestri orqanı dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə kollegiyası Mütəxəssis rəyi ilə Mütəxəssis rəyinə Əlavə adlı sənədin arasında olan ziddiyyətin aydınlaşdırılması məqsədi ilə hər iki sənədi tərtib edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu işinin təşkili şöbəsinin müdiri Nazim İbrahimovu və Şöbənin texniki Müşviq Qasımovu məhkəmə kollegiyasının iclsına dəvət edərək onların izahatları alınmışdır. Həm sözügedən Mütəxəssis rəyinə Əlavədən, həm də məhkəmə iclasına dəvət edilmiş mütəxəssislərin izahatlarından görünür ki, Mütəxəssis rəyinə Əlavədə qeyd edilən faktiki istifadə vəziyyəti elektron bazada xidməti istifadə üçün təqdim edilsə də, lakin həmin koordinatlar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Faktiki istifadə vəziyyəti ilə bağlı hər hansı hüquq müəyyən edici sənəd tərtib edilməmişdir və yaxın gələcəkdə də tərtib edilməsi gözlənilmir. Yuxarıda istinad edilən qanunvericilik normalarında isə birmənalı olaraq təsbit edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Qanunvericilik hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların müdafiəsinə təmin verir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göyçay rayonu Qarabaqqal kəndində reyestr nömrəsi **********54 olan 1.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeyd edilmiş və iddiaçının adına RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Sözügedən 1.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat hər hansı səlahiyyətli orqan tərəfindən ləğv edilməmişdir və həmin qeydiyyat qüvvədədir. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda, iddiaçının yuxarıda istinad olunan Konstitusiya normalarına, Avropa İnsan Hüquqları Konvensiyasına, digər qanunvericilik normalarına, o cümlədən Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə uyğun olaraq, özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyində olan öz əmlakını geri tələb etmək hüququ vardır. Məhkəmə kollegiyasının qənaətinə görə Mütəxəssis rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən (yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış) koordinatlara əsaslandığı üçün mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə də, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüquqü Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.2-ci maddələrindən, Avropa İnsan Hüquqları Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddiası qanuni və əsaslıdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4741 sayl Əlavə məhkəmə tikinti-texniki ekspertizası rəyinə əsasən Cavabdeh tərəfindən zəbt edilmiş iddiaçıya məxsus 0,3960 ha torpaq sahəsindən cavabdeh çıxarılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Maddə 217.1, 217.3, 217.4). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, аpellyаsiyа şikayəti qismən təmin edilməli, Azərbаycаn Respublikasının MPM-nin 384.0.3-cü mаddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRXnin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh çıxarılması hissədə dəyişdirilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRXnin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.3960 ha hissəsindən Cavabdeh çıxarılması qət edilməlidir. İş materiallarında olan 31 may 2022-ci il tarixli 15227 nömrəli qəbzdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli rəy üzrə ekspertiza xərcinin dəyərini təşkil edən 335 manat məbləğində pulu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin hesabına ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 10/4741 nömrəli rəy üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsına görə, iddia təmin edildiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 10/4741 nömrəli Əlavə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Az.MEM VÖEN:**********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh çıxarılması hissədə dəyişdirilsin. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən və DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.3960 ha hissəsindən Cavabdeh çıxarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 10/4741 nömrəli Əlavə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh alınaraq Az.MEM VÖEN:**********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-288/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-288/2022
28.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver