Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-289/2022 24.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(046)-944/2021 saylı qərardadından İddiaçı İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh sayğaca edilmiş müdaxiləyə görə 399.60 manat pulun, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X1rşı qarşılıqlı iddia qaldıraraq X5 tərəfindən əsassız hesablanmış 399.60 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 16 iyul 2021-ci il tarixli 2(046)- 944/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək Azəriqaz İB-nin Cavabdeh 399.60 manat dəymiş ziyanın ödənilməsi barədə tələbi təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı Ağsu X7 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh hesablanmış 399.60 manat dəyərində dəymiş ziyan silinməsi, qətnamənin icrasının cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)-944/2021 saylı 16 iyul 2021-ci il tarixli qətnaməsindən 17.11.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(046)-944/2021 saylı qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)- 944/2021 saylı 16 iyul 2021-ci il tarixli, qətnaməsindən verdiyi apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birgə, şikayət verilmə müddəti buraxıldığından İddiaçınə geri qaytarılması qərara alınmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2(046)-944/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və verilmiş apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(046)-944/2021 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya şikayətlərinin geri qaytarılmasına səbəb olaraq şikayətin elektron kabinet vasitəsi ilə göndərilməməsi əsas götürülmüşdür. Həmin qərardada uyğun olaraq apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə yenidən 17 noyabr 2021-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayətin geri qaytarılmasına səbəb kimi apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi əsas götürülmüşdür. Qərardad 25.11.2021-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsində yoxlanaraq apellyasiya məhkəməsinə göndərilməli idi, lakin birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin lazımi qaydada verilməməsi səbəbindən qərardadala geri qaytarılmışdır. Həmin qərardad apellyasiya verən tərəfə çatan kimi düzəliş edilərək yenidən göndərilmişdir. Lakin hesab edilir ki, Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadında həmin müddət deyil, Göyçay rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(046)-944/2021 saylı qətnaməsinin çatdırılma müddəti nəzərə alınmışdır ki, bu da özlüyündə qanunsuzdur. Buna görə də qərardadının ləğv edilməsini və verilmiş apelyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(046)-944/2021 saylı qərаrdаdı ilə İddiaçı İB-nin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli 2(046)-944/2021 saylı qərardadının ləğvi barədə şikayəti təmin edilməmiş və verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(046)-944/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur». Beləliklə iş materiallarını nəzərdən keçirdikdə müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-944/2021 saylı 16 iyul 2021-ci il tarixli qətnaməsini 01.10.2021-ci il tarixdə İddiaçı nümayəndəsi imza etməklə almış, bundan sonra İddiaçı nümayəndəsi Nümayəndə 17.11.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini qanunvericiliyin tələblərini pozmaqla, yəni apellyasiya şikayəti vermə müddətini ötürməklə vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(046)-944/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(046)-944/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-289/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-289/2022
24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver