Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-289/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, gözlənilən mülkiyyət hüuqu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçıların vəkili X7, Cavabdeh və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1717/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, iddiaçılar bir ailənin üzvüləridir. İddiaçı1 ana, İddiaçı2 və İddiaçı3 isə onun övladlarıdır. Onların ailəsinin başçısı X19 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X19 ilə İddiaçı1 21 oktyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş və birgə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı iki övladları anadan olmuşdur. O, mərhum Sahib Əliyevlə ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamış həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur. Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi yaşayış evində yaşamışlar. Hazırda isə cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmağını tələb edir. Cavabdeh onlara qarşı iddia tələbinə Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1301/2022 saylı mülki iş nəzərdə tutulur, həmin iddiaya qarşı qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Onlar hazırkı mülki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində doğulub boya başa çatmışlar. Həmin ünvan onların əsas və daimi yaşayış yeridir. Başqa yaşayış yerləri yoxdur. Onlar hər üç iddiaçılar hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə mərhum Sahib Əliyev başda olmaqla onların ailəsinin maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmış və ödənişlərlə bağlı bildirişlər onların adları gəlir. Mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. 1992-ci ilin sonlarından onların ailəsi həmin ünvanda yaşamış və Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim K.Əliyev) 11 oktyabr 2022-ci il tarixli, 2(039)- 1717/2022 saylı qətnaməsi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyəti altında olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh, həmin evin yerləşdiyi 0.06033 ha torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X4, 1/7 hissəsi X9, 1/7 hissəsi X10, 1/7 hissəsi X5, 1/7 hissəsi X8 və 1/7 hissəsi X12 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində rəsmi sənədlərə əsasən 2004-cü ildə mübahisəli ev inşa edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh, həmin evin yerləşdiyi 0.06033 ha torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X4, 1/7 hissəsi X9, 1/7 hissəsi X10, 1/7 hissəsi X5, 1/7 hissəsi X8 və 1/7 hissəsi X12 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində rəsmi sənədlərə əsasən 2004-cü ildə mübahisəli ev inşa edilmişdir. İddiaçılardan İddiaçı1, iş üzrə cavabdehin oğlu mərhum X19 ilə 1992-ci ilin oktyabr ayının 21-ci günündə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və toydan sonra mübahisəli evə deyil başqa evə gəlin köçmüşdür (bu hal İddiaçı1 izahatı ilə təsdiq edilir). İddiaçılar hazırki vaxtadək həmin evdə yaşayırlar. İddiaçı1 və cavabdehin mərhum oğlu Sahib Əliyev arasında nikah qeydə alındığı zaman ev dövlət qeydiyyatına alınmamış, mübahisəli ev xx.xx.2011-ci il tarixdən Cavabdeh tam, evin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında sonuncunun və onun digər ailə üzvlərinin adına qeydə alınmış əmlak olmuşdur (iddiaçılar və mərhum Sahib Əliyevin həmin sahədə mülkiyyət hüququ olmamışdır). Məhkəmə iddianın cavabdehə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılarlar ilə cavabdeh arasındakı mülki münasibətlər mübahisəli ev xx.xx.2011-ci il tarixdən dövlət qeydiyyatına alındıqdan sonra yarandığından (əmlak sözügedən vaxtadək özbaşına tikinti sayılır və mülki qanunvericilik özbaşına tikili üzrə heç bir hüquq tanımır) hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü olduğu üçün (cavabdehin mərhum oğlunun arvadı və uşaqları olmuşlar) mübahisəli evdən istifadə hüququ yaransa da, ailə münasibətlərinə X19 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən iddiaçıların mübahisəli mənzildə istifadə hüququ itirilmişdir. Qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçı Dilbər Hacıyevanın mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, cavabdeh Kubra Quluyevanın ailə üzvü və ya digər qohumu olmalıdır ki, hazırkı halda da iddiaçı cavabdeh K.Quluyevanın ailə üzvü hesab olunmur, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Bununla da, aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü və ya digər qohumu olmadığından yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələbi əsassızdır və təmin oluna bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 180.1, 180.2 və 180.3-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, 30.1, 30.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar bir ailənin üzvüdürlər. onlar 21 oktyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişik. Və birgə nikahlarından iki övladları İddiaçı2 və İddiaçı3 anadan olmuşlar. O mərhum Sahib Əliyevlə ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamış (həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur). Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi yaşayış evində yaşamışıq. Hazırda isə, cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmağısını tələb edir. Hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Və qeyd edilən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə onların maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmışdır və ödənişlərlə bağlı bildirişlər onların adına gəlir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası onların ailə üzvülərinin maddi vəsaiti hesabına başa gəlmişdir. Və 1992-ci ilin sonlarından onlar həmin ünvanda yaşamışlar. Onlar Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Hazırda mülkiyyətçi hesab edilən İddiaçı2 Abbas oğlu mübahisəli fərdi yaşayış evinin mülkiyyətçi olaraq öz razılığı ilə oğlu və gəlini həmin evə köçürülməsi təmin edilmişdir. Tərəflər arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini uyğun olaraq qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edilən məhkəmə işi üzrə gəldiyi nəticəni rəhbər tutaraq hesab edirik ki, yaşayış evinin əsas inşası onların maddi vəsaiti hesabına əldə edilmişdir, lakin cavabdehin həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin evin sonradan Cavabdeh adına edilməsi də buna dəlalət edir. Məhkəmə işə baxarkən MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəflə onların arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Məhkəmə tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkın məhkəmə işə birtərəfli və səhti yanaşılmışdır. Cavabdeh tərəfin mənafeyi müdafiə edilmişdir. Evin inşa və təmirində iştirak etmiş əsas ustalar məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməmişlər. Məhkəmə həmin şahidlərin iştirakının təmin edilməsi üçün məhkəmə baxışı iclasını təxirə salmamış, eyni zamanda həmin şahidlərin, yekun məhkəmə iclasında başqa şahidlərlə əvəz edilməsinə şərait yaratmamışdır. Qeyd edilənləri nəzərə alaraq onlar, məhkəmə kollegiyasından Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1717/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili X14 apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)- 1717/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1717/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarma uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(039)-1717/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(039)-1717/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddianın cavabdehə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılarlar ilə cavabdeh arasındakı mülki münasibətlər mübahisəli ev xx.xx.2011-ci il tarixdən dövlət qeydiyyatına alındıqdan sonra yarandığından (əmlak sözügedən vaxtadək özbaşına tikinti sayılır və mülki qanunvericilik özbaşına tikili üzrə heç bir hüquq tanımır) hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə, 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X4, 1/7 hissəsi X9, 1/7 hissəsi X10, 1/7 hissəsi X5, 1/7 hissəsi X8 və 1/7 hissəsi X12 ümumi birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçıların köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi Cavabdeh həmin əmaka “gözlənilən mülkiyyət hüququ” olmuşdur ki, həmin hüquq əsasında da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Çıxarışla Yevlax rayonu, Aran-1 qəsəbəsində yerləşən 0.0603 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 180.52 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyesterində tam Cavabdeh, torpaq sahəsinin isə 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X4, 1/7 hissəsi X9, 1/7 hissəsi X10, 1/7 hissəsi X5, 1/7 hissəsi X8 və 1/7 hissəsi X12 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarma uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir." X11 Məhkəməsinin Plenumu hüquq münasibətlərinin 2001-ci ildə yox, köçürülməsi tələb olunan ev üzərində hüquqların qeydiyyata alındığı 2011 -ci ildə qüvvədə olan maddi hüquq normasının tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. Ona görə də kollegiya hesab edir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia təmin olunmamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə aydın olur ki, cavabdeh iddiaçıları ailə üzvü olaraq daimi olaraq öz evinə köçürməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Yevlax rayonu, Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən X3 adına olmuş ümumi sahəsi 60.30 kv.m olan fərdi yaşayış evi Yevlax şəhər İHB Aran qəsəbə sovetliyi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 145 reyestrnömrəli müqaviləsi əsasında X13 adına rəsmiləşdirilmiş, lakin vətəndaş müraciət etmədiyi üçün fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən evin hansı əsaslarla özgəninkiləşdirilməsi barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiçı tərəfin özlərinə məxsus evləri olmuş və İddiaçı1 da öz izahatında mübahisəli evə deyi həmin evə gəlin köçdüyünü bildirmişdir. Daha sonra işdə olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Arar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Yevlax rayon Aran qəsəbə sakinləri olan İddiaçı2, İddiaçı3 və İddiaçı1 Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin 04 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 294 şəxsi hesab nömrəsi ilə qeydiyyatdadırlar və ayrı təsəttufatdırlar. İddiaçı3 adına Aran qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi var lakin həmin torpaq sahəsində heç bir tikili yoxdur həmçinin Aran qəsəbəsində İddiaçı2 məxsus yarımçıq tikili fərdi yaşayış evi vardır. Hal-hazırda həmin mənzildə yaşayış yoxdur. İddiaçı2, İddiaçı3 və İddiaçı1 hal-hazırda Aran qəsəbəsində Cavabdeh məxsus olan mənzildə yaşayırlar. Kollegiya diqqətə çatdırmağı lazım bilir ki, hazırda iddiaçılar cavabdehə məxsus evdə yaşayırlar. Yəni mənzilə olan tələbatlarını ödəyirlər. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri başa düşülən deyildir. Belə ki, cavabdeh tərəf onların evdən çıxarılmasına dair hər hansı bir tələblə çıxış etməmişdir. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən istifadə hüuqları mövcud deyildir. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(039)-1717/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(039)-1717/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyəti altında olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-289/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-289/2023
23.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver