Məhkəmə qərarları › İş №2(107)-290/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-290/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-290/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2(046)-913/2021 saylı qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 312.80 manat qazdan istifadəyə görə borcun, 540 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X1rşı qarşılıqlı iddia qaldıraraq X3 tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 540 manat borcun azaldılaraq 180 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(046)-913/2021 qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 312.80 manat qazdan istifadəyə görə borc 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 343.10 manat alınaraq İddiaçı İB-nin xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh sayğacdan kənar qaz xəttindən istifadəyə görə dəymiş ziyan olan 180 manat məbləğində pul tutularaq Azəriqaz İB-nə ödənilməsi, qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İddiaçı İB tərəfindən Göyçay Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(046)- 913/2021 qətnaməsindən 18.10.2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(046)-913/2021 saylı qərardadı ilə İddiaçı İB tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra İddiaçı İB tərəfindən 17.11.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(046)-913/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli 2(046)-913/2021 saylı qərardadı ilə apellyasiya şikayəti şikayət vermə müddəti ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı İB şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərəzisi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(046)-913/2021 saylı Qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılmasına səbəb olaraq şikayətin elektron kabinet vasitəsi ilə göndərilməməsi əsas götürülmüşdür. Həmin qərardada uyğun olaraq apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə yenidən 17 noyabr 2021-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayətin geri qaytarılmasına səbəb kimi apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi əsas götürülmüşdür. Qərardad 25.11.2021-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsində yoxlanaraq apellyasiya məhkəməsinə göndərilməli idi, lakin birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin lazımi qaydada verilməməsi səbəbindən qərardadla geri qaytarılmışdır. Həmin qərardad apellyasiya verən tərəfə çatan kimi düzəliş edilərək yenidən göndərilmişdir. Lakin hesab edilir ki, Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadında həmin müddət deyil, Göyçay rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(046)- 913/2021 saylı qətnaməsinin çatdırılma müddəti nəzərə alınmışdır ki, bu da özlüyündə qanunsuzdur. Buna görə də Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və verilmiş apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 2(046)-913/2021 saylı qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli 2(046)- 913/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2.-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, iddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-913/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsini 28.09.2021-ci il tarixdə imza atmaqla almış, 18.10.2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Göyçay Rayon Məhkəməsinin 2(046)- 913/2021 saylı 19.10.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra iddiaçı 17.11.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Bununla da apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2(046)-913/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2(046)-913/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2(046)-913/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar