Məhkəmə qərarları › İş №2(107)-291/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-291/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-291/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 661,10 manat məbləğində borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(014)-1391/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(014)-1391/2019 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia təmin edilmiş, Cavabdeh 661,10 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 691,50 manatın (altı yüz doxsan bir manat əlli qəpik) tutularaq İddiaçı İB-in xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı İB Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 661,10 manat məbləğində borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkməyə müraciət edərək cavabdehdən 661,10 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının cəmi 691,50 manat borcun cavabdehdən tutularaq İddiaçı İBin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri,Vaqif küçəsi 2/9-da yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdehnun yaşadığı mənzilin **********00760 saylı qaz hesabında ödənilməmiş 661,10 manat borc vardır, həmin borcun 77,90 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 583,20 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı ******* saylı qaz sayğacının 18408 m3 göstəricisi ilə 661,10 manat borc yaranmışdır. Bundan başqa cavabdehə məxsus fərdi yaşayış evininin qaz hesabında qeydə alınmış 583,20 manat həcmindəki dəymiş ziyan həmin ünvanda istismarda olan qaz sayğacından kənar şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilməsi nəticəsində yaranmışdır. Cavabdeh bu yolla faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx xxxxx 2019-cu il tarixdə Cavabdehnun yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx xxxxx 2019-cu il tarixli qərarı ilə 5832 m3 (və ya 583,20 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Beləliklə cavabdehin ünvanında sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə edilməsi nəticəsində qaz paylayıcısına ümumilikdə 583,20 manat ziyan dəymişdir. Odur ki,iddianın təmin edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı İB-in nümayəndəsi V.Heydərov iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа xəbərdаr edilməsinə bаxmаyаrаq məhkəmə iclаsınа gəlmədiyi və səbəbi bаrədə məlumаt vermədiyi üçün birinci instansiya məhkəməsi Аzərbаycаn Respublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаslаnаrаq iş üzrə Cavabdehnun iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesаb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməni qanunlara bütövlüklə zidd, qeyriobyektiv olması, iddianın iftira yoluyla təmin edilməsi səbəbindən əsassız və ədalətsiz sayır. Məhkəmənin hakimi onu görmədən müqavilə kimin tərəfindən bağlanılmış sənədi yoxlamadan qətnamə qəbul etməsinə inana bilmir. Məhkəməyə gəlməyən şəxs polis vasitəsiylə gətirilməlidir ki, ən azından vətəndaşın sənədləri və imzaları yoxlanılsın. Hakimin bu yola səhv etməsi, onu borclu sayması İddiaçı İB-nin qanunu pozub sifarişini yerinə yetirməsi qanuna zidd əməldir. Belə ki, o, heç bir zaman İddiaçı İB Zaqatala RQİİ-nin Ağdaş rayon Xidmət sahəsiylə münaqişəsi olmayıb. O, ailəliklə istehlakçı kimi itifadə etdiyi qazın pul vəsaitini ödəmişdir. Amma ola bilər ki, 77.90 manat borc yığılmış qala bilər. Ən əsası isə odur ki, iddiada qeyd olunan və məhkəmə tərəfindən təsdiqlənən qeyri qanuni yolla təbii qazdan istifadə etmək, qaz liniyasına qoşulmaq yönlərini bacarmır. Borcla bağlı qəbul edilmiş qətnamə barəsində bildirmək istəyir ki, borc məbləği şişirdilmişdir və onun qətnamədə qeyd olunan qədər borcu ola bilməz. Məhkəmə tərəfindən o, hansısa iddiayla bağlı məhkəmə iclas zalına çağrılmamışdır. Məhkəmə hakiminin qəbul etdiyi qətnamə əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclası olmadan, cavabdehi dinləmədən qəbul edilən qətnamə sifariş xüsusiyyəti daşıyır. Qanunun tələblərinə hakim əməl etməyib. Durduğu yerdə məhkəmənin hakimi tərəfindən şərlənməyini gözləmirdi. Açıq aşkara onu borclu etmək ağıla sığmayan hərəkətdir. Qətnamə iddiaçının marağını qoruyur və iddiaçının tələbi qanuna uyğun olmalıydı, əksinə olmamalıydı. Belə ki, məhkəmə iclas zalında qəbul edilmiş qətnamə sübutlara əsaslanmayıb. Yəni onu dindirmədən çəkişmə prinsipinə əməl etmədən qəbul edilən qətnamə əsaslı deyil və İddiaçı İB-in marağını birmənalı olaraq qoruyur. Məhkəmənin hakimi tərəfindən nüfuzlu şirkətə xidmət edilməsi göz qabağındadır. Bu kimi hakimlər şirkətin marağını qorumaqla vətəndaşın haqqını əzib ədalətsiz qətnamə qəbul etməsi “Hakimlər və Məhkəmələr haqqında”qanuna zidd əməl törətməsi başa düşülür.Yəni qanunlarımızı saymır. O, ailə üzvüləriylə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır və təbii qazdan istifadə qaydalarını pozmamışdır. Onun istehlakçı kimi hüququ İddiaçı Ağdaş rayon xidmət sahəsi əməkdaşları və rayon məhkəməsinin hakimi tərəfindən qərəzli olaraq kobudcasına pozulmuşdur. Qeyd olunan cəriməylə bağlı fakt aşkar olunmayıbsa, onun iştirakıyla protokol tərtib edilməyibsə və ona xəbərdarlıq məktubu gəlməyibsə və o, bu ünvanda istehlakçı kimi qaydaları pozmamışdırsa onun istehlakçı kimi hüququ bərpa olunmalıdı. İddiaçı Ağdaş xidmət sahəsi idarəsinin ona vurduğu zərər nəticəsində, o, əsəb keçirdib. Adı gedən idarənin və məhkəmənin özbaşınalığının bu gün qurbanı olmuşdur. İddiaçıın İstehsalat birliyi Ağdaş xidmət sahəsi özbaşına, qanunu saymadan qərar qəbul edib və hazırda onu şərləyib. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(014)- 1391/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və təqdim olunmuş sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının tələbinin qismən rədd edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(014)-1391/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(014)-1391/2019 nömrəli qətnaməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə оlan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İşdə оlan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2019-cu il tarixli ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. İşdə оlan Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxxxx 2019-cu il tarixli Aktın surətindən görünür ki, Cavabdeh Ağdaş XS-nin abonent bazasındakı **********00760 nömrəli abonent koduna 5832 m3 – 583,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İşdə оlan Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2019cu ilə qaza görə cəmi 661,10 manat borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 5.2, 5.5 və 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3, 3 və 3.3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.2, 1096.1 və 1097.1ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 3-cü bənində əsasən, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət dаşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, İddiaçı İB-in X7 İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsinin əməkdaşları tərəfindən təbii qaz istehlakçıları tərəfindən təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən cavabdehin yaşadığı fərdi yaşayış evinin təbii qaz ilə təchizatına baxış keçirilən zaman təbbi qazdan istifadəyə dair sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. Təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq cavabdehə cəmi 583,20 manat borc yazılmışdır. Tələb edilən 77,90 manat borc isə cavabdehin təbii qazdan istifadəsi nəticəsində yaranmış olan borcudur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 77.2-ci mаddəsinə əsаsən, dövlət orqаnlаrının, icrа və sаir orqаnlаrın аktlаrının etibаrsız hesаb edilməsi bаrədə mübаhisələrə bаxıldıqdа həmin аktlаrın qəbul edilməsi üçün əsаs olmuş hаllаrı sübut etmək vəzifəsi bu аktı qəbul etmiş orqаnın üzərinə düşür. Həmin Məcəllənin 76.1-ci mаddəsinə görə tərəflərin tələb və etirаzlаrını əsаslаndırаn hаllаrın və işi düzgün həll etmək üçün əhəmiyyəti olаn bаşqа hаllаrın mövcud olduğunu və yа olmаdığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və bаşqа qаnunlаrdа müəyyən olunmuş qаydаdа əldə etdiyi məlumаtlаr sübutlаr hesаb olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən hansısa iddiayla bağlı məhkəmə iclas zalına çağrılmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin hallar mülki işin materiallarında olan bildirişlər və xəbərnamə ilə (i/v 38) təkzib edildiyindən qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(014)-1391/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(014)-1391/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar