Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-292/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-920/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(046)-920/2021 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 207.40 manat qazdan istifadəyə görə borcun, 496.80 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı İBnin Cavabdeh qarşı debitor borcunun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı İB-nin nümayəndəsi X2 Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən 18 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(046)-920/2021 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı İB-nə tərəfindən verilmiş apellyasiya şikayəti, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)-920/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən 17.11.2021-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(046)-920/2021 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 2(046)- 920/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birgə, şikayət verilmə müddəti buraxıldığından İddiaçınə geri qaytarılmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli 2(046)-920/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və verilmiş apelyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(046)-920/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X5 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi qərarını əsaslandıraraq göstərmişdir ki, ş materiallarında göründüyü kimi Göyçay Rayon Məhkəməsinin 2(046)-920/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qətnaməsini 01.10.2021-ci il tarixdə İddiaçı nümayəndəsi X3 imza etməklə almış, bundan sonra İddiaçı nümayəndəsi Nümayəndə 17.11.2021- ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin verilmə müddətini buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin 2(046)-920/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(046)-920/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(046)-920/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-292/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-292/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver