Məhkəmə qərarları › İş №2(107)-293/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-293/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-293/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh vurulmuş 26265 manat və 379.22 ABŞ dolları məbləğində zərərin və dövlət rüsumu olaraq ödədiyi 171 manat pulun alınıb ona verilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 26265 manat və 379.22 ABŞ dolları məbləğində zərərin və dövlət rüsumu olaraq ödədiyi 171 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ona məxsus **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilini və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqunu xx.xx.2023-cü il tarixli, 179 nömrəli etibarnamə ilə idarə edərkən xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası Kahramanmaraş ili Görsun ilçesi Keklikoluk mahallesi ərazisində avtomobil qəzası etmişdir. Bununla bağlı olaraq X10 X11 Düzenleme və denetleme büro amirliği tərəfindən MB 15559949 nömrəli Karar tutanağı (qərar) tərtib edilmiş, Cavabdeh 1979 tl cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində avtomobil və yarımqoşuya zərər dəymiş, cavabdeh avtomobilin yanacaq çənindəki yanacağı da sataraq avtomobili sahibsiz qoyaraq qaçmış və ona zərər vurmuşdur. Bilavasitə dartıcı avtomobil və yarımqoşquya dəymiş zərər və təmiri üçün çəkilmiş xərc, avtomobil və yarımqoşqunu sahibsiz ataraq qaçması və geriyə gətirməməsi səbəbindən onun Türkiyə Respublikasına getmək üçün X8 adlı şəxsə verdiyi etibarnamə və aldığı aviabilet xərcləri və “Pakı Grouop MMC” Müstəqil qiymətləndirici tərəfindən xx.xx.2023-cü il tarixli, 35/2023 nömrəli qiymətləndirmə rəyində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli Volvo markalı model FH Yük Yəhərli dartıcı və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşquya ehtiyat hissələri və təmir xərcləri birlikdə cəmi 26265 manat zərər dəymişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində **-OZ-*** nömrə nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası, Kahramanmaraş ili, Görsun ilçesi Keklikoluk mahallesi ərazisində İddiaçı məxsus olan **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobil və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqu ilə hərəkətdə olarkən həmin istiqamətdə hərəkətdə olan Türkiyə Respublikasında qeydiyyatda olan Botan Trans Sanayi və Dış Ticarət Limited Şirkətinə məxsus “Ford” markalı, 33BFR29 dövlət qeydiyyat nişanlı digər yük avtomobili arasında toqquşma baş vermiş, hadisə ilə bağlı həmin tarixdə Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin təqsiri ücbatından baş vermiş hadisə nəticəsində İddiaçı mülkiyyətində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilə və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşquya ümümilikdə 24265,00 manat dəyərində (dəyişilməli hissələrin qiyməti 23065,00 manat, təmir-bərpa işlərinin qiyməti 1200,00 manat olmaqla) zərər dəymişdir

5. Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsi ilə (hakim K.Əliyev) iddia qismən təmin olunmuş, vurulmuş zərərin əvəzi olaraq 24265 (iyirmi dörd min iki yüz altmış beş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162.80 (bir yüz altmış iki səksən qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qiymətləndirməni qəbul edərkən ekspertlərin müəyyən etdiyi ödəniş həddinin şişirdildiyini, habelə Cavabdeh Əmlak üzərində heç bir maddi məsuliyyətinin olmadığını nəzərə almamışdır. İşin hallarından göründüyü kimi qeyd olunan avtomobil hazırki iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qarşısında heç bir məsuliyyət daşıyıcısı deyil.

9. Cavabdeh hadisə zamanı ağır yaralanmışdır. Ciddi xəsarət almışdır. Baş verən hadisə Türkiyə Cümhuriyyətində baş vermişdir. İddiaçının istəyinə müvafiq olaraq bu avtomobili idarə etmişdir. Ayıq şəkildə avtomobili idarə etmişdir. Baş verən hadisələrlə bağlı üzərində heç bir maddi məsuliyyət mövcud deyil. Ən əvvəl Cavabdeh ilə avtomobil sahibinin arasında müqavilə olmalı, bu müqavilə çərçivəsində onun mavtomobil üzərində məsuliyyəti müəyyən edilməlidir. Şəxs ondan avtomobilin sərhəddən keçirib müəyyən bir əraziyə aparmağı xahiş etmişdir. Onun qarşısında baş verə biləcək hər hansı bir hadisə üçün cavabdeh deyil. Əgər belə bir hal mövcud olsaydı bu onların qarşılıqlı münasibətlərində əks olunardı. Göründüyü kimi belə bir hal mövcud deyildir.

10. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçı tərəfin birbaşa vəzifəsidir. Ümumiyyətlə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. Cavabdeh avtomobilə dəyən zərəri ödəməli deyil. Mülkiyyətçinin istəyi ilə avtomobili idarə etmişdir. Tərəfindən avtomobilə qəsdən zərər vurulmayıb. Bu səbəbdən də mülkiyyətçi ilə heç bir müqavilənin olmadığını, həmin avtomobil üzərində müqavilə öhdəliyinin olmadığından baş verən qəzanın sığortası vardır. Avtomobilə dəyən zərər sığorta vasitəsi ilə ödənilir. Hər bir xaricə çıxarışın üzərində yaşıl kart deyilən sığorta yükü var. Həmin sığorta həmin avtomobilin zəmanətidir. Düşünür ki, bütün bunlar normal çərçivədə ədalətli araşdırılma aparılmaqla iddianın əsassızlığı ortaya qoyulmaqla iddia təmin edilə bilməzdi. Ona görə də hesab edir ki, məhkəmə iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir.

12. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)- 509/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Verilmiş apellyasiya şikayətinə İddiaçı tərəfindən etiraz verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən, təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

28. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

29. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

30. Belə ki, işdə olan “Pakı Group MMC” Müstəqil qiymətləndirici tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 35/2023 nömrəli qiymətləndirmə rəyindən görünür ki, 2010-cu il buraxılışlı Volvo markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, sarı rəngli FH YÜK modelli yəhərli dartıcıya və 2008-ci il buraxılışlı “SCHMİTZ” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı qoşqunun təmir-bərpa xərcləri 2023-cü ilin sentyabr ayı üçün real bazar qiyməti 26.265 manat təşkil edir.

31. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-OZ- *** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqunun sahibi İddiaçıdur.

32. İşdə olan xx.xx.2023-cü il tarixli “Ölümlü/X6 Tespit Tutanağından” görünür ki, X14 X3 aparılmış sənədləşməyə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:30-da sürücü Maharram İbrahimov sevk və idaresindeki ** OZ *** plak sayılı çekici ve bu çekiciye bağlı ** ZK *** plaka sayılı römork ile D825-02 Devlet Karayolu üzərinde Kayseri İli istikametindən Görsun İlçesi istikametine seyir alindeyken Km:10+950 (Keklikoluk) mevkiine geldiğınde araçının direksiyan hakimiyetini kaybederek araçının sağ kısımlarıya daha öncə mevkid kaza yapmış olan ve yol daşında bulanan 33 BFR 29 plaka sayılı çekicye bağlı 33 CET 06 plaka sayılı yarı römorkum sol kısımlarına çarparak yaklaşık 20 mert ileride durması ele sonuncu iki araçlı yaralanmalı ve maddi hasarlı trafik kazası meydana gəlmişdir. Bu kazaanın oluşumunda ** OZ *** plaka sayılı araç sürücüsü Maharram İbrahimova 2918 sayılı X5 52/1b (Araçlarının hızını aracın) yük ve texnik özelliğıne görüş yol hava durumunun gerektirdiği şartlara uydurmamak) kuralını ihlal ettiği görüş ve kanaatine varılmıştır.

33. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2534 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallaında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Volvo markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, sarı rəngli FH YÜK modelli yəhərli dartıcıya və 2008-ci il buraxılışlı “SCHMİTZ” markalı 99- ZK-449 dövlət qeydiyyat nişanlı qoşqunun təmir-bərpa xərci aşınma daxil olmaqla hadisə baş verən tarixə təxminən 24265,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 23065,00 manat, təmir-bərpa işlərinin qiyməti 1200.00 manat təşkil edir.

34. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip tentli-furqon yarımqoşqunun üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir.

37. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (AR MPM-nin 4.1 və 4.2-ci maddələri).

38. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 28.08.23-cü il tarixdə Türkiyə Respublikasında yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi iddiaçının mülkiyyətində olan yük avtomobili və yarımqoşqu ilə qəza törətmişdir. Hadisə zamanı yük avtomobilinə və yarımqoşquya maddi zərər dəymişdir.

39. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar