Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-294/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-1132/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Veyis qızı və Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin xx xxxx 2016-cı ildə Ağdaş rayonunun Qolqəti kəndində vəfat etmiş X3na məxsus olub cavabdehlərlə ümumi birgə mülkiyyətlərində olan 0.28 hektar həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evindən istifadə qaydalarının həyətə giriş tərəfdən 3-cü otağından onun və ailə üzvlərinin, yaşayış sahəsinin yardımçı sahələrindən isə cavabdehlərlə birgə istifadə etməklərinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-1132/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o, xx xxxx 1981-ci ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuşdur. X1, Cavabdeh2 Veyis qızı olmuşdur. 1998-ci ildə avtomobil qəzası zamanı o yük avtomobilindən yıxılaraq ağır xəsarət almış və hazırda 1-ci qrup əlildir. Əlil arabasından istifadə edir. xx xxxxxxx 2005-ci ildə Göyçay şəhər sakini X14 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahından xx xxxx 2006-cı ildə Səma və xx xxxxxx 2016-cı ildə isə Amin adlı iki uşağı anadan olmuşdur. Toyundan bir müddət sonra mərhum atası və digər ailə üzvlərinin razılığı ilə o və həyat yoldaşı mübahisəli yaşayış evində yaşamışlar. Sonra onlar müvəqqəti olaraq başqa yaşayış evində yaşamışlar. Həmin ev yaşayış üçün yararsız olduğuna görə şəxsən cavabdehlərin razılığı ilə ailə üzvləri ilə birlikdə bu ilin mart ayında mübahisəli yaşayış evinə köçmüşlər və bütün əmlaklarını həmin evə yerləşdirmişlər. Fərdi yaşayış evinin bir otağından (dördüncü otağından) atası və cavabdeh olan anası, həyətə girişdən birinci iki otağından qardaşı Cavabdeh1 ailəsi ilə birlikdə, onların yaşadıqları otaqların ortasında yerləşən bir otağından isə o ailə üzvləri ilə birlikdə istifadə edirlər. İstifadə etdiyi otağın qapısı birbaşa ümumi istifadələrində olan eyvana açılır. Eyvandan həyətə iki pilləkən quraşdırılmışdır. Mərhum atası sağlığında qardaşının istifadə etdiyi sahə üçün təbii qaz və elektrik xəttini ayıraraq özlərinə və qardaşı üçün ayrıca sayğac quraşdırmışdır. Anası, o və ailə üzvləri hazırda anasının yaşadığı evə çəkilmiş elektrik xəttindən istifadə edirlər. Torpaq islahatı zamanı fərdi yaşayış evinin yerləşdiyi 0.28 hektar torpaq sahəsi Ağdaş rayon X7 xx xxxxxx 1997-ci il tarixli 14 nömrəli qərarı ilə mərhum X3nun, onun, mərhum qardaşı X5 və cavabdehlər Cavabdeh2 Veyis qızının və Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə verilmişdir və bu barədə adlarına xx xxxxxx 2006-cı ildə 4/161 qeydiyyat nömrəsi ilə kitabda qeydə alınmış JN-174A, kod 90321018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. X3 xx xxxx 2016-cı ildə Ağdaş rayonunun Qolqəti kəndində vəfat etmişdir. Hazırda cavabdehlər onu və ailə üzvlərini həmin evdən çıxarmaq istəyirlər. O, yaşayış evində anadan olmağını, ailə qurduqdan bir müddət sonra həmin evə mərhum atasının və şəxsən cavabdehlərin razılığı ilə qeydşərtsiz köçürülməyini, mərhum atasının ölümündən sonra qanun üzrə birinci növbə vərəsə olmağını, yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmağını, mübahisəli yaşayış evinin atasına düşən hissəsinə mülkiyyət hüququ gözlənildiyini, bununla da onun və ailə üzvlərinin artıq mübahisəli yaşayış sahəsindən istifadə hüququ qazanmaqlarını cavabdehlərin nəzərinə çatdırsa da, onunla razılaşmırlar. Göründüyü kimi, faktiki olaraq qanun üzrə birinci növbə vərəsə olduğuna, mübahisəli yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətə verilmiş 0.28 hektar həyətyanı torpaq sahəsində payı olduğundan və hələ mərhum atasının sağlığında ailə üzvlərinin şəxsən özlərinin razılığı ilə həmin evə köçərək orada uzun müddət birgə yaşadıqlarından o və ailə üzvləri həmin evdən istifadə hüququ qazanmışlar. Cavabdehlərlə onun ailəsinin həmin evdə yaşayış sahəsindən istifadə qaydalarını necə müəyyən etməklə əlaqədar aralarında mübahisə yarandığından onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-1531/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)- 1132/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon ƏSMM tərəfindən verilmiş xx xxxxxx 2005-ci il tarixli 023631 saylı vəsiqənin surətindən məlum olur ki, X9 ömürlük birinci qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx xxxx 2020-ci il tarixli 207 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini İddiaçı hal-hazırda mərhum X3na məxsus fərdi yaşayış evində yaşayır. Təsərrüfatbaşına uçot kitabında mərhum X8 adına 0.28 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin JN-174A ( kod 90321018) saylı surətindən məlum olur ki, 0.28 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X13, Cavabdeh2 Veyis qızı, Cavabdeh1, X12 və X2 birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2006-cı il tarixli AZ-İ 727073 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X17 xx xxxx 2006-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. X4, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-cı il tarixli AZ-İ 143309 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X18 xx xxxxxx 2016-cı il tarixdə Ağdaş şəhərində doğulmuşdur. X4, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd İ/N-yi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli AZ-T 025233 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X14 ilə İddiaçı arasında bağlanmış nikaha xx xxxxxx 2005-ci il tarixdə 14 saylı akt tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1981-ci il tarixli Vİİİ-CQ 316792 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X9 xx.xx.1981-cı il tarixdə Ağdaş rayon, Qolqəti kəndində doğulmuşdur. X3, anası Cavabdeh2 Veyis qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli AZ-İ 815158 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 223 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini İddiaçı ifadəsində olan həyətyanı torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli və 3 otaqdan ibarət fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 222 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini X10 və Cavabdeh1 birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli və 2 otaqlı fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 28 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini İddiaçı istifadəsində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 27 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakinləri X10 və Cavabdeh1 birgə mülkiyyətlərində 0.28 ha həyətyanı torpaq sahəsi vardır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüqqunun məzmununu təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçının mübahisəli mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair məsələnin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun subyektiv hüququ olub-olmamasını, həmçinin iddiçının mübahisəli mənzilə mülkiyyət hüququnun (və ya istifadə hüququnun) olub-olmaması məsələsini araşdırılmalıdır. Belə ki, hazırki hüquqların mövcud olmadığı halda istifadə qaydalarının müəyyən edilməsi məhkəmə qaydasında həll edilə bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ev dаşınmаz əmlаkın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyаtа аlınmаmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Məhkəmə kollegiyası iddia tələbinin yaşayış evi üzrə istifadə qaydasının müəyyən edilməsi ilə bağlı onu qeyd edir ki, istifadə qaydasının müəyyən edilməsi tələbi irəli sürmək hüququ yalnız mülkiyyətçiyə məxsus olan hüquq olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası hesаb edir ki, hаzırkı iddiаnın təmin оlunmаsı nəticəsində mübahisəli mülkdə yаşаyаn şəxslərin uzun müddət fоrmаlаşmış yаşаyış hüquqlаrının pоzulmаsınа, оnlаrın mövcud оlаn tikilidə yаşаmаlаrı üçün qаrşılıqlı mаneçilik hаllаrının yаrаnmаsınа səbəb оlа bilər. Mübаhisəli ev mövcuddur və tərəflər оrаdаn yаşаyış sаhəsi kimi istifаdə edirlər. İddiаçı mübаhisəli evdə nоrmаl şərtlər dаxilində yаşаmaq imkanına malik olduğundan, cаvаbdehlərin də həmin şərtlər dаxilində evdə yаşаmаq hüququ vаrdır. Belə olduğu təqdirdə istifadə qaydalarının müəyyən edilməsi məhkəmə qaydasında həll edilə bilməz. Ona görə də apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətİ təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-1132/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-1132/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-294/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-294/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver