Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-296/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, ASC «xxxxBank»ın nümayəndəsi X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(051)-77/2019 nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir ŞəhərMəhkəməsinin (hаkim Məhburə Kərimova) xx xxxxxxxx 2019-cu il tarixli 2(051)-77/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən Cavabdeh 10247.41 (on min iki yüz qırx yeddi dollar qırx bir sent) ABŞ dolları əsas borc, 10179.77 (on min bir yüz yetmiş doqquz dollar yetmiş yeddi sent) ABŞ dolları faiz borc və 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20927.18 (iyirmi min doqquz yüz iyirmi yeddi dollar on səkkiz sent) ABŞ dolları kredit borcunun, qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 16 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçı “xxxx” ASC-ə verilməsi, iddianın xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 2590.32 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əzəvi, xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % hesabı ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi tutulması tələbinə dair hissədə təmin olunmaması, iş üzrə ekspertiza xərcləri olan 145 (bir yüz qırx beş) manat və 200 (iki yüz) manatın Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı «xxxx» Bankı ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsində iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizələrlə müraciət etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********23914 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 18 faiz hesablanmaq şərti ilə 25 000 (iyirmi beş min) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank, cavabdehə ipoteka qoyan X4 arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100№li evin 11 №li mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********23914 ipoteka müqaviləsi bağlanmışdır. Borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmiş və Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016ci il tarixli 2(051)-1695/2016 saylı qətnaməsi ilə X2 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən 10 №li evin 3 otaqlı 11 №li mənzilə tutma yönəldilməsi və xx.xx.2014-cü il tarixli **********23914 saylı kredit müqavilə üzrə cavabdehin iddiaçı qarşısında 21748,09 (iyirmi bir min yeddi yüz qırx səkkiz dollar doqquz sent) ABŞ dolları əsas borcun, kredit istifadəyə görə hesablanmış 3432,69(üç min dörd yüz otuz iki dollar altmış doqquz sent) ABŞ dolları məbləğində adi fazilər üzrə borc məbləği, 20 (iyirmi dollar) ABŞ dolları məbləğində penya, cəmi 25200,78(iyirmi beş min iki yüz dollar yetmiş səkkiz sent) ABŞ dolları və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 31(otuz bir) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərinipoteka predmetinin dəyərindən tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə 30(otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxx” MMC tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından onun alınması iddiaçıya təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı, Mingəçevir şəhər İcra şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərracın nəticələri haqqında 42/02 saylı protokol və iddiaçı ilə Hərrac təşkilatçısı arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 19125 (on doqquz min bir yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxamayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kredit borcu bağlanmışdır. İddianın təmin olunmasını, cavabdehdən xx.xx.2014-cü il tarixli **********623914 № li kredit müqaviləsi üzrə yaranmış 10247.41 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixə illik 18% dərəcəsi ilə hesablanmış 10179.77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 20 % dərəcəsi ilə hesablanmış 2590.32 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2019- cu il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 5510.09 ABŞ dolları məbləğində penya, cəmi 28527.59 ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20% hesabıilə hesablanan fazilər formasında əldən çıxmış faydanın əvəzi, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən də iddiaçıdan 25 000 ABŞ doları kredit götürmüşdür. X7 xahişi ilə onun üçün götürülmüş və götürülmüş kreditin təminatı olaraq X2 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən 10 №li evin 11 №li mənzili ipoteka qoyulmuşdur. Kredit borcunu ödəməyə maddi imkanı olmadığına görə bankın tələbi ilə ipoteka qoyulmuş həmin mənzil bankın balansına keçmişdir. Hesab edir ki, onun kredit borcu qalmamışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyətinin dəlilləri : Cavabdeh tərəfindən apelyasiya şikayəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, ipoteka predmeti artıq iddiaçının mülkiyyətinə keçmiş, həmin evin isə şəhid anası X2 məxsus olmuşdur. İşdə iştirak edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X6 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanmasını xahiş etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli **********623914 №li kredit müqaviləsinə əsasən bank 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1695/2016 №li xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin olunaraq cavabdeh X4 qızına mülkiyyət hüququ əsasında məxsus olan ipoteka qoyulmuş, qiyməti 30.000 manat olan, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 10 №li evin, 69,54 kv.metr ümumi, 47 kv.metr yaşayış, 22,54 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 11 nömrəli mənzilinə tutma yönəldilərək, mənzil açıq hərracdan satışa çıxarılmış, satışdan əldə olunan pul vəsaiti hesabına 21748,09 (iyirmi bir min yeddi yüz qırx səkkiz dollar doqquz sent) ABŞ dolları əsas borc, 3432,69 (üç min dörd yüz otuz iki dollar altmış doqquz sent) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə, ümumilikdə 25200,78 (iyirmi beş min iki yüz dollar yetmiş səkkiz sent) ABŞ dolları qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 31 (otuz bir) manat və sənədlərin notarial qaydada təsdiqlənməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər iddiaçıya ödənilməsi qət edilmişdir. Eyni zamnda, hərracın yekunları barədə 42/02 №li xx.xx.2017-ci il tarixli protokolla Mingəçevir şəhər məhkəməsinin 2(051)-1695/2016 №li xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrasına əsasən ipoteka saxlayan iddiaçıya ipoteka predmetinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan 19125 manat qiymətlə tələbkar əldə etmək hüququnun bildirmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli müqavilə ilə sifarişçi, X2 məxsus olan Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən 10 №li evin 11 №li, satış qiyməti 19125 manat olan mənzili ipoteka saxlayanın tam mülkiyyətinə verməyi, ipoteka saxlayan isə həmin daşınmaz əmkalı qəbul edib onun dəyərini tam ödəməyi öhdələrinə götürmüş və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 10 №li evin 11 №li mənzili xx xxxxxx 2017-ci ildə tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizanın 8926 №li xx.xx.2018-ci il tarixli rəyinə əsasən cavabdehin xx.xx.2017-ci il tarixə olan borcu əsas borc üzrə 10247.41 ABŞ dolları, fazi borcu 9187.81 ABŞ dolları, cəmi 19435.22 ABŞ dolları borcu olması müəyyən edilmiş, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının 10809 №li, xx.xx.2019cu il tarixli rəyinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixə iddiaçıya olan borcu, əsas borc 10247.41 ABŞ dolları və 11800.89 ABŞ dolları faiz borcu olmaqla cəmi 22048.30 ABŞ dolları məbləğində müəyyən olunur. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni tərəflərə münаsibətdə düzgün həll etmişdir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-cimaddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəfin öhdəlikinə xitam verilir. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tləb etdiyi kredit borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə -mühasibatlıq ekspertizaları təyin etmiş, hər rəy verildikdən sonra iddiaçı tərəfindən tələbin həcminin artıqılması barədə ərizələrlə birinci instansiya məhkəməsinə müraciətlər edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbin həcminin artırılması barədə sonuncu ərizəsində tələb etdiyi məbləği 18% dərəcəsi ilə hesablanmış 10179.77 ABŞ dolları məbləğinin, məhkəmə-mühasibatlıq ekspertizasında müəyyən edilən 11800,89 ABŞ dollarından az olduğundan az olan məbləği əsas götürmüşür. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apelyasiya şikayətində iddianın rədd edilməsi üçün cavabdeh apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən məhkəməmühasibatlıq ekspertizaları keçirilmiş və müvafiq rəylər alınmışdır. Həmin rəylərin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bundan əalvə məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən apelyasiya şikayəti verilməmiş və məhkəmə kollegiyası həmin hissə üzrə araşdırma aparmamışdır. Beləliklə, məhkəmə kоllegiyаsı bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə apelyasiya şikayəti verən şəxslərə münasibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyətləri isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(051)-77/2019 qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən qüvvəsində saxlansın, onun tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-296/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-296/2020
09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver