Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-296/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(035)-355/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(035)-355/2020 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia təmin edilmiş, İddiaçı ümumi istifadədə olan su arxından istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilmə qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ümumi istifadədə olan su arxına yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlərlə təxminən 50 ildir ki, qonşudurlar. Özünün yaşadığı ev ata evidir, 1959-60-cı illərdə tikilmişdir. Cavabdehlərin yaşadığı ev əvvəllər Cavabdeh2nm qaynatasının olub, sonuncu sonradan ora gəlin gəlib və hazırda oğlu olan digər cavabdeh Ziya ilə həmin evdə yaşayırlar. Elə o vaxtdan, yəni təxminən 37-38 ildir ki, hazırda sözügedən su arxı mövcuddur. Hər iki həyətə, həm onun, həm də cavabdehlərin həyətinə su həmin arxdan gedir. Həmin su arxı ümumi istifadədə olan torpaq sahəsindən keçməklə hər birinin istifadəsindədir. Lakin, son bir-neçə ildir ki, cavabdehlər onun sözügedən su arxı ilə su aparmasına və həyətində olan ağacları, əkin sahəsini suvarmasına imkan vermirlər. Həmçinin cavabdehlər çirkab suları kauçuk boru vasitəsi ilə həmin su arxına axıdaraq onun təmiz sudan istifadəsinə maneçiliklər törətmişlər. Ona görə də bu barədə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etdikdən sonra cavabdehlər həmin boru xəttini ləğv etmişlər. Lakin cavabdehlər sözügedən boru xəttini ləğv etsələr də, onun su arxından istifadəsinə maneçilik törətməkdə davam edirlər. Dəfələrlə cavabdehlərə iradını bildirsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən cavabdehlər tərəfindən ümumi istifadədə olan su arxına yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayon Məlikli kəndində yaşayır. Yaşadığı ev əvvəllər hazırda mərhum qayınatasına mçəxsus olmuş və 1967-ci ildə tikilmişdir. Əvvəllər həmin həyətdə və evdə qaynı Qara ilə birlikdə yaşamışlar. Sonradan təxminən 32 il bundan qabaq, yəni 1986-1987-ci illərdə evi və həyəti öz aralarında bölüb ayırmışlar. Ona görə də özünə aid hissədə mişar daşından hasar çəkmiş, hamam-tualet və su hovuzu tikdirmişdir. İddiaçı onun qonşusudur. Hər ikisi ümumi su arxından və yoldan istifadə edir. Haqqında mübahisə qaldırdığı su arxı ümumi yolun kənarı ilə ona məxsus mişar daşından olan hasarın yanından keçir. Həmin su arxı təxminən 37-38 il bundan qabaq çəkilmişdir. Hazırda sözügedən su arxı ona ziyanlıq edir. Belə ki, su arxının yaxınlıqdan keçməsi nəticəsində mişar daşından olan hasarı və su hovuzu çatlamış, dəmir darvazası isə torpağın çökməsi nəticəsində demək olar ki, açılmır. Cavabdehdən başqa yerdən su arxı aparmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Bu barədə Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 18.07.2018-ci il tarixli qətnaməsinə əsasən onun hazırki iddiaçıya qarşı “su arxının ləğvi və alternativ su arxından istifadə edilməsinə” dair iddiası təmin edilməmişdir. Doğrudur əvvəllər özlərinə məxsus çirkab suları kauçuk boru vasitəsi ilə sözügedən su arxına axıtsalar da, iddiaçının 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciətindən sonra həmin boru xəttini ləğv etmişlər. Lakin, həmin su arxından iddiaçının su aparmasını istəmir və bundan sonra da imkan verməyəcəkdir. İddiaçı özünə başqa yerdən su arxı çəkib su aparsın. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 digər Cavabdeh2 izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır və həmin qətnamə prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməli və işə yenidən baxılmalıdır. İddiaçı onun qonşusudur. Hər ikisi ümumi su arxından və yoldan istifadə edirlər. İddiaçının haqqında mübahisə qaldırdığı su arxı ümumi yolun kənarı ilə ona məxsus mişar daşından olan hasarın yanından keçir. Hazırda sözügedən su arxı ona, yəni əmlakına ziyanlıq edir. Hal-hazırda həmin su arxının ona məxsus barının yanından kəçməsi səbəbindən daş barıda çatlar əmələ gəlmişdir. Belə ki, su arxının yaxınlıqdan keçməsi nəticəsində mişar daşından olan hasarı və su hovuzu çatlamış, dəmir darvaza isə torpağın çökməsi nəticəsində demək olar ki, açılmır. O, iddiaçıdan başqa yerdən su arxı çəkərək aparmasını və buna yolun digər tərəfindən imkan olduğunu xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Bu barədə Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də, həmin məhkəmənin 18.07.2018-ci il tarixli qətnaməsinə əsasən onun hazırki iddiaçıya qarşı “su arxının ləğvi və alternativ su arxından istifadə edilməsinə” dair iddiası təmin edilməmişdir. O, əmlakına ziyanlıq dəydiyindən iddiaçının həmin su arxından su aparmasını istəmir və bundan sonra da imkan verməyəcəyə. Yuxarıda qeyd etdiyi kimi iddiaçı özünə başqa yerdən su arxı çəkib su apara bilər. Çünki buna kifayət qədər imkanda var. İddiaçı yaşadığı ərazidən keçən yolun digər tərəfindən heç bir maneəsiz və təhlükəsiz bir qaydada özü üçün su arxı qazdıra bilər. Aralarında uzun müddətdən bəri davam edən bu mübahisəyə müsbət mənada son qoyulması ilə bağlı onlar rayonun bir sıra aidiyyəti qurumlarına müraciət etmişlər və buna cavab olaraq rayon Yol İstismar idarəsinin əməkdaşı sözügedən əraziyə baxış keçirmiş və iddiaçı M.Qüdəssərova yolun digər tərəfindən heç bir kimsəyə, əmlaka ziyanlıq vurmadan su arxının çəkilməsinin mümkünlüyünü ona izah etmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı suyu məhz onun barısının kənarından keçən arxdan aparacağını iddia etməklə suyu hazırki vaxta kimi həmin arxdan aparmağa davam edir. Nəticədə isə ona və onun əmlakına ciddi ziyanlıqlar dəyir. Tərəfindən qeyd olunan su arxının əvəllər mövcud olub- olmaması ilə bağlı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmişdir. İdarədə müraciətinə baxılmış, ərazidə müvafiq ölçü işləri aparılmış və müəyyən olunmuşdur ki, sözügedən həmin su arxı əvvəllər mövcud olmamış və bu səbəbdən də həmin arx xəritədə mövcud deyildir. Qeyd olunanlara sübut olaraq 16 saylı Ucar Ərazi İdarəsinə rəsmi sorğu verilməklə həmin rəy idarədən götürülə bilər. Bundan başqa iddiaçı M.Qüdəssərov beş ay bundan əvvəl yolun qarşısını 22 metr həcmdə kəsməklə orada mişar daşından hörgü işləri aparmaqla mağar inşa etmiş və bunun nəticəsində isə onun həyətinə gediş-gəliş üçün nəzərdə tutulan dəmir darvazanının qarşısı kəsilmişdir. Hər bir insan üçün onun evi, əmlakı dəyirlidir və həmin əmlaka ziyan vurulmasını istəməz. İddiaçı tərəfindən də onun əmlakına ciddi ziyanlıq vurulmasına baxmayaraq məhkəmə tərəfindən bu düzgün qiymətləndirilməmiş və bu səbəbdən də məhkəmə tərəfindən qanunsuz və əsassız qərar qəbul olunmuşdur. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(035)- 355/2020 nömrəli qətnaməsinin əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020ci il tarixli 2(035)-355/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(035)-355/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zərdab rayon Məlikli bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.01.2020-ci il tarixli və 01.07.2020-ci il tarixli məktublardan görünür ki, İddiaçı istifadə etdiyi su arxı ümumi istifadə olunan torpaq sahəsidir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-550/2018 saylı, 18 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki Cavabdeh2 hazırki İddiaçı qarşı “su arxının ləğvi və alternativ su arxından istifadə edilməsinə” dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Kostitusiyasının 60, 71 və 72.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1, 157.4, 157.8 və 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.2, 47.3, 47.7, 84.1 və 84.3-cü maddələrinə və “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsində ücüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını təmin etmək Mülki Məcəllənin məqsədi kimi, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək isə Mülki Məcəllənin əsas vəzifələrindən biri kimi müəyənləşdirilmişdir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəlləni 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfat daxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəlləni 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “mülki və torpaq qanunvericiliyin müddəalarından da göründuyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə eldiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər”. Birinci instansiya məhkəməsinin araşdırmalarəı zamanı müəyyən olunmuşdur ki, sözügedən su arxı ayaqla ölçüldükdə təxminən 63 m uzunluğunda, 01-1.5 m enində olmaqla naturada mövcuddur. Həmin su arxı boyunca yerləşməklə su arxından 1.5-2 m aralıda cavabdehlərə məxsus mişar daşından olan hasar və su hovuzu, hamam və ayaqyolu, dəmir darvaza vardır. Su arxı cavabdehlərə məxsus hasardan çöldədir. Su arxına paralel olmaqla iddiaçının həyətinə avtomobil yolu keçir. Su arxına çıxışı olan sonradan ləğv olunmuş boru xəttinin izləri vardır. Sözügedən su arxı təxminən 37-38 il bundan qabaq çəkilmiş və tərəflərin hər ikisinin ümumi istifadəsindədir. Sözügedən su arxı iddiaçıya məxsus hasardan kənarda yerləşməklə ümumi istifadədə olan ərazidədir. Ərazidə əlavə alternativ su arxı yoxdur. Sözügedən su arxı tərəflərdən heç birinin mülkiyyətində deyildir və bələdiyyənin mülkiyyətinə aid olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuşdur. İddiaçı cavabdehlərdən sözügedən su arxına yaradılan maneənin aradan qaldırılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəmə iclasında bundan sonra da iddiaçının həmin su arxından istifadəsinə maneçilik törədəcəklərini bildirmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin hər ikisinin həmin su arxından istifadə etmək hüququ vardır, cavabdehlərin sözügedən su arxından iddiaçının istifadəsinə maneçilik törətmələri iddiaçının təsərrüfatdan məhrum edilməsinə gətirib çıxara bilər ki, bu da onun qanunla qorunan hüquq və mənafeyinin pozulması deməkdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında sübüta yetirə bilmişdir. Cavabdehlər iddianı qəbul etmədiklərini bildirsələr də, iddiaçıya məxsus həyətyanı sahəyə gedən, ümumi istifadə üçün nəzərdə tutulan su arxından iddiaçının istifadəsinə maneçilik törətmələrinin hüquqi əsasının olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(107)-296/2021 nömrəli qərardadı ilə iş üzrə rəy verilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq 21 may 2021-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin 220 nömrəli, 5 may 2021-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Zərdab rayonu, Məlikli kəndində yerləşən, JN-220A kod-90510018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə (İsmayılov) İddiaçı ailə üzvlərinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin ərazinin ümumi xəritəsinə görə natura üzərində olan faktiki məkan göstəriciləri dəqiqləşdirilmişdir. Zərdab rayonu, Məlikli kəndində yerləşən, JN-219A kod 90510018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X1 verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin ərazinin ümumi xəritəsinə görə natura üzərində olan faktiki məkan göstəriciləri dəqiqləşdirilmişdir. Zərdab rayonu, Məlikli kəndində yerləşən, JN-221A kod 90510018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X2 onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh1, onun ailə üzvlərinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin ərazinin ümumi xəritəsinə görə natura üzərində olan faktiki məkan göstəriciləri dəqiqləşdirilmişdir. İddia predmeti olan su arxının keçdiyi torpaq sahəsi ərazinin ümumi xəritəsinə görə ümumi istifadədə olan torpaq sahəsi olmaqla (gediş-gəliş yerləri) bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir. Həmin mübahisəli ərazidən keçən su arxı başlanğıc hissədə 4.7 metr, orta hissədə 3 metr, son - qapı tərəfdə 0.7 metr daş hasar tikilisindən aralı məsafədə ümumi gediş-gəliş yolunun kənarında yerləşir. Faktiki məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə aerofotoplan üzərində tərtib olunmuş planda aydın şəkildə göstərilmişdir. Mübahisələndirilən su arxında faktiki olaraq su olmadığı üçün Ekspertiza tədiqatı zamanı cavabdehlərin - Cavabdeh1 və onun anası Cavabdeh2 iddiaçının - İddiaçı və onun ailə üzvlərinin həmin su arxından istifadə etmələrinə maneəçilik törətməsini müəyyənləşdirmək mümkün olmamışdır. Əraziyə baxış zamanı İddiaçı evinə və həyətyanı torpaq sahəsinə daha münasib hesab edilə bilən başqa istiqamətdən su xəttinin mövcud olmaması müəyyənləşdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(035)-355/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(035)-355/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-296/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-296/2021
07.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver