Məhkəmə qərarları › İş №2(107)-298/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-298/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-298/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və və ipoteka qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(075)- 1327/2020 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmiş, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməsi və əmlakın yüklülükdən azad edilməklə ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olan, Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış binası üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, X3 əsas borc öhdəliklərinin təminatı kimi onunla Cavabdeh1 ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Borc ödənilmədiyindən əmlak hərraca çıxarılmış, lakin əmlak hərracda satılmamış və tələbkar tərəfindən də alınmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X7 Cavabdeh1 ASC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Eyni zamanda həmin müqavilənin təminatı kimi onun mülkiyyətində olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. X1 borc öhdəliklərini icra etməmiş, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən X2 165143 manat məbləğində əsas, 34169,16 manat məbləğində faiz, həmçinin illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın ona məxsus əmlaka yönəldilməsi qət edilmişdir. İpoteka predmeti “X4 Mərkəzi” tərəfindən iki dəfə hərraca çıxarılmış, daha sonra tələbkara təklif olunmuşdur. Lakin tələbkar LPO Cavabdeh1 ASC ipoteka predmetini almamış, əmlak satılmamış hesab edilərək icra şöbəsinə qaytarılmışdır. Bundan sonra icra sənədi icrası mümkün olmayan hesab edilərək məhkəməyə qaytarılmışdır. Odur ki, qanunvericiliyin tələbinə əsasən mülkiyyətində olan əmlak üzrə ipotekaya xitam verilməli və həmin ipoteka predmeti yüklülükdən azad edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi xx xxxx 2019-cu il tarixdə icraatına daxil olmuşdur. İcra sənədinə əsasən X2 xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169.16 manat məbləğində faiz, xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcu olmaqla, cəmi 203051.16 manat pul vəsaiti tələbkar Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfinin təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X2 tutularaq “X22” MMCnin hesablaşma hesabına köçürülməlidir. Tutma Həmidov Silahəddin Sadəddin oğlu, X8 və İddiaçı mülkiyyətində olan ipotekaya qoyulmuş, müvafiq olaraq Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinə və 0.027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv,m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsinə 28.8 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməlidir. Həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri- yaşayış sahəsi açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri yaşayış sahəsinin dəyərindən borclu X3 Cavabdeh1 ASC-yə və “X22” MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq borclular Həmidov Silahəddin Sadəddin oğlu, X9 və İddiaçı qaytarılmalıdır. İpoteka predmentini təşkil edən Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0.027 ha torpaq sahəsinin ilkin satış qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 124.4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq səhəsinin ilkin satış qiyməti 80000 manat, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməlidir. Fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. X2 apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilən əmlakların açıq hərracda satışının təşkil edilməsi məqsədi ilə tərəfindən xx xxx 2019-cu il tarixdə “X4 Mərkəzi” MMC-yə hərrac sifarişi göndərilmiş, “X4 Mərkəzi” MMC xx xxxx 2020-ci il tarixli məktubla Cavabdeh2nə müraciət edərək hərrac zamanı alıcı olmadığı üçün əmlakların satılmadığını bildirmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinin icrası mümkün olmamış, xx xxxxxx 2020-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh LPO Cavabdeh1 ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4 Mərkəzi” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X13 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X13 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyillər. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edilən qanununun 42.1-ci maddəsinə istinad etsə də nədənsə həmin maddənin tələbinə əsasən ipoteka saxlayanın hərracın keçirilməsi barədə məlumatının olub-olmamsını və eyni zamanda hərracın keçirilməsi barədə bildirişin əldə edib-etməmsini aydınlaşdırmamış və bununla bağlı qətnamədə hər-hansısa bir sübut öz əksini tapmamışdır. Halbuki, həmin qanunun 42.1-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Lakin X4 Mərkəzi MMC tərəfindən xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə açıq hərrac keçirilsədə bununla bağlı hər hansısa bir bildirişi ipoteka saxlayana verilməmiş və nəticədə ipoteka saxlayan bundan məlumatsız olmuşdur. Belə deməyə əsas verir ki, hər iki hərracın keçrilməsindən ipoteka saxlayan tam məlumatsız olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəm kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər-ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, Cavabdeh2 nümayəndəsi, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X4 Mərkəzi” MMC-nin nümayəndəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh-ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə оlаn Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə оlаn Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, icra sənədinə əsasən X2 xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169.16 manat məbləğində faiz, xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcu olmaqla, cəmi 203051.16 manat pul vəsaiti tələbkar Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfinin təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X2 tutularaq “X22” MMC-nin hesablaşma hesabına köçürülməlidir. Tutma Həmidov Silahəddin Sadəddin oğlu, X8 və İddiaçı mülkiyyətində olan ipotekaya qoyulmuş, müvafiq olaraq Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinə və 0.027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv,m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsinə 28.8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri- yaşayış sahəsi açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri yaşayış sahəsinin dəyərindən borclu X3 Cavabdeh1 ASC-yə və “X22” MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq borclular Həmidov Silahəddin Sadəddin oğlu, X9 və İddiaçı qaytarılmalıdır. İpoteka predmentini təşkil edən Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0.027 ha torpaq sahəsinin ilkin satış qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 124.4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq səhəsinin ilkin satış qiyməti 80000 manat, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməlidir. Fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. X2 apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İşdə оlаn Cavabdeh2 xx xxxx 2019- cu il tarixli icraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İşdə оlаn “X4 Mərkəzi” MMC-nin xx xxx 2019-cu il tarixli, 573 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satışının xx xxxx 2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İşdə оlаn “X4 Mərkəzi” MMC-nin xx xxxx 2019-cu il tarixli, 656 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 23800 manat məbləğində müəyyən edilməklə açıq hərracdan təkrar satışının xx xxxx 2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İşdə оlаn “X4 Mərkəzi” MMC tərəfindən Cavabdeh2nə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 226 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin hərrac zamanı alıcısı olmadığı üçün əmlak satılmamış, qanunvericiliyə müvafiq qərar qəbul edilməsi üçün qaytarılmışdır. İşdə оlаn Cavabdeh2 icra məmuru Nümayəndə “icrası mümlün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi icrası mümkün olmadığından geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il qərarına və Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il qərarında əksini tapmışdır. Qeyd edilən qərarda deyilir: bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 459/2018 nömrəli, xx xxxxxxxx 2018-ci ilə İddiaçı xüsusi mülkiyyətində olan, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan götürülmüş vəsait hesabına X3 LPO “xxxx” ASC-yə olan kredit borclarının, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumlarının ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyanlara verilməsi qət edilmiş, xx xxxxxx 2019-cu il tarixdə qətnamə icra edilməsi üçün Cavabdeh2nə göndərilmiş, “X4 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclar zamanı Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi satılmamış və iş qanunvericiliyə uyğun olaraq Cavabdeh2nə qaytarılmışdır. Göründüyü kimi “X4 Mərkəzi” MMC tərəfindən təkrar hərrac keçirildikdən 30 gün müddətində ipoteka saxlayan LPO Cavabdeh1 ASC ipoteka predmetini əldə etməmiş, ipoteka qoyan hazırkı iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan, Şəki şəhəri, X21 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilməli və həmin ipoteka predmeti ipoteka ilə yüklülükdən azad edilməlidir. İddiaçı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsinin də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X13 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, xx.xx.2014-cü il tarixli, GY-0095 nömrəli «Kredit müqaviləsi» üzrə öhdəlik tam şəkildə yerinə yetirilmədiyindən iddiaçı LPO Cavabdeh1 AS C cavabdehlər X12, X10, X5 və İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2344/2017 saylı qətnaməsi ilə iddiaçı LPO Cavabdeh1 ASC-nin iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qaldığından cavabdeh X11 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılarkən ipoteka predmeti olan əmlakların likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 191 nömrəli ekspert rəyinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28,04.2012-ci il tarixli, MA seriyalı, ******* №-İi çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus, ümumi sahəsi 28.8 kv.m olan, Şəki şəhəri, X21 prospekti, 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinə uyğun likvid qiyməti 26000 manat müəyyən edilmişdir. Göründüyü kimi 2(107)-298/2021 saylı mülki iş üzrə İddiaçı mübahisələndirdiyi Şəki şəhəri, X21 prospekti, 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsi digər öhdəliklə yanaşı xx.xx.2014-cü il tarixli, GY-0095 nömrəli «Kredit müqaviləsi» üzrə də ipoteka ilə yüklü edilmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı LPO Cavabdeh1 ASC-nin cavabdehlər X12, X10, X5 və İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(103)-14/2021 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alana qədər, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Cavabdeh2nə qarşı mülkiyyətində olan Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilən Şəki şəhəri, X21 prospekti, 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan, qeyri-yaşayış binası üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair 2(107)- 298/2021 saylı mülki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası həmin ərizə ilə bağlı hesab etmişdir ki, qeyd olunan iş üzrə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi hazırki iş üzrə ipotekaya xitam verilməsi ilə əlaqəli və bir-birindən asılı olmadığından hazırki iş üzrə icraat dayandırılmasına əsas yoxdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X13 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar