Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-298/2025 10.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankın Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi) X5 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankın Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Zaqatala rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 nömrəli qətnaməsindən Cavabdeh (nümayəndəsi və Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Zaqatala rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(033)-624/2012 nömrəli qərardadından Cavabdeh (nümayəndəsi və Vəkil) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: “Xalq” Bank ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 25 iyun 2009-cu il tarixli 082012/0314/09/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehə məxsus olan Zaqatala şəhəri, Sülh küçəsində ev 3-də, 4 bloklu binanın 2-ci blokunda, 5 mərtəbəli binanın 3-cti mərtəbəsində yerləşən ümumi sahəsi 103, 15 kv.m, 61,1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzilə tutmanın yönəldilməsini və cavabdehin 25 iyun 2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 48201,53 (qırx səkkiz min iki yüz bir manat 53 qəpik) manat məbləğində əsas borc məbləğinin, 528,43 (beş yüz iyirmi səkkiz manat 43 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, kreditin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2012-ci il tarixinə qədər hesablanmış 4818,79 (dörd min səkkiz yüz on səkkiz manat 79 qəpik) manat məbləğində cərimə faizlərin, cəmi 53548,75 (əlli üç min beş yüz qırx səkkiz manat 75 qəpik) manat məbləğinin və xx.xx.2012-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14 (on dörd) faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 (otuz iki) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 saylı qətnaməsi ilə iddia təmin edilərək, 25 iyun 2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 48201,53 (qırx səkkiz min iki yüz bir manat 53 qəpik) manat məbləğində əsas borc məbləği, 528,43 (beş yüz iyirmi səkkiz manat 43 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, kreditin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2012-ci il tarixinə qədər hesablanmış 4818.79 (dörd min səkkiz yüz on səkkiz manat 79 qəpik) manat məbləğində cərimə faizləri, cəmi 53548,75 (əlli üç min beş yüz qırx səkkiz manat 75 qəpik) manat kredit borcu və xx.xx.2012-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14 (on dörd) faiz dərəcəsi ilə hesablanan cərimə faizləri və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 (otuz iki) manat məbləğində çəkilmiş xərclər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ASC “Xalq” Bankına qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Zaqatala şəhəri, Sülh küçəsində ev 3-də, 4 bloklu binanın 2-ci blokunda, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 103, 15 kv.m, 61.1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq realizə edilməsi, qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması qət edilmişdir. Cavabdeh nümayəndəsi və Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı “Xalq” Bank ASC-nin Cavabdeh qarşı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-624/2012 saylı qərardadı ilə Zaqatala rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və Vəkil xx.xx.2024-cü il tarixdə həmin qətnamədən yenidən apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)- 624/2012 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı “Xalq” Bank ASCnin Cavabdeh qarşı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(033)-624/2012 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və Vəkil verdiyi apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması, Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 (on beş) manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh geri qaytarılması, Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 nömrəli qətnaməsindən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən müddətin buraxılmasının səbəbinin üzürlü olmasına dair buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət edə bilmək hüququnun Cavabdeh izah edilməsi qərara alınmışdır. Cavabdeh (nümayəndəsi və Vəkil) qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermiş, 2(033)-624/2012 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı ləğv edib, şikayətə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli 2(033)-624/2012 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ASC “Xalq” Bankı şikayətə etirazında Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Zaqatala rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(033)- 624/2012 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli 2(033)-624/2012 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-624/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi 05 dekabr 2012-ci il tarixdə Zaqatala rayon İcra qrupuna verilmiş, Zaqatala rayon İcra Qrupunun icra məmuru Fazil Damanov tərəfindən xx.xx.2012-ci il tarixdə “icraata başlama haqqında” qərar qəbul edilmiş və müvafiq bildirişlə borclu Cavabdeh və tələbkara göndərilmişdir. Həmçinin xx.xx.2012-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi barədə” qərarla Cavabdeh məxsus mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsi dəvət edilmiş, "xxxx" MMC-nin 20 iyun 2013-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən ipoteka predmetinin dəyəri 40000 manat müəyyən edilmiş, Zaqatala rayon İcra qrupunun 2013-cü ilin sentyabr ayında göndərdiyi sifarişə əsasən ipoteka predmeti satış üçün "xxxx" MMC-yə göndərilmiş, həmin hərrac mərkəzinin Y-394 saylı hərracın nəticələrinə dair protokola əsasən ipoteka predmeti tələbkar tərəfindən 25500 manata qəbul edilmiş, “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə həmin ipoteka predmeti tələbkarın mülkiyyətinə verilmiş, xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən əmlak X1. Eyni zamanda Zaqatala Mənzil-Kommunal Təsərüfat Birliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, qeyd edilən məzildə Cavabdeh ailəsi ilə birgə qeydiyyatda olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 saylı qətnaməsindən məlumatsız olmasını ağlabatan hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisədən, məhkəmənin icraatında işin olmasından məlumatlı olmuşdur. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 12 ildən artıq müddət keçdikdən sonra 07 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlamış və 09 oktyabr 2024-cü il tarixdə qətnamənin surətini almış və 21 oktyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mülki proses tərəflərinin məhkəmə aktlarından şikayət vermək hüququ olsa da, bu hüquq digər şəxslərin hüquqlarının pozmaqla həyata keçirilməməlidir. Heç bir kəs öz hüququndan sui-istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Şikayət onunla əsaslandırılmışdır ki, mövcud olan iş materiallarında həm məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin, həm də icra mərhələsinin bildirişlərinin borcluya çatması barədə bir dənə də olsun sənəd yoxdur. Bir neçə məhkəmə iclası keçirilib. Daha sonra icra üzrə müxtəlif məktublar göndərilib. Əgər həmin sənədlərdən yalnız birinin borcluya çatdırılması barədə iş materiallarında sənəd olmuş olsa idi o zaman hesab etmiş olardılar ki, digər sənədlər də çatıb. Lakin göründüyü kimi bu belə deyildir. İş materiallarında belə bir sənəd mövcud deyildir. Borclu şəxs yalnız yuxarıda qeyd etdiyi kimi 2024-cü ildə Qax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı və həmin tarixli tələbin könüllü icrası barədə bildirişi əsasında mübahisəli qətnamədən xəbərdar olmuşdur. Şikayətə etiraz onunla əsaslandırılmışdır ki, hazırkı halda Cavabdeh tərəfindən Qətnamənin çıxarılmasından 12 ildən artıq müddət keçdikdən sonra ondan apellyasiya şikayətinin verilməsi mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini, habelə Bankın hüquqlarını pozur. Çünki Qətnamə uzun illər bundan əvvəl icra edilmiş, yəni Cavabdeh müvafiq Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək məqsədilə ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 20 №-li mənzil (bundan sonra “Mənzil” adlandırılacaq) hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarda satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Mənzilin alqı-satqısı Hərrac təşkilatçısı, Zaqatala Rayon İcra Şöbəsi və Bank tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli Y-394 nömrəli Hərracın yekunları barədə protokol və iddiaçı ASC "Xalq” Bankı ilə Hərrac təşkilatçısı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Bundan sonra Mənzil xx.xx.2017-ci il tarixli. ******* №-li "Daşınmaz əmlakın alqı-satqısı haqqında" müqavilə əsasında Bank tərəfindən X1. Bundan əlavə, Mənzilin Bank tərəfindən başqa şəxs satılması, habelə Zaqatala Mənzil- Kommunal Təsərüfat Birliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən Cavabdeh həmin mənzildə qeydiyyatda olmuş olması faktı Cavabdeh Qətnamə barədə ən azı 2017-ci ildən məlumatlı olduğunu təsdiq edir. Çünki bu qədər uzun müddət ərzində ona məxsus olmuş Mənzildə başqa şəxsin yaşamasından onun məlumatsız olması və bunun səbəblərini bilməməsi ağlabatan deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Apellyator olan cavabdehə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. Mülki işin ikinci cil 195-196-cı vərəqələrində olan Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 saylı icra vərəqəsinin icrası üzrə keçirilmiş hərracın nəticələri haqqında 23 dekabr 2013-cü il tarixli Y-394 nömrəli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 20 nömrəli mənzil açıq hərracda ipoteka saxlayan ASC “Xalq” Bankı tərəfindən əldə edilmişdir. Mülki işin ikinci cil 197-ci vərəqəsində olan daşınmaz əmlakın allqı-satqısına dair 19 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki, ASC “Xalq” Bankı tərəfindən mülkiyyətində olan, Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 20 nömrəli mənzil X1. Kollegiya hesab edir ki, cavabdehin şikayətində göstərdikləri inandırıcı deyildir. Belə ki, məhkəmə kollegiyasının arşadırmaları ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan və özü də daxil olmaqla ailə üzvlərinin də qeydiyyatda olduqları mənzil Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli 2(033)-624/2012 nömrəli qətnaməsinin icrası üzrə verilmiş icra sənədinin icrası üzrə 23 dekabr 2013-cü il tarixldə açıq hərracda satılmış, sonra həmin əmlak ASC “Xalq” Bankının mülkiyyətinə rəsmiləşdirilmiş, daha sonra isə ASC “Xalq” Bankı tərəfindən digər bir vətəndaşa satılmışdır. Nəzərə alınmalıdır ki, mənzilin bank tərəfindən 19 oktyabr 2017-ci il tarixdə digər bir vətəndaşa satılmaqla həmin mənzil ən azından ötən 7 il müddətində digər bir şəxsin (şəxslərin) mülkiyyətində olmaqla, həm də istifadəsindədir. Beləliklə 2012-ci ildən sonra ötən 12 ilə yaxın bir müddət ərzində cavabdehin özünə məxsus mənzilin kimin istifadəsində olması ilə bağlı maraqlanmaması inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Məhkəmə Kollegiyası şikayətin, ona etiarazın dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Zaqatala rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(033)-624/2012 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(033)- 624/2012 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh (nümayəndəsi və Vəkil) tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(033)-624/2012 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-298/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-298/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver