Məhkəmə qərarları › İş №2(107)-299/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-299/2025

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-299/2025 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankın cavabdeh Cavabdeh qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Iddiaçı - İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankın nümayəndəsi Nümayəndə, Cavabdeh - Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankın cavabdeh Cavabdeh qarşı “##.##.2014-cü il tarixli *************** nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)- **/**** saylı qətnaməsindən iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. Işin halları

1. Iş materiallarında оlаn Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “xxxx” Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, ** nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, ** nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC “xxxx” Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Iş materiallarında оlаn Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirimədən saxlanılmışdır. Cavabdeh Cavabdeh nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

3. Iş materiallarında оlаn Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2018-ci il tarixli, *(***)-****/** saylı qərarından görünür ki, iddiaçı ASC “xxxx” Bank tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə ## ###### 2017-ci il tarixli, *(***)-****/** saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Iş materiallarında оlаn ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “xxxx” Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, ** nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, ** nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC “xxxx” Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Iş materiallarında оlаn icraata başlamaq haqqında ## ###### 2017-ci il tarixli, qərardan görünür ki, Mingəçevir şəhər icra şöbəsinin böyük icra məmuru R X5 ## ###### 2017-ci il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş *(***)- *** saylı, ## ###### 2017-ci il tarixli, icra sənədinə baxaraq icraatına başlamışdır.

6. Iş materiallarında оlаn ASC “xxxx” Bankının ##.##.2019-cu il tarixli, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə məktubundan görünür ki, cavabdeh X6 ilə Bank arasında hissəhissə ödənişlərə dair razılıq əldə edildiyinə görə Mingəçevir şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi üzrə icra icraatını müvəqqəti dayandırmalarını və bu barədə Banka məlumat verilməsini xahiş etmişdir.

7. Iş materiallarında оlаn ASC “xxxx” Bankının ##.##.2020-ci il tarixli, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə məktubundan görünür ki, cavabdeh X6 ilə Bank arasında hissəhissə ödənişlərə dair razılığı pozduğuna görə Mingəçevir şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qərarının icrasını davam etdirməklərini və bu barədə Banka məlumat verilməsini xahiş etmişdir.

8. Iş materiallarında оlаn ASC “xxxx” Bankının ##.##.2021-ci il tarixli, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə məktubundan görünür ki, qətnamə üzrə ödənilməsi müəyyən edilmiş borc məbləği cavabdehlər tərəfindən ödənildiyindən “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsindən göstərilən qətnamə üzrə tərəfindən aparılmaqda olan iş üzrə icraata xitam verilməsini və bu barədə banka məlumat verilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankı cavabdeh Cavabdeh qarşı ##.##.2014-cü il tarixli, *************** saylı Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Saziş üzrə cavabdeh Cavabdeh iddiaçı ASC “xxxx” Bankı qarşısında 14 062,28 (on dörd min altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində ##.##.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, ##.##.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 354,30 (on doqquz min üç yüzəlli dörd ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 189 (bir yüz səksən doqquz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən Iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır.

10. Iddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «xxxx» Bankı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli, *************** saylı Kredit müqaviləsinə müvafiq olaraq Iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödəmək şərtilə 25 000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra cavabdeh Cavabdehla Iddiaçı arasında «##.##.2014-cü il tarixli, *************** saylı Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair» ##.##.2015-ci il tarixdə Saziş bağlanmışdır. Qeyd edilən sazişlə iddiaçı və cavabdeh Cavabdeh sonuncunun Kredit müqaviləsi üzrə Bank qarşısındakı ##.##.2015-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Beləliklə, Sazişə əsasən kredit üzrə əsas borcun məbləği ##.##.2015-ci il tarixinə 21 697,47 (iyirmi bir min altı yüz doxsan yeddiABŞ dolları 47 sent) ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti ##.##.2020-ci il tarixinədək uzaldılmışdır. Saziş üzrə borc alan cavabdeh Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC «xxxx» Bankı ilə digər cavabdeh X3 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, ** nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, ** nömrəli mənzilin ipoteka qoyulması barədə ##.##.2014-cü iltarixli, ***************/ip saylı Ipoteka müqaviləsi (həmin Müqaviləyə ##.##.2015-ci il tarixli, ** saylı Əlavə Saziş nəzərə alınmaqla) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “xxxx” Bankı Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Sazişdən irəli gələn tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə cavabdeh Cavabdeh 21647,47 ABŞ doları məbləğində əsas, 4657,52 ABŞ dolları məbləğində hesablanmış faiz və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 26364,99 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “xxxx” Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, ** nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, ** nömrəli mənzilə yönəldilməsi, Mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh Banka olan borcunun ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 24 (iyirmi dörd) manat məbləğində rüsum Cavabdeh alınıb iddiaçı ASC «xxxx» Bankının hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Qətnamə isə dəyişdiriləmədən saxlanılmışdır. Bundan sonra Bank tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikasının Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 07 senyabr 2018-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən cavabdeh Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, Cavabdehin Kredit müqaviləsi üzrə Iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi ##.##.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Sazişin 1.8-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması ##.##.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, ##.##.2020-ci il tarixinə bu məbləğ 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları təşkiledir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Iddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, qərarında öztəsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilməsinə qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni ##.##.2020ci il tarixdən əsas borcun ödənildiyi ##.##.2021-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (##.##.2020-ci il) əsas borcun ödənildiyi tarixədək (##.##.2021-ci il) olan dövr üçün müvafiq məbləğ 554,84 (beş yüzəlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair ##.##.2021-ci il tarixli, *** saylı Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı bankın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh verdiyi izahatında göstərmişdir ki, banka olan borcunu tam şəkildə ödəmişdir. Işə xitam verilmişdir. Hesab etmişdir ki, banka heç bir borcu qalmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) ## ######## 2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə iddia rədd edilmiş, ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat məbləğində məhkəmə xərci ASC “xxxx” Bankından tutularaq dövlət büdcəsi hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların, ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb edilməsi Mülki Məcəllənin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borcunu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri də başa çatmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Icra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas vermişdir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir.

17. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 399.3, 560.1, 560.2-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsinin Plenmunun “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarına, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

18. Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankı apellyasiya şikayəti vermişdir.

Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən, iddianın təmin edilməyən ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) dollarına aid hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) dolları borc icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçı ASC “xxxx” Bankının hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun yarısını təşkil edən 94,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 50 manatın 25 manatı iddiaçı ASC “xxxx” Bankından, 25 manatı isə cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı ##.##.2020-ci ildən ##.##.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dollarına aid hissədə təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Bankın kredit müddətinin bitdiyi ##.##.2014-cü il tarixdən əsas borcun tam olaraq ödənildiyi ##.##.2020-ci il tarixədək hesablanmış 4.737,18 ABŞ dolları məbləğində penyanı tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etməmiş və iddianın ##.##.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4.737,18 ABŞ dolları məbləğində penyanın tutulması hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilərdi.

22. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış ##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinin müddəti ##.##.2018-ci il tarixdə bitmişdir. Iddiaçı müqavilə müddətinin bitməsindən sonra ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 4.737,18 ABŞ dolları təşkil edən cərimə faizlərini tələb etmişdir ki, bunda da haqlı deyildir. Belə ki, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə 10 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulması qət edilmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyinin əsassız olmasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılmasına dair mövqeyi əsassız olmuşdur. Bu da Mülki Məcəlləsinin 449.4-cü maddəsində öz təsdiqini tapmışdır.

24. Məhkəmə kollegiyası kredit müqavilənin 5.2-ci bəndində göstərilənlərinə əsasən qeyd etmişdir ki, apellyasiya şikayətinin kredit müddətinin bitdiyi ##.##.2020-ci il tarixdən əsas borcun tam olaraq ödənildiyi ##.##.2021-ci il tarixinədək hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanı tələb etməkdə haqlı olmasına dair dəlili ilə qismən razılaşaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini diqqətə almayaraq, “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarını səhv təfsir edərək cavabdehin Banka heç bir borcunun olmaması nəticəsinə gəlmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsində tutulması qət edilmiş ##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmişdir. Iddiaçı hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlı olmuşdur.

26. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli, ***-**/*-*/****/**** nömrəli ekspert rəyinə əsasən, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Iddiaçı tərəf tələbində ##.##.2020-ci ildən ##.##.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzini tələb etmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında ##.##.2020ci ildən ##.##.2021-ci il tarixədək Banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli, *-**-**/*-*/****/**** nömrəli ekspert rəyində göstərilən illik 5 faiz dərəcəsi ilə müəyyən olunmuş məbləğ əsas götürülməlidir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 21.2, 385.1, 386.1, 421.2, 421.3, 442, 443, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 739.1, 739.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

29. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən - iddianın ## ####### 2020-ci il tarixədək hesablanmış adi faiz borcu tələbinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

31. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.” Hesab edirlər ki, məhkəmənin “cavabdehin borcu ödədiyi vaxtdan cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, işə məhkəmə iclasında baxılarkən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan ##.##.2014-cü il tarixli *************** №-li Kredit müqaviləsi üzrə 21697,47 ABŞ dolları məbləğində əsas borcdan, 4657,52 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, 10 ABŞ dolları məbləğində penyadan ibarət olan cəmi 26364,99 ABŞ dolları məbləğində borcun ödənilməsi, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği ##.##.2017-ci il tarixinədək hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi ##.##.2020-ci il tarixinədək hesablanmış adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi ##.##.2020-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi ##.##.2021-ci il tarixinədək hesablanmış əldən çıxmış faydanın və ##.##.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış penyanın cavabdeh Cavabdeh tutulması ilə bağlıdır. Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq iddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var. Qeyd olunanlara əsasən hesab edirlər ki, onların yalnız Bankın tələb etdiyi 4737,18 ABŞ dolları məbləğində penya maliyyə sanksiyası kimi qiymətləndirilə bilərdi. Əgər, birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə yüksək hesab edərdisə, onu MM-nin 467-ci maddəsinə müvafiq olaraq azaltmaq səlahiyyətinə malik idi. Belə ki, qeyd olunan normanın tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buradan da görünür ki, məhkəmə MM-in 467-ci maddəsinin tələblərini pozaraq Bankın penya barədə tələbini ümumiyyətlə təmin etməmişdir. Iş üzrə ik dəfə məhkəməmühasibatlıq ekspertizası təyin edilsə də qətnamədə ekspertizanın keçirilməsi və ekspertin rəyin barədə heç bir məlumat qeyd edilməmişdir. Buradan belə bir sual çıxır “əgər məhkəmə Bankın iddia tələbini rədd edəcək idisə, o zaman, nə üçün iş üzrə iki dəfə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir?”. Bundan əlavə, iddiaçı ASC «xxxx» Bankı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** №-li ekspert rəyi ilə bağlı yazılı etiraz verilsə də, məhkəmə Bankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini rədd etmiş və vəsatəti rədd edərkən MPM-in 102.3-cü maddəsinin də tələblərini pozmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş cavabdeh Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə dair hal sübut edilməmişdir. Çünki, bank tərəfindən Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə ünvanlanmış ##.##.2021-ci il tarixli məktub bankın hazırkı tələbi üzrə iş aiddiyəti olmadığı üçün cavabdeh Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edən sübut hesab oluna bilməz. Qeyd edilən məktub Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair saziş üzrə cəmi 26364,99 ABŞ dolları məbləğində borcun cavabdeh Cavabdeh tərəfindən ödənildiyini göstərir və yalnız bu faktı təsdiq edən sübut kimi çıxış edə bilər. Başqa sözlə müvafiq məktub cavabdeh Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə 21697,47 ABŞ dolları məbləğində əsas borcun, ##.##.2017-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 4657,52 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, 10 ABŞ dolları məbləğində penyanın ödənildiyini təsdiq edir. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi ##.##.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14062,28 ABŞ dolları məbləğində adi faizlərin, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin, ##.##.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4737,18 ABŞ dolları məbləğində penyanın cavabdeh Cavabdeh tutulması ilə bağlıdır. Ona görədə həmin məktubun bu işə aidiyyəti yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 94,50 (doxsan dörd manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

33. Məhkəmə kollegiyasınını iclasında İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

37. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

38. Hazırkı icraat çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın ## ####### 2020-ci il tarixədək hesablanmış adi faiz borcu tələbinin rədd olunmasına dair hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

42. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

43. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

45. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

46. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

47. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

48. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

49. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

50. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

51. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

52. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

56. Maddə 115.0.1. Işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

57. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

60. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

62. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

65. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

66. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

69. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

70. Müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında ## #### 2014-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 25000 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında saziş bağlanmışdır. Sazişə əsasən kredit üzrə əsas borcun məbləği ##.##.2015-ci il tarixinə 21697,47 ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti ##.##.2020-ci il tarixinədək uzadılmışdır. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh və ipoteka qoyan arasında həmin tarixdə ipoteka predmeti olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, ** nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində ** nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “xxxx” Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, ** nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, ** nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC “xxxx” Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. iddiaçı ASC “xxxx” Bank kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2018-ci il tarixli, *(***)-****/** saylı qərarı ilə iddiaçı ASC “xxxx” Bank tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə ## ###### 2017-ci il tarixli, *(***)-****/** saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Iş icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Iddia ərizəsinin məzmunun da görünür ki, cavabdeh tərəf iddiaçı banka olan borcunu tam şəkildə ödəmişdir.

71. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən - iddianın ## ####### 2020-ci il tarixədək hesablanmış adi faiz borcu tələbinin rədd olunması hissəsində ləğv edilərək həmin hissədə mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

72. Ali Məhkəmənin sözügedən qərarında qeyd edilmişdir ki, ...iddianın - sözügedən kredit müqaviləsi və saziş üzrə ## ####### 2020-ci ildən ## ######## 2021-ci il tarixədək olan əsas borca hesablanmış illik 5% dərəcəsi ilə 554,84 ABŞ dollarının tutulmasının təmin; ##.##.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış peniyaya görə 4.737,18 ABŞ dollarının tutulmasının rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, bu hissədə əlavə araşdırma aparmağa lüzum görməmiş və belə qənaətə gəlmişdir ki, qeyd olunan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, kassasiya instansiyası məhkəməsi, iddianın - qeyd olunan kredit müqaviləsi və saziş üzrə cavabdehdən ## ####### 2020-ci il tarixədək illik 19 faiz dərəcəsi ilə hesablanmış 14.062,28 ABŞ dolları məbləğində adi faiz məbləğinin tutulmasının rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən qeyd etmişdir ki, kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunub, yəni cavabdeh kredit borcunu tam şəkildə ödəyib. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra, iddiaçının yenidən xitam olunmuş kredit müqaviləsinə istinad edərək cavabdehdən adi faiz borcunu tələb etməsi açıq-aşkar hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Əvvəla, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab etmişdir ki, qanuni qüvvəyə minmiş Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə sözügedən kredit müqaviləsi və saziş üzrə ## ###### 2017-ci il tarixədək hesablanmış 4.657,52 ABŞ dolları məbləğində adi faiz borcu və sair tutulub. Bankın hazırkı tələbi isə ## ###### 2017-ci ildən kredit müqaviləsinin müddətinin bitdiyi ## ####### 2020-ci il tarixədək illik 19 faizlə adi faiz borcunun tutulması barədədir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri pozulub.

73. Iddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, ... iddiaçı yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Icra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas vermişdir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir.

74. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

75. Işin mübahisə olunmayan hallarına görə, ## #### 2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 19% ödəmək şərti ilə 25.000 ABŞ dolları kredit verilib. ## ###### 2015-ci il tarixdə tərəflər arasında sözügedən kredit müqaviləsi üzrə saziş bağlanıb və həmin sazişə görə ## ###### 2015-ci il tarixə əsas borcun məbləği 21.697,47 ABŞ dolları, kreditin qaytarılma müddəti isə ##.##.2020-ci il tarixədək müəyyən edilib.

76. Həmçinin, işə əlavə edilmiş ## ##### 2023-cü il və ## #### 2023-cü il tarixli ekspert rəyləri ilə müəyyən olunur ki, sözügedən kredit müqaviləsi və saziş üzrə cavabdehin ## ####### 2020-ci il tarixədək illik 19 faiz dərəcəsi ilə hesablanmaqla iddiaçıya ödənilməmiş 14.062,28 ABŞ dolları məbləğində adi faiz borcu vardır.

77. Hazırda iddiaçı, həmin kredit müqaviləsi və saziş üzrə illik 19 faiz dərəcəsi ilə hesablanmaqla cavabdehin ## ####### 2020-ci il tarixə 14.062,28 ABŞ dolları məbləğində ödənilməmiş adi faiz borcunun olduğunu iddia edir.

79. Mülki Məcəllənin 399.3-cü maddəsinin mənasına görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə isə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

80. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndində göstərilir ki, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır.

81. Eyni hüquqi mövqe “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014cü il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. 82.Digər tərəfdən, öhdəliklərin və müqavilə münasibətlərinin icrası müddətinə hüquqi qiymət verən Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müdəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, mübahisə məhkəmə qaydasında həll edildiyi halda belə, tərəfələr, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətə xitam verilməsinə səbəb olmur. 83.Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulub. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 84.Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirib və belə tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasından ibarətdir.

85. Işdən görünür ki, tərəflər arasında ## ###### 2015-ci il tarixdə kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair əlavə saziş bağlanıb və həmin sazişə görə, kreditin qaytarılması müddəti ## ####### 2020-ci il tarixədək uzadılıb. 86 . Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu ## ###### 2014-cü il tarixli Qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

87. Sözügedən hüquqi mövqenin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 88.Mülki Məcəllənin 527.1 və 528-ci maddələrində göstərilir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

89. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir.

90. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. - ASC “xxxx” Bankı ilə Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli *************** №-li Kredit müqaviləsi və həmin müqaviləyə əsasən mövcud borcun restrukturizasiyasına dair ##.##.2015-ci il tarixli Saziş üzrə cavabdeh Cavabdeh iddiaçı ASC “xxxx” Bankı qarşısında ## ###### 2017-ci il tarixdən kredit müqaviləsinin bitdiyi ##.##.2020-ci il tarixədək illik 19% (on doqquz faiz) dərəcəsi (müqavilə şərti) və illik 5% (beş faiz) dərəcəsi ilə borcu hər biri ayrı-ayrılıqda nə qədər təşkil edir?

91. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, */**** saylı məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinin nəticəsindən görünür ki, Suallar üzrə:

##.##.2015-ci il tarixli, Saziş (19%)

- Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## #### 2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə ##.##.2015-ci il tarixli, Sazişin şərtlərinə əsasən Cavabdeh ASC “xxxx” Banka olan borcu aşağıdakı kimi müəyyən edilir:

##.##.2020-ci il tarixə borcu (kredit müqaviləsi müddətinin bitdiyi tarix) 32.111,07 USD:

- əsas borc üzrə --------------------- 21.697,47 USD, - faiz (19%) borcu üzrə ------------ 10.413,60 USD.

- Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək 16.816,44 USD məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar ##.##.2020-ci il tarixədək aparıldığından 16.816,44 USD məbləğində ödəniş nəzərə alınmadı.

##.##.2015-ci il tarixli, Saziş (5%)

- Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## #### 2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə ##.##.2015-ci il tarixli, Sazişin şərtlərinə əsasən Cavabdeh “xxxx” Bank ASCnə olan borcu aşağıdakı kimi müəyyən edilir:

##.##.2020-ci il tarixə borcu (kredit müqaviləsi müddətinin bitdiyi tarix) 20.760,34 USD:

- əsas borc üzrə --------------------- 20.751,69 USD, - faiz (5%) borcu üzrə -------------- 8,65 USD.

- Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək 16.816,44 USD məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar ##.##.2020-ci il tarixədək aparıldığından 16.816,44 USD məbləğində ödəniş nəzərə alınmadı.

92. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankın nümayəndəsi Nümayəndə vəsatətlə müraciət edərək bildirmişdir ki, ...ekspert rəyində hesablamalar aparılarkən ##.##.2014-cü il tarixli, *************** №-li Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Sazişin şərtləri nəzərə alınmamışdır. Ekspert rəyində göstərilir ki, ödənilən vəsait tam şəkildə ödəniş edilən gün, ilk növbədə faiz borcundan, sonra isə əsas borcdan olmaqla silinir. Müqavilə şərtlərinə görə kreditin ödənişi qismində ödəniş cədvəlində qeyd edilmiş tarix üzrə göstərilmiş məbləğ silinir. Hazırkı iş üzrə isə ##.##.2015-ci il tarixli Sazişdən sonra borcun şişməsinin qarşısını almaq məqsədilə aparılan ödənişlərin böyük hissəsi Bank tərəfindən əsas borc üzrə silinmişdir. Belə ki, qeyd olunan Sazişdən sonra ##.##.2020-ci il tarixədək ödənilmiş 9 844.00 ABŞ dollarının 9 550.00 ABŞ dolları əsas borc, 232.24 ABŞ dolları faiz borcu, 61.76 ABŞ dolları isə cərimə borcu üzrə silinmişdir. Lakin ekspert qeyd olunan məbləğin hamısını (9 844.00 ABŞ dolları) hamısını bütünlüklə faiz borcuna silinmə kimi nəzərə almışdır. Daha sonra qeyd edir ki, borclu Cavabdeh Saziş üzrə əsas borcunun olmamasına baxmayaraq ekspert tərəfindən əsas borc hesablanmışdır. Halbuki, iş materiallarından da göründüyü kimi, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Cavabdeh 21647,47 ABŞ dolları əsas, 4657,52 ABŞ dolları faiz və 10 ABŞ dolları penya olmaqla, cəmi 26364,99 ABŞ dolları məbləğində kredit borcu müəyyən edilmişdir. Bundan sonra qətnamə ilə müəyyən edilmiş borc məbləği borclu Cavabdeh tərəfindən tam şəkildə ödənilimişdir. Ekspert tərəfindən hesablama aparılarkən qətnamə ilə müəyyən edilmiş borc məbləği borclu Cavabdeh tərəfindən tam şəkildə ödənilməsi nəzərə alınmamışdır. Əgər nəzərə alınmış olsa idi, o halda müəyyən olunardı ki, borclu Cavabdeh Bank qarşısında əsas borcu mövcud deyil. Şəki Apellyasiya Məhkəməsinin təkrar məhkəmə-mühasibatlıq ekpsertizasının keçirilməsinə dair ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ekspertin qarşısında qoyulmuş suallar üzrə ekspert cavabı arasında da uyğunsuzluq olduğunu görmək olar. Belə ki, 1-ci sual üzrə (illik 19% faiz) qeyd olunur ki, ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək 21.697.47 ABŞ dolları əsas, 10413.60 ABŞ dolları faiz, 2-ci sual üzrə (illik 5% faiz) qeyd olunur ki, 20751.69 ABŞ dolları əsas, 8.65 faiz ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Halbuki, Saziş üzrə ##.##.2017-ci il tarixindən ##.##.2020-ci il tarixinədək illik 5% faiz dərəcəsi ilə faiz borc məbləği - 3 700.98 ABŞ dolları, illik 19% faiz dərəcəsi ilə isə faiz borc məbləği 14 063.72 ABŞ dolları təşkil edəcəkdir. Ekspert rəyində qeyd kimi, göstərilmişdir ki, borclu tərəfindən ##.##.2020-ci il tarixdən sonra edilmiş 16 816,44 ABŞ dolları ödəniş nəzərə alınmamışdır. Bununla əlaqədar qeyd etmək istəyirik ki, həmin ödəniş nəzərə alınsa idi belə, yenə də uyğunsuzluq olacaq, belə ki, həmin ödəniş ekspert tərəfindən müəyyən edlimiş məbləğdən çıxıldıqdan sonra borclunun yenə də müəyyən məbləğdə əsas borcu qalır. Halbuki, borclu Cavabdeh əsas borcu mövcud deyil. Göründüyü kimi, məbləğlər arasında ziddət mövcuddur. Nəticədə, belə uyğunsuzluqlara görə yekun məbləğlərdə fərq yaranmışdır. Göstərilənlərə əsasən müvafiq uyğunsuzluqların aradan qaldırılması məqsədilə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir.

93. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatət təmin edilərək təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilməsi qərara alınmış, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. - ASC “xxxx” Bankı ilə Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli *************** №-li Kredit müqaviləsi və həmin müqaviləyə əsasən mövcud borcun restrukturizasiyasına dair ##.##.2015-ci il tarixli Saziş üzrə cavabdeh Cavabdeh iddiaçı ASC “xxxx” Bankı qarşısında ## ###### 2017-ci il tarixdən məbləğin ödənildiyi ## ######## 2021-ci il tarixədək (ödənişlərin ayrı-ayrı tarixlərdə ödənilməsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış illik 5 % faiz borcu nə qədər təşkil edir?

94. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli */**** saylı məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinin nəticəsindən görünür ki, - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh Cavabdeh ilə iddiaçı ASC “xxxx” Bank arasında bağlanılmış ## ###### 2017-ci il tarixli əlavə sazişdə qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Cavabdeh iddiaçı ASC “xxxx” Banka olan borcu aşağıdaki kimi müəyyən olunur, o cümlədən:

##.##.2017-ci il tarixə:

- əsas borc üzrə --------------------- 21.697,47 ABŞ dolları - faiz borcu üzrə --------------------- 4.595,77 dolları.

##.##.2021-ci il tarixə illik 5% hesablanmaqla:

- əsas borc üzrə --------------------- 593,24 ABŞ dolları; - faiz borcu üzrə --------------------- 4.670,40 ABŞ dolları. - Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında cavabdeh Cavabdeh tərəfindən iddiaçı ASC “xxxx” Bankına ## ###### 2017-ci il tarixli əlavə saziş üzrə sualda qeyd edilən yəni ##.##.2021-ci il tarixdən sonra 912,00 ABŞ dolları məbləğində ödəniş edildiyi müəyyən edilir.

95. Iş üzrə verilmiş ## ##### 2026-cı il tarixli */**** saylı ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

96. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

97. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

98. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməlidir.

99. “X8rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

100. Kollegiya qeyd edir ki, cavabdeh iddia olunan müddətdə, yəni kredit müqaviləsinin qüvvədə olduğu müddətdə borc məbləğinin ödənilməsini gecikdirsə də, iddiaçının həmin kredit müqaviləsinə istinad edərək həmin müddət üçün cavabdehdən illik 19 faiz tələb etməsi sonuncunun borc məbləğinin ödənilməsini gecikdirməsi hallarına adekvat olmamışdır.

101. Belə ki, kollegiya tərəfindən Mingəçevir Şəhər Məhkəməsindən sorğu edilərək alınmış *(***)-***/**** saylı mülki işə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mülki işin 38-ci vərəqəsində ASC “xxxx” Bankın ipoteka qoyan X3 və borcalan Cavabdeh Məmmədiyyə oğluna ünvanlanmış ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 16 sentyabr 2016-cı il tarixli, *** saylı bildiriş vardır. Həmin bildrişdə borcalan Cavabdeh Məmmədiyyə oğlunun kredit müqaviləsi üzrə ## ######## 2016-cı il tarixə yaranmış əsas, faiz və cərimə borcu olmaqla ümumi borc məbləği ilə yanaşı, kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin kobud şəkildə pozulması və ipoteka saxlayanın (ASC “xxxx” Bankının) tələblərinin ipoteka qoyulmuş əmlak hesabına təmin edilməsi hüququnun yaranması ilə əlaqədar olaraq (“xxxx“ Azərbaycan Respublikası Qanununun 33,34-cü maddələrinə əsasən) ASC “xxxx” Bankı kredit müqaviləsi üzrə yaranmış borcun tam şəkildə ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 gün müddətində satılmasını tələb etməsi, əks halda məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.

102. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

103. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

104. Eyni zamanda, işə əlavə olunmuş ASC “xxxx” Bankının ##.##.2019-cu il tarixli, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə məktubundan görünür ki, cavabdeh X6 ilə Bank arasında hissə-hissə ödənişlərə dair razılıq əldə edildiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)***/**** saylı qətnaməsi üzrə icra icraatını müvəqqəti dayandırmalarını və bu barədə Banka məlumat verilməsini xahiş etmişdir.

105. Işə əlavə olunmuş ASC “xxxx” Bankının ##.##.2020-ci il tarixli, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə məktubundan görünür ki, cavabdeh X6 ilə Bank arasında hissəhissə ödənişlərə dair razılığı pozduğuna görə Mingəçevir şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qərarının icrasını davam etdirməklərini və bu barədə Banka məlumat verilməsini xahiş etmişdir.

106. Işə əlavə olunmuş ASC “xxxx” Bankının ##.##.2021-ci il tarixli, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə məktubundan görünür ki, qətnamə üzrə ödənilməsi müəyyən edilmiş borc məbləği cavabdehlər tərəfindən ödənildiyindən “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsindən göstərilən qətnamə üzrə tərəfindən aparılmaqda olan iş üzrə icraata xitam verilməsini və bu barədə banka məlumat verilməsini xahiş etmişdir.

107. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçı ## ###### 2017-ci ildən kredit müqaviləsinin müddətinin bitdiyi ## ####### 2020-ci il tarixədək illik 19 faizlə adi faiz borcu tələb etməkdə haqlı olmamışdır.

108. Belə olan halda cavabdehdən pul məbləğinin ödənilməsinin gecikdirdiyi müddət üçün illik beş faizlik məbləğ tutulması daha məqsədə müvafiqdir. Kollegiya vurğulayır ki, ## ##### 2026-cı il tarixli */**** saylı ekspert rəyində 5 faiz borcu ilə məbləğ ##.##.2021-ci il tarixə hesablanmışdır. Halbuki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları borc iddiaçı bankın xeyrinə tutulması qət edilmişir.

109. Belə olan halda ekspert rəyi ilə hesablanmış məbləğdən 554,84 ABŞ dolları çıxılmalıdır.

110. Eyni zamanda sözügedən ekspert rəyində göstərilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı ASC “xxxx” Bankına ## ###### 2017-ci il tarixli əlavə saziş üzrə sualda qeyd edilən yəni ##.##.2021-ci il tarixdən sonra 912,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir.

111. Həmin ödənilmiş 912,00 ABŞ dollarından 245,56 ABŞ dolları kreditə aid olmayan silinmələri (məhkəmə xərcləri) təşkil edir.

112. Eyni zamanda ekspert rəyi ilə hesablanmış məbləğdən həm də 666,44 ABŞ dolları (912 -245,56 = 666,44) da çıxılmalıdır. Yerdə qalan 3.449,12 ABŞ dolları (4.460,40-554,84- 666,44=3.449,12) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

113. Beləliklə də, hazırkı işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

114. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

115. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

116. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

117. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

118. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа qismən ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi qismən – “##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi və saziş üzrə cavabdehdən ## ####### 2020-ci il tarixədək illik 19 faiz dərəcəsi ilə hesablanmış 14.062,28 ABŞ dolları məbləğində adi faiz məbləğinin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

119. Iş üzrə məhkəmə xərci (məhkəmə-mühasibatlıq ekspertizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri) olan 660 manat məbləğində pulun 410 manatı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankından, 250 manatı isə cavabdeh Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XIIS) hesabı, X15, KOD 210005, VÖEN 14015551071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi qismən – “##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi və saziş üzrə cavabdehdən ## ####### 2020-ci il tarixədək illik 19 faiz dərəcəsi ilə hesablanmış 14.062,28 ABŞ dolları məbləğində adi faiz məbləğinin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankın xeyrinə ##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi və saziş üzrə cavabdehdən ## ####### 2020-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3.449,12 ABŞ dolları məbləğində adi faiz məbləği ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutulsun. Iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 155 manatı onun özünə aid edilsin. Cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumunun 34 manatı alınıb iddiaçı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankına verilsin. Iş üzrə məhkəmə xərci (məhkəmə-mühasibatlıq ekspertizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri) olan 660 manat məbləğində pulun 410 manatı İddiaçıəhmdar Cəmiyyəti “xxxx” Bankından, 250 manatı isə cavabdeh Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XIIS) hesabı, X15, KOD 210005, VÖEN 14015551071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar