Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-3/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payının ayrılması və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən payının ayrılması, zərər tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payının ayrılması və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170-2018 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X1, 2/3 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək RX №:0053871 nömrəli çıxarışla paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 (altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək Balakən rayonu Katex kəndində yerləşən RX № ******* nömrəli çıxarışa əsasən reyestr nömrəsi **********97 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi cizgiləri müəyyən edilmiş, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.90 ha torpaq sahəsindən İddiaçı 1/3 hissə payını, reyestr nömrəsi **********97 olan Torpaq sahəsinin planı və ölçüsü sənədində, torpaq sahəsinin planı ( cizgisi) bölməsində göstərilmiş planın (7-8)x (7-6) və ya (3-4)x (4-5) nöqtələri arasındakı xətlərin əmələ gətirdiyi cizgiyə əsasən ayrılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddiaçı X2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyesitri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinaitlı torpaq sahəsinin 1/3 hissəsi X1, 2/3 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyeystrində 16 nömrəli reyestr kitabının 74 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsindən payının naturada ayrılmasını və 9 il həmin torpaq sahəsindən istifadə edə bilməməsinə görə vurulmuş zərər üçün 68500 manatın cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Məhkəmə iclasında həmçinin ekspert rəyinin tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin naturada ölçüləri 0.7771 hektardır və bu səbəbdən həmin torpaq sahəsinin iddiaçının payının naturada ayrılması mümkün deyildir. Həmin torpaq sahəsindən götürüləcək məhsulun orta bazar qiyməti ildə təxminən 1988,00 manat, eyni məhsuldarlıq olduğu halda 10 ildə 19880,00 manat müəyyən edilir. Məhkəmə işin hallarını, ekspert rəyinə əsasən iddiaçının payının naturada ayrılmasının mümkün olmamasını, maddi hüquq normasının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi torpaq sahəsindən payın naturada ayrılmasına aid hissədə təmin edilməməlidir. Məhkəmə işin hallarını, torpaq sahəsinin tərəflərin paylı mülkiyyətində olmasını,həmin torpaq sahəsindən ildə 1988 manat gəlir əldə edilə bilməsini, iddiaçının payının 1/3 hissə olmasını, iddiaçının son üç ilə görə ziyan tələb edə bilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 1988 manata aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 1988 manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə uyğun olaraq 60 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin 30 manatı İddiaçı, 30 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilməlidir. 210 manat ekspertiza xərcinin 105 manatı İddiaçı , 105 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli, 2(019)-170/2018 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 1988 (bir min doqquz yüz səksən səkkiz ) manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, 60 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin 30 manatı İddiaçı, 30 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilməsi və 210 manat ekspertiza xərcinin 105 manatı İddiaçı , 105 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 213, 216, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyesitri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X1, 2/3 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 74 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 92 nömrəli mütəxəssis rəyindən görünür ki Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq'sahəsininin naturada ölçüləri 0.7771 ha-dır.Torpaq sahəsinin ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Hüquqmüəyyənedici sənəddə göstərilən torpaq sahəsindən iddiaçının 1/3 hissə payının naturada ayrılması tikililər olduğuna görə bölgünün ekspert tərəfindən aparılması məqsədə müvafiqdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 30 noyabr 2017-ci il tarixli 23934 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi E.Həsilov tərəfindən imzalanmış 23.110.2017-ci il tarixli **********33 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin naturada ölçüləri 0.7771 ha-dır. Ölçüləri hüquq müəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası ƏMMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi E.Həsilov tərəfindən imzalanmış 23.110.2017-ci il tarixli **********33 saylı mütəxəssis rəyində Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin naturada ölçüləri 0.7771 ha olması səbəbindən həmin torpaq sahəsinin bölgüsünün aparılması üzrə tədqiqat aparılmadı. Aparılmış ekspertiza tədqiqtının dəyəri 50 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən Rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 06 aprel 2018-ci il tarixli 44 nömrəli rəydən görünür ki, Balakən rayon Katex kəndində yerləşən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan 0,90 ha kənd təsərrüfatı təyiantlı torpaq sahəsinə (reyestr) nömrəsi **********97 ) baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: -qeyd olunan 0,90 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı və fındıq bağı vardır. Sahədə fındıq tomalarından başqa 2 ədəd az məhsuldar xurma ağacının və 1 ədəd yaşlaşmış baxımsız armud ağacının olduğu müəyyən edildi. sahədə cəmi 123 ədəd fındıq tomasının olduğu, həmin tomaların 8-nin quruduğu,31 ədədinin 7-8 illik və qalan 84 ədədinin isə çoxillik olduğu müşahidə edildi. -Sahədə mövcud olan fındıq tomalarının 115-i məhsuldardır. -Torpaq sahəsində olan fındıq tomalarının 84 ədədinin çoxillik olduğu və orta hesabla ildə 500-550 kq fındıq məhsulunun verə biləcəyi, 31 tomanın isə cavan olduğuna görə orta hesabla 80-90 kq fınldıq məhsulunun, 2 ədəd xurma ağacının 20-30 kq xurma və 1 ədəd armud ağacının isə 100- 120 kq məhsulun verə biləcəyi təxmin edilir. -həmin sahənin suvarılması imkanları vardır. Mövcud vəziyyət onu göstərmişdir ki, sahədə suvarma işləri aparılmır, (fındıq tomalarının quruması onu göstərir). -Qeyd olunan sahədə heç bir aqrotexniki tədbirin aparılmadığı, budanmadığı və gübrə verilmədiyini təxmin edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07 iyun 2017-ci il tarixdə verilmiş 9796/9939 nömrəli rəydən görünür ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 123 ədəd fındıq toması, 2 ədəd xurma, 1 ədəd armud ağacları vardır. Həmin ağaclardan 84 ədəd fındıq toması çoxillik olub orta hesabla ildə 500-550 kq, 31 fındıq tomasının orta hesabla ildə 80-90 kq fındıq məhsulu , 2 ədəd xurma ağacının 20-30 kq, 1 ədəd armud ağacının isə 100-120 kq məhsul verə biləcəyi təmin edilir. Balakən Rayon Məhkəməsininin xx.xx.2018-ci il tarixdə daxil olmuş xx.xx.2018-ci il tarixli 44 №li məktubunda göstərilən, Balakən rayron Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik sektrorunun Baş məsləhətçisi Şadnus Mamedov tərəfindən 0,90 ha torpaq sahəsinə baxış keçirilməsi nəticəsində verilmiş rəyə əsasən 1 ildə əldə edilməsi ehtimal edilən məhsulun orta bazar qiyməti təxminən 1988,00 manat, eyni məhsuldarlıq olduğu halda 10 ildə 19880,00 manat müəyyən edilir. (Ekspertiza tədqiqatının dəyəri 160 manatdır). Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanuna uyğun olaraq, 2048 saylı protokola əsasən, 2000-ci ildə, özəlləşdirilən torpaqlardan onun atasına, anasına və ona, hər birinə 30 sot (0,3 ha.) pay torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsini 2008-ci ilə kimi o, valideyinlərilə birlikdə əkib becərmişlər. 2008-ci ildən hal-hazırkı dövrə kimi (11 il) ona məxsus 30 sot torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilərək Azərbaycan Respublikasının Mülki məcəlləsinin 216-cı madəsinin tələblərini kobud surətdə pozaraq, ona məxsus gəliri mənimsəmişdir və bu günkü günə kimi də mənimsəyir. 2012-ci ildə isə Cavabdeh1 atasına və anasına məxsus payları RX N:0053871 saylı ÇİXARİŞla oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Həmin çıxarışa əsasən ümumi payın 2/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə ona məxsusdur. Balakən rayon məhkəməsi xx.xx.2018-ci il tarixdə qəbul etdiyi qətnamədə onun iddiasının, 1/3 payın ayrılması hissəsində, Azərbaycan Respublikası Balakən rayon məhkəməsinin 02 oktyabr 2017-ci il 2(019)-1504/2017 N°-li məktubuna cavab olaraq 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli **********33 saylı mütəxəssis rəyində və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət komitəsi yanında Daşınmaz əmlakın kadastrı və Ünvan reyestri xidmətinin rəis müavini Məmməd Həsənovun imzaladığı 12 yanvar 2018-ci il tarixli **********09 saylı məktubunda hüquqmüəyyənedici sənəddə göstərilən torpaq sahəsindən iddiaçının 1/3 hissə payınnın ekspert tərəfindən naturada ayrılmasının məqsədə-müvafiq olması barədə münsibət bildirilsə də təmin edilməmiş, dəymiş ziyanın ödənilməsi hissəsində isə qismən təmin edilmişdir. Ona görə də, Balakən rayon məhkəməsinin 18 oktyabr 2018- ci il tarixdə 2(019)- 170/2018 saylı iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi barədə və RX N:0053871 saylı ÇİXARİŞla paylı mülkiyyətdən ona məxsus 1/3 hissə payın ayrılması və Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər (11 il) zəbt edərək ona məxsus torpaq sahəsində yerləşən məhsuldar ağaclardan ona çatacaq gəliri mənimsəməklə, ona vurulmuş 68500 (alt-mış səkkiz min beş yüz) AZN həcmində zərərin ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ƏMDK Yanında DƏDRX-nin Zakatala Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın əmlakın dövlət reystrindən cıxarışa əsasən mübahisəli torpaq sahəsinin 1\3 hissəsi iddiaçının, 2\3 hissəsi isə oğlu Cavabdeh2 paylı mülkiyyətidir. Paylı mülkiyyətçi Cavabdeh2 məhkəmə işə başlayarkən və hazırda AR Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olub və hal nazırdada hərbi xidmətdədir. Belə olan halda məhkəmənin iş üzrə icraatı dayandırmaq vəzifəsi idi. Düzdür, bir il o, yay vaxtı həmin bağın fıdıgını yığmaq ücün Bakıdan yay ayı Katex kəndinə gəlmişdir. Həmin ili hər bir fındıq ağacının dibini və ətrafını kol kosdan otdan təmizləmək ücün 2 manat pul, hər bir ağacın budaqlarını fındığın tökülməsi ücün silkələməyə 1 manat pul bir gündə səhərdən axşamadək fıdıgı yığmaq ücün gətirdiyi 3 qadın və kişiyə gündə 20 manat pul vermişdir. Bundan əlavə həmin torpaq sahəsini suvarmaq ücün yay aylarında həmin baga baxan bağbana da günə bir manat pul vermişdir. Həmin 1 ildən sonra və əvvəl o, həmin bağdan 1 ədəd də olsun fıdıq yığmamış və gəlir əldə etmək fikrim olmamışdır. Həmin ili görüb ki bağın gəliri onun xərcini ödəmir həmin ildən sonra bağbana tapşırmışdır ki baga bax fıdıgını da yıg ağacları suvar qurumasın kol kosunu təmizlə. Nə vaxt Bakıdan kəndə daimi yaşamaq ücün köçərsə onda qaytarsın ona. Sahə suvarılan sahə olduğundan yay ayları da hər gün suvarılmasa bu ağaclar quruya bilər. Bunu Balakən Rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik sektorun Baş məsləhətçisi Mamedov Sadnusun çagırılıb araşdırılmasını xahiş edir. Bundan başqa 5 yaxud 3 kq fındıq olması rəyi ilə də razı deyil. Həmin nəticəni peyin kübrə verməklə qulluq olunan bağ verə bilər, bundan əlavə iddiaçını bagı zəbt edib baga keçəməyə qoymamışsa ekspert gələndə necə keçib. İddiaçı da, onlar da daimi Bakı şəhərində yaşayırlar. O da bir dəfə həmin bağdan məhsul yıgmaga oğlunun həyətyanı sahədən keçməyə cəhd edib, düzdü, həyətyanı sahədən keçməyə qoymamışlar. Demişlər ki, ümumi istifadədə olan bələdiyə mülkiyyəti olan yol var, həmin yoldan get yığ. Həmin yol bir az uzaq olduğuna görə və onlarla qərəzli olduğuna görə, istəyir ki həyətyanı sahədən keçib yığsın. Əgər onlar mane olmuşlarsa, hara nə vaxt şikayət edib. O da bilir ki, həmin bağın fındığın gəliri xərci ödəmir. Ona görə də yıgmir. O sübut etsin nə vaxt bagı sulayıb nə vaxt bagı təmizləyib baga gözətçi qoyubmu sahibsiz qoyulan qulluq olunmayan ağacda fıdıq əmələ gəlirmi fındığı it yeyir çaqqal yeyir induşka yeyir sahibsiz yerdən camaat oğurlayır. Ümumi 123 ağacdan ona 41 agac düşür. O bağbana tapşıracaq ona düşən 41 fıdıq ağacı sulamasın fıdıgı da yığmasın nə də altını kol kosdan təmizləməsin gəlib o bu qurumuş ağaclardan fıdıgı yığsın. O, ekspert rəyindən də narazıdır. Belə ki, AR ƏMDK X5 və Ünvan Rteystri xidmətinin 18 saylı Zaqatala Layihə Tədqiqat İdarəsinin mütəxəsisi E Hasilov xx.xx.2017 ci il tarixli 170 ********* saylı rəyində 0,90 ha torpaq sahəsinin naturada ölçüləri 07771 ha olması səbəbindən torpaq səhəsinin bölgüsü aparılması üzrə tədqiqat aparılmadıgı qeyd edilir. Mütəxəsis qarşında torpağ sahəsinin ölçülərin hüquqmüəyyənedici sənədə uyğun olub olmaması sənəddə göstərilən sahənin 1\3 hissə payın naturada ayrılması mümkündürmü mümkündürsə hansı qaydada mümkündür sualı qoyulub DƏDR-dən çıxarış verilərkən də DƏDRX-nin mütəxəsisi həmin sahəni ölçüb DƏDRX-dən çıxarış verib. Belə halda bu ziddiyyəti araşdırmaq üçün məhkəmə hər iki mütəxəssisi çağırıb dindirməli ziddiyyəti aradan qaldırması üçün tədbirlər görməli idi. Yaxud da əlavə yaxud təkrar ekspertiza təyin etməli idi. Yalan rəy verən mütəxəsis barədə qanuni tədbir görməli idi. Həqiqətə nail olmaq ücün məhkəmə hansı araşdırmanı aparıb? Razıdır ki, faktiki mövcud olan torpaq sahəsinin 2\3 hissəsini bölüb onlara versinlər. Çünki torpaq paylanıb bir qarışının da sahibi var. İslahatdan 20 ildən cox vaxt keçib. Torpağı azlığından o vaxt şikayət oluna bilərdi. Xahişi məhkəmədən ondan ibarətdir ki iş üzrə hər iki mütəxəsis çağırılıb dindirilsin və təkrar ekspertiza təyin edilsin Ekspert qarşısına faktiki mövcud olan sahənin 1\3 və 2\3 hissəyə bölmək mümkün olub olmaması sualı qoyulsun. Bu hər hansı ev yaxud tikili deyil ki paylara uyğun bölmək mükün olmasın. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 cavabdehlərin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 213.1 -ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 216-cı maddəsinə əsasən Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşva mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyəta mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170-2018 nömrəli qətnaməsini həm iddiaçı, həm də cavabdehlər mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyesitri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X1, 2/3 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyeystrində 16 nömrəli reyestr kitabının 74 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Hazırki iş üzrə iddiaçı paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılmasını və Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 ( altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi E.Həsilov tərəfindən imzalanmış 23.110.2017-ci il tarixli **********33 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 30 noyabr 2017-ci il tarixli 23934 nömrəli ekspert rəyinə əsaslanaraq mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkün olmadığı gənaətinə gəlmiş və iddianı həmin hissədə rədd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 9 iyul 2022-ci il tarixli 2(107)-6/2021 nömrəli qərardadı ilə məhkəmə tikin-texniki ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3601 saylı rəydə göstərilmişdir: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİnin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, ölçüləri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 1-də göstərilmişdir.
2. Həmin koordinatlarda yerləşən torpaq sahəsinin ölçüləri 0.90 hektardır.
3. Həmin torpaq sahəsinin sənəd üzrə naturada bölgüsü mümkündür.
4. Mübahisəli torpaq sahəsinin sənəd üzrə bölgüsü tərtib edilmiş yerquruluşu planı-2 də və yerquruluşu planı-3 də göstərilmişdir. Göründüyü kimi, iddia tələbinin paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması hissəsində təmin edilməməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 ( altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsi hissəsində qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07 iyun 2017-ci il tarixdə verilmiş 9796/9939 nömrəli rəyinə əsaslanmışdır. Halbuki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən Rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 06 aprel 2018-ci il tarixli 44 nömrəli rəyindən görünür ki, mövcud vəziyyət onu göstərmişdir ki, sahədə suvarma işləri aparılmır, (fındıq tomalarının quruması onu göstərir). -Qeyd olunan sahədə heç bir aqrotexniki tədbirin aparılmadığı, budanmadığı və gübrə verilmədiyi təxmin edilir. İddiaçının apellyasya şikayətində mübahisəli torpaq sahəsindən ona düşən 1/3 payın naturada ayrılması barədə dəlilləri əsaslıdır. İalin, iddiaçı mübahisəli bağ sahəsində tələb etdiyi məhsulun olmasını və həmin məhsulun cavabdehlər tərəfindən yığılaraq mənimsənilməklə ona ziyan vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehlərin iddianın təmin olunmuş hissəsində ləğv edilib rədd edilməli olması ilə bağlı göstərdikləri yuxarıda göstərilən səbəbdən əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)- 170-2018 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı RX №:0053871 nömrəli çıxarışla paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 (altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsi tələbi qismən - RX №:0053871 nömrəli çıxarışa əsasən 1/3 hissəsi X1, 2/3 hissəsi isə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 payın ayrılması hissəsində təmin edilməli, ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 10 may tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq koordinatları M 1:2000 olmaqla (1) X 627950.63 Y 4610482.42, (2) X 627973.22 Y 4610468.50, (3) X 627928.93 Y 4610366.29, (4) X 627905.16 Y 4610380.78; döngə nöqtələri 1-2 arası məsafə 26.5 metr, 2-3 arası məsafə 111.4 metr, 3-4 arası məsafə 27.8 metr, 4-1 arası məsafə 111.3 metr müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). 60 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin 30 manatı İddiaçı, 30 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilməlidir. 210 manat ekspertiza xərcinin 105 manatı İddiaçı , 105 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170-2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı RX №:0053871 nömrəli çıxarışla paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 (altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsi tələbi qismən - RX №:0053871 nömrəli çıxarışa əsasən 1/3 hissəsi X1, 2/3 hissəsi isə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinaitlı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 payın ayrılması hissəsində təmin edilsin. Ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 10 may tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 627950.63 Y 4610482.42, (2) X 627973.22 Y 4610468.50, (3) X 627928.93 Y 4610366.29, (4) X 627905.16 Y 4610380.78; döngə nöqtələri 1-2 arası məsafə 26.5 metr, 2-3 arası məsafə 111.4 metr, 3-4 arası məsafə 27.8 metr, 4-1 arası məsafə 111.3 metr müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). 60 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin 30 manatı İddiaçı, 30 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilsin. 210 manat ekspertiza xərcinin 105 manatı İddiaçı , 105 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Vəzirxan Məlikov