Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-30/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc pulun və qızıl əşyalarının qaytarılması tələbi dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qızıl əşyalarının qaytarılması, ekspertiza məsələləri tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının hüquqi varisi X2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı - cavabdehdən verdiyi 15000 manat borc pulun və 1500 manat dəyərində 23 qramlıq, 583 əyarlı 1 ədəd qızıl tros sep, 300 manat dəyərində 5.5 qramlıq 583 əyar olan aypara şəkilli 1 ədəd qızıl klon, 700 manat dəyərində 583 əyar olan ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük, 350 manat dəyərində 1 ədəd 583 əyar olan qızıl üzük, ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyalarının alınıb ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, qonşuluğunda yaşayan Cavabdeh 2017-ci ildə onlara tez-tez gəlib borc pul istəməyə başlamışdır. Əvvəldən onunla münasibəti çox yaxşı olduğuna görə borc pul istəklərini (hissə-hissə olmaqla 1000 manat, 1500 manat, 2000 manat və sair) hissə-hissə təmin etmişdir. Ümumilikdə ona 15000 (on beş min) manat pul vermişdir. Daha sonra Cavabdeh 2018-ci ildə ondan qızıl-zinət əşyaları da istədi. O bildirdi ki, həmin qızılları Lombarda qoyub qarşılığında ona da artıqlaması ilə çoxlu pul qaytaracaqdır. Ona çox inanmışdır və aşağıdakı qızıl-zinət əşyalarını ona vermişdir. Həmin qızıllar 1500 manat dəyərində 23 qramlıq, 583 əyarlı 1 ədəd qızıl tros sep, 300 manat dəyərində 5.5 qramlıq 583 əyar olan aypara şəkilli 1 ədəd qızıl klon, 700 manat dəyərində 583 əyar olan ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük, 350 manat dəyərində 1 ədəd 583 əyar olan qızıl üzükdü. Yaşlı adamdır, borca pul verərkən hansı qayda-qanuna əməl etmək lazım olduğunu bilmir. Ona görə də Şəbnəmin ondan 15000 manat borc pul aldığını təsdiq edən adi yazısını (qəbzi) qəbul etmişdir. X1 öz dəsti xətti ilə ondan 2017-ci ildə 15000 manat borc pul aldığını yazıb imzalayıb onu qəbz şəklində vermişdir. Beləliklə, bir müddət keçdi, qonşusu Şəbnəm də sanki yoxa çıxdı. Onun mobil telefonuna (***-***-**-**) çoxsaylı zənglər etmiş, pulunu və qızıl-zinət əşyalarını istəmişdir. Hər dəfə başqa problemləri olduğunu bildirib bir neçə günlüyə ona vaxt verib borcunu qaytaracağını bildirsə də sözünə əməl etməmişdir. Belə hallar dəfələrlə təkrar olunmuşdur. Sonrakı zənglərində isə ümumiyyətlə bir daha telefonu açmamışdır. Daha sonra bir dəfə qızı Mehparə cavabdeh X8ma zəng etdi, lakin o telefonu açmadı. Amma sonradan elə həmin gün Şəbnəm özü qızı Mehparəyə zəng vurmuş, ondan aldığı qızılları və pulu da özü ilə gətirib verəcəyini ona telefonda bildirmişdir. Həmin danışığın audio-səs yazısını bu iddia ərizəsinə diskdə daxil etmişdir. Son vaxtlar isə nəvəsi (hazırda isə bu iş üzrə etibarnamə ilə qanuni nümayəndəsi) Əkbərov X10 atası Eldar İsrəfılovla bu barədə dəfələrlə söhbət etmişdir. Bu iddia ərizəsinin yazıldığı tarixdən 5-6 gün əvvəl nəvəsi (qanuni nümayəndəsi) Sahiblə Şəbnəmin atası Eldar kişi arasında bu borc barəsində geniş söhbət olmuş və bu danışığı yazdırmışlar. Həmin səs yazısını da ərizəyə diskdə daxil etmişdir. Bu danışığı dinləyərkən məlum olur ki, Şəbnəmin atası Eldar İsrəfılov qızının ondan borc pul və qızıl-zinət əşyaları almasından xəbərdardır və dediyinə görə qızına tapşırıb ki, aldığı borcu tezliklə sahibinə - yəni ona qaytarsın. Lakin bütün bu cəhdlərə baxmayaraq borcunu və qızıl-zinət əşyalarını qaytarmağa dair cavabdeh öz vədlərinə sahib çıxmır” kimi qeyd etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh 14.000 manat pul vəsaiti, 300 manat dəyərində 5.5 qramlıq 583 əyar olan aypara şəkilli 1 ədəd qızıl klon, 700 manat dəyərində 583 əyar olan ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük, 350 manat dəyərində 1 ədəd 583 əyar olan qızıl üzük və ya dəyərləri alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı 15000 manat borc pul, eyni zamanda tros sep, aypara şəkilli 1 ədəd qızıl klon, ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük,abrisonnu qızıl üzük alması nümayəndəsinin etirafı ilə, eyni zamanda iş materiallarına əlavə edilmiş yazılı qeydlə təsdiq edilir. Həmçinin cavabdehin nümayəndəsi borc götürdüyü pul məbləğindən 1000 manatını və tros sepi qaytarmasını da qeyd etmiş, bu barədə İddiaçı tərəfindən yazılmış qeydi də məhkəməyə təqdim etmişdir. Habelə cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində onun iddiaçıya 3930 manat borcunun olduğu və 1 ədəd qızıl klon, 1 ədəd qızıl sırğa-üzük, 1 ədəd obirçalnı qızıl üzük qaytarılmalı olduğunu qeyd etmiş, bunu da məhkəməyə təqdim etdiyi surəti çıxarılmış vərəqdə qeyd edilənlərə əsasən sübut etməyə çalışmışdır. Belə ki, həmin vərəqdə Şəbnəm adının qarşısında 1500+300=1800, altında xətt çəkilməklə 4930 manat qeyd edilmiş, 2 üzük, tros sep, aralıq yazısı da əksini tapmışdır. Lakin həmin vərəq cavabdehin həqiqətən də iddiaçıya 3930 manat borçu qatmasını təsdiq etmir. Cavabdehin nümayəndəsi iddiaçıdan sadalanan qızıl-zinət əşyalarının götürülməsini etiraf etmiş, eyni zamanda iddiaçının cavabdehə 15000 manat borc pul verməsi halı iş materiallarına əlavə edilmiş sənədlə-qəbzlə öz təsdiqini tapmışdır. Cavabdeh 3930 manat borcun qalmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan vərəqdə Cavabdeh Əsli nənədən 2017-ci il tarixdə 15000 manat pul borc götürdüyünü qeyd etməklə vərəqdə imza etmişdir. İş materiallarına əlavə edilmiş vərəqdə İddiaçı qonşusu 14.07.2020-ci il tarixdə qonşusu Eldardan tros sepi və 1000 manat pul aldığı barədə imza etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə hesab etmişdir ki, cavabdehin hazırda iddiaçıya 14000 manat borcu qalması və aypara şəkilli 1 ədəd qızıl klon, ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük, abilsonnu qızıl üzüyü qaytarmaması işin materialları ilə təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh 14000 manat məbləğində pul və aypara şəkilli 1 ədəd qızıl klon, ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük, abilsonnu qızıl üzük iddiaçıya qaytarılmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci, 442-ci, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hakim icraatında olan mülki işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hüquqi və faktiki hallarını aydınlaşdırmadan, iş üçün əhəmiyyətli olan əlavə sübut və dəlillər tələb etmədən qətnamə qəbul edərək, qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. o iddiaçını uşaqlıqdan tanıyır, çünki yaxın qonşu olmuşlar. 2015-ci ilin may ayından iddiaçıdan birinci dəfə 20 faizə 200 (iki yüz) manat ikinci dəfə isə 500 (beş yüz) manat pul götürmüş, vaxtında pulu faizi ilə birlikdə qaytarmış, bəzi hallarda o anasının pensiya kartını Əsli xanıma vermiş, kartdan pulu Əsli çıxarmışdır, o iddiaçıdan 03.05.2017-ci il tarixdə 1.500 (min beş yüz) manat pulu 12 (on iki) faiz ödəmək şərti ilə 1 (bir) il müddətinə götürmüş və hər bir ay üçün 180 (yüz səksən) manat faiz ödəmiş, 1500 (min beş yüz) manat pulun əsas məbləği isə qalmış, o 03.05.2018-2019-cu ilin sonuna kimi 180 (yüz səksən) manatı faizi ödəyə bilməmiş, bu da 3900 (üç min doqquz yüz) manat pul vəsaiti təşkil edir ki, cəmi 5400 (beş min dörd yüz) manat pul vəsaiti təşkil etmişdir. Məhkəmə prosesi zamanı 5.420 (beş dörd yüz iyirmi) manatın l(bir) il müddətinə olan 2160 (iki min yüz altmış) manat faizi və əlavə olaraq 1000 (min) manatını 14.07.2020-ci il tarixdə qaytarmışdır, İddiaçı ona 15.000 (on beş min) manat pul vəsaiti verməmiş, əgər vermişsə pulu harada, kimin yanında verdiyini qeyd etməmişdir ki, bu da onun yalan danışmasının əyani sübutudur, Əsli xanımın Rusiya Federasiyasında yaşayan oğlu Ağsu rayonuna gəldiyi zaman anasına öz xətti ilə onun yanında yazdırmış və xahiş etmişdir ki, o pulun faizini yox, aldığı pulun əsasını hissə-hissə ödəsin, o də bildirdim ki, narahat olması ödəyəcəkdir. Sonradan ona 700 (yeddi yüz) manat pul lazım oldu. Əsli xanımın evinə getmişdir. Fikrini iddiaçıya bildirdi. İddiaçıda nəğd pul olmadığı üçün öz razılığı əsasında 1500 (min beş yüz) manat dəyərində olan 21 (iyirmi bir) qramlıq qızıldan olan tros sep (məhkəmə prosesi zamanı qaytarıb), 300 (üç yüz) manat dəyərində olan, 1 (bir) ədəd qızıl klon, 700 (yeddi yüz) manat dəyərində olan 1 (bir) ədəd ağ slikon qaşlı qızıl sırğa-üzük, 350 (üç yüz əlli) manat dəyərində 1 (bir) ədəd abilsonnu qızıl üzük vermişdir. İddiaçı bildirdi ki, qızılları lombarda girov qoy pul götür, hər ay 5(beş) faiz lombarda, 12 (on iki) faiz isə iddiaçıya pul ödəyərsən, Sonra karantin (pandemiya) dövrü olduğu üçün pulu vaxtında Ödəyib qızılları lombarddan (girovdan) götürə bilməmişdir. Sonradan bilmişdir ki, pul iddiaçının qız nəvəsi Samirənin puludur, onların bir çox qonşulara və başqa insanlara faizə pul verdiyi məlum oldu, bu barədə kifayət qədər faktlar və sübutlar var. Pulu faizə verib vətəndaşların başına oyun açan Samirənin qardaşı Sahibin törətdiyi əməllərdən biridir. Çünki Sahib dəfələrlə mobil telefonla ona zəng edib hədə-qorxu gələrək demişdir pulun qaytarmasa onun və uşaqlarının başına oyun açacaqdır. O qız nəvəsi Sahibin etdiyi hərəkətləri Əsli xanıma bildirmişdir. O götürdüyü 1500 (min beş yüz) manat pul üçün 2160 (iki min yüz altmış) manat faiz ödəyib. Məhkəmə prosesi zamanı 1000 (min) manat pul və 21 (iyirmi bir) qramlıq qızıldan olan tros sepi iddiaçıya qaytarmış, cavabdehin iddiaçıya 2240 (iki min iki yüz qırx) manat borcu qızıldan isə 1350 (min üç yüz əlli) manat məbləğində borcu qalmışdır. İş üzrə iddiaçı olan Əslinin qız nəvəsi onun nümayəndəsi olan Nümayəndə onun tərəfindən borclu olduğu qəbzdə yazılmış 1500 (min beş yüz) manatın arxasına l(bir) sıfır əlavə edib onu 15.000 (on beş min) manata çevirmişdir. Qeyd olunanlara əsasən o Ağsu Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsi qanuni və əsaslı olmadığına, maddi və prosessual hüquq normaları kobud surətdə pozulduğuna görə qismən ləğv edib, bu iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X9 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsinin qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinə üyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsinin əsaslığını qismən mübahisələndirsədə qətnamənin tam ləğv edilməsini tələb etmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsinin əsaslığını cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh mərhum İddiaçı 15000 manat borc pul, eyni zamanda tros sep, aypara şəkilli 1 ədəd qızıl klon, ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük, abrisonnu qızıl üzük almışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh borc götürdüyü pul məbləğindən 1000 manatını və tros sepi iddiaçıya qaytarmışdır. Cavabdehin iddiaçıya 14.000 manat pul vəsaiti, 300 manat dəyərində 5.5 qramlıq 583 əyar olan aypara şəkilli 1 ədəd qızıl klon, 700 manat dəyərində 583 əyar olan ağ silikon qaşlı 1 ədəd qızıl sırğa-üzük, 350 manat dəyərində 1 ədəd 583 əyar olan qızıl üzük borcu qalmışdır. Daha sonra müəyyən edilmişdir ki, İddiaçı 16.04.2021-cu il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası tərəfindən onun hüquqi varisi kimi X6 işə cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Apelyatorun dəlili ondan ibarətdir ki, 2015-ci ilin may ayından iddiaçıdan birinci dəfə 20 faizə 200 (iki yüz) manat ikinci dəfə isə 500 (beş yüz) manat pul götürmüş, vaxtında pulu faizi ilə birlikdə qaytarmışdır. Bəzi hallarda o anasının pensiya kartını Əsli xanıma vermiş, kartdan pulu Əsli çıxarmışdır. O, iddiaçıdan 03.05.2017-ci il tarixdə 1.500 (min beş yüz) manat pulu 12 (on iki) faiz ödəmək şərti ilə 1 (bir) il müddətinə götürmüş və hər bir ay üçün 180 (yüz səksən) manat faiz ödəmiş, 1500 (min beş yüz) manat pulun əsas məbləği isə qalmış, o 03.05.2018-2019-cu ilin sonuna kimi 180 (yüz səksən) manatı faizi ödəyə bilməmiş, bu da 3900 (üç min doqquz yüz) manat pul vəsaiti təşkil edir ki, cəmi 5400 (beş min dörd yüz) manat pul vəsaiti təşkil etmişdir. Məhkəmə prosesi zamanı 5.420 (beş dörd yüz iyirmi) manatın l(bir) il müddətinə olan 2160 (iki min yüz altmış) manat faizi və əlavə olaraq 1000 (min) manatını 14.07.2020-ci il tarixdə qaytarmışdır. İddiaçı ona 15.000 (on beş min) manat pul vəsaiti verməmişdir. Belə ki, iş materiallarında olan vərəqdə Cavabdeh Əsli nənədən 2017-ci il tarixdə 15000 manat pul borc götürdüyünü qeyd etməklə vərəqə imza etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6” yanvar 2022-ci il, 4/1534 saylı məhkəmə xətşünaslıq-ekspertizası rəyindən müəyyən olunur ki, Ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan 2017-ci il tarixli borc qəbzinin sonundakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan 2017-ci il tarixli borc qəbzində “15000” rəqəmindəki sıfırların - Cavabdeh tərəfindən və ya başqa şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi əsaslı olaraq cavabdehin iddiaçıya olan borcu iş materiallarında olan qəbzə əsaslanmaqla təmin etmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan 2017-ci il tarixli borc qəbzinin sonundakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası rəyin digər 2-ci suala aid hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin rəydə qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, Ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan 2017-ci il tarixli borc qəbzində “15000” rəqəmindəki sıfırların - Cavabdeh tərəfindən və ya başqa şəxslər tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Qəbzdəki imza isə cavabdeh tərəfindən icra edilmişdir. Yəni ekspert rəyində rəqəmlərin dəyişikliyə məruz qaldığı müəyyən edilmir. Bunun əksini isə cavabdeh tərəf sübut edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kollegiya qeyd edir ki, şikayət o halda əsaslı sayıla bilər ki, mülki prosessual qanunvericiliyə əsasən sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Başqa şəxslə anasının kartını iddiaçıya verməsi, eyni zamanda qeyd edilən pulun faizə alınması və s. Şikayətin qızıl zinət əşyalarına aid hissəsinə münasibət bildirərkən kollegiya qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi X9 birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh qızıdır. Qızı müəyyən vaxtlarda iddiaçıdan pul məbləği və sadalanan qızıl əşyalarını götürsə də borcundan ödəniş etmişdir. Hazırda iddiaçıya 1 ədəd qızıl klon, 1 ədəd qızıl sırğa-üzük, 1 ədəd obirçalnı qızıl üzük isə qaytarılmamışdır. Yaxın vaxtlarda qızıl zinət əşyalarını qaytaracaqdır. Göründüyü kimi cavabdehin nümayəndəsi məhkəməyə ərizə yazaraq qeyd edilən qızıl zinət əşyalarının cavabdehdə qaldığını etiraf etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də təmin edilə bilməz. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertizaların xərcini təşkil edən 254 manatın 127 manatı iddiaçıdan, 127 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(016)-667/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertizaların xərcini təşkil edən 254 (iki yüz əlli dörd) manatın, 127 (yüz iyirmi yeddi) manatı iddiaçıdan, 127 (yüz iyirmi yeddi) manatı cavabdehdən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-30/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-30/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver