Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-301/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pulun geri qaytarılması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)- 1494/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 19 avqust 2021-ci il tarixli 2(039)- 1494/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 oktyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 yaranmış 3000 manat məbləğində borc pul məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinin təmin edilməsi üçün, iddianı Cavabdeh1 və Cavabdeh2 üzərinə yönəltməklə, alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 və X3 arasında bağlanmış 09.10.2019-cu il tarixli «Borc müqavisi»nə əsasən, cavabdehə 3000 (üç min) manat məbləğində nağd pul şəklində borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borc məbləğini 30.04.2020-ci ilə qədər geri qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh 09.10.2019-cu il tarixli «Borc müqaviləsi»nə əsasən götürdüyü pul öhdəliyinin icrasını dəfələrlə şifahi və 25.02.2021 -ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək təmin etməmişdir və dolayısı ilə boyun qaçırmışdır. «Borc müqaviləsi»nin 1-ci bəndinə əsasən, «borc alan» borc məbləğini Müqavilədə müəyyən olunan şərtlərlə və qaydada «borc verən»ə ödənilməsini öhdəsinə götürmüşdür. 15.06.2021-ci il tarixinə borclu Cavabdeh1 və Cavabdeh2 mənə 3000 (üç min) manat məbləğində pul vəsaiti ödəməlidir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh2 ona borcu olmuşdur. Həmin borcla bağlı Cavabdeh2 barəsində cinayət iş başlanmışdır. Həmin iş üzrə o zərərçəkmiş şəxs idi. Cinayəti işi üzrə o şikayətçi olmasın deyə ona olan borcdan 4000 manatı ödənildi. Qalan 3000 manata dair isə cavabdehlər tərəfindən borc müqaviləsi imzalandı. Hazırda da tələb etdiyi 3000 manat həmin müqavilə üzrə cavabdehlər tərəfindən ödənilməmiş puldur. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izah etmişdir ki, o iddiaçıdan pul almamışdır. Həmin pulu atası Məhəmməd almışdır. Borc cəmi 5000 manat olmuşdur. Həmin puldan 4000 manatı ödənilmişdir. Hazırda onların iddiaçıya cəmi 1000 manat borcları var. İddiaçı deyir ki, 2000 manat da ziyan çəkmişdir. Həmin pulu da ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasında izah etmişdir ki, İlhama 3000 manat borcla bağlı yazılı müqavilə vermişlər. Həmin pulu hazırda ödəməyə imkanları yoxdur. Borcu hissəhissə ödəyəcəklər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi 09 oktyabr 2019-cu il tarixli borc müqaviləsinə istinad etmişdir. Məhkəmə də iddia tələbini təmin edən zaman məhz həmin müqaviləni sübut kimi qəbul etmişdir. Əslində isə onun iddiaçıya 3000 deyil, cəmi 1000 manat borcum vardır. Belə ki, onun iddiaçıya 5000 manat borcu var idi. Həmin borca görə baş tutan məhkəmə vaxtı (cinayət işi) o İddiaçı 4000 manat pul ödəmişdir. Onun özü də bu işdə etiraf etmişdir ki, məhkəmədə o iddiaçıya 4000 manat pul ödəmişdir. Belə olan halda onun iddiaçıya 1000 manat borcu qalırdı. Lakin həmin vaxtı o, şikayətçi olmasın deyə, o 3000 manatlıq müqaviləyə imza etməyə məcbur olmuşdur. Çünki həmin iş cinayət işi idi və əgər o, şikayətçi olmasa idi onun barəsində olan cinayət işinə xitam veriləcəkdi. Ona görə də o, məcbur qalaraq 3000 manatlıq müqaviləyə imza etmişdir ki, o, şikayətçi olsmasın. Ona görə də o, həmin iş üzrə şikayətçi olmadı və cinayət işinə xitam verildi. Əslində isə onun İddiaçı cəmi 1000 manat borcu vardır ki. onu da ödəməyə hazırdır. Birinci instansiya məhkəməsində o, bu halları dəfələrlə desə də. heç bir nəticəsi olmadı və məhkəmə bu halları araşdırmadan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul etdi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(039)-1494/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin 1000 (min) manata aid hissədə təmin edilməsini, 2000 (iki min) manata aid hissədə isə rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh2 məhkəmə kollegiyasına teleqram göndərərək səhhətində korona virusla bağlı narahatçılıq yarandığından məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, həmin halları təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1494/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, İddiaçı cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən asan ödəniş sistemindən çıxarışdan məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 oktyabr 2019-cu il tarixli borc müqaviləsindən məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı 3000 manat borc pul almışlar. Həmin borcu 30 aprel 2020-ci il tarixədək geri qaytarmağı öhdələrinə götürmüşlər Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2 739.1, 739.2, 740.1 və 740.2 maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 09 oktyabr 2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilə üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat borc pul vermişdir. Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 3000 manat borcu 30 aprel 2020-ci il tarixədək geri qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu qaytarmamışlar. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində onun İddiaçı cəmi 1000 manat borcunun olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri mülki işin materialları ilə təkzib edildiyindən məhkəmə kollegiyası tərəfindən inandırıcı qəbul edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1494/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-3000 min manat pul məbləği 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1494/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-301/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-301/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver