Məhkəmə qərarları › İş №2(107)-302/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-302/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-302/2023 06.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə, üçüncü şəxslər X2, X1, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhkəmə-Hüquq Şurasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1nə, üçüncü şəxslər X2, X1, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhkəmə-Hüquq Şurasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-2624/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1nə, üçüncü şəxs X2, üçüncü şəxs X1, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhkəmə- Hüquq Şurasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-2624/2022 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(125)-2624/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 2 dekabr 2022-ci il tarixli 2(104)-3018/2022 saylı qərardadı ilə mülki iş başqa apellyasiya instansiyası məhkəməsinə verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli 3/AM- 358/2022 nömrəli qərardadı ilə mülki iş baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)- 2624/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin mətnindən və mahiyyətindən müəyyən olunur ki, bu iddia hakimin hakimlik fəaliyyəti ilə bağlı olan maddi və mənəvi ziyanın ödənilməsi barəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə görə hakimlər toxunulmazdırlar. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Həmin Qanunun 101-ci maddəsinə əsasən hakimlər Məhkəmə-Hüquq Şurasının razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Hakimlər baxdıqları işlərlə bağlı vurulan maddi ziyana görə öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-2624/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-2624/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-2624/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar