Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-303/2024 29.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: icraata xitam, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi barədə Balakən Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, 2(019)-665/2023 nömrəli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadə hüququnun itirilməsi,həmin fərdi yaşayış evindən çıxarılması,əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, e-2(019)-665/2023 nömrəli qərardadı ilə iddia ərizəsinə tərəflər arasında bağlanmış, 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə aid hissədə xitam verilmişdir. Həmin qərardaddan iş üzrə cavabdeh X2 şikаyət vermişdir. Balakən Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(019)-665/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, 2(019)-665/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116.90 kv/m olan fərdi yaşayış evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndinə yerləşən 0.07 ha torpaq sahəsinin və ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 20000 (iyirmi min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, qalan 17000 manat məbləği 36 ay müddətinə, hər altı aydan bir 2800 manat məbləği 5 dəfəyə, sonuncu ödəniş 3000 manat olmaqla xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.Lakin Cavabdeh müqavilənin şərtlərini yerinə yetirməmiş, ilkin ödənişdən sonra ödəniş etməmişdir. Cavabdeh müqavilənin şərtlərini pozsa da, iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti müqavilənin ləğvi ilə bağlı ifadəsini cavabdehə bildirməklə müqaviləni ləğv etsə də Cavabdeh iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116.90 kv/m olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur,həmçinin digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Hazırkı işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi 36 ay müddətinə bağlanmış, müqavilənin müddəti 31 yanvar 2023-cü il tarixdə başa çatmışdır. Həmçinin iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti müqavilənin ləğvi ilə bağlı Cavabdeh öz iradə ifadəsini bildirmişdir. Ona görə də, hazırkı iddia ərizəsinin Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-cu il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə aid hissəsinə məhkəmədə baxılmalı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddiaçı bank şikayətində göstərmişdir ki, hazırki işin icra mərhələsində notarius tərəfindən icra olunması üçün mütləq bu hissədə də, məhkəmə qətnaməsi lazımdır, həmçinin müqavilənin ləğv i üçün tərəflər arasında saziş bağlanmalıdır və hazırki halda tərəflər arasında mübahisə olduğundan müqavilənin ləğvi üçün saziş bağlanması mümkün deyildir. Ona görə də hesab edirik ki, qərardad əsassızdır, ona görə də ləğv edilməli və işin icraatının icra mərhələsində də tam icra olunması üçün tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə də qərar qəbul olunmalıdır. Ona görə də şikayətimizin təmin olunması və yeni qərar qəbul olunmasını qanunauyğun hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarından göründüyü kimi, iddiaçı bank hazırki tələblə məhkəmədə iddia qaldırması üçün əvvəlcə müqavilənin ləğvini tələb etməli deyildi. Ona görə ki, müqavilənin ləğvi məhkəmədənkənar qaydada həyata keçirilir. Bankın hazırki tələblə məhkəməyə müraciət etməsi onun müqavilədən imtinası olaraq qəbul edilir ki, həmin imtina da müqavilənin ləğvinə bərabər tutulur. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, 2(019)-665/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, 2(019)-665/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261, 263-264, 397-398, 402, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli, 2(019)-665/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-303/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-303/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver