Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-304/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(025)-1356/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30,196 (otuz min yüz doxsan altı) manat məbləğində pulun tutulub ona ödənilməsi; Cavabdeh hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 180 (yüz səksən) manat, cəmi 480 (dörd yüz səksən) manat məbləğində məhkəmə xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə zamandır işlədiyi X5 tanıyır. O, X1 iş yeri üzrə istehsalat təcrübəsi keçmək üçün göndərilmişdir. Orada ünsiyyətləri yaranmış, ona qarşı etibarlı münasibəti olmuşdur. 2023-cü ilin sentyabr ayından başlayaraq ondan bir neçə dəfə borc pul lazım olduğunu bildirmiş və qısa müddətdə qaytaracağına söz vermişdir. Bu minvalla ona 06 sentyabr 2023-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək olan dövrdə hissə-hiss olmaqla 30.196 (otuz min yüz doxsan altı) manat məbləğində borc pul vermişdir. O, hər dəfə problemləri var, həll edib borcunu qaytaracağına söz vermiş, onun səmimiyətindən və ona inanmağımdan sui-istifadə etmiş, bu günə kimi də heç bir məbləğ qaytarmamışdır. Sonuncu dəfə isə cari ilin avqust ayında məbləği geri qaytaracağına söz vermişdir. Borcun qaytarılması üçün cavabdehin atasına dəfələrlə müraciət etmişdir. O da cavabdeh kimi narahat olmamasını, borcunun qaytarılacağını vəd etmişdir. Bu hadisədən onun bütün ailə üzvləri məlumatlıdırlar və dəfələrlə onun ailə üzvlərinin yanında bu məsələ müzakirə olunmuşdur. Gec də olsa sonunda isə anlamışdır ki, cavabdeh bu məbləği ona könüllü şəkildə qaytamaq niyyətində deyil. Boc məbləği hissə-hissə olmaqla müstəlif vaxtlarda cavabdehin bank hesabına köçürmə yolu ilə tərəfindən göndərilmişdir. Bu iddia ərizəsinə əlavə etdiyi bank hesabından çıxarış, birbank tətbiqi vasitəsi ilə köçürmə etdiyi məbləğlərin çıxarışı, aralarında vatsap üzərindən aparılan danışıqlar və həmin danışıqlardan çıxarışlarla və digər sübutlarla öz təsdiqini tapır.
Birinci instansiya məhkəməsində icraat:
3. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul edərək göstərmişdir ki, oğlu başqa bir adamdan faizə pul almış, sonradan onu qorxuzublar və məcbur qalıb iddiaçıdan pul almışdır. O, iddiaçı tərəfə təklif etmişdir ki, borcun əvəzində içərisində tikili olan torpaq sahəsini versin, lakin iddiaçı tərəf bununla razılaşmamışdır.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cavabdehə ümumilikdə 30,196 (otuz min yüz doxsan altı) manat məbləğində pul verdiyini, cavabdehin həmin məbləği qaytarmadığını, iddia tələbinin əsası kimi kartdan karta pul köçürmələrini təsdiqləyən çıxarışları və bank hesabından çıxarışları, o cümlədən cavabdehlə aralarında olan vatsap yazışmalarını əsas gətirir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul edərək göstərmişdir ki, oğlu başqa bir adamdan faizə pul almış, sonradan onu qorxuzublar və məcbur qalıb iddiaçıdan pul almışdır.
6. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
7. Hazırki işdə İddiaçı cavabdehə ümumilikdə 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat pul verməsini “ABB” mobil tətbiqinin “Tarixçə” bölməsinin “kartdan ölkədaxili karta” başlığı ilə olan çıxarışlarla və bank hesabından çıxarışlarla təsdiq etməkdədir. Eyni zamanda Cavabdeh ilə olan vatsap yazışmaları ilə də cavabdehin iddiaçıdan aldığı pulu qaytarmaması müəyyən edilməkdədir. Həmçinin məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini etiraf edərək oğlunun borcunu qaytaracağını bildirmişdir.
8. İddiaçı iddia ərizəsində həmin məbləğin 30,196 (otuz min yüz doxsan altı) manat olduöunu qeyd etsə də məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin iştirakı ilə həmin hesabdan çıxarışlar tədqiq edilərək məbləğin 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat olması müəyyən edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən borc müqaviləsi ilə Mülki Məcəlllədə nəzərdə tutulmuş maddələrə istinad edərək borcunu tələb etməkdədir. Lakin məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış tələb edilən məbləğlərin borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə işin araşdırılmış halları ilə müyyən olunur ki, həmin pul məbləğləri iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdehin hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır.
10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iş materiallarında olan sübutlar (“ABB” mobil tətbiqinin “Tarixçə” bölməsinin “kartdan ölkədaxili karta” başlığı ilə olan çıxarışlar və bank hesabından çıxarışlar) həmin məbləğin Cavabdeh verilməsini təsdiq edilir. Eləcə də tərəflər arasında aparılmış “Whatsapp” danışıqları ilə, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə həmin məbləğlərin cavabdehdən iddiaçıya qaytarılmaması təsdiq edilir. Cavabdeh isə həmin məbləğlərin iddiaçıya qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdırlar.
11. Qəbələ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(025)-1356/2024 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia qismən təmin olunmuş, Cavabdeh 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 180 (bir yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 739.1, 740.1, 740.2, 1091.1,1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İş materiallarında olan “ARB” mobil tətbiqinin “Tarixçə” bölməsinin “kartdan ölkədaxili karta” başlığı ilə olan çıxarışlardan görünür ki, İddiaçı Cavabdeh məxsus “4098!!!!!!!!9020” nömrəli kartına xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 85 manat, xx.xx.2023-cü il tarixdə 166 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, 14 oktyabr 2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, 08 noyabr 2023-cü il tarixdə 400 manat, 15 noyabr 2023-cü il tarixdə 2100 manat, 25 noyabr 2023-cü il tarixdə 300 manat, 26 noyabr 2023-cü il tarixdə 300 manat, 27 noyabr 2023-cü il tarixdə 400 manat, 6 dekabr 2023-cü il tarixdə 300 manat, 16 yanvar 2024-cü il tarixdə 30 manat, 18 yanvar 2024-cü il tarixdə 850 manat, 1 fevral 2024cü il tarixdə 5000 manat, 07 fevral 2024-cü il tarixdə 597 manat, 08 fevral 2024-cü il tarixdə 400 manat, 09 fevral 2024-cü il tarixdə 20 manat, 10 fevral 2024-cü il tarixdə 150 manat, 11 fevral 2024-cü il tarixdə 800 manat, 13 fevral 2024-cü il tarixdə 600 manat, 25 fevral 2024-cü il tarixdə 430 manat, 01 mart 2024-cü il tarixdə 140 manat, 03 mart 2024-cü il tarixdə 500 manat, 04 mart 2024-cü il tarixdə 500 manat, 13 mart 2024-cü il tarixdə 200 manat, 17 mart 2024-cü il tarixdə 300 manat, 22 mart 2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, 29 mart 2024-cü il tarixdə 100 manat, 30 mart 2024-cü il tarixdə 200 manat, 02 aprel 2024-cü il tarixdə 1000 manat, 07 aprel 2024-cü il tarixdə 50 manat, 08 aprel 2024-cü il tarixdə 500 manat və 135 manat, 11 aprel 2024-cü il tarixdə 230 manat və 70 manat, 15 aprel 2024-cü il tarixdə 500 manat və 300 manat, 19 aprel 2024-cü il tarixdə 2 dəfə 400 manat olmaqla ümumilikdə 800 manat, 27 aprel 2024-cü il tarixdə 500 manat və 200 manat, 01 may 2024-cü il tarixdə 400 manat, 03 may 2024-cü il tarixdə 30 manat, 06 may 2024-cü il tarixdə 80 manat və 1,117 manat, 08 may 2024-cü il tarixdə 99,80 manat, 13 may 2024-cü il tarixdə 597 manat, 14 may 2024-cü il tarixdə 400 manat, 16 may 2024-cü il tarixdə 1500 manat, 26 may 2024-cü il tarixdə 150 manat, 28 may 2024-cü il tarixdə 30 manat, 01 iyun 2024-cü il tarixdə 600 manat, 07 iyun 2024-cü il tarixdə 100 manat, 08 iyun 2024-cü il tarixdə 200 manat, 12 iyun 2024-cü il tarixdə 600 manat, 13 iyun 2024-cü il tarixdə 900 manat, 19 iyun 2024-cü il tarixdə 400 manat, 21 iyun 2024-cü il tarixdə 85 manat, 22 iyun 2024-cü il tarixdə 100 manat və 27 iyun 2024-cü il tarixdə 1600 manat olmaqla, ümumilikdə 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat pul köçürmə etmişdir.
14. İş materiallarında olan İddiaçı ilə və Cavabdeh ilə arasında olan vatsap yazışmalarından görünür ki, cavabdeh yazışmalarda iddiaçıdan və onun atasından borcun qaytarılması üçün vaxt verilməsini xahiş edir.
15. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli arayışdan görünür ki, xx.xx.2003-cü ildə Qəbələ rayonu Sileyli kəndində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
17. İş materiallarında olan “mpay” ödəniş sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən 300 (üç yüz) manat pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
18. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir.
20. Aşağıdakı işin mübahisələndirilməyən hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.
21. Belə ki, Cavabdeh məxsus karta iddiaçı tərəfindən ödəniş edilsə də həmin kartdan istifadə etməmiş və həmin karta gələn pul vəsitinin bir qismini o çıxartmamışdır. Həmin kart vasitəsi cavabdehə məxsus olsa da itirmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, iddiaçı tərəfindən karta 17000 min manat məbləğindən pul göndərildikdən sonra kart cavabdehdə olmamışdır. Cavabdeh kartının itirilməsi barədə hüquq mühafizə orqanlara müraciət etmişdir. Lakin məhkəmə tərəfindən bu hala diqqət yetirilməmiş və araşdırılmamışdır. Eyni zamanda 17000 min manat məbləğindən sonra cavabdehin kartına gələn ödənişləri kimin tərəfindən çıxarılması və ya cavabdehin kartından hansı şəxsin kart hesabına köçürülməsi hissəsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa apellyasiya şikayəti tərtib olunarkən cavabdehin onlara verdiyi məlumata əsasən iddiaçı tərəfindən cavabdehə cəmisi 17000 manat məbləğində pul vəsaiti verilmişdir. Yerdə qalan məbləğlərlə bağlı isə onlara bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə deyil iddiaçının tanıdığı digər şəxsə sahibkarlıq fəaliyyəti məşğul olma məqsədilə verilmişdir. Cavabdehin funksiyası burada iddiaçı tərəfindən özünün razılığı ilə cavabdehin kartına daxi olmuş pul vəsaitinin nağdlaşdırılaraq iddiaçının razılığı ilə digər şəxsə verilmişdir. Həmin şəxsə məxsus bank kartı olmadığı üçün qarşılıqlı razılıq əsasında iddia olunan məbləğ cavabdehin kartına köçürülməsi və oradan çıxarılaraq həmin şəxsə nağd şəklində verilməsi olmuşdur.
22. Əlavə olaraq qeyd etmək istəyir ki, işin halları məhkəmə tərəfindən tam araşdırılmayaraq aidiyyat qaydalarına toxunulmamışdır. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq mənfəət, qazanc gəlir əldə etmək olmuşdur.
23. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 27-ci bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
25. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(025)- 1356/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(025)-1356/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
28. Cavabdeh və onun nümayəndəsi Nümayəndə2, həmçinin cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
29. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili və nümayəndəsi Nümayəndə3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
34. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
35. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
36. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(025)- 1356/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın Cavabdeh aid təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
39. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
40. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
41. Belə ki, apellyator şikayətində iddiaçı tərəfindən karta 17000 manat məbləğindən pul göndərildikdən sonra kartın cavabdehdə olmadığını, cavabdeh kartının itirilməsi barədə hüquq mühafizə orqanlarına müraciət etdiyini qeyd etsə də, iş materialında hüquq mühafizə orqanlarına və ya müvafiq banka müraciət edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir.
42. Bundan başqa, apellyator şikayətində iddiaçı tərəfindən cavabdehin kartına daxil olmuş pul vəsaitinin nəğdləşdirilərək iddiaçının razılığı ilə digər şəxsə verildiyini iddia etsə də, iş materialında olan “Whatsapp” yazışmalarından görünür ki, cavabdeh yazışmalarında iddiaçıya pulun onun razılığı ilə kiməsə verilməsinə dair hər hansı yazışma mövcud deyildir. Belə ki, “Whatsapp” yazışmalarında iddiaçı cavabdehə “axır əvvəl üstü açılacaq kimə verdiyin bilinəcək başdan öz xoşunla danış” kimi, bu mesaja cavab olaraq cavabdeh “Hara verdiyimi bilirsəndə”, iddiaçı isə “elə də deyirlər belə də deyirlər düzünü danış heç olmasa” kimi cavab vermişdir. Göründüyü kimi nəinki pulun iddiaçının razılığı ilə hətta pulun ümumiyyətlə həqiqətən də digər şəxsə verilməsini təsdiq edən hər hansı yazışma və ya digər sübut mövcud deyildir.
43. Bundan başqa, apellyator şikayətində işə aidiyyət qaydalarının pozulması ilə baxıldığını və işə kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əsassızdır.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
45. Məhkəmə kollegiyası qeyd edir ki, işə kommersiya məhkəməsində baxılması üçün tərəflərin hüquqi şəxs olması zəruridir, eyni zamanda mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır.
46. Lakin göründüyü kimi tərəflər fiziki şəxslərdir, eyni zamanda tərəflər arasında mübahisənin hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu təsdiq edən hər hansı sənəd və ya sübut mövcud deyildir.
47. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın Cavabdeh aid təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(025)-1356/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(025)-1356/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.