Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-309/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala Rayon Mosul Bələdiyyəsi və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli “İcarə müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 27 oktyabr 2021-ci il tarixli, 2(033)- 766/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala Rayon Mosul bələdiyyəsi və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd ediməsi 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və vəkili X8 oğlunın apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli "İcarə müqaviləsi"nə əsasən 49 il müddətə icarəsində olan Zaqatala rayonu, Mosul kəndində yerləşən 6 (altı) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3 (üç) ha hissəsini sonuncuya 10 (on) il müddətə subicarəyə vermişdir. Müqavilənin bağlanmasının üzərindən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, Cavabdeh 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli "İcarə müqaviləsi"nin 5- ci maddəsinin tələblərinə uyğun olaraq ona ödəməli olduğu illik 393 (üç yüz doxsan üç) manat icarə haqqını ödəməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili X8 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli “İcarə müqaviləsi”nin təktərəfli qaydada ləğv ilə bağlı mülki qanunvericiliyin tələblərinə əsasən Cavabdeh bildiriş göndərmiş, həmçinin müqaviləni bağlamış Zaqatala Rayonu 2 saylı Notariat Ofisini bu barədə məlumatlandırmışdır. Lakin, Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu iddiaçının 01aprel 2019- cu il tarixli, 3M-114 reyestr nömrəli “İcarə müqaviləsi”ni tək tərəfli qaydada ləğv edə bilməyəcəyini əsas gətirərək, iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. iş üzrə Cavabdeh müqavilə bağlandığı gündən bu günədək icarə haqqını ödəməmişdir. Məhkəmənin qətnaməsində istinad etdiyi 22 aprel 2021-ci il tarixli qəbzdə qeyd olunan 300 (üç yüz) manat pulun isə hara ödənilməsini qeyd etməmişdir. Çünki, iddiaçıya qeyd olunan 300 manat ödənilməmişdir. B u səbəbdən də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719 və722-ci maddəsinin tələblərinə əsasən, müqavilənin tək tərəfli qaydada ləğv etmək hüququ vardır. Lakin, işə baxan Zaqatala Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719 və 722-ci maddəsinin tələblərini gözarda etmiş və nəticədə hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsihansı sübuta əsasən, 2019 və2020-ci illərdəicarə müqaviləsinin predmeti olan Zaqatala rayon Mosul Bələdiyyəsinin mülkiyyətində olan 6 ha torpaq sahəsinin 3 ha hissəsi icarə verən İddiaçı tərəfindən istifadə edilməsi və yalnız 2021-ci ildə həmin torpaq sahəsinin cavabdehin istifadəsi üçün təhvil verilməsi qənaətinə gəlməsini öz qətnaməsində əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar torpağı icarəyə götürəndə iddiaçıya 780 manat məbləğində pul ödəmişdir. 2021-ci ilin aprel ayında isə 300 manat ödəmişdir. 2019-2020-ci illərdə iddiaçı özü o torpaqdan istifadə etmişdir. Bu gün də iddiaçı torpağı ona təhvil verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və onun vəkili, 3-cü şəxslərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 585 95 93 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərəfn izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Zaqatala Rayon Mosul Bələdiyyəsininn 01 mart 2019-cu il tarixli iclasının 06 saylı qərarından çıxarışdan görünür ki, 25.02.2019-cu il tarixdə bələdiyyədə daxil olunan ərizə qəbul və təsdiq edilmiş, Mosul bələdiyyəsinə məxsus olan k/t təyinatlı 6.00 ha torpaq sahəsi 49 il müddətinə “icarəçi” İddiaçı icarəyə verilib və icarə haqqı illik 785 manat müəyyən edilib. İcarəçi İddiaçı 6.00 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsi 10 il müddətinə “sub icarəçi” Cavabdeh verilməsinə təsdiq olunmuş, Cavabdeh torpağın icarə haqqı 3.00 ha torpaq üçün illik 393 manat müəyyən edilmiş və təsdiq edilmişdir. 29.06.2018-ci il tarixli Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-250 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu Mosul Bələdiyyəsinin sədri X7 tərəfindən Zaqatala rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İcarə müddəti 26.07.2067-ci il tarixədək, icarə haqqı illik 785 mamat müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12.02.2019cu il tarixdə tərtib edilmiş A seriyalı 363691 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, bələdiyyə mülkiyyətində olan reyestr nömrəsi **********52 olan Zaqatala rayonu Mosul kəndində yerləşən 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hüquq sahibi olan İddiaçı adına Zaqatala rayonu 2 saylı notariat ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 3M-250 nömrəli 29.07.2018-ci il tarixli icarə müqaviləsi əsasında plan və ölçü tərtib edilmişdir. 01.04.2019-cu il tarixli Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-114 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş icarə müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Zaqatala rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsindən 3 ha torpaq sahəsi Cavabdeh subicarəyə vermişdir. İcarə müddəti 01.04.2029-cu il tarixədək, icarə haqqı illik 393 manat müəyyən edilir. Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən Zaqatala Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı 29.07.2018-ci il tarixdə 3M-250 reyestr nömrə ilə Zaqatala rayon 2 saylı notariat ofisində Zaqatala rayonu Mosul Bələdiyyəsi ilə bələdiyyəyə məxsus 6.0 ha torpaq sahəsinə dair 26.07.2067-ci il tarixədək icarə müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə 6.0 ha torpaq sahəsinin - 3.0 ha hissəsində icarə hüquqlarını 01.04.2019-cu il tarixli 3M-114 reyestr nömrəli subicarə müqaviləsi əsasında Cavabdeh İbrahim oğluna ötürmüşdür. İddiaçı Notariat Ofisinə müraciət edərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. Ona müqavilənin iki tərəfli əqd olduğu, yalnız bir tərəfin iştirakı ilə müqaviləni ləğv edə bilməyəcəyi, qarşı tərəfin də iştirakının vacibliyi izah edilmişdir. O isə müqaviləni məhkəmə qaydasında ləğv edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Mosul Bələdiyyəsinin mülkiyyətində olan, **********52 reyestr nömrəli Zaqatala rayonu Mosul kəndində yerləşən 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində 12.02.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən 29.07.2018-ci il tarixli 3M-250 reyestr nömrəli icarə müqaviləsi əsasında 49 il müddətinə illik 785 manat icarə haqqı müəyyən edilməklə İddiaçı xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Zaqatala rayonu Mosul Bələdiyyəsinin mülkiyyətində olan İddiaçı adına yüklü edilmiş, **********52 teyestr nömrəli Zaqatala rayonu Mosul kəndində yerləşən 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində 19.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən 01.04.2019-cu il tarixli 3M-114 reyestr nömrəli icarə müqaviləsi əsasında 10 il müddətinə illik 393 manat icarə haqqı müəyyən edilməklə Cavabdeh xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X11 portalının ********* nömrəli 22.04.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İbrahimxəli oğlu tərəfindən bələdiyyə mülkiyyətinin icarəsinə görə 300 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclası zamanı işin faktiki halından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala Rayon Mosul Bələdiyyəsinin 01 mart 2019-cu il tarixli 6 nömrəli qərarına əsasən Zaqatala rayonu Mosul Bələdiyyəsinin mülkiyyətində olan 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 il müddətinə illik icarə haqqı 785 manat müəyyən edilməklə İddiaçı icarəyə, həmin 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3 ha torpaq sahəsi 10 il müddətinə illik icarə haqqı 393 manat müəyyən edilməklə Cavabdeh sub icarəyə verilməsi qərar alınmışdır. Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-250 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 29.06.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Zaqatala rayonu Mosul Bələdiyyəsinin sədri X7 tərəfindən Zaqatala rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsini İddiaçı 26.07.2067-ci il tarixədək, icarə haqqı illik 785 manat müəyyən edilməklə icarəyə verilmişdir. Həmin torpaq sahəsinin İddiaçı xeyrinə icarə müqaviləsində qeyd edilən şərtlərə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində 12.02.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmış və həmin qeydiyyat RX seriyalı ******* nömrəli çıxarışla rəsmləşdirilmişdir. Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-114 nömrə ilə qeyd edilmiş 01.04.2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən Zaqatala rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsindən 3 ha torpaq sahəsi Cavabdeh 01.04.2029-cu il tarixədək, icarə haqqı illik 393 mamat müəyyən edilməklə icarəyə verilmişdir. Həmin icarə müqaviləsi əsasında Zaqatala rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 6 ha olan torpaq sahəsindən 3 ha hissəsinin Cavabdeh İbrahimxəli oğlunun xeyrinə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində 19.04.2021- ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeyd aparılmış və həmin qeyd müvafiq çıxarışla rəsmləşdirilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmişdir ki, icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xaricihüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. «Torpaq İcarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd edilmiş maddələrin məzmunundan aydın olur ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv edilmiş sayılması ilə mümkündür. Tərəflərin birinin tələbi ilə müqavilənin ləğv edilməsi yalnız müqaviləni əhəmiyyətli dərəcədə pozulması, Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, eyni zamanda icarə müqaviləsində onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları tərəflər arasında razılaşdırılmamışdır. Qanunvericilik tərəflərin birinin tələbi ilə müqavilənin ləğvi üçün əsas kimi digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını və yaxud Məcəllədə nəzərdə tutulmuş halları qeyd etmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdurKollegiyanın məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,tərəflər arasında icarə müqaviləsi 01.04.2019-cu il tarixdə 10 il müddətinə imzalanmasına baxmayaraq 2019 və 2020-ci illərdə icarə müqaviləsinin predmeti olan Zaqatala rayon Mosul Bələdiyyəsinin mülkiyyətində olan 6 ha torpaq sahəsinin 3 ha hissəsi icarə verən İddiaçı tərəfindən istifadə edilmiş və yalnız 2021-ci ildə həmin torpaq sahəsi cavabdehin istifadəsi üçün təhvil verilmişdir. Cavabdeh tərəfindən bir il üçün müəyyən edilmiş 393 manat icarə haqqının mühüm hissəsi olan 300 manat 22.04.2021-ci il tarixdə ödənilmişdir Mülki Məcəllənin 529.5-ci maddəsinin tələbinə görə borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, kollegiyanın qənaətinə görə iddiaçının iddia ərizəsindəki, eləcə də apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Kollegiya öz növbəsində onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Bundan əlavə İddiaçı həm birinci instansiya məhkənməsinin, eyni zamanda apellyasiya icraatı zamanı dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə də məhkəmə tərəfindən Cavabdeh tərəfindən 01.04.2019-cu il tarixli icarə müqaviləsinin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və vəkili X8 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-309/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-309/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver