Məhkəmə qərarları › İş №2(107)-31/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-31/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-31/2022 11.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ipoteka predmeti olan cavabdehə məxsus daşınmaz əmlaka tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması, bank krediti müqaviləsindən yaranmış borcun ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan şəxslərin həmin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları tələbinə dair” mülki iş üzrə (Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməklə tutulması) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ipoteka predmeti olan cavabdehə məxsus daşınmaz əmlaka tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması, bank krediti müqaviləsindən yaranmış borcun ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan şəxslərin həmin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları İddiaçı ASC "xxxx" Bankı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 23.06.2014cü il tarixli **********77914 Ns-li kredit müqaviləsinə müvafiq olaraq, iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 16 % (on altı faiz) ödəməsi şərtilə 25 400 (iyirmi beş min dörd yüz ) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və onun üzərində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 23.06.2014-cü il tarixli **********77914/İM No-li ipoteka müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka predmeti olan cavadehə məxsus daşınmaz əmlaka tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılıması, bank krediti müqaviləsindən yaranmış borcun ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan şəxslərin həmin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.06.2014-cü il tarixli **********77914/İM No-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 23.06.2014-cü il tarixli **********77914 JM9-İİ kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 iddiaçı ASC “Xalq" Bankı qarşısında 20164,47 ABŞ dolları əsas borcu, 5079,73 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 14.06.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1465,59 ABŞ dolları penya olmaqla, cəmi 26.710,05 ABŞ dolları (iyirmi altı min yeddi yüz on ABŞ dolları 05 sent) məbləğində kredit borclarının və 14.06.2017-ci il tarixdən başlayaraq, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat çəkilmiş xərcin və iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 28 600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində təyin edilməklə açıq hərracda satılması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 23.06.2014-cü il tarixli **********77914 Ns-li kredit müqaviləsinə müvafiq olaraq, iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 16 % (on altı faiz) ödəməsi şərtilə 25 400 (iyirmi beş min dörd yüz ) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında ona məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və onun üzərində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 23.06.2014-cü il tarixli **********77914/İM No-li ipoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçı ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 25.06.2014-cü il tarixli RX seriyalı ******* N°-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1 nömrəli Əlavəsi olan Ödəniş cədvəlinə əsasən, hər ay bərabər hissələrlə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliklərini kobud şəkildə pozaraq, kreditin müddəti bitsə də, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini iddiaçıya qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Belə ki, 14.06.2017-ci il tarixinə borc alan Cavabdeh1 iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 16 613,17 (on altı min altı yüz on üç ABŞ dolları 17 sent) ABŞ dolları təşkil edir ki, onun da 1 1 533,44 (on bir min beş yüz otuz üç ABŞ dolları 44 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc. 5079.73 (beş min yetmiş doqquz ABŞ dolları 73 sent) ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə, borc alan Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə iddiaçıya kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 14.06.2017-ci il tarixinə bu məbləğ 1 465,59 (bir min dörd yüz altmış beş ABŞ dolları 59 sent) ABŞ dolları təşkil edir. Nəicədə vaxtı keçmiş əsas borc məbləği nəzərə alınmaqla iddiaçının vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları 47 sent) ABŞ dolları, yuxarıda göstərilən adi faizlər və penya ilə birlikdə iddiaçının 14.06.2017-ci il tarixə tələblərinin ümumi məbləği isə 26 710,05 (iyirmi altı min yeddi yüz on ABŞ dolları 05 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar iddiaçının öz tələblərini ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında25.11.2016-cı il tarixli 477 nömrəli bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün bu əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 30.11.2016-cı il tarixli 492 nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə müraciət edilmiş və bildirişin qeydə alınması barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, istehlak məqsədləri üçün iddiaçı tərəfindən daşınmaz əmlakın girovu ilə verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 16 % (on altı) faiz təşkil edir. İddiaçı hesab edir ki. hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni 14.06.2017-ciil tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik qədər əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizlərinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması təmin edilməlidir. İddiaçı hesab edir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş 28 600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində olan likvid qiyməti təyin edə bilər. Cavabdehlər Cavabdeh1. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qeydiyyatda olduqları ünvanlara məhkəmə bildirişləri göndərilməklə dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğuni zahat verdi, iddia ərizəsini bütünlüklə müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2014-ci il tarixli **********77914 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, illik 16 (on altı) faiz olmaqla, 25 400 (iyirmi beş min dörd yüz ) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və üzərində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 23.06.2014-ci il tarixli **********77914 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçı ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 25.06.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə 1 nömrəli Əlavəsi olan ödəniş cədvəlinə əsasən, Cavabdeh1 hər ayın borc alınan günü əsas borc məbləğinin bərabər hissələrlə qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitməsinə baxmayaraq, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini iddiaçıya qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. İddiaçı ASC "xxxx" Bankının «Zaqatala» filialı ilə Cavabdeh1 arasında 23.06.2014-ci il tarixli **********77914 nömrəli ipoteka müqaviləsi Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontorunda 24.06.2014-cü il tarixdə təsdiq edilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla ipoteka müqaviləsi qanunun tələblərinə əməl edilməklə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında öhdəliklərini tam yerinə yetirməyərək, onun iddiaçıya 16.06.2017-ci il tarixə 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları 47 sent) ABŞ dolları əsas kredit borcu, 5079,73 (beş min yetmiş doqquz ABŞ dolları 73 sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 1 465,59 (bir min dörd yüz altmış beş ABŞ dolları 59 sent) ABŞ dolları cərimə olmaqla, cəmi 26 710,05 (iyirmi altı min yeddi yüz on ABŞ dolları 05 sent) ABŞ dolları borcu vardır Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında həm mülki qanunvericiliyin, həm də qeyd edilən kredit müqaviləsinin tələblərinə görə kreditin qaytarılması üçün birbaşa məsuliyyət daşıyır. Bu baxımdan da məhkəmə hesab edir ki, yuxarıda göstərilən kredit müqaviləsinə görə 14.06.2017-ci il tarixə olan 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları 47 sent) ABŞ dolları əsas kredit borcu Cavabdeh1 alınaraq, iddiaçıya qaytarılmalıdır. Həmçinin qeyd edilən kredit müqaviləsinin 6.2-ci bəndinə görə cavabdeh məlum kredit məbləğini illik 16 faizlə, həmçinin kreditin vaxtında geri qaytarılmaması və (və ya) faizlərin ödənməməsi halında iddiaçıya gecikmənin hər bir günü müqabilində illik 31 faiz dərəcəsi ilə cərimə faizlərini ödəməyi öhdəsinə götürmüşdür. İşə bu kontekstdən yanaşan məhkəmənin qənaətinə görə isə əsas kredit məbləği ilə yanaşı uyğun olaraq faizlərin də cavabdehdən tutulması tam qanuna və müqaviləyə uyğundur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, əsas borca hesablanmış 5079,73 (beş min yetmiş doqquz ABŞ dolları 73 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği də Cavabdeh1 tam həcmdə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. İşin məhkəmədə araşdırılan hallarından görünür ki, tərəflər arasında bağlanmış 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinin icra müddəti başa çatsa da, həmçinin Cavabdeh1 müqavilə şərtlərini pozsa da, iddiaçı tərəfindən ona qarşı təsirli tədbir görülməmiş, nəticədə isə borcun ödənilməsində gecikdirmələr baş vermiş və son olaraq iddiaçı cavabdeh barəsində cərimə sanksiyaları tətbiq edərək, ondan 14.06.2017-ci il tarixə olan 1 465,59 (bir min dörd yüz altmış beş ABŞ dolları 59 sent) ABŞ dolları məbləğində cərimə faizləri üzrə borcun ödənilməsini tələb etmişdir. Məhkəmə həmçinin, iddia tələbinin 14.06.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1 465,59 (bir min dörd yüz altmış beş ABŞ dolları 59 sent) ABŞ dolları cərimənin məbləğinin azaldaraq, Cavabdeh1 500 (beş yüz) ABŞ dolları məbləğində cərimənin alınaraq, iddiaçıya ödənilməsini əsaslı hesab etmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 kredit vəsaitindən istifadə etməsinə baxmayaraq, iddiaçı ASC "xxxx" Bankının “Zaqatala” filialı ilə bağladığı 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinin şərtlərini pozaraq, 14.06.2017-ci il tarixə olan 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları 47 sent) ABŞ dolları əsas borcunu, 5079,73 (beş min yetmiş doqquz ABŞ dolları 73 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcunu, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimənin, cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində kredit borcunu ödəməmişdir. Məhkəmə araşdırılmasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçı tərəfindən 25.11.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilərək, ondan kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələb edilmiş, əks halda ipoteka predmeti olan 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldiləcəyi bildirilmişdir. Bundan sonra keçən müddət ərzində Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçının tələbinə əsasən, Cavabdeh1 məxsus və ipoteka ilə yüklü edilmiş həmin daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla yanaşı, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, ipoteka qoyulmuş daşınmaz əmlak hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ipoteka saxlayanın tələbinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir İddiaçı ASC "xxxx" Bankının «Zaqatala» filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinin 3.5-ci bəndindən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və onun üzərində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 28 600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində müəyyən edilmişdir. Tərəflər ipoteka predmetinin dəyərini mübahisələndirməmişlər. Ona görədə məhkəmə hesab edir ki, ipoteka predmeti olan yuxarıda qeyd edilən ünvandakı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldiləndə onların ilkin salış qiymətinin 28 600 (iyirmi səkkiz min altı yüz) manat olması göstərilməlidir. Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsi ilə (hakim Arif İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh1 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, 14.06.2017-ci il tarixə olan 20164,47 ABŞ dolları əsas borc, 5079,73 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25744.20 ABŞ dolları (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) kredit borcunun, bundan başqa, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğlərin iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə tutulması, tutmanın 23.06.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 28600 (iyirmi səkkiz min altı yüz) manat təyin olunmaqla, açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin hesabına Cavabdeh1 iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına olan borcunun ödənilməsi, satışdan əldə edilən pulun artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 306, 307, 317, 319, 386, 425, 442, 443, 445, 448, 458, 467, 739 və 741-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1, 10, 11, 33, 34, 36, 39 və 59-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan iddiaçı ASC "xxxx" Bankının «Zaqatala» filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2014-ci il tarixli **********77914 nömrəli kredit müqaviləsinin 1.1 -ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 16 (on altı) faiz ödənilməklə, dövriyyə vəsaitini artırmaq məqsədi üçün 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı ASC "xxxx" Bankının «Zaqatala» filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsindən görünür ki, iddiaçı ASC "xxxx" Bankının «Zaqatala» filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə müvafiq olaraq, iddiaçı ASC "xxxx" Bankının «Zaqatala» filialı borcalan Cavabdeh1 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz ödəməsi şərtilə 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində verilmiş kredit üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka verən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evini ipoteka saxlayan iddiaçı "xxxx" ASC-nə ipotekaya verir. Notariusda təsdiq edilmiş surəti işə əlavə edilmiş ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə 24.06.2014-cü il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv. m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evi 23.06.2014-ci il tarixli **********77914 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə iddiaçı ASC "xxxx" Bankının “Zaqatala" filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 189 nömrəli vərəqində 25.06.2014-cü il tarixdə **********39-10301 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 23.06.2014-cü il tarixli **********77914 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında ipoteka verən Cavabdeh1 göndərilmiş 25.11.2016-cı il tarixli 477 nömrəli bildirişdə göstərilir ki, kredit müqaviləsi üzrə borcalan iddiaçı qarşısında əsas borc məbləğinin kredit müqaviləsinin müddətinin bitdiyi zaman və faizlərin hər ay ödənilməsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə 25.11.2016-cı il tarixə Cavabdeh1 iddiaçıya gecikdirilmiş ümumi borcu 11310,61 ABŞ dolları təşkil edir ki, bunun da 7518 ABŞ dollarını gecikdirilmiş əsas borc, 2427,76 ABŞ dollarını hesablanmış faizlər üzrə borc, 1364,85 ABŞ dollarını isə gecikdirilmiş əsas borca hesablanmış faizlər üzrə borc məbləğləri təşkil edir. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin kobud şəkildə pozulması və ipoteka saxlayan ASC "xxxx" Bankının tələblərinin ipoteka qoyulmuş əmlak hesabına təmin edilməsi hüququnun yaranması ilə əlaqədar olaraq, iddiaçı ASC “Xalq"' Bankı kredit müqaviləsi üzrə 20164,74 ABŞ dolları təşkil edən əsas borc məbləğinin tam şəkildə qaytarılması və əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılmasını Cavabdeh1 tələb edir. Əks təqdirdə, iddiaçı ASC "xxxx" Bankı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsait hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəkdir. İşdə olan ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə iddiaçı ASC "xxxx" Bankının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə ünvanlanmış 30.11.2016-cı il tarixli 492 nömrəli ərizəsindən görünür ki, tam mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh1 tərəfindən 23.06.2014-ci il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə iddiaçı ASC "xxxx" Bankı tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar ipoteka qoyulmuş həmin əmlaka tutmanın yönəldilməsi haqqında 25.11.2016-cı il tarixli 477 nömrəli bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. Ərizə daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmışdır. İşdə olan iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 23.06.2014-ci il tarixli **********77914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə 16.06.2017-ci il tarixə 20164,47 ABŞ dolları əsas borc, 5079,73 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 1465,59 ABŞ dolları cərimə olmaqla, cəmi 26710,05 ABŞ dolları (iyirmi altı min yeddi yüz on ABŞ dolları 05 sent) kredit borcu vardır. İşdə olan Zaqatala RİHB-in Zaqatala şəhər inzibati ərazi dairəsindən verilmiş 13.06.2014-cü il tarixli 1352 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala şəhəri, Nizami küçəsi, döngə 3, ev 23-də cavabdehlər X2 özü, onun həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh3 və oğlu Cavabdeh4 qeydiyyatdadır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiyası məhəkəməsi qeyd olunan qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən düzgün tətbiq etməmiş, təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, qeyd olunan qətnamədən onun, yenə də iddiaçı ASC "xxxx" Bankın ona və ailə üzvlərinə qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair” iddia ərizəsindən sonra məlumatı olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsi ona, həmçinin ailə üzvlərinə rəsmi olaraq təqdim olunmamışdır. Həmin məhkəmə qətnaməsi Zaqatala Rayon Məhkəməsinə müraciəti əsasında 17 noyabr 2020-ci il tarixdə ona rəsmi olaraq təqdim olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsi ilə tanış olaraq hesab edir ki, həmin qətnamə qanunsuz və əsassızdır. Belə ki, əvvəla, 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankından 25.400 ABŞ dolları məbləğində kredit götürmüş və kreditin təminatı olaraq 23.06.2014-cü il tarixli **********77914/İM nömrəli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evini girov qoymuşdur. Keçən müddət ərzində ASC "xxxx" Bankına olan borcunun 12.000 (on iki min) ABŞ dollarına yaxın hissəsini ödəmiş və ödəməkdə davam edir. Lakin, bütün bunlara baxmayaraq iddiaçı onun 20164,47 ABŞ dolları əsas borcu, 5079,73 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 14.06.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1465,59 ABŞ dolları penya borcu olduğunu iddia etmişdir. Hesab edir ki, məkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə ASC "xxxx" Bankına olan borcu dəqiqləşdirilməlidir. Onun qənaətincə iddiaçı borc məbləğini süni şəkildə şişirtmiş, bununla onu daha ağır vəziyyətə salmışdır. Bundan başqa, sözügedən qətnamədə qət etmişdir ki, mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutma yönəldilsin və həmin daşınmaz əmlak ilkin satış qiyməti 28600 (iyirmi səkkiz min altı yüz) manat təyin olunmaqla açıq hərracda satılsın. Lakin apellyasiya məhkəməsinin diqqətinə çatdırmaq istəyir ki, mülkiyyətində olan fərdi yaşayış evinin likvid dəyəri belə, məhkəmə qətnaməsində qeyd edilən dəyərdən ən azı 3 (üç) dəfə bahadır. Həmin evin real bazar dəyəri isə hazırda ən aşağı halda 100.000 (bir yüz min) manatdır. Bunu iş üzrə müstəqil qiymətləndirici dəvət etmək və yaxud ekspertiza təyin etməklə müəyyən etmək mümkün olar. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsasdır. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsinin apellyasiya instansiyası məhkəməsində müəyyən ediləcək nəticələrə uyğun olaraq əsas, faiz və peniya borcuna, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissələrdə dəyişdirilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qiymətləndiricinin sonuncu rəyinə uyğun olaraq ipoteka predmetinin likvid qiymətinin 100 000 manat müəyyən edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşmar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşmar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinin tələbinə görə də öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəinin tələbinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci madəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanun: 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda poteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşmar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarındandır. 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinidəgöstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.1-ci maddəsində müəyyən edilmişdir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qərarlar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apelyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən jakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)- 1268/2017 nömrəli qətnaməsinin əsas, faiz və peniya borcuna, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissələrdə dəyişdirilməsini xahiş etdiyindən, həmçinin həmin işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlərin iştirakı təmin edilmədiyini bildirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Mülki işin materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının iddia ərizəsi 19 iyun 2017-ci ildə Zaqatala Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə hazırlıq iclası 19 iyul 2017-ci il tarixə, saat 10:20-ə Zaqatala Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə göndərilmiş məktub olsa da, həmin məktubun göndərilməsini təsdiq edən reyestr və tərəflərə çatdırılmasını təsdiq edən xəbərnamə mülki işin materiallarına əlavə edilməmişdir. 19 iyul 2017-ci il tarixdə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının nümayəndəsi X3 iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki işə məhkəmə iclasında baxılması 8 avqust 2017-ci il tarixə, saat 11:40-a Zaqatala Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Mülki işin materiallarında tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə tərtib edilmiş məhkəmə bildirişin kötüyü və həmin bildirişin göndərilməsini təsdiq edən reyestr olsa da, bildirişin tərəflərə çatdırılmasını təsdiq edən xəbərnamə mülki işin materiallarına əlavə edilməmişdir. Nəticədə 8 avqust 2017-ci ildə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının nümayəndəsi X3 iştirakı ilə yekun məhkəmə baxışı keçirilmiş və qətnamə cаvаbdehlərin məhkəmə prosesində iştirakı təmin edilmədən qəbul edilmişdir. Bu hal Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinin tələbinə görə yuxarıda göstərilən qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 9/4583 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan arayış, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 23 iyun 2014-cü il tarixli **********77914 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Bank ASC-yə iddia ərizəsində borcun hesablandığı 14.06.2017-ci il tarixinə olan borcu 25.123,4 ABŞ Dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 20164.74 ABŞ Dolları faiz borcu üzrə 4958,66 ABŞ Dolları Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cərimə borcunun azaldılıb 500 ABŞ dolları müəyyən edilməsi ilə razılaşsa da, cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan cəmi məbləğə dair hissədə gəldiyi nəticə ilə razılaşmır. Həmin hissə ilə bağlı ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, cəmi borcun məbləği 25623.40 ABŞ dollarıdır. Şəki Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(107)-31/2022 nömrəli qərаrdаdına əsasən "xxxx" MMC-nin 18 aprel 2022-ci ildə verdiyi G-04/22-101 nömrəli rəydən görünür ki, qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislərimiz tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən fərdi yaşayış evinin 18 aprel 2022-ci il tarixinə: Bazar qiyməti 110 000 (Bir yüz on min) manat Likvid qiyməti 100 000 (Bir yüz min) manat Sizə təqdim edilən daşınmaz əmlakın dəyəri barədə mövcud mütəxəssis rəyi Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» 25.06.1998-ci il tarixli 510-İQ saylı Qanuna, X1 (İVS), eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi qənaətinin ipoteka predmetinin ilkin satış qiymətinin 28600 manat müəyyən edilməsi ilə bağlı hissəsi ilə də razılaşmır və hesab edir ki, ipoteka predmeti olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 100000 manatdır. Həmin qiymət ipoteka predmetinin ilkin satış qiyməti olmalıdır. Qiymətləndiricinin rəyi ilə apellyator və iddiaçının nümayəndəsi razılaşdığından, həmçinin həmin rəy işin faktiki hallarına uyğun gəldiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məlum norma mülki prosessual məcəllədə imperativ norma kimi nəzərdə tutulduğundan iddia ərizəsinin yuxarıda göstərilən hissəsini təmin etməklə qanunun bu normasının tələbinə əməl etmək mümkün deyil. Çünki qətnamənin icra olunacağı tarix əvvəlcədən bəlli deyildir və məlum olmayan hala qətnamə hüquqi qiymət verə bilməz. Məhkəmə həmçinin 14.06.2017-ci il tarixdən başlayaraq, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz hesabı ilə hesablanan cərimə faizlərinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, bu hissədə iddia ərizəsi təmin edilməməlidir. Çünki, iddiaçının bu tələbi tamamilə qeyri-müəyyəndir. Qeyrimüəyyən tələblər üzrə isə məhkəmə qətnamə çıxara bilməz. Birinci instansiya məhkəməsinin araşdırmasında ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, onların ailə üzvlərinin həmin yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri barədə ipoteka müqaviləsi bağlanarkən notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia ərizəsinin fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, onların ailə üzvlərinin və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları tələbinə dair hissəsi hazırkı vəziyyətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən tələblərlə bağlı gəldiyi nəticəni iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və işin faktiki hallarına uyğun olduğundan əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası, həmçinin, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka predmeti olan cavadehə məxsus daşınmaz əmlaka tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılıması, bank krediti müqaviləsindən yaranmış borcun ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan şəxslərin həmin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə zidd olaraq iddia tələbindən kənara çıxmaqla iddianı qismən təmin edərək, Cavabdeh1 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, 14.06.2017-ci il tarixə olan 20164,47 ABŞ dolları əsas borc, 5079,73 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25744.20 ABŞ dolları (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) kredit borcunun tutulması, tutmanın 23.06.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 28600 (iyirmi səkkiz min altı yüz) manat təyin olunmaqla, açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin hesabına Cavabdeh1 iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına olan borcunun ödənilməsi, satışdan əldə edilən pulun artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsini qət etmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi yuxaırda göstərilən qətnaməni qəbul etməklə, ümumilikdə, düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)- 1268/2017 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, 14.06.2017-ci il tarixə olan 20164,74 ABŞ dolları əsas borc, 4958,66 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25623.40 ABŞ dolları (iyirmi beş min altı yüz iyirmi üç ABŞ dolları qırx sent) kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğlər 23.06.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməklə alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına verilməli, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiyməti 100000 manat müəyyən edilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən pulun borc ödənildikdən sonra artıq qalan hissəsi Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 23.06.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, 14.06.2017-ci il tarixə olan 20164,74 ABŞ dolları əsas borc, 4958,66 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25623.40 ABŞ dolları (iyirmi beş min altı yüz iyirmi üç ABŞ dolları qırx sent) kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğlər 23.06.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməklə alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına verilsin. İpoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiyməti 100 000 manat müəyyən edilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilən pulun borc ödənildikdən sonra artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar