Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-312/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(054)-271/2020 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2 (054) - 271 / 2020 nömrəli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2 (054) - 271 / 2020 nömrəli qərardadından şikayət vermişdir. İddiaçı şikayətdə qeyd etmişdir ki, cavabdeh kredit borcunun düzgün hesablanmadığını bildirdiyinə görə onun vəsatəti əsasında məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Lakin müştəri ilə bank arasında razılaşma əldə olunduğundan məhkəmə mühasibat ekspertizası keçirilməsinə artıq zərurət qalmamışdır və iddiaçı bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar ona əsas verir ki, ekspertiza xərcinin iddiaçıdan tutulması üçün heç bir əsas olmamışdır. Həmin əsaslara görə məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2 (054) - 271 / 2020 nömrəli qərardadının qismən ləğv edilməsi və iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehdən tutulması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-271/2020 saylı qərardadı ilə şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-271/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğlərlə ekspertiza zaman müəyyən edilmiş məbləğlər arasında əhəmiyyətli dərəcədə fərqlər vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərcinin iddiaçıdan tutulması daha ədalətlidir. Birinci instansiya məhkəməsinin bu mövqeyi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki şikayətində qeyd etdiyi xüsusatlar məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2 (054) - 271 / 2020 nömrəli qərardadının tam və ya qismən ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-271/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-271/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-312/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-312/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver