Məhkəmə qərarları › İş №2(107)-314/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-314/2020

15.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-314/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərər və əldən çıxmış fayda tələbinə dair" mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-903/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkim T.Həsənov) xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 1128 (min bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1158 (min bir yüz əlli səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1128 manat maddi ziyan və 250 manat əldən çıxmış fayda əvəzinin, habelə 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Opel Vectra” minik markalı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən Zaqatala rayonu Çobankol kəndinin ərazisində Zaqatala rayonu Gözbarax kənd sakini Cavabdeh idarə etdiyi “Opel Astra” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq düz xətt üzərindən geriyə dönmə əməliyyatı etmiş və onun idarə etdiyi avtomobili arxa tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə onun avtomobilinə 1128 manat maddi ziyan dəymişdir. Cavabdeh bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Cavabdehdən qanunsuz hərəkəti nəticəsində ona məxsus avtomobilə dəymiş 1128 manat maddi ziyanın ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bundan əlavə, o, idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Orta hesabla gün ərzində 10-15 manat gəlir əldə edir. Cavabdeh isə onu bu gəlirdən məhrum etmişdir. Cavabdehin bu hərəkəti nəticəsində 250 manat əlindən fayda çıxmışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən xx xxxx 2019-cu il tarixdə onun idarə etdiyi avtomobillə iddiaçının idarə etdiyi avtomobil arasında qəza baş vermişdir. Qəza nəticəsində iddiaçıya 1128 manat ziyan dəymişdir. Həmçinin, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilərək 60 manat cərimə yazılmışdır. O isə öz növbəsində həmin cəriməni də ödəmişdir. Hesab edir ki, onun sığorta şirkəti ilə müqaviləsi olduğundan həmin maddi zərər sığorta şirkəti tərəfindən iddiaçıya ödənilməlidir. Lakin sığorta şirkəti həmin pulu ödəmir və ödəməməsinibeləəsaslandırır ki, hadisə zamanı onun təqsiri olmamışdır. Ona görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-903/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayəti və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh tərəfindən apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Nəticədə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə maşınların toqquşması zamanı kimin təqsirkar olması məsələsini ümumən araşdırılmamış, YPX inspektoru Mübariz Fətəliyev tərəfindən tərtib edilmiş protokolu və Avtomobillərə Texniki Xidmət Sexinin rəhbəri tərəfindən imzalanmış xx xxxx 2019-cu il tarixli 9104 nömrəli, qanun tələblərinə cavab verməyən zərər aktını mübahisəsiz sübutlar kimi tanıyaraq, İddiaçı ona qarşı iddiasını təmin etmişdir. Halbuki, bu iki sənədin əvvəlcədən heç bir hüquqi qüvvəsi olmaması məlum idi. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-903/2019 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-903/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zaqatala RPŞ DYPB-nin YPX baş inspektoru, polis mayoru X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş inzibati xəta haqqında AP seriyalı ******* nömrəli protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 16:30 radələrində “Opel Astra” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Kərimov X2 rayonu Gözbarax kəndi ərazisində avtoyumadan çıxaraq düz xətti keçərək “Opel Vectra” minik markalı ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxadan vurmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xəta nəticəsində İddiaçı maddi zərər dəymişdir. İşdə olan Zaqatala RPŞ DYPB-nin YPX baş inspektoru, polis mayoru X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilmiş MN seriyalı ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmişdir. İşdə olan “Avtomobillərə Texniki Xidmət Sexi”nin xx xxxx 2019-cu il tarixli 9104 saylı zərər aktından görünür ki, “Opel Vectra” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1128 manat məbləğindədir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 16:30 radələrində “Opel Astra” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Kərimov X2 rayonu Gözbarax kəndi ərazisində avtoyumadan çıxaraq düz xətti keçərək İddiaçı idarə etdiyi “Opel Vectra” minik markalı ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxadan vurmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati tənbeh vermə haqqında qərarla o, 60 manat cərimə edilmişdir. Həmin cərimə onun tərəfindən ödənilmişdir. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “Opel Vectra” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1128 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı ona dəymiş maddi zərəri və əldən çıxmış faydanı tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh maddi zərərin əvəzi olaraq 1128 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayəti əsasında işi araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş, iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla xx xxxx 2019-cu il tarixdə İddiaçı idarə etdiyi “Opel Vectra” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi (ona ziyan dəyməsi) ilə nəticələnən yol-nəqliyyat hadisəsinin məhz Cavabdeh təqsiri üzündən (ehtiyatsızlığından) baş verdiyi, bunun nəticəsində İddiaçı 1128 manat maddi zərərin dəyməsi öz təsdiqini tapdığından, İddiaçı ona vurulmuş ziyanın ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyasının qənaətincə, işdə olan sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrə uyğundur və həmin nəticələrə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiya məhkəməsi iddianı əldən çıxmış fayda tələbinə dair hissədə təmin etməmiş, iddiaçı məhkəmənin həmin qərarı ilə razılaşmış və məhkəmə qətnaməsinin əldən çıxmış fayda tələbinin təmin edilməməsi hissəsini mübahisələndirməmişdir (qətnamənin həmin hissəsindən apelyasiya şikayəti verməmişdir). Azərbaycan Respublikası MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri mülki qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas vermir. Apelyasiya şikayətinin dəlillərinə görə cavabdeh iddia edir ki, iddiaçıya dəymiş maddi zərəri o deyil, sığorta təşkilatı ödəməlidir. Cavabdehin belə təsəvvürü yanlışdır. Zərərin əvəzinin ödənilməsi öhdəliyi zərərvuranın üzərinə düşür. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-903/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-903/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar