Məhkəmə qərarları › İş №2(107)-315/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-315/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-315/2025 26.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X3 iclas katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(019)-22/2024 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları 18 yanvar 2011-ci il tarixli 19L000000120 saylı kredit xətti müqaviləsindən görünür ki,Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2011-ci il tarixdə bağladığı 19L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 18 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17 sentyabr 2014-cü il tarixli 147 nömrəli sazişdən görünür ki, 18 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə veriləcək kreditin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. 18 sentyabr 2014-ci il tarixli 19R000004594 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S000006501 saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları olmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S********** saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları olmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S000000251 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 10000 ABŞ dolları kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S000006502 nömrəli Zaminlik Müqaviləsindən görünür ki,İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 10000 ABŞ dolları kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqavilələrinə 17 sentyabr 2014cü il tarixli 149 və 150 nömrəli sazişlərlə dəyişiklik edilmiş, onların zamin olduqları kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Balakən Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(019)-161/2016 nömrəli qərardadına əsasən borclu Cavabdeh4 həmin əmrə etirazı qəbul edilərək, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və iş materialları iddia icraatına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ mələğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kreditor ilə xx.xx.2011-ci il tarixdə bağladığı 19L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.O,Kreditor ilə xx.xx.2014-cü il tarixdə bağladığı 19R000004594 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 19R000004594S saylı sazişə əsasən bank ilə kreditalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19R000004594 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 2.083%, xx.xx.2017-ci il tarixdən aylıq 2%, xx.xx.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kreditdən 2574,24 ABŞ dolları qaytarmış və onun Kreditora 17425,76 ABŞ məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2015-ci il tarixə 164 gün üçün hesablanmış faiz borcu 2057,32 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1742,40 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İşdə olan arayışdan Cavabdeh1 iddiaçı banka xx.xx.2014-ci il tarixli 19R000004594 saylı kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixə iddiaçı banka 17425.76 ABŞ dolları əsas, 2057.32 ABŞ dolları faiz borcu, 1742.40 ABŞ dolları cərimə borcu olmaqla cəmi borcunun 21225.48 ABŞ dolları təşkil etməsi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 9/2535 nömrəli ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli 19L000000120 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 19R000004594 nömrəli kredit Razılaşma Müqaviləsinə əsasən borclunun xx.xx.2015-ci il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cumlədən; əsas borc üzrə --------17387,56 ABŞ dolları faiz borcu üzrə ------ 2385,96 ABŞ dolları cərimə borcu üzrə----- 775,87 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə verilmiş 9/7763 nömrəli ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli 19L000000120 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 19R000004594 nömrəli kredit Razılaşması Müqaviləsinə əsasən borclunun banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o, cümlədən; Müqavilə müddəti bitdikdən sonra hazırkı tarixə illik 5 faizlə hesablandığı üçün həmin dövr ərzində cərimə hesablanmır. Müqavilə bitən müddətə yəni xx.xx.2019-ci il tarixinə əsas borc üzrə 17387,56 ABŞ dolları, faiz borcu üzrə 10561,01 ABŞ dolları, cərimə borcu üzrə 2353,44 ABŞ dolları; Hal-hazırkı müddətə xx.xx.2023-cü il tarixinə (qərardadın müddətinə) əsas borc üzrə 17387,56 ABŞ dolları, faiz borcu üzrə 15666,19 ABŞ dolları, cərimə borcu üzrə 0,00 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 fevral 2024-cü il tarixdə verilmiş 4/70 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqəsində İddiaçı QSC ilə Cavabdeh4 adlarında olan 18 sentyabr 2014-cü il tarixli, 19S********** saylı Zaminlik müqaviləsində «5.2 Zamin: Cavabdeh4” hissəsində «imza» qrafasındakı imza –Cavabdeh4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş mülki işin 13-cü vərəqəsində İddiaçı QSC ilə Cavabdeh2 adlarında olan 17 sentyabr 2014-cü il tarixli, 150 №li Sazişdə (Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) «5.2 Zamin: Cavabdeh2” hissəsində «imza» qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqəsində İddiaçı QSC ilə Cavabdeh4 adlarında olan 18 sentyabr 2014-cü il tarixli, 19S********** saylı Zaminlik müqaviləsində «5.2 Zamin: Cavabdeh4” hissəsində «imza» qrafasındakı imzada-imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspertizaya təqdim olunmuş mülki işin 13-cü vərəqəsində İddiaçı QSC ilə Cavabdeh2 adlarında olan 17 sentyabr 2014-cü il tarixli, 150 №li Sazişdə (Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) «5.2 Zamin: Cavabdeh2” hissəsində “imza” qrafasındakı imzada imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. İşdə olan xx.xx.2024-cü il tarixli OUT-2024/08/21-69 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 19R000004594 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə borcu cədvəldə qeyd olunan kimidir. xx.xx.2024-cü il tarixə olan vəziyyətə dair % əsas məbləğ üzrə 13995.15 ABŞ dolları, faiz üzrə borcu 36679.9 ABŞ dolları, cərimə borcu üzrə 42715.68 ABŞ dolları,cərimə hesablanmış gecikdirilən günlərin sayı 3340 gün, cəmi borc 93390.73 ABŞ dolları. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, “Sizin 26 noyabr 2024-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, icraatınızda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” 2(019)-22/2024 saylı mülki iş mövcuddur. Qeyd olunan mülki iş üzrə iddia tələbimizi müdafiə edirik və bildiririk ki, cavabdehlə bağlanan kredit müqaviləsi üzrə borc tələbinə dair-Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində əsas borc olan kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ mələğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir, əmr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlib. Həmçinin əsas olaraq sizə bildiririk ki, cavabdehin kredit borcuna dair məbləğ Azərbaycan Respublikası Prezidentin Fərmanına əsasən restrukturizasiya olunmamışdır. Ona görə ki, 1-ci devalvasiya dövründə yəni xx.xx.2014-cü il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 19020.05 ABŞ dolları məbləğində əsas borcu, 2-ci devalvasiya dövründə Cavabdeh1 İddiaçı QSC-nə 18630.05 ABŞ dolları məbləğində əsas borcu və 3-cü devalvasiya yəni xx.xx.2015-ci il tarixə Cavabdeh1 İddiaçı QSC- nə 18435.46 ABŞ dolları məbləğində əsas borcu olmuşdur. Aydınlıqla qeyd etdiyimiz bu məbləğlər əsas borc olaraq qeyd edilir, faiz və cərimə borcunu qeyd etmirik yəni cavabdehin həmin tarixlərə olan əsas borc məbləği 10000 (on min) ABŞ dollarından artıq olduğu üçün Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən restrukturizasiya məbləğinə uyğun olmaması səbəbindən heç bir güzəşt və kompensasiya verilməsi mümkün olmamışdır. Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli məhkəmə əmrindən də görünür ki,cavabdehlərin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2016-cı il tarixdə faktiki olaraq 17425,76 ABŞ dolları məbləğində əsas borc olan kredit borcu mövcud olmuşdur. Bu da sübut kimi Sİzə bildirilir ki, həmin dövrdə cavabdehlərin borcu 10000 ABŞ dollarından çox olmuşdur. Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və İbrahimova Sevda Yunus qızının İddiaçı QSC-nə 13995.15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ dolları mələğində cərimə borcu olmaqla cəmi 17794,87 ABŞ dolları məbləğində kredit borcu mövcuddur”. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış arayışda göstərilmişdir ki, sizin icraatınızda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” 2(019)-22/2024 saylı mülki iş mövcuddur. Qeyd olunan mülki iş üzrə iddia tələbimizi müdafiə edirik və bildiririk ki, cavabdehlə bağlanan kredit müqaviləsi üzrə borc tələbinə dair - Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)- 161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057.32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Əmr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlib. İcra sənədinin icrası mərhələsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində ümumilikdə 4622.08 AZN (məbləğ 2718.87 USD təşkil edir) məbləğində vəsait tələbkar banka ödənilib (məbləğin 4242.42 manat hissəsi Cavabdeh2, 379.66 manat hissəsi Cavabdeh5 tutulub). Məcburi icra tədbirləri nəticəsində daxil olmuş vəsait əsas borcdan silinib, sözügedən məhkəmə əmri üzrə əsas və faiz borclarından silinmələr olmamışdır. Yəni faiz və cərimə borcları olduğu kimi qalmışdır. Hazırda borcluların İddiaçı QSC-yə 13995.15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17794,87 ABŞ dolları məbləğində kredit borcu mövcuddur.Əlavə olaraq bildirik ki, hazırki məhkəmə prosesi dövründə cavabdehlər tərəfindən İddiaçı QSC-yə heç bir əlavə ödəniş olunmamışdır”. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)- 161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri icraya yönəldilmiş və cavabdehlər borcu ödəmişlər. Buna baxmayaraq hələ də onlardan pul tələb olunur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Balakən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(019)-22/2024 nömrəli (hakim: H.Səlimov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13995,15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları faiz borcu, 170 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16222,47 ABŞ dolları borc və 15,20 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş. Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)-22/2024 nömrəli (hakim: H.Səlimov) qərardadı ilə, Balakən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2(019)-22/2024 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq, qətnamənin təsviri-əsaslandırıcı və nəticə hissəsində “cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13995,15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları faiz borcu,170 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16222,47 ABŞ dolları borc” sözləri “cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13995,15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları faiz borcu,170 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16222,47 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə” kimi oxunması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hüquq normalarının tələblərini, işin hallarını nəzərə alaraq iddia tələbi 13995 ABŞ dolları əsas və 2057,32 ABŞ dolları faiz borcuna görə əsaslı hesab olunmaqla təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia ərizəsində penya borcları yüksək göstərilmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.1 və 739.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 112 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Cavabdeh2 təqaüdçü olduğuna görə borc məbləği onun pensiyasına yönəldilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş kartdan çıxarışdan görünür ki, Cavabdeh2 məhkəmə əmri üzrə borcu tam ödəmişdir. Lakin pullar borcdan silinməmişdir. Həmçinin Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmiş və lazımı sənədləri məhkəməyə təqdim ediləcəkdir. Balakən Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlərə və vəkilə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini borcun Cavabdeh2 tərəfindən tam ödənilməsinin və pensiyadan tutulmaların nəzərə alınmamasına aid hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin cavabdehlərin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit xətti müqavilələri isə bank müştərilərinin rahatlığını, maliyyə xidmətlərinə çıxış imkanlarını sadələşdirmək məqsədi daşıyır. Bu cür müqavilələrə görə, bank müştərinin müraciətinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş qaydada onun kredit müraciəti üzrə tədbir görməyi öhdəsinə götürür. Kredit xətti müqaviləsinin məqsədi tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərinin təşkilidir. Kredit xətti müqaviləsinin tətbiqi bank sektorunda müştərilərin maliyyə resurslarına effektiv çıxış imkanlarının yaradılması məqsədi daşıyır. Kredit xəttinin açılması nəticəsində müştəri daha qısa zamanda bankdan kredit ala bilir, həmçinin müqavilədən irəli gələn faiz öhdəliyi müştəri tərəfindən kredit götürüldükdən sonra və istifadə olunmuş məbləğə münasibətdə əmələ gəlir. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllə 470 və 472). Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında qeyd etmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 yanvar 2011-ci il tarixli 19L000000120 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2011-ci il tarixdə bağladığı 19L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 18 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17 sentyabr 2014-cü il tarixli 147 nömrəli sazişdən görünür ki, 18 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə veriləcək kreditin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. 18 sentyabr 2014-ci il tarixli 19R000004594 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S000006501 saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları olmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S********** saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları olmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S000000251 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 10000 ABŞ dolları kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-ci il tarixli, 19S000006502 nömrəli Zaminlik Müqaviləsindən görünür ki,İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 10000 ABŞ dolları kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqavilələrinə 17 sentyabr 2014-cü il tarixli 149 və 150 nömrəli sazişlərlə dəyişiklik edilmiş, onların zamin olduqları kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun tam ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf bildirmişdir ki, borc Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 9/2535 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli 19L000000120 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 19R000004594 nömrəli kredit Razılaşma Müqaviləsinə əsasən borclunun xx.xx.2015-ci il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cumlədən; əsas borc üzrə --------17387,56 ABŞ dolları faiz borcu üzrə ------ 2385,96 ABŞ dolları cərimə borcu üzrə----- 775,87 ABŞ dolları olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə verilmiş 9/7763 nömrəli ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli 19L000000120 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 19R000004594 nömrəli kredit Razılaşması Müqaviləsinə əsasən borclunun banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o, cümlədən; Müqavilə müddəti bitdikdən sonra hazırkı tarixə illik 5 faizlə hesablandığı üçün həmin dövr ərzində cərimə hesablanmır. Müqavilə bitən müddətə yəni xx.xx.2019-ci il tarixinə əsas borc üzrə 17387,56 ABŞ dolları, faiz borcu üzrə 10561,01 ABŞ dolları, cərimə borcu üzrə 2353,44 ABŞ dolları; Hal-hazırkı müddətə xx.xx.2023-cü il tarixinə (qərardadın müddətinə) əsas borc üzrə 17387,56 ABŞ dolları, faiz borcu üzrə 15666,19 ABŞ dolları, cərimə borcu üzrə 0,00 ABŞ dolları. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış arayışda isə göstərilmişdir ki, sizin icraatınızda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” 2(019)-22/2024 saylı mülki iş mövcuddur. Qeyd olunan mülki iş üzrə iddia tələbimizi müdafiə edirik və bildiririk ki, cavabdehlə bağlanan kredit müqaviləsi üzrə borc tələbinə dair - Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)- 161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057.32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Əmr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlib. İcra sənədinin icrası mərhələsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində ümumilikdə 4622.08 AZN (məbləğ 2718.87 USD təşkil edir) məbləğində vəsait tələbkar banka ödənilib (məbləğin 4242.42 manat hissəsi Cavabdeh2, 379.66 manat hissəsi Cavabdeh5 tutulub). Məcburi icra tədbirləri nəticəsində daxil olmuş vəsait əsas borcdan silinib, sözügedən məhkəmə əmri üzrə əsas və faiz borclarından silinmələr olmamışdır. Yəni faiz və cərimə borcları olduğu kimi qalmışdır. Hazırda borcluların İddiaçı QSC-yə 13995.15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17794,87 ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Əlavə olaraq bildirik ki, hazırki məhkəmə prosesi dövründə cavabdehlər tərəfindən İddiaçı QSC-yə heç bir əlavə ödəniş olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəf borcun tam ödənildiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətində qeyd etdiyi həmin dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut (sənəd və ya qəbzlər) təqdim etməmiş, yalnız bu barədə şifahi qaydada bildirməklə kifayətlənmişdir. Kollegiya xüsusilə qeyd edir ki, hətta məhkəmə tərəfindən keçirilmiş ekspertizalardan da cavabdehlərin iddiaçıya borclu olduqları və həmin borcun iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmiş məbləğdən artıq olması müəyyən edilir. Kollegiya hesab edir ki, apellyator tərəfindən hazırki iş üzrə heç bir əlavə sənəd və ya sübut təqdim edilmədiyindən borcun tam ödənilməsi ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh2 pensiyasından tutulmaların borc məbləğindən çıxılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Apellyator bildirmişdir ki, borc Cavabdeh2 pensiyasına yönəldilmiş və onun pensiyasından tutmalar olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 iyul 2019-cu il, **********0 nömrəli məktubunda bildirmişdir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin 19 sentyabr 2017-ci il tarixli 514/2 nömrəli məktubu ilə unvalanan Balkaən Rayon Məhkəməsinin 08 ynavar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli icra sənədinə uyğun olaraq Cavabdeh2 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində ümumilikdə 4520.90 manat məbləğində pul vəsaiti "xxxx" QSC-nin hesabına (AZ28ACAB********************) köçürülmüş və məktuba əsasən adı çəkilən şəxsin əmək pensiyasında tutulma dayandırılmışdır. Bundan başqa, cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Dövlət Sosial Müdafiə Fonduna verilmiş sorğuların cavablarını gözləmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iş üzrə cavabdehlərdən nəqədər tutma olması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 24 fevral 2025-ci il, 3-17-1/2-44271/2025 nömrəli məktubunda bildirilmişdir ki, xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-1731/3-1-13 957/2025 nömrəli məktubuna əsasən Balakən Rayon Məhkəməsinin 8 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli icra sənədinə uyğun olaraq Cavabdeh2 əmək pensiyasından aparılmış tutulmalar nəticəsində "xxxx" QSC-nin hesabına 4520.90 manat köçürülmüşdür. Daha sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən Rayon İcra və Probasiya şöbəsinin 22 aprel 2019-cu il tarixində Mərkəzi Filiala daxil olmuş 19 mart 2019-cu il tarixli 320/4 nömrəli məktubuna əsasən adıçəkilən şəxsin əmək pensiyasından aparılmış tutulmalar dayandırılmışdır. Həmçinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17- 1/3-1-15915/2025 nömrəli məktubunda MEİS-in “Pensiya” altsistemində olan məlumatlardan sorğuda adıçəkilən digər vətəndaç Cavabdeh5 xx.xx.2016-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyi və ödənildiyi aşkar edilmişdir. Eyni zamanda MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən Ə.Baklanovanın pensiya ödənişindən gər hansı tutulma aparılmadığı əks olunmuşdur. Əlavə olaraq bildiririk ki, hər iki məktubda adı çəkilən digər şəxslərə: X4, Cavabdeh4 və Cavabdeh3 sosial ödəniş təyinatı aparan qurumlar tərəfindən hər hansı pensiya, müavinət və ya təqaüdün təyin edilməsi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun həm 10 iyul 2019-cu il, **********0 nömrəli, həm də 24 fevral 2025-ci il, 3-17-1/2-44271/2025 nömrəli məktublarında Cavabdeh2 əmək pensiyasından tutma aparılaraq "xxxx" QSC-nin hesabına 4520.90 manat pul köçürüldüyü qeyd edilmişdir. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış arayışda isə göstərilmişdir ki, “.....icra sənədinin icrası mərhələsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində ümumilikdə 4622.08 AZN (məbləğ 2718.87 USD təşkil edir) məbləğində vəsait tələbkar banka ödənilib (məbləğin 4242.42 manat hissəsi Cavabdeh2, 379.66 manat hissəsi Cavabdeh5 tutulub). Gördüyü kimi, iddiaçı tərəf Cavabdeh2 tutulan məbləğin 4242.42 manat olduğunu bildirsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tutulan məbləğin 4520.90 manat olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh2 və Cavabdeh5 ümumilikdə tutulan məbləğ 4900.56 manat (4520.90+379.66=4900.56) olsa da, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq məbləği hesablayarkən yalnışlığa yol vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən ödənilmiş 163.81 ABŞ dolları (278.48 manat) pul onlardan tutulacaq borcdan çıxılmalıdır. Məhkəmə kollegiyası ödənilmiş məbləğin (163.81 ABŞ dolları (278.48 manat)) borcdan silinməsi ardıcıllığı ilə bağlı qeyd edir ki, müqaviləyə əsasən borc verən borc alandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəllənin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Yuxarıda qeyd edilmiş normadan görünür ki, əgər borclu əsas öhdəlikdən başqa faizləri də ödəməlidirsə onda, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası məqsədi ilə ödənilmiş pul əvvəlcə faizlərin hesabına, sonda isə əsas borcun hesabına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə ödənilmiş borcdan nəzərə alınmamış 163.81 ABŞ dolları qanunvericiliyə uyğun olaraq ilkin olaraq 2057.32 ABŞ dolları faiz borcunun ödənilməsinə yönəlməlidir (2057.32-163.81=1893.51). Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kollegiya ekspertin vəzifələrini öz üzərinə götürmür lakin, yuxarıda aparılmış hesablama hüquqi qiymətləndirmə olduğundan kollegiya hesablamanı özü edir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən ödənilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamış 163.81 ABŞ dolları faiz borcundan çıxıldıqdan sonra 1893.51 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 16058.66 ABŞ dolları borc cavabdehlərdən iddiaçının xeyrinə ödənilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(019)-22/2024 nömrəli qətnaməsi qismən yəni, faiz borcuna və ümumilikdə tutulacaq məbləğə aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1893.51 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 16058.66 ABŞ dolları borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi faiz borcuna münasibətdə qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar